Məhkəmə qərarları › İş №2-1(105)-1199/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1199/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1199/2025 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi nümayəndə2 Samədddin oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Tovuz rayon Icra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, 2- */*** nömrəli məktubdan görünür ki, iddiaçının mərhum əri Alıyev Asif Mahmud oğlu Tovuz rayon Icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyaci olan qismində # ###### 2014-cü il tarixdən # ###### 2020-ci il tarixədək mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması iiə bağlı həmin şəxslər və şəhid ailələrinin növbəlik siyahısını göndərilmişdir və siyahıda 19-cu sırada qeyd edilmişdir. Abşeron rayon Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Alıyev Asif Mahmud oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı II dərəcəli əlil kimi Abşeron rayon Icra Hakimiyyətində 4 (dörd) nəfər ilə tərkibi ilə birlikdə (ailəsi: - özü, həyat yoldaşı 2 oğlu) güzəştli mənzil uçotuna götürülməsi, vətəndaş Alıyev Asif Mahmud oğlunun mənzil uçotunun tarixi Tovuz rayon Icra Hakimiyyətində növbəyə götürüldüyü tarixdən, yəni ##.##.2014-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Alıyev Asif Mahmud oğlu ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Abşeron rayon Icra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli, ** saylı sərəncamından görünür ki, Abşeron rayon Icra Hakimiyyəti Başçısının ## ### 2022-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II dərəcəli birinci Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülmüş Alıyev Asif Mahmud oğlu vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə (ailəsi: - özü, 2 oğlu) adına saxlanılması və mənzil uçotunun tarixi Tovuz rayon Icra Hakimiyyətində növbəyə götürüldüyü tarixdən, yəni ## ##.2014-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsinə qarşı evlə təmin olunma öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsi tərəfindən qəbul edilmiş e-*-*(****)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardan görünür ki, məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə iddiaçı İddiaçı mənzillə təmin edilməsi barədə müraciətinə dair inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** saylı məktubda qeyd olunurki, nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin ## #### 2014-cü il tarixli *** nömrəli və ## ###### 2021-ci il tarixli **** nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı mərhum həyat yoldaşı Alıyev Asif Mahmud oğlunun sağlığında ## #### 2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı bitmişdir. Bu səbəbdən İddiaçı Nazirlik tərəfindən sosial-məişət şəraitinin yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 3.1.16-cı yarımbəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Bildirilir ki, birinci Qarabağ müharibəsi əlili Alıyev Asif Mahmud oğlu Tovuz rayon Icra Hakimiyyəti tərəfindən imtiyazlı şəxs kimi ##.##.2014-cü il tarixində mənzil növbəsinə alınmış və Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2022-ci il tarixli, *** saylı sərəncamı əsasında 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və 2 oğlu) mənzil növbəsi Abşeron rayonuna köçürülmüşdür. Alıyev Asif Mahmud oğlunun vəfatından sonra mənzil növbəliliyi Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2023-cü il tarixli sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə birlikdə (özü və 2 oğlu) mərhumun həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Sorğuya əsasən, qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmçinin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə məlumatların təqdim edilməsi Agentliyin səlahiyyətlərinin xaricindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *- **-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Müəyyən olunmuşdur ki, A.Alıyevə ilkin olaraq ##.##.2008-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli 1 il müddətinə (##.##.2009-cu il tarixədək), sonrakı dövrdə isə təkrar olaraq ##.##.2014-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli 1 il müddətinə (##.##.2015-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcəli 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcəli əlillik təyinatı ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti Sumqayıt Psixiatriya Xəstəxanasının X********IKM nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məlumat üçün bildirilir ki, ##.##.2022-ci il tarixindən sonra “Əlillik” altsisteminə vətəndaşa dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə yeni göndəriş daxil olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli *-**/*-**/**** saylı məktubu əsasında Agentliyə təqdim edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli, **** nömrəli Sərəncamının 2.2-ci hissəsinin icrası ilə əlaqədar 2014cü il ######ın #-dən 2023-cü il ######ın #-dək, həmçinin 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar ilə əlaqədar Abşeron rayon Icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və yuxarıda qeyd olunan Sərəncamla əhatə olunan imtiyazlı şəxslərin növbəlilik siyahı”sı (bundan sonra- siyahı) üzrə iddiaçı İddiaçı 278-ci yerdədir. Həmin siyahı üzrə iddiaçı İddiaçı sonra eyni imtiyaza malik 4 nəfər yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzillə təmin edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Alıyev Asif Mahmud oğlunun əlilliyinin bitməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli arayışını etibarsız hesab etməklə, Alıyev Asif Mahmud oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II qrup birinci Qarabağ müharibəsi əlili kimi götürülmüş ev növbəliyininin həyat yoldaşı İddiaçı adına saxlanılması barədə Abşeron rayon Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamı əsasında iddiaçının evlə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, Alıyev Asif Mahmud oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II qrup birinci Qarabağ müharibəsi əlili kimi götürülmüş ev növbəliyinin onun adına saxlanılması barədə Abşeron rayon Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli, *** saylı sərəncamı əsasında iddiaçının evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə mübahisəsi zamanı aydın olmuşdur ki, iddiaçının mərhum əri Alıyev Asif Mahmud oğluna ##.##.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş; Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamından çıxarışa əsasən, RIH başçısı yanında Mənzil-Məişət Komissiyasının ## ##### 2022-ci il tarixli ** saylı protokolu təsdiq edilərək Abşeron rayonu, Masazır kənd ərazi dairəsi, Masazır kəndi, Afiq Abdullayev küçəsi, ev 30 F ünvanında qeydiyyatda olan Alıyev Asif Mahmud oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı II dərəcəli əlili kimi Abşeron rayon Icra Hakimiyyətində 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: -özü, həyat yoldaşı, 2 oğlu) güzəştli mənzil uçotuna götürülmüş, vətəndaş Alıyev Asif Mahmud oğlunun mənzil uçotunun tarixi Tovuz rayon Icra Hakimiyyətində növbəyə götürüldüyü tarixdən, yəni ##.##.2014-cü il tarixdən hesab edilmiş; Abşeron rayon Icra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli ** saylı sərəncamından çıxarışa əsasən, RIH başçısı yanında Mənzil-Məişət Komissiyasının ## ##### 2023-cü il tarixli ** nömrəli protokolu təsdiq edilmiş, Abşeron RIH başçısının ## ### 2022-ci il tarixli *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə II dərəcəli birinci Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülmüş, Alıyev Asif Mahmud oğlu vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 (üç) nəfər ailə tərkibi (ailəsi: özü, 2 oğlu) adına saxlanılmış və mənzil uçotunun tarixi Tovuz RIH-də növbəyə götürüldüyü tarixdən, yəni ##.##.2014-cü il tarixdən hesab edilmişdir. Alıyev Asif Mahmud oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2022-ci il tarixli göndəriş verilmiş və “Göndərişin natamam doldurulması-səbəb: Ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin:” əsası ilə Mərkəzə geri göndərilmişdir. Iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə X1 Mahmud oğlunun ##.##.2021-ci il tarixdə bitdiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmənin müəyyən araşdırılmasından sonra Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024- cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə iddiaçı İddiaçı mənzillə təmin edilməsi barədə müraciətinə dair inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır. Çıxarılmış qərardan şikayət vermək mümkün deyildir. Odur ki, dərhal cavabdeh təşkilat tərəfindən icra olunmalı idi, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3-17- 3/2-*****/**** №-li, ## ####### 2024-cü il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Belə ki, məktub eyni məzmunlu yazılmış və yenidən əsassız səbəblərlə öhdəliklərindən boyun qaçırmışlar. “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə də qeyd olunmuşdur ki, əlillik dərəcəsi xəstəlik nəticəsində orqanizmin həyat fəaliyyətinin sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyətinin kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ## #### 2014-cü il tarixli *** nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2021 -ci il tarixli **** nömrəli Sərəncamlarına əsasən, həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Iddiaçı İddiaçı həmin sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasına aid deyildir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Alıyev Asif Mahmud oğlunun ## #### 2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı bitmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı “mənzil” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul etməyinizi xahiş edir. Daha sonra, cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 65.4-cü maddəsinə əsasən, inzibati akt vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında ## #### 2019-cu il tarixli *** nömrəli Qərarı ilə əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq, vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə bu Qaydaya * nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət etməsi müəyyən edilmişdir. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bildirilir ki, iddiaçı İddiaçı həmin sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasına aid deyildir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Alıyev Asif Mahmud oğlunun ## #### 2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı bitmişdir. Eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarına əsasən, “icra hakimiyyəti başçısının qəbul etdiyi Sərəncamdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ akt - Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müddəalarında əks edilən hüquqi mövqenin işə tətbiq edilməsi” müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı “mənzil” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin göndərmiş olduğu sorğuya gələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Qeyd edi ki, vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Müəyyən olunmuşdur ki, A.Alıyevə təyin edilmiş əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra yenidən əlillik təyin edilməmişdir. Qanunvericilikdə mənzillə təmin edilmə əsası kimi hər iki şərtin eyni vaxta mövcud olma halı nəzərdə tutulduğundan və yuxarıda da qeyd edildiyi kimi iddiaçı ##.##.2021-ci il tarixdən əlilliyi müəyyən olunmuş şəxs olmadığından iddia tələbi əlilliklə bağlı şərtin ödənilməməsi əsası ilə rədd edilməlidir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuş öhdəlik icra olunmamış, lakin bu fakt məhkəmə tərəfindən araşdırılmamışdır. Yəni, Agentlik niyə həmin məhkəmə qərarını icra etməmiş, niyə faktiki araşdırma aparmadan eyni məzmunlu cavabla kifayətlənmişdir — bu, məhkəmə tərəfindən öyrənilməmişdir. Ikincisi, Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin cavabında qeyd olunan “Əlillik altsistemi vasitəsilə avtomatik uzadılma” məsələsinin hüquqi nəticəsi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Halbuki, həmin uzadılma dövlətin rəsmi sistemində elektron şəkildə təsdiq edilmiş akt hesab olunur və bu, şəxsə hüquqi status verir. Deməli, bu halda, ## #### 2021-ci il tarixinə qədər olan əlillik müddəti hüquqi baxımdan davamlı hesab olunmalı, növbəlilik hüququ da həmin müddətin davamı kimi qiymətləndirilməli idi. Üçüncüsü, Sumqayıt Psixiatriya Xəstəxanasının ## ###### 2022-ci il tarixli göndərişi ilə bağlı “natamamlıq” səbəbinin konkret nədən ibarət olduğu, həmin sənədlərin hansı hissəsinin çatışmadığı və bu natamamlığın aradan qaldırılması üçün dövlət orqanlarının hansı tədbiri gördüyü barədə işdə heç bir araşdırma aparılmamışdır. Məhkəmə bu məsələni açıq saxlamış, lakin qərarını onun üzərində qurmuşdur. Dördüncüsü, Abşeron rayon Icra Hakimiyyətinin 131 və ** saylı sərəncamları nəticəsində mənzil növbəliliyinin iddiaçının adında saxlanılması faktı mövcuddur. Lakin məhkəmə bu sərəncamların hüquqi nəticələrini və onların Sosial Xidmətlər Agentliyi üçün məcburi xarakter daşıyıb-daşımadığını qiymətləndirməmişdir. Halbuki, bu sərəncamlar icra hakimiyyəti orqanının rəsmi qərarları olub, vətəndaşın mənzil təminatı hüququnun varislik qaydasında davam etdiyini təsdiqləyir. Beşincisi, Agentliyin ## ####### 2024-cü il tarixli cavabında istinad etdiyi normativ aktlar və hüquqi əsaslar (xüsusilə Prezidentin sərəncamları və Nazirlər Kabinetinin qərarları) faktiki vəziyyətə tətbiq edilmədən sadəcə ümumi qaydada göstərilmiş, lakin onların işin hallarına necə tətbiq olunduğu məhkəmə tərəfindən müqayisəli şəkildə araşdırılmamışdır. Bu səbəblərdən apellyasiya şikayəti verən şəxs hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə obyektiv araşdırma prinsiplərini pozmuş, sübutları tamvə hərtərəfli qiymətləndirməmiş, nəticədə səhv hüquqi qənaətə gəlmişdir. Iddiaçının hüquqlarının tam bərpası üçün bu faktiki halların yenidən, hərtərəfli və obyektiv şəkildə araşdırılması zəruridir Birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxararkən işin nəticəsinə birbaşa təsir göstərən mühüm faktiki halları tam və hərtərəfli araşdırmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə işin real hallarına və mövcud normativ aktlara uyğun olmayan qətnamə qəbul etmişdir. Aşağıda məhkəmənin aydınlaşdırmadığı əsas faktiki hallar və onların işin nəticəsi üçün mühüm əhəmiyyəti ardıcıl şəkildə göstərilir: 1.X1 Mahmud oğlunun güzəştli mənzil uçotuna götürülməsi faktı məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır. Halbuki, həmin şəxs ##.##.2014-cü il tarixdən etibarən Tovuz Rayon Icra Hakimiyyətində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II qrup əlil” kimi mənzil növbəsinə götürülmüşdür və bu fakt iddiaçının mənzil təminatı hüququnun hüquqi mənbəyidir. 2.Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamı ilə mərhumun mənzil növbəliliyi iddiaçı İddiaçı adına saxlanılmış olsa da, məhkəmə bu sərəncamın hüquqi qüvvəsini və nəticəsini qiymətləndirməmişdir. Halbuki, bu inzibati aktın mövcudluğu iddiaçının mənzil təminatı hüququnu təsdiq edən əsas sübutdur. 3.Əlilliyin müddətinin bitməsi faktının hüquqi nəticələri aydınlaşdırılmamışdır. Məhkəmə cavabdeh qurumun bu barədə təqdim etdiyi məlumatı formal şəkildə qəbul etmiş, lakin əlilliyin müddətinin başa çatmasının mənzil təminatı hüququnu ləğv edib-etmədiyini araşdırmamışdır. Halbuki, hüquq normalarına əsasən mənzil təminatı hüququ əlilliyin səbəbindən irəli gəlir və müddətin bitməsi bu hüququ aradan qaldırmır. 4.Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının icra vəziyyəti tam araşdırılmamışdır. Həmin qərar iddiaçının mənzil təminatı barədə inzibati araşdırma aparılması və müvafiq aktın qəbul edilməsi barədədir. Məhkəmə bu qərarın icra olunubolunmadığını, cavabdehin bu öhdəliyi yerinə yetirib-yetirmədiyini araşdırmadan qətnamə qəbul etmişdir. 5.Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli, *** nömrəli Qərarının müddəalarının tətbiqi düzgün qiymətləndirilməmişdir. Həmin qərarın 2.2 və 2.3-cü bəndlərinə əsasən, vəfat etmiş əlillərin ailə üzvləri üç ay müddətində müraciət etdikdə uçot saxlanılmalıdır. Iddiaçı bu tələbi vaxtında yerinə yetirmiş, lakin məhkəmə bu faktı nəzərə almamışdır. 6.Cavabdeh Agentliyin ##.##.2024-cü il tarixli məktubunun hüquqi xarakteri araşdırılmamışdır. Məhkəmə bu məktubun inzibati akt olub-olmamasını müəyyən etmədən, onun məzmununa hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Halbuki, həmin sənəd rəddedici inzibati akt sayılır və onun qanuniliyi ayrıca qiymətləndirilməli idi. 7.Iddiaçının ailə vəziyyəti və sosial statusu nəzərə alınmamışdır. Məhkəmə iddiaçının azyaşlı övladlarla yaşadığını və sosial cəhətdən həssas qrupda olduğunu sübut edən sənədlərə (DSMF və yaşayış arayışları və s.) hüquqi qiymət verməmişdir. Bu hallar dövlətin sosial təminat siyasətinin mahiyyətinə birbaşa bağlı olduğundan işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyır. 8.Beynəlxalq hüquqi öhdəliklərin — xüsusən BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasının tətbiqi tam nəzərə alınmamışdır. Məhkəmə həmin sənədin 28-ci maddəsində nəzərdə tutulan “əlillərin və onların ailələrinin adekvat yaşayış şəraitinə malik olmaq hüququ” prinsipini daxili hüquqa tətbiq etmədən qərar çıxarmışdır. Bu halların hər biri işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar iddiaçının mənzil təminatı hüququnun mövcudluğunu və cavabdeh qurumun bu hüququ təmin etmə öhdəliyini təsdiqləyir. Bu faktlar tam və obyektiv şəkildə aydınlaşdırılsaydı, məhkəmə iddiaçının tələbinin əsaslı olduğunu müəyyən edərək fərqli nəticəyə gələrdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 Samədddin oğlu apellyasiya şikayətinə qarşı etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ,.. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2014-cü il tarixli, *** nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; ...

Azərbaycan Respublikası Nazilrər Kabinetinin 2020-cı il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası Ümumi müddəalar ... 1.7 Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi taixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi müharibə əlilinin ailəsi kimi mənzillə təmin olunmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Iş üzrə müəyyən olunur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması mübahisə predmeti deyildir. Belə ki, onun uçota götürülməsi üçün əsaslardan biri kimi yaşayış yerinin olmaması faktı tərəflər arasında mübahisələndirilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı ilə 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil ya fərdi evlə təmin edilməsi hüququ təsdiq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən mənzillə təmin edilmə hüququnun yaranması üçün tələb olunan dispozitiv şərtlər məcmuu şəkildə yerinə yetirilməişdir. Bu şərtlərdən biri də şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik statusuna malik olmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə aidiyyəti dövlət orqanına sorğu verilmiş və həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubu təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də əlavə olaraq eyni məzmunlu sorğu verilmiş və daxil olmuş cavab məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı A. Əliyevə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik ##.##.2016-cı il tarixində təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsilə avtomatlaşdırılmış qaydada 5 il müddətinə, yəni ##.##.2021-ci il tarixinədək uzadılmışdır. Həmçinin müəyyən edilmişdir ki, əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin X********IKM nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixində qiymətləndirmə aparılmağa cəhd edilmiş, lakin göndərişin natamam doldurulması səbəbindən geri qaytarılmışdır. Sonrakı dövrdə isə iddiaçı barəsində əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün Nazirliyin “Əlillik” altsisteminə hər hansı yeni göndəriş daxil olmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, iddiaçının mərhum ərinin əlilliyinin müddəti ##.##.2021-ci ildə başa çatmış, bundan sonra əlilliyin qiymətləndirilməsi üçün göndəriş yalnız 1 dəfə, 2022-ci ilin dekabr ayında, yəni 1 ildən çox müddət keçdikdən sonra verilmiş və həmin göndərişin natamam doldurulması səbəbi ilə imtina cavabı verilmişdir. Əslində isə onun həmin müddət ərzində əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq göndərişin alınması üçün müraciət etmək imkanı olmuşdur. Bu hal vətəndaşın məsuliyyət sferasına aid məsələdir və vaxtında və düzgün qaydada müraciət etdiyi halda ona yenidən əlillik təyin edilə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal iddia tələbinin təmin edilməsi üçün zəruri olan şərtlərdən birinin – əlillik statusunun mövcudluğu şərtinin ödənilməməsini göstərir. Qanunvericiliyin tələblərinə görə isə həmin şərtlər eyni vaxtda mövcud olmadıqda şəxsin mənzillə təmin edilməsi barədə tələbi təmin edilə bilməz.

Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının tarixli qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...əlilliyin mövcudluğu faktı aradan qalxdığından icra hakimiyyəti başçısının qəbul etdiyi sərəncamdam daha yüksək hüquqi qüvvəyə malik olan normativ akt - Azərbaycan Respublikası Prezidentinin sərəncamının müddəalarında əks edilən hüquqi mövqe işə tıtbiq edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşların Siyahısı”nda olması da iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün əsas vermir. Belə ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrin mənzillə və ya fərdi evlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Yəni, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yolxamaq vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyası Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)- ****/**** saylı qərarı ilə iddia tələbinin qismən təmin edilərək cavabdehin məhkəmənin hüquqi mövqeyinə görə qərar qəbul etməli olması ilə bağlı qeyd edir ki, həmin qərarda məhkəmə cavabdehin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun inzibati icraat aparmaması, araşdırma zamanı iddiaçının mənzil növbəsinini güzşətli və ya adi olması, mənzil növbəliliyinin çatıb-çatmaması, iddiaçıya düşən yaşayış sahəsinin mövcud olubolmaması kimi halların araşdırılmasını zəruri hesab etmişdir. Bundan sonra cavabdeh iddiaçının müraciətini araşdıraraq yenidən imtina cavabı vermişdir. Həmçinin həmin məhkəmə qərarında göstərilən hallar hazırki məhkəmə icraatı zamanı da araşdırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar