Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1200/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3888/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(118)-3888/2025 nömrəli qərardadına əsasən X9 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbəsi İcra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24,00 ha torpaq sahəsində adları qeyd olunan vətəndaşlara (78. İddiaçı) hər bir ailə üçün 57093 manat torpaq vergisi ödəmək şərtilə torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə fərdi yaşayış mənzili tikintisinə icazə verilmişdir. Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə İcra Hakimiyyət nümayəndəsinin 30 iyun 1998-ci il tarixli, 01 saylı "Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında" sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmış, Abşeron rayon Saray Bələdiyyəsi sözügedən torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Həmçinin Abşeron rayon Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmişdir. 2001-ci il tarixdə ev tikilmişdir. Lakin səhhəti ilə əlaqədar olaraq satmaq qərarına gəlmişdir. xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözü gedən ərazidə tikilmiş ev X6 adına keçmişdir. Müvafiq qaydada sözügedən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində tikilmiş yaşayış sahəsi 48,0 kv.m, köməkçi sahəsi 60.2 kv.m olan 2 otaqdan ibarət 84 saylı yaşayış sahəsinin X6 mülkiyyətinə verilməsinə dair qeydiyyat vəsiqəsi verilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Buna görə də müvafiq qaydada cavabdeh idarəyə rəsmi qaydada müxtəlif vaxtlarda müraciətlər edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin cavab məktubları ilə ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktublarda bildirilmişdir ki, sözü gedən fərdi yaşayış yüksək gərginlikli elektrik xəttinin (110 KVT) və neft kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin əlavə olaraq bildirilmişdir ki, sözügedən daşınmaz əmlakın artıq bir dəfə rəsmiləşdirildiyi və özgəninkiləşdirildiyi aşkar edilmişdir. Hesab edir ki, cavabdeh tərəfin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tikilmək üçün ayrılan torpaq sahəsinin yaxınlığından keçən 110 KV-luq elektrik verilişi hava xətti "xxxx" ASC-yə məxsus deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 2.2 saylı bəndinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Bundan əlavə SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 3.0 metr məsafəsindən SOCAR-ın “Azəriqaz" İstehsalat Birliyinin istismarında olan PE- 75 mm-lik yeraltı ora təzyiqli polietilen qaz kəməri keçir. Halbuki “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2 nömrəli əlavəsinə əsasən məsafə 4 metr müəyyən olunmuşdur. Sözügedən qaz kəməri ev tikildikdən sonra orada quraşdırılmışdır. Ev tikilən zaman SOCAR-ın əməkdaşları tərəfindən əraziyə baxış keçirilib yer müəyyən olunmuş tikintiyə icazə verilmişdir. Bundan əlavə sözügedən ərazidə bir çox vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) və neft kəmərinin mühafizə zolağında yerləşdiyi, həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, sözügedən sərəncamda hüquq sahibi “X12” qızı kimi göstərildiyi halda, etibarnamədə “İddiaçı” qızı kimi qeyd olunduğu; Torpaq sahəsinin özəlləşməyi ilə bağlı fərdi yaşayış evinin mülkiyyətçisinin razılıq məktubunun müraciətə əlavə olunmadığı müəyyən olunmuşdur. 30 iyun 1998-ci il tarixli, 01 nömrəli sərəncam əsasında iddiaçının adına fərdi yaşayış evinə 1054 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş və daha sonra sözügedən fərdi yaşayış evi özgəninkiləşdirilmişdir. Hal hazırda iddia predmeti olan torpaq sahəsi həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01175 nömrəli məktubundan görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin rəhbərliyi Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli 01 saylı sərəncamına əsasən İddiaçı fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsinin yaxınlığından keçən 110 Kv-luq elektrik verilişi hava xətti "xxxx" ASC-yə məxsus deyil. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Cavabdeh1n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair müraciət üzrə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 30 iyun 1998-ci il tarixli, 01 nömrəli qərarı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 1054 reyestr nömrəli qeydiyyat vəsiqəsilə artıq bir dəfə rəsmiləşdirildiyi və özgəninkiləşdirildiyi aşkar edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. “SOCAR”-ın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Saray Bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlar əsasında müvafiq araşdırma aparılmış və həmin koordinatlarda yerləşən torpaq sahəsinin 3,0 metr məsafəsindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan PE-75 mm-lik yeraltı orta təzyiqli polietilen qaz kəməri keçir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi faktiki 0,10 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. İki ədəd ev tikililəri var. Cənub qərbindən 9.30 m məsafədə 110kv YGEXi keçir. “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin daş hasarından 0,10 metr məsafədə ididaçıya məxsus qaz sayğacına gedən PE 32 mm-lik yeraltı orta təzyiqli qaz xətti mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba Abşeron rayonu 2 saylı dövlət notariat ofisinin xx.xx.2001-ci il tarixdə 4Ə-501 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti əlavə olunmuşdur. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1393 nömrəli arayışında qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 iyun 1998-ci il tarixli, 01 saylı “Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında” sərəncamında çıxarışda İddiaçı yazılmışdır. 1162 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 84 saylı fərdi yaşayış evi X6 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3888/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Cavabdeh1n 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Bundan başqa bildirilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025ci il tarixli, 2-1(118)-3888/2025 saylı qərarı məlumat üçün 4 Saylı Abşeron Ərazi İdarəsinə daxil olduqdan sonra müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan X6 adına həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1186 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlandığı müəyyən edilmişdir. Bu hal barədə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan müddətdə məhkəməyə məlumat verilmədiyindən həmin hal məhkəməyə məlum olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vətəndaş X9 tərəfindən 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; .... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə mübahisə Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır. Eləcə də iş materiallarına əlavə olunmuş 10541 nömrə ilə reyestr kitabına yazılan 1162 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən yaşayış sahəsi – 48,0 m2, köməkçi sahəsi – 60,2 m2 olan 2 yaşayış sahəsindən ibarət 84 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 25 avqust 2001-ci il tarixli, 4Ə-3-502 reyestr nömrəli müqavilədən görünür ki, yaşayış sahəsi – 48,0 m2, köməkçi sahəsi – 60,2 m2 olan 2 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı nümayəndəsi X5 tərəfindən X1. İş materiallarına əlavə olunmuş 10541 nömrə ilə reyestr kitabına yazılan 1162 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən yaşayış sahəsi – 48,0 m2, köməkçi sahəsi – 60,2 m2 olan 2 otaqdan ibarət 84 saylı fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Beləliklə göründüyü kimi Əsədova X8 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı sərəncamı əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmiş, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bundan sonra həmin evi X3, sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Lakin sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən də Əsədova X8 rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı sərəncamına istinad etməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaq istəyir. Birinci instansiya məhkəməsində icraat zamanı X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəməyə ərizə ünvanlayaraq torpaq sahəsinin İddiaçı adına özəlləşməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göründüyü kimi 25 avqust 2001-ci il tarixli, 4Ə- 3-502 reyestr nömrəli müqavilənin predmeti qismində yalnız fərdi yaşayış evi çıxış etmiş, onun yerləşdiyi torpaq sahəsi çıxış etməmişdir. Qeyd edilən fərdi yaşayış evi hazırda xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxs X7 məxsusdur və hazırki iddia tələbinin predmeti olan torpaq sahəsinin üzərində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Maddənin 3-cü hissəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində hüquqlar X2. Eyni zamanda işdən görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında mübahisə yoxdur, onların inzibati orqana yönələn hüquqi maraqları eynidir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən qanunvericilik normalarının tələbləri əsas götürülməklə iddiaçı tərəfə hüquqi yardım edilmiş, bundan sonra iddiaçının vəkili və nümayəndəsi tərəfindən “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə vəsatət ünvanlanaraq İddiaçı əsl iddiaçı X9 ilə, üçüncü şəxs X6 isə İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyasının 15 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə X6 ərizəsi və İddiaçı vəsatəti nəzərə alınaraq, İddiaçı əsl iddiaçı X9 ilə əvəzlənməklə İddiaçı üçüncü şəxs qismində nəzərə alınmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqanın dəlilləri aşağıdakılardan ibarətdir: 1) Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) və neft kəmərinin mühafizə zolağında yerləşməsi; 2) Müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olması, sözügedən sərəncamda hüquq sahibi “X12” qızı kimi göstərildiyi halda, etibarnamədə “İddiaçı” qızı kimi qeyd olunması; 3) Torpaq sahəsinin özəlləşməyi ilə bağlı fərdi yaşayış evinin mülkiyyətçisinin razılıq məktubunun müraciətə əlavə olunmaması. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Kollegiya torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlili əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinin məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eləcə də mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alındığından fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110 KVT) və neft kəmərinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil öz əhəmiyyətini itirmiş olur. İnzibati orqanın növbəti dəlili müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olması, sözügedən sərəncamda hüquq sahibi “X12” qızı kimi göstərildiyi halda, etibarnamədə “İddiaçı” qızı kimi qeyd olunması ilə bağlıdır. Kollegiya həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, iş materiallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli sərəncamı ilə İddiaçı ayrılmışdır. Qeyd olunan sənədin düzgün tərtib edilməsi məhz müvafiq məsul şəxsin öhdəliyində olan bir məsələ olmaqla iddiaçının məsuliyyət sferasına daxil olmamışdır. Bu baxımdan məsul şəxslərin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi çıxış etməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sərancamda adın texniki olaraq düzgün qeyd edilməməsi iddiaçının hüquqlarını pozmamalıdır. İstinad edilən sənədin iddiaçıya məxsus olmasına hər hansı bir şübhə mövcud deyil. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın sonuncu dəlili torpaq sahəsinin özəlləşməyi ilə bağlı fərdi yaşayış evinin mülkiyyətçisinin razılıq məktubunun müraciətə əlavə olunmaması ilə əlaqəli olmuşdur. Halbuki, İddiaçı ilə X6 hüquqi maraqlarının eyni olması məhkəmə prosesində müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3888/2025 saylı qərarı məlumat üçün 4 Saylı Abşeron Ərazi İdarəsinə daxil olduqdan sonra müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan X6 adına həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1186 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlandığı müəyyən edilmişdir. Bu hal barədə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan müddətdə məhkəməyə məlumat verilmədiyindən həmin hal məhkəməyə məlum olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vətəndaş X9 tərəfindən 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal X6 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əlavə əsas yaradır və hər bir halda onun hüquqları bərpa olunmalıdır. Buna görə də məhkəmə kollegiyası bununla bağlı əlavə araşdırma aparmağa zərurət görməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına müvafiq çıxarışın verilməsi öhdəliyi Cavabdeh1n üzərinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-3888/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 0,10 torpaq sahəsi üzərində iddiaçı X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına müvafiq çıxarışın verilməsi öhdəliyi Cavabdeh1n üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.