Məhkəmə qərarları › İş №2-1(105)-12/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-12/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-12/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə əlavə haqqın hesablanması və verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1234/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (iddiaçı) tərxis olunmayla əlaqədar son haqq-hesab, gecə pulu və gücləndirilmiş iş frejimində xidmət apardığı vaxta görə hesablanmış əlavə vəsaitin ödənilməsinə köməklik göstərilməsi barədə Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi xx xxxx 2017-ci il tarixli, 038-11461M-3217 saylı məktubunda bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2017-ci il tarixli 231 ş/h nömrəli əmrinə əsasən iddiaçı 135-ci maddənin 1-ci bəndinə (öz arzusu ilə) əsasən daxili işlər orqanlarından xaric olunmyşdur. İdarə tərəfindən xidmətdən xaric olunmağı ilə əlaqədar 722,00 manat son haqq-hesab və 2017-ci il üçün 81,73 manat məzuniyyət müavinəti hesablanaraq iddiaçının kart hesabına köçürülmüşdür. Gücləndirilmiş iş rejimində xidmət aparmasına görə əlavə əmək haqqının ödənilməsi xərclər smetasında nəzərdə tutulmamış, eyni zamanda idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar gecə növbəsinə görə əlavə ödənişlərin heç bir əməkdaşa, o cümlədən ona ödənilmə mümkün olmamışdır. İdarənin maliyyə vəziyyəti sabitləşdikdən sonra gecə növbəsinə görə əlavə vəsaitin ödənilməsi məsələsinə baxıla bilər. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx xxxx 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsində işlədiyi dövrdə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanması və verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2017-ci il tarixli, 231 ş/h nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə) daxili işlər orqanlarından xaric olunmuşdur. Xidmət illərində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqın ödənilməsi ilə bağlı cavabdehə yazılı müraciətlər etsə də, müraciətləri öz həllini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2017-cı il tarixli və xx.xx.2018-ci il tarixli cavab məktublarında göstərilmişdir ki, idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar gecə növbəsinə görə əlavə ödənişlərin ona ödənilməsi mümkün olmamışdır. Beləliklə də, cavabdeh, idarənin maliyyə vəziyyətinin çətinliyini bəhanə gətirərək ona qanuni haqqı olan pulun verilməsindən imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1234/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iş üzrə keçirilən məhkəmə iclaslarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt Şəhər Mühafizə İdarəsində işlədiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə aid xidmət jurnallarının həmin qurumdan tələb edilməsinin məhkəmə tərəfindən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən bu sənədlərin tələb edilməsi ilə bağlı cavabdeh quruma sorğu versə də, cavabdeh qurum qeyd olunan sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmənin sorğusuna onun müxtəlif xidməti postlarda 8 saatlıq xidmətə cəlb edilməyi və əlavə xidmətə cəlb olunmamağı barədə heç bir sübuta əsaslanmayan arayış təqdim etmişdir. Məhkəmə də cavabdeh qurum tərəfindən məhkəməyə göndərilmiş bu arayışı əsas gətirərək, aşkar surətdə cavabdehin mövqeyini tutmağa səy göstərmiş və vətəndaş olaraq onun hüquqlarını heçə saymışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Bu müddət ərzində müxtəlif xidməti postlarda 8 saatlıq xidmətə cəlb edilmişdir. İddiaçı 8 saatlıq xidmətdə olduğundan onun əlavə xidmətə cəlb olunması praktik mümkün deyil. İşdə olan xidməti kitabça ilə bağlı bildirir ki, hüquqlarını təmsil etdiyi idarə həmin kitabçanı mötəbər sübut olaraq qəbul etmir. Lakin hər bir halda məhkəmənin nəzərinə çatdırır ki, həmin kitabçadan görünür ki, istirahət günü işləmiş olsa da, həmin gendən sonra və yaxud əvvəl ona istirahət günü verilmişdir. Odur ki, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə düzgün baxmışdır. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmiş, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2017-ci il tarixli, 231 ş/h nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə) daxili işlər orqanlarından xaric olunmuşdur. Bu müddət ərzində iddiaçı müxtəlif xidməti postlarda 8 saatlıq xidmətə cəlb edilmiş, əlavə xidmətə cəlb olunmamışdır. İddiaçı xidmət illərində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə müəyyənləşdirilən əlavə haqqın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Araşdırma zamanı iddiaçının cavabdeh tərəfindən əlavə xidmətə cəlb olunması müəyyən olunmamışdır. İddiaçı, cavabdeh tərəfindən əlavə xidmətə cəlb olunmasını bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinin arayışı ilə iddiaçının müxtəlif xidməti postlarda 8 saatlıq xidmətə cəlb edilməsi və əlavə xidmətə cəlb olunmaması təsdiq olunur. Ona görə də, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. Azərbaycan Respublikası Cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinin 234 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Bu müddət ərzində polis nəfəri, polis serjantı X3 müxtəlif xidməti postlarda 8 saatlıq xidmətə cəlb edilmişdir. Onun xidmət etdiyi postlardan Sumqayıt Şəhər Apelyasiya Məhkəməsi, «X5»ın Sumqayıt filialı, «VTB Bank»ın Sumqayıt filialını göstərmək olar. İddiaçı 8 saatlıq xidmətdə olduğundan, praktiki olaraq onun əlavə xidmətə cəlb olunması mümkün deyildir. Belə ki, 8 saatlıq xidmət edən polis nəfəri həftənin 6 günü 8 saatlıq xidmətə cəlb edilir, bazar günləri isə istirahət edir. İddiaçı istirahət günləri xidmətə cəlb edilməsi ilə bağlı tələbinin sübutu olaraq məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsi tərəfindən Arayışlar üçün 80 № möhürlə təsdiq edilmiş, Sumqayıt şəhər Mİ-nin rəisi Akif Alışanov tərəfindən imzası ilə təsdiqlənmiş xidməti kitabçanı təqdim etmişdir. Həmin kitabça iddiaçının xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixədək xidmət etdiyi dövrü əhatə edir. Həmin kitabçadan görünür ki, iddiaçı həqiqətən də, xx.xx.2012, xx.xx.2012xidmətdən, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, 24-xx.xx.2013, 05-xx.xx.2013, xx.xx.2013-ci il tarixlərdə, yəni həftənin bazar günü, o cümlədən gücləndirilmiş iş rejimində xidmətdə olmuşdur. Həmin kitabçadakı məlumatlarla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 308 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı bazar günləri xidmətə çıxmazdan bir gün əvvəl və ya sonra istirahət hüquqlarından istifadə etmişdir. Belə ki, “Xidməti kitabçası”nda İddiaçı tərəfindən xidmətdə olduğu bazar (istirahət) günlərinin müqayisəli təhlili aşağıdakı şəkildə olmuşdur: xx.xx.2012-xidmətdən sonra xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən əvvəl xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən əvvəl xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən sonra xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən əvvəl 20-xx.xx.2012-ci il tarixlərdə istirahət edib. xx.xx.2012-xidmətdən sonra xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən sonra xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən sonra xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2012-xidmətdən əvvəl xx.xx.2012-ci il tarixdə istirahət edib. xx.xx.2013-xidmətdən sonra xx.xx.2013-cü il tarixdə istirahət edib. xx.xx.2013-xidmətdən sonra xx.xx.2013-cü il tarixdə istirahət edib. xx.xx.2013-xidmətdən sonra 21-xx.xx.2013-cü il tarixlərdə istirahət edib. 24-xx.xx.2013-xidmətdən sonra 27-28-xx.xx.2013-cü il tarixlərdə istirahət edib. 05.xx.xx.2013-xidmətdən sonra 08-09-10-11-xx xxxxxx 2013-cü il tarixlərində xidmətdən icazə verilib. xx.xx.2013-xidmətdən əvvəl xx.xx.2013-cü il tarixdə istirahət edib. Arayışda qeyd edilən xüsusatlar xidməti kitabçada da öz təsdiqini tapır. Yəni, xidməti kitabçadan görünür ki, iddiaçı bir neçə dəfə qeyri iş günləri olan bazar günlərində, eləcə də bir neçə dəfə gücləndirilmiş iş rejimində xidmətdə olsa da, əvəzində ona bir gün əvvəl və ya sonra istirahət günləri verilmişdir. Bununla da iddiaçı altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edilməmişdir. Bundan əlavə iddiaçının xidmət kitabçasında yalnız xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixədək olan xidmət dövrü öz əksini tapmış, digər illər üzrə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 257/474 saylı məktubundan görünür ki, X3 xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Sumqayıt Şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət aparmışdır. Postlarda xidmət aparan əməkdaşların bölgüsü xidməti kitablarla tənzimlənir. Naryad kitablarının və xidməti kitabçaların saxlama müddətinin 2 il olduğunu nəzərə alaraq, idarənin xx.xx.2020-ci il tarixli 1 nömrəli, müddəti bitmiş sənədlərin məhvetmə aktına əsasən, həmin sənədlər xx.xx.2020-ci il tarixdə yandırılmışdır. Bununla əlaqədar olaraq həmin jurnalların və xidməti kitabçaların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin imtinası ilə iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halı baş verməmişdir və hazırki mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1234/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar