Məhkəmə qərarları › İş №2-1(105)-12/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-12/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-12/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı “Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2- 1(118)-3559/2022 nömrəli qərarından üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-3559/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı ləğv edilmişdir. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi Vəkil2 iddiaçının iddiadan imtina barədə ərizəsini qəbul edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş, ərizəsində tərəflər arasında mübahisəli torpaq sahəsindən iddiaçı və üçüncü şəxsin müştərək istifadəsinə dair cavabdehlə birgə üç tərəfli razılaşma əldə edildiyindən hazırkı iş üzrə iddiadan imtina etdiyini, buna dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsi iddia iddiadan imtina etdiyindən, nəticə etibarilə mübahisə mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiadan imtina edildiyindən, iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı “Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar