Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-12/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, X7 İddiaçı və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı mülkiyyət hüququna müdaxiləsinin qanunsuz sayılması və ona məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşməsi və faktiki olaraq həmin torpaq sahəsinə mülkiyyət hüququndan məhrum edilməyinin əvəzi olaraq 120000 manat kompensasiyanın tutularaq ona ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2- 1(118)-157/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyinin mülkiyyət hüququna müdaxiləsinin qanunsuz sayılması və cavabdehdən Hüquqların Dövlət reydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”a əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşməsi və faktiki olaraq həmin torpaq sahəsinə mülkiyyət hüququndan məhrum edilməyinin əvəzi olaraq 120000 (yüz iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0,06 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”a əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu”nun tikintisi zamanı tikinti altına düşmüş və faktiki olaraq mülkiyyət hüququndan məhrum olunmuşdur. Magistral yol çəkilən zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyinin əməkdaşları bir neçə dəfə onunla görüşərək, mülkiyyətində olan torpaq sahəsindən məhrum olunmağı müqabilində ona kompensasiya veriləcəyini bildirmişlər. Lakin xeyli müddət keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan torpaq sahəsindən məhrum olunmağına görə kompensasiya ödənilməmişdir. Mülkiyyətçi kimi ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair 01 aprel 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ərizəsinə cavab verilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-157/2022 saylı qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 27.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
4. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur.
6. Apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbindən imtinasının qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçıya kompensaiya ödənilmişdir və mübahisə həllini tapmışdır. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.
Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.
11. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə iddiadan imtina etdiyini göstərmişdir.
12. İddiaçı iddiadan imtina etdiyindən iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir.
13. İddia tələbindən imtinanı qəbul etməklə, məhkəmə kollegiyası izah edir ki, iddiaçının iddia tələbindən imtina etməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir.
14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-157/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan X1rşı mülkiyyət hüququna müdaxiləsinin qanunsuz sayılması və cavabdehdən Hüquqların Dövlət reydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşməsi və faktiki olaraq həmin torpaq sahəsinə mülkiyyət hüququndan məhrum edilməyinin əvəzi olaraq 120000 (yüz iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi tələbinə dair 2- 1(105)-12/2023 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.