Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-121/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-546/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi-vəkili X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-546/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Həmin qərardan iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkan iddiaçının nümayəndəsi-vəkili X4 məhkəməyə ərizə təqdim edərək Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma haqqında” 124 nömrəli, 03 may 2021-ci il tarixli sərəncamı ilə şəhid valideyni İddiaçı 2 nəfər ailə tərkibi ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin bu sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alındığını, bu qərarla mübahisənin aradan qaldığını bildirərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddiadan imtinaya dair ərizəyə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi-vəkili X3 ərizəsini araşdıraraq, iddiadan imtinanın hüquqi nəticələrini iddiaçının nümayəndəsi-vəkilinə izah edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Qeyd edilən Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiadan imtina etmək iddiaçının hüququ olduğundan və iddiaçının bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onların bu barədə təqdim etdiyi ərizə qəbul edilməlidir. Həmçinin, cavabdehin nümayəndəsi iddiadan imtina etməsinə etiraz etməmişdir. İddiaçıya izah olunmalıdır ki, gələcəkdə onun tərəfindən eyni tərəflərə qarşı, hazırki predmetlə, eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanı istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nüməyəndəsi-vəkilinin iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi-vəkili X3 iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanının istisna edilməsi iddiaçıya izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-121/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-121/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver