Məhkəmə qərarları › İş №2-1(105)-1205/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1205/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1205/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayənəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust 2016-cı il tarixli, 736 nömrəli göndərişindən görünür ki, İddiaçı “Partlayış yaralanması (6 aprel 2016-cı il) Döş qəfəsinin hər iki yarısının, sağ bazu və sol bud nahiyələrinin geniş ölçülü qəlpə yaralanmaları, iki tərəfli hemopnevmotoraksa görə aparılmış laparotomiya, yaraların birincili cərrahi işlənilməsi əməliyyatından sonrakı vəziyyət. Boyun və sol qasıq nəhiyyələrinin və sol budun yuxarı 1/3-nin metalik yad cisimləri (2 ədəd güllə, çoxsaylı qəlpələr)” diaqnozu ilə stasionar müayinə və müalicəyə göndərilmişdir. N nömrəli hərbi hissənin N noyabr 2016-cı il tarixli, 62 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı mövcud olan “İV dərəcəli alimentar-konstitusional piylənmə” xəstəliyi hərbi xidmət dövründə alınmış, “partlayış travması (5 aprel 2016-cı il) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” hərbi travması Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, İddiaçı 17 iyul 2017-ci il tarixdə qiymətləndirilmiş, nəticədə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun 1/3-nin çoxsaylı yad cismləri” diaqnoz ilə 17 iyul 2022-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumatı”ndan elektron çıxarışdan görünür ki, İddiaçı 16 noyabr 2023-cü il tarixdə qiymətləndirilmiş, “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud, qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun 1/3-nin çoxsaylı yad cismləri. İki tərəfli neyrosensor ağıreşitmə, iki tərəfli koxlear nevrit. Sol qulaqda İ dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə” diaqnozun əlillik əlamətin təyin etməməsi üçün əlilliyin təyin edilməsindən imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 3 may 2024-cü il tarixli, 3-17- 4/2-R-12643/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 22 fevral 2024-cü il tarixdə Agentlikdə qəbulda olmu, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X13 İnstitutunun İddiaçı dair ******* nömrəli “Xəstəlik tarixindən çıxarış” və 4965 nömrəli “Spirometriya”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının 16 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əlillik verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının 6 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1652/2024 nömrəli İddiaçı dair qərarı ilə hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 21 oktyabr 2024-cü il tarixli, T 679/2024 nömrəli rəyindən görünür ki, iddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmamış, iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş X15 tərəfindən tərtib olunmuş 3 noyabr 2023-cü il tarixli, Z00144834ENN saylı Forma 88-də və qərardadın 1-ci bəndində suallarda göstərilən xəstəliklər - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud, qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol budun 1/3- nin çoxsaylı yad cisimləri; Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə; Digər xroniki obstruktiv ağciyər xəstəliyi, ACXOX, orta ağır gedişli, kəskinləşmə mərhələsi. İki tərəfli hemopnevmotoroks, fəsadlaşmış döş qəfəsinin hər iki yarışısnın geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatından sonrakı vəziyyət. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı. İİ dərəcə; Digər və dəqiqləşdirilməmiş odlu silahdan atəş, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud, qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarşıq tip İİ dərəcə pozulması. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol budun 1/3-nin çoxsaylı yad cisimləri; Digər rubrikalarda təsnif olunan hallar zamanı müşahidə olunan plevral eksudat, QACXOX. Orta ağır gedişli, kəskinləşmə mərhələsi. İki tərəfli hemopnevmotoroks. Fəsadlaşmış döş qəfəsinin hər iki yarısının geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı. İİ dərəcə; “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit. Sol qulaqda İİİ dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə” ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, şəxs cavabdeh orqanda 7 sentyabr 2022-ci il və 17 may 2023-cü il tarixlərində əyani müayinələrdə olarkən tənqənəfəslik, zəif eşitmədən şikayətlənmiş, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit. Sol qulaqda 111 dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə” istisna olmaqla, digər xəstəliklərdə əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilmədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nı aid etməyə əsas verməmişdir. “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit. Sol qulaqda İİİ dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə” xəstəliyi isə “Sağ qulaqda İV dərəcəli (75dB), sol qulaqda İ dərəcəli (35dB) ağıreşitmə” kimi müəyyənləşdirildiyindən o da öz növbəsində əlillik təyinatına əsas verməmişdir. Hazırda mövcud olan xəstəliklər onun xəstəlik haqqında şəhadətnaməsində qeyd edilən “Partlayış travması (5 aprel 2016-cı il) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yansının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarşıq tip İİ (ikinci) dərəcə pozulması. Sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” diaqnozu ilə birbaşa səbəbli əlaqəlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə PsixiatrikEkspertiza Mərkəzi” publik hüquqi şəxsin 7 may 2025-ci il tarixli, T 297/2025 nömrəli rəyindən görünür ki, iddiaçının iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 88-də qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud, qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol budun 1/3-nin çoxsaylı yad cisimləri. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı. İİ dərəcə; Digər xroniki obstruktiv ağciyər xəstəliyi, ACXOX, orta ağır gedişli, kəskinləşmə mərhələsi. İki tərəfli hemopnevmotoroks, fəsadlaşmış döş qəfəsinin hər iki yarısının geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı. İİ dərəcə; digər və dəqiqləşdirilməmiş odlu silahdan atəş, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud, qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarşıq tip İİ dərəcə pozulması. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Sol budun 1/3-nin çoxsaylı yad cisimləri; Digər rubrikalarda təsnif olunan hallar zamanı müşahidə olunan plevral eksudat, QACXOX. Orta ağır gedişli, kəskinləşmə mərhələsi. İki tərəfli hemopnevmotoroks. Fəsadlaşmış döş qəfəsinin hər iki yarısının geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı. İİ dərəcə; “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit. Sol qulaqda İİİ dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin cavabdeh orqanda 22 fevral 2024- cü il tarixdə əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. İddiaçı “X1 İnstitutu” phş-də 22 aprel 2025-ci il tarixdə müayinələrdən keçirilərkən obyektiv və instrumental müayinələr nəticəsində “S27.3 Döş qəfəsinin ikitərəfli dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. J96.1 Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu. J44.1 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağır gedişli, kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuşdur. ATU-nun X5 23 aprel 2025-ci il tarixdə medikamentoz yuxu altında BERA testi aparılmış və “Sağ qulaqda 4-cü, sol qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu təyin edilmişdir. İddiaçıda hazırda mövcud olan xəstəliklər onun xəstəlik haqqında şəhadətnaməsində qeyd edilən “Partlayış travması (5 aprel 2016-cı il) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” diaqnozu ilə birbaşa səbəbli əlaqəlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qərarını ləğv edilərək, onun qərardan əvvəlki qaydada hesablanmış pensiyanın bərpa edərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 16 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 61-80% əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 3 may 2024-cü il tarixli məktubu ilə əlillik təyininə əsas vermədiyinə görə iddiaçı barəsində diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh qurumun mövqeyi ilə razılaşmır. Belə ki, ona 17 iyul 2017-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması nəticəsində 5 aprel 2016-cı il tarixdə iki tərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip ikinci dərəcə pozulması, sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Tibb Universitetinin X10 tərəfindən verilən epiqresdən görünür ki, 19 sentyabr 2023-cü il tarixdə medikamentoz yuxu altında BERA testi aparılmışdır. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Sol qulaqda 3-cü dərəcə, sağ qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 26 avqust 2022-ci il tarixli A00006808PLC nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 16 aprel 2023-cü il tarixli, İ00087584HLE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1- 14305/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən N noyabr 2016-cı il tarixli, 62 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Partlayış travması (5 aprel 2016-cı il) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ (ikinci) dərəcə pozulması. Sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” diaqnozlu travmanın səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş 7 sentyabr 2022-ci il tarixdə əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki döş qəfəsinin ön səthində, sağ bazunun orta 1/3-də, sol budun orta 1/3-də çapıqlar və hər iki kürək nahiyəsində əməliyyat çapığı izlənilmiş, auskultasiya zamanı hər iki ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-99%, boyu 173 sm, çəkisi 133 kq, BKİ-44,48 olmuşdur” kimi qeyd olunmuş, 11.4.10.1 bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş 17 may 2023-cü il tarixdə əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngənəfəslik, zəif eşitmədən şikayətlənmişdir. Hər iki döş qəfəsinin ön və arxa səthində, sol sağrı nahiyəsində çapıq toxumalar izlənilmiş, torakosintez əməliyyatında müvafiq yumşaq toxuma çapığı izlənilmişdir. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, boyu 174 sm, çəkisi 129 kq, BKİ=43 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına uyğun olmayan hərbi geyimdə daxil olmuş, təngənəfəslik, əsəbilik, eşitmə zəifliyindən şikayətlənmişdir. Müayinə gedişatında vətəndaşın sol qulağında eşitmə cihazı müşahidə edilmiş, eşitmə cihazı işlək vəziyyətdə olmasına baxmayaraq 4 m məsafədən yaxşı eşitmədiyini bildirərək, 2 m məsafədən verilən sualları cavablandırmış, eşitmə cihazından istifadə qaydasını bilmədiyi aşkarlanmışdır. Vətəndaş imtina cavabı alacağı təqdirdə özünü yandıracağı ilə bağlı komissiya üzvlərini təhdit etmişdir. Müayinə zamanı döş qəfəsinin hər iki ön və arxa səthində çapıq, sağtərəfli torakosintez, sağ bazunun yuxarı 1/3-də, sol sağrıda çapıqlar izlənilmiş, hərəkətləri sərbəst izlənilmiş, lakin müayinə aparılmasına imkan verməmişdir. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, tənəffüs hərəkətlərinin sayı 16, boyu 175 sm, çəkisi 135 kq, BKİ=43,5 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X12 və Travmatologiya İnstitutunun 13 yanvar 2022-ci il tarixli **********/571 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Dəlib keçən kor güllələr, partlayış travmaları. Cərrahi əməliyyatlardan sonrakı çapıq. Boyun, çanaq, qarın nahiyəsinin çox saylı qəlpə, qüllə yaralanmasından sonrakı vəziyyət. Boyun, sol qasıq, qarın, bud nahiyəsinin çox saylı bərkimiş, dartıcı, ağrılı kelloid çapıqları. Yayılmış osteoxondroz, osteoparoz. Onurğanın boyun nahiyəsinin hərəkət məhdudluğu. Daimi kökcük ağrı sindromu” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi X7 institutunun 2 sentyabr 2023-cü il – 19 sentyabr 2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “ACXOX orta ağır qedişli, kəskinləşmələrlə, ikitərəfli hemapnevmatoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 13 oktyabr 2023-cü il tarixli, 11248 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə. Sol tərəfli İİİ dərəcəli, saq tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə. Partlayış sonrası" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Tibb Universitetinin 19 mart 2023cü il tarixli BERA test müayinəsinin nəticəsi “Sol qulaqda 3-cü dərəcə, sağ qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X7 institutunun 18 avqust 2023-cü il tarixli, 5999 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu qeyd olunur. FVC 26%, FEV1 22%” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da 22 fevral 2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda İV dərəcəli (75dB), sol qulaqda İ dərəcəli (35dB) ağıreşitmə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERAda 22 fevral 2024-cü il tarixli, 878 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. Obyektiv olaraq tənəffüsü zəif vezikulyardır. Patoloji xırıltılar eşidilmir. Kliniki dəyərləndirmə məsləhətdir. FVC 58%, FEV1 53%’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilərək, həmin tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” səbəb-əlaqəsilə 61-80% əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust 2016-cı il tarixli, 736 nömrəli göndərişi əsasında “Partlayış yaralanması (6 aprel 2016-cı il) Döş qəfəsinin hər iki yarısının, sağ bazu və sol bud nahiyələrinin geniş ölçülü qəlpə yaralanmaları, iki tərəfli hemopnevmotoraksa görə aparılmış laparotomiya, yaraların birincili cərrahi işlənilməsi əməliyyatından sonrakı vəziyyət. Boyun və sol qasıq nəhiyyələrinin və sol budun yuxarı 1/3-nin metalik yad cisimləri (2 ədəd güllə, çoxsaylı qəlpələr)” diaqnozu ilə stasionar müayinə və müalicəyə göndərilmiş, N nömrəli hərbi hissənin N noyabr 2016-cı il tarixli, 62 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”si ilə iddiaçının “İV dərəcəli alimentarkonstitusional piylənmə” xəstəliyinin hərbi xidmət dövründə alındığı, “partlayış travması (5 aprel 2016-cı il) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun orta 1/3-nin çoxsaylı yad cisimləri” hərbi travmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. Bundan əlavə, Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 17 iyul 2017- ci il tarixdən 17 iyul 2022-ci il tarixədək “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması nəticəsində (5 aprel 2016-cı il) iki tərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması. Sol budun 1/3-nin çoxsaylı yad cismləri” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin 16 noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının diaqnozun əlillik əlamətin təyin etməməsi üçün əlilliyin təyin edilməsindən imtina verilmişdir. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə 65-80 faiz əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 1.1. Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri 1.1.1.tənəffüs sistemi orqanlarının digər xəstəlikləri-XBT kodu J95-J99 1.1.1 digər xroniki obstruktiv ağciyər xəstəliyi-J44 Qiymətləndirmə üzrə əlamətləri: 1.1.1.1 təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə-orqanizmin funksiyasının pozulmasının fazi dərəcəsi 35-60 faiz, pozulması müddəti 1 il; 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə orqanizmin funksiyasının pozulmasının faiz dərəcəsi 65-80 faiz, pozulması müddəti iki il; 1.1.1.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə-orqanizmin funksiyasının pozulmasının faiz dərəcəsi 85-100, müddətsiz Bənd 9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri- XBT kodu H60-H95 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə-40 faiz 5 il “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə iki il müddətinə əlillik təyinatının aparılmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, əlilliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəlik öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, hazırki halda işin mübahisəli halı iddiaçıda aşkar edilən diaqnoz xəstəliyin və onun ağırlaşma əlamətlərinin qanunla müəyyən edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas olub-olmaması ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və ya digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması nəticəsində (xx.xx.2016) ikitərəfli açıq hemopnevmotoroksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının sağ bazu, sol bud,qarın nahiyələrinin odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması, cərrahi əməliyyatdan sonrakı vəziyyət,sol budun 1/3-nin çoxsaylı yad cisimləri (XBT kodu Y36.4)”, ağırlaşmaları “Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı İİ dərəcə (XBT kodu J96)”, “Digər xroniki obstruktiv ağciyər xəstəliyi ACXOX orta ağır gedişli kəskinləşmə mərhələsi, ikitərəfli hemopnevmotoroks fəsadlanmış döş qəfəsinin hər iki yarısının geniş ölçüdə qəlpə yaralanmasına görə aparılmış cərahi əməliyyatdan sonrakı vəziyyət qarışıq tipli kəskin ventilyasiya pozğunluğu tənəffüs çatışmazlığı İİ dərəcə (XBT kodu J44)”, XBT kodu W34 və XBT kodu J91, yanaşı xəstəlikləri “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi,iki tərəfli koxlear nevrit, sol qulaqda İİİ dərəcə, sağ qulaqda İV dərəcəli neyrosensor ağıreşitmə (XBT kodu H90.3)” kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik kimi “Partlayış travması (xx.xx.2016) nəticəsində ikitərəfli açıq hemopnevmotoraksla fəsadlaşmış döş qəfəsinin hər iki yarısının odlu silah kor qəlpə yaralanmasından sonrakı xarici tənəffüs funksiyasının qarışıq tip İİ dərəcə pozulması.Sol budun orta 1/3-ni çoxsaylı yad cisimləri”kimi, “Hərbi travmadır. Azərbaycan Respubikasının müdafiəsi zamanı alınmışdır”, diaqnoz xəstəlik kimi “İV dərəcəli alimentarkonstitusional piylənmə”, “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan ambulator kartadan çıxarış və digər sənədlərdən görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı ixtisaslaşmış tibbi müəssislərində stasionar müalicədə olmuşdur (həmin tibbi sənədlərin məzmununda tənəffüs çatışmazlığının ikinci dərəcə olması qeyd edilmişdir). Həmçinin, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəylərinin məzmunundan görünür ki, iddiaçıda XBT kodu J44 olan diaqnoz xəstəliyin patofunksional əlamətlərinin mövcudluğu və onun məhz hərbi travmanın nəticəsi ilə birbaşa səbəb əlaəqli olması halı öz təsdiqini tapmış, habelə ekspert rəyində “X1 İnstitutu” PHŞ trəfindən verilmiş həkim-mütəxəssisin rəyinə istinad edilmiş, həmin rəyin məzmununda iddiaçının xx.xx.2025-ci il tarixdə əyani müayinəsinin aparıldığı, müayinə nəticəsində onun barəsində “ S27.3 Döş qəfəsinin ikitərəfli dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, J96.1 Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu, J44.1 Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli,kəskinləşmə mərhələsi” diaqnoz xəstəliyinin müəyyən edildiyi əks olunmuşdur. Bununla bağlı, məhkəmə araşdırması zamanı sözügedən həkim-mütəxəssis rəyini tərtib edən ixtisaslaşmış həkim mütəxəssis qismində dinlənilmiş, həkim-mütəxəssis verdiyi izahatında bildirmişdir ki, iddiaçıda “ Təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə, təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə, ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə əlamətləri vətəndaşda müəyyən olunmuşdur.Təqdim edilmiş tibbi sənədlər və aparılmış müayinələrə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən vətəndaşın səhhətində mövcud olan ciddi dəyişikliklərin tam şəkildə qəbul edilmədiyi müşahidə olunur. Belə ki, vətəndaşın ağciyərlərində ciddi emfizematik dəyişikliklərin baş verdiyi, həmin dəyişikliklərlə əlaqədar olaraq ağciyər toxumasında deformasiyanın mövcud olduğu, eləcə də spaykaların (fibroz bitişmələrin) formalaşdığı tibbi sənədlərlə təsdiq olunur. Bildirilməlidir ki, travmatik mənşəli metal implant və ya dəmir konstruksiya mövcud olmasa da, vətəndaşda xroniki tənəffüs çatışmazlığı vəziyyəti formalaşmışdır. Bu hal aparılmış spiroqrafik müayinənin nəticələri ilə təsdiq edilmiş və müvafiq tibbi sənədlərdə qeyd olunmuşdur. Həmin müayinələrin nəticələrinə əsasən, vətəndaşın tənəffüs funksiyalarında davamlı və geridönməz pozuntular aşkar edilmişdir.İddiaçı barəsində tərtib edilmiş tibbi sənədlərdə ikinci dərəcəli çatışmazlıq qeyd edilmişdir. Xüsusilə, ikinci dərəcəli tənəffüs çatışmazlığı mövcud olduğu tərəfimizdən də vurğulanır və bu hal müvafiq tibbi rəy və sənədlərlə təsdiq edilir, lakin 2A və 2B dərəcələri arasındakı fərqin izah edilməsi mənim ixtisas sahəmə aid olmadığından, bu məsələ ilə bağlı konkret tibbi rəy bildirmək imkanım yoxdur. Vətəndaş tərəfindən aidiyyəti tibb müəssisələrinə dəfələrlə müraciətlər edilmişdir. Belə ki, bir, iki, üç dəfə olmaqla, vətəndaş tərəfindən stasionar müalicə məqsədilə müraciətlər qeydə alınmışdır. Eyni zamanda, stasionar müalicənin mümkün olmadığı hallarda, vətəndaşın ambulator qaydada da mütəmadi müraciətləri olmuşdur. Həmin ambulator müraciətlər əsasında vətəndaş nəzarətə götürülmüşdür.Vətəndaş əsasən ambulator nəzarət altında saxlanılmış, lakin vəziyyətin ağırlaşdığı dövrlərdə iki-üç dəfə stasionar müalicəyə cəlb olunmuşdur. Bununla yanaşı, vətəndaşın ambulator müraciətləri davamlı xarakter daşıyır və o, mütəmadi olaraq tibb müəssisəsinə müraciət edir. Həmçinin xəstəliyin kəskinləşmə dövrləri mövsümi xarakter daşıya bilər. Eşitmə orqanları ilə bağlı pozuntular isə bu ixtisas sahəsinə aid olmadığından, həmin məsələ üzrə rəy verilməsi mümkün deyildir.” Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin (XBT kodu J44 və J96) mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-mütəxəssis rəyi, ekspert rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən (müvafiq rəylərin əksinə dair halları müəyyən edən) heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz xəstəliklər və ağırlaşmaları (XBT kodu J44, J96 kodu və 1.1.1.2 bənd üzrə qiymətləndirm əlamətləri) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və onun ağırlaşma əlamətlərinin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan həmin hala formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (əlilliyin təyin edilməsinə əsas olan xəstəlik və onun ağırlaşma əlamətlərinin olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin (XBT kodu J44, J96) mütəxəssis və ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliklərin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barsində müvafiq tibbi göndəriş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş sasında aparılmış yoxlamanın nəticəsinə dair xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıda XBT kodu J44 və J96 olan diaqnoz xəstəliklərin məhz müvafiq Meyarların 1.1.1.2-ci bəndində əks olunmuş qiymətləndirmə üzrə ağırlaşma əlamətlərinin (təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə) olduğu aşkar edilmiş, həmin diaqnoz xəstəlik əlamətləri isə orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin təyin edilməsi üçün əsas hesab edilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində orqanizmin funksiyasının pozulmasının 61-80 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini müəyyən etmişdir (orqanizmin funskiyasının pozulma müddətini qeyd etmədən), nəticə etibarilə qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Bu baxımından kollegiya işin müəyyən edilmiş həmin hallarını əsas götürərək, İPM-in 13-cü maddəsin əsasən iddiaçıya hüquqi yardım etmiş, nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə tələbin əsaslılığı işin müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qərarı həmin hisssədə dəyişdirilməli, iddia təmin edilməlidir. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçıda XBT kodu H90.3 (Meyarların 9.1.3-cü bəndi üzrə qiymətləndirmə əlamətlərinə əsasən eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə) diaqnoz olan xəstəliyin də mövcudluğu da öz təsdiqini tapmışdır. Lakin qeyd edilən xəstəlik ümumi xəstəlik olmaqla, hərbi travma nəticəsində yaranması halı müəyyən edilməmiş, iddiaçının hüquqi marağı isə məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi ilə bağlı olduğundan, həmin xəstəliyin əlamətləri hazırki inzibati iş üzrə əlilliyin təyin edilməsi əsaslarının müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, bu halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 16 noyabr 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar