Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1207/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6 saylı evdə yerləşən 29 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4781/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Sumqayıt şəhər X18 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 2153 nömrəli orderə əsasən Sumqayıt şəhəri, 4cü mikrorayon, 6 saylı evdə yerləşən 29 saylı mənzil 5 nəfər ailə üzvü ilə birlikdə X9 ayrılmışdır. Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 19 iyul 2015-ci ildə vəfat etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1871/2022 saylı qərardadı ilə X12 və İddiaçı arasında mənzilin hər ikisinin adına özəlləşdirilməsi, dövlət reyestrindən çıxarış alınması, 2 ay müddətində satılması, pul məbləğinin aralarında 50 faiz olmaqla bölüşdürülməsi şərtləri ilə barışıq sazişi təsdiq edilmiş, həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-923/2023 saylı qərardadı ilə ləğv edilmiş və iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3229/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 saylı evdə yerləşən 29 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil müvafiq order əsasında iddiaçının mərhum anası X9 4 nəfər ailə üzvi ilə birlikdə ayrılmışdır. Mənzil dövlət fonduna aid olmaqla onun tərəfindən özəlləşdirilməmişdir. X14 19 iyul 2015-ci il tarixdə vəfat etmiş, orderdə adı göstərilən digər şəxslər Şamilova Zemfira xx.xx.2020-ci ildə, Şamilov Vidadi isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Orderdə adı göstərilən digər şəxs Şamilova Rəna mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim etmişdir. Hazırda mübahisəli mənzildə X15, X10, X12 və X19 qeydiyyatdadırlar. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 146 saylı arayışında ünvan 1 ünvanı ilə ünvan 2 Cavabdehin imtina məktubunun surətindən görünür ki, müraciətə mərhum X7 qanuni vərəsəsi olmağı barədə notariusun məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və razılıq ərizələri əlavə olunmamış və vətəndaş Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş X1 mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsi daxil olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 saylı evin 29 nömrəli mənzil üzərində onun mərhum anası X7 çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6 saylı evdə yerləşən 29 nömrəli mənzil üzərində özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6 saylı evdə yerləşən 29 saylı mənzil iddiaçının mərhum anası 10 mart 1920-ci il təvəllüdlü X9 Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarı ilə verilmişdr (order N-2153). Orderdə iddiaçının da adı vardır. Orderdə adı keçən şəxslərin bəziləri vəfat etmiş, bəziləri isə mirası qəbul etməmişdir. İddiaçı isə anasından mirası qəbul etmiş və bu günədək həmin mənzildə yaşayır. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. Hazırda o, mənzil üzərində mülkiyyət hüququnun onun adına qeydə alınmasını xahiş edir. Bununla bağlı cavabdeh orqana aidiyyəti üzrə müraciət etsə də bugünədək müsbət cavab ala bilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Həmin qərardan ərizəçi X12 qərarın maraqlarına toxunmasına istinad edərək apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Daha sonra məhkəmə kollegiyası tərəfindən ərizəçiyə hüquqi yardım edildikdən sonra ərizəçi məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirərək, şikayətin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-253/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)- 2853/2024 nömrəli qərarından ərizəçi X12 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmişdir. X2 və X12 məhkəməyə müraciət edərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 və X4 ərizələri təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(118)-2853/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X10 və X12 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (hakim Aynur Axundova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-406/2025 nömrəli xx.xx.2025-ci il raixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 29 nömrəli mənzil üzərində mərhum X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 20 noyabr 2023- cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə iddiaçının mərhum X7 qanuni vərəsəsi olmağı barədə notariusun məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən isə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 Ns-li forma); mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İdarənin mütəxəssisi tərəfindən mənzildə texniki inventarlaşdırma işləri aparılan zaman mübahisəli halın olduğu müəyyən edilmiş və yaşayış sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin, vətəndaş Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 sözügedən mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsi idarəyə daxil olmuşdur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4781/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ərizəçi Maraqlı şəxs1 mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə iddia tələbinin əsaslılığı onun atasının adının müvafiq orderdə əks olunması, atasının və dolayısı ilə Telli Şamilovanın ailə üzvi olmaqla, mənzilə dair istifadə hüququ əldə etməsi, uzun illər həmin mənzildə yaşaması, lakin sonradan İddiaçı ilə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalması, başqa yaşayış yerinin olmaması və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacının olması kimi hallarla əsaslandırılmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil müvafiq order əsasında X7 adına 4 nəfər ailə üzvi ilə birlikdə ayrılmışdır. X14 19 iyul 2015-ci il tarixdə vəfat etmiş, orderdə adı göstərilən digər şəxslər Şamilova Zemfira xx.xx.2020-ci ildə, Şamilov Vidadi isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Orderdə adı göstərilən digər şəxs Şamilova Rəna mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim etmişdir. Üçüncü şəxs Maraqlı şəxs1 münasibətdə məhkəmə qeyd edir ki, onun mübahisəli mənzilə istifadə hüququnu əldə etməsi, yaşayış sahəsinə ehtiyacının olması, uzun müddət mübahisəli mənzildə yaşaması və mübahisəli mənzilə köçürülməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Üçüncü şəxs X6 münasibətdə isə məhkəmə qeyd edir ki, o, hazırda mübahisəli mənzildə daimi pasport qeydiyyatındadır, mübahisəli mənzildə yaşamışdır, hər iki valideynin adı müvafiq orderdə qeyd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər iddiaçıdan sonra gələn vərəsədirlər, miras qoyanın övladı, onlar isə nəvələrdir, bundan əlavə onun adı vərəsəlikdən əlavə həmin mənzilin orderində də yazılmışdır. Belə bir vəziyyətdə həmin şəxslər onunla eyni hüquq sahibi kimi məhkəmə tərəfindən nəzərə alınaraq qanuni və əsaslı olan əvvəlki qərarın ləğv edilməsi və onun adına artıq qeydə alınmış çıxarışın ləğvi ilə bağlı qanuni qüvvəyə minməmiş məhkəmə qərarına əsaslanaraq icrada geri dönüş edilməsi barədə qərardad qəbul edilməsi hesab edir ki, Konstitusiya ilə müəyyə edilmiş ədalətli məhkəmə araşdırması ilə bağlı hüququmun kobud şəkildə pozulması deməkdir. Mübahisəli mənzilə dair orderdə iddiaçının adının olması, həmin orderin verildiyi Telli Şamilovanın qızı olması və mirası qəbul etməyi işin mübahisəsiz halıdır. İş materiallarında olan təkzibolunmaz dəlillərlə sübut olunur. Məhz bunları araşdıran birinci instansiya məhkəməsinin əvvəlki hakimi Ceyhun Məmmədov onun bu mənzili özəlləşdirmək hüququnun olmasına, eləcə də, həmin qərarda Şünasi Şamilovun isə hüququnun olmamasına qiymət vermişdir. Hesab edir ki, mülkiyyət hüququmu təmin edən bu qanuni və əsaslı qərarı ləğv edən hakim qanunvericiliyin tələblərini düzgün təvsir etməmiş, üçüncü şəxslərin bu mənzili özəlləşdirmək ilə bağlı hüquqlarının olubolmamasını araşdırmadan, həmin şəxsləri mənzili özəlləşdirmək hüququ olan şəxs kimi qəbul edib qanuni və əsaslı qərarı ləğv etməklə onun mülkiyyət hüququnu pozmuşdur. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Cavabdehin imtinasında gətirdiyi 1-ci arqumentə, yəni müraciətə iddiaçının mərhum X7 qanuni vərəsəsi olmağı barədə notariusun məktubunu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı və razılıq ərizələrinin əlavə olunmamasına münasibətdə qeyd olunmalıdır ki, orderdə adları keçən şəxslərin üç nəfəri vəfat etmiş və eyni zamanda X13 təsdiqlənmiş razılıq ərizəsi məhkəməyə təqdim edilmişdir. İddiaçının mərhum X7 qanuni vərəsəsi olmağı barədə notariusun məktubunun təqdim edilməsinə zərurət yoxdur. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4- cü maddəsinə əsasən Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı. birgə) mülkiyyətinə verilə bilər. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzil dövlətin balansında olduğundan, yəni başqa şəxsin mülkiyyətində olmadığından həmin iş üzrə vərəsəliyin açılmasına zərurət yoxdur. Cavabdehin gətirdiyi 2-ci arqumentə, yəni idarənin mütəxəssisi tərəfindən mənzildə texniki inventarlaşdırma işləri aparılan zaman mübahisəli halın olduğu müəyyən edilməsi və yaşayış sahəsində ölçmə işlərinin aparılması mümkün olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mənzildə ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə bağlı gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. Belə ki, qeyd olunan mənzil dövlət balansında olması və həmin mənzilə DƏDKR-in əməkdaşlarının daxil olmasına orada yaşayan şəxslər tərəfindən maneçilik törətməsi cavabdeh təşkilatın maneənin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət etməsi hüququnun aradan qalda bilməz. Ona görə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi ikinci arqument özü tərəfindən aradan qaldırıla biləcəyi tədqirdə əsassız hesab edilməlidir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi illə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Cavabdehin gətirdiyi 3-cü arqumentə, yəni Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsinin və ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 sözügedən mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(060)-3229/2023 nömrəli qətnaməsi idarəyə daxil olması münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan mənzilə Maraqlı şəxs1 köçürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün maneə ola bilməz. Belə olan halda cavabdeh təşkilatın gətirdiyi 3-cü arqument də əsassızdır. İş materiallarından aydın olur ki, order əsasında Telli Şamilovaya ayrılmış mənzilin orderində İddiaçı adı var, o, mənzili vərəsə olmasa belə özəlləşdirmək hüququ olan şəxsdir. Lakin üçüncü şəxs kimi işə cəlb olunmuş Şünasi və Ellada Şamilovaların adları orderdə yoxdur, deməli onlar mənzilə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi, özəlləşdirilməsi ilə bağlı gözlənti hüquqları da yoxdur. Bundan əlavə məhkəmə araşdırması zamanı toplanmış sənədlərlə müəyyən edilir ki, orderdə adlarının olmamasına baxmayaraq heç vərəsə kimi də Telli Şamilovaya münasibətdə onlar nəvədirlər. Mülki Məcəllənin tələbinə əsasən vərəsə 1-ci növbə üzrə vərəsələr olduğu halda heç bir hüquqa sahib olmurlar. Məhkəmə isə nədənsə Mülki Məcəllənin bu hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə qanunun tələblərini düzgün təvsir etməmişdir. Bununla da maddi hüquq normasının tələblərini pozmaqla iddianı rədd etmişdir Məhkəmə onların öz gücünə təqdim etdiyi sübutlara belə qiymət verməmiş və işin hallarını araşdırmadan Şünasi Şamilovu və Ellada Əsgərovanı mənzili özəlləşdirmək hüququ olan şəxslərin siyahısına daxil etmişdr. Sübutlar onu göstərir ki, mübahisəli mənzil dövlət balansında olan əmlakdlr. Onu adına order verilmiş şəxs ailə üzvlərinin razılığı ilə öz adına özəlləşdirə bilər. Həmin şəxs bu hüququnu qeydə aldırmadan ölübsə, onda bunu onun vərəsələri məxsusluq barədə arayış alıb, ölənin adına qeydə aldıraraq vərəsələr arasında bölə bilər. Bundan əlavə qanunun tələblərinə əsasən mənzili özəlləşdirmək hüququ olan şəxslərin dairəsinə adına order verilmiş şəxsdən sonra adları orderdə olan və mənzilə dair istifadə hüquqları olan digər şəxslər də özəlləşdirə bilər. İddiaçının adı orderdə mövcuddur, orderdə adları olan digər hüquq sahibi onun bacısı Rəna Şamilovadır, digərləri isə artıq dünyasını dəyişmişlər. Belə olan halda o, yeganə hüquq sahibi kimi mənzili adına qeydiyata aldırmağa hüququ olan şəxsdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil2 izahatında apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayənəsinin və üçüncü şəxs Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. M a d d ə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi mərhum anasına order əsasında ayrılmış mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh orqan aşağıdakı əsaslarla iddiaçıya imtina cavabı vermişdir : 1) müraciətdə mərhum X7 qanuni vərəsəsi olmağı barədə notariusun məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və razılıq ərizələri əlavə olunmamış.; 2)vətəndaş Maraqlı şəxs1 sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş X1 mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3229/2023 nömrəli qətnaməsi daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil müvafiq order əsasında iddiaçının mərhum anası X9 4 nəfər ailə üzvi ilə birlikdə ayrılmışdır. Mənzil dövlət fonduna aid olmaqla onun tərəfindən özəlləşdirilməmişdir. X14 19 iyul 2015-ci il tarixdə vəfat etmiş, orderdə adı göstərilən digər şəxslər Şamilova Zemfira xx.xx.2020-ci ildə, Şamilov Vidadi isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Orderdə adı göstərilən digər şəxs Şamilova Rəna mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim etmişdir. Hazırda mübahisəli mənzildə X15, X10, X12 və X19 qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini onun anasının birinci növbə vərəsəsi olması, digər sağ vərəsələrinin olmaması təşkil edir. Halbuki, mübahisəli mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum Telli Şamilova olmuş və onun vəfatından sonra mənzili “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərildiyi kimi mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində isə mənzilin özəlləşdirilməsi üçün müraciətə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışın (2 №-li forma) əlavə olunması tələb edilir. Hazırki iş üzrə təqdim edilən 2 saylı forma üzrə arayışa görə hüququ olan şəxslər sırasına hazırki iş üzrə üçüncü şəxslər X10 və X12 da daxildirlər. Kollegiya həmçinin onu da qeyd edir ki, idddiaçının özü tərəfindən X8 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. Bu hal özü də iddiaçının üçüncü şəxslərin mübahisəli mənzildən istifadə hüququnun möcudluğunu etiraf etməsini təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, X4 mübahisəli mənzilə köçürülməsinə dair iddiası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3229/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər XDS İK tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988-ci il tarixli orderdə icarədarın ailə üzvü kimi iddiaçının atası Vidadi Şamilovun da adı göstərilmişdir. Həmin vaxt iddiaçı Vidadi Şamilovun və dolayısı ilə Telli Şamilovanın ailə üzvü olmaqla mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı uzun illər həmin mənzildə yaşamış, lakin sonradan cavabdehlə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalmışdır. Onun başqa yaşayış yeri yoxdur və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı vardır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublilası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, yuxarıda gsötərilən qətnamə ilə üşüncü şəxs X4 mübahisəli mənzildən istifadə hüququnun olması müəyyən edilmişdir. Nəticə etibarı ilə bu hal mənzilin özəlləşdirilməsi zamanı onun razılığının alınmasını şərtləndirir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin 1988-ci ildən mübahisəli mənziləd qeydiyyatda qalmaları, Maraqlı şəxs1 müəyyən müddət ərzində öz təqsiri olmadan yaşaya bilməməsi və sonradan qətnamə əsasında mənzilə köçürülməsi onun həmin mənzildən istifadə hüququnun mövcudluğunu təsdiq edir və mənzilin özəlləşdirilməsinə razılığı tələb olunan şəxslərdən olmasını təsdiq edir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4781/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1207/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1207/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver