Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-121/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyi müəyyən edilmiş şəxs barəsində əlavə xərclərə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması) Sədrlik edən və məruzəçi hakim X11, hakimlər X7 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 2569/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.2016-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında ilkin olaraq müayinə edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.14-cü bəndinə uyğun olaraq "peşə xəstəliyi” səbəbindən müddətsiz, əmək qabiliyyətinin itirilməsi-100% (yüz faiz), birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədində əmək zəmanəti – “Xəstənin daimi kənar şəxsin qulluğuna ehtiyacı var” kimi qeyd edilmişdir. Cavabdehin iddiaçı tərəfin müraciətinə əsasən göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya mərkəzlərində reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X12na əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu rayon üzrə tibbi- sosial ekspert komissiyasına müraciət etdikdən və əlillik faktı təsdiq olunduqdan sonra reabilitasiya kursu üçün növbəyə götürülür. Həmçinin sanatoriya-kurort müalicəsi Agentliyin səlahiyyətinə aiddir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə uyğun olaraq xx.xx.2016-cı ildə peşə xəstəliyi səbəbi ilə (əmək qabiliyyətinin 100% itirilməsi ilə) müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Agentliyin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Sorğu məktubunda iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi ilə əiaqədar əlavə çəkdiyi xərclər, bu xərclərə ehtiyacın olub-olmaması və s. barədə məlumatların əldə olunması, həyata keçirilməsi və ya verilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Sumqayıt Şəhər Poliklinikasının 0529003AAEDS nömrəli göndərişi əsasında 10 oktyabr 2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq peşə xəstəliyi səbəbindən (100 faiz əmək qabiliyyətinin itirilməsi nəticəsində) müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Nəzərinizə çatdırırıq ki, “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” (bundan sonra-Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 519 nömrəli Qərarı ilə xx.xx.2020-ci il tarixində təsdiq edilmişdir. İddiaçı əlillik statusuna malik olduğu dövrdə (xx.xx.2016-cı il) bu Qayda-qüvvədə olmaması səbəbindən ona dair X4 (bundan sonra - Fərdi proqram) hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi mümkün olmamışdır. Sorğuda qeyd etdiyiniz İddiaçı peşə xəstəliyi ilə əlaqədar 100 faiz əmək qabiliyyətinin itirilməsi nəticəsində səhhətinin pozulması ilə bağlı əlavə xərclərin ehtiyac meyarlarının müəyyən edilməklə, onların ödənişli və ya ödənişsiz əsaslarla təmin olunmasının mümkünlüyünü müəyyən etmək məqsədilə bildirmək istəyirik ki, vətəndaşın əlillik vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı (bundan sonra-Qərar) ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq yenidən qiymətləndirmə zərurəti yaranmışdır. Qiymətləndirmənin yekun nəticəsindən irəli gələrək, müvafiq Fərdi proqramın hazırlanması, təsdiq edilməsi, həyata keçirilməsi və həmin proqram çərçivəsində ehtiyacların təmin edilməsi hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılacaqdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1-ci bəndinə əsasən vətəndaşlardan əlavə sığorta ödənişi məbləğinin hesablanması ilə əlaqədar cari tarixədək Agentliyə müraciət daxil olmamışdır. Əlillik səbəbindən asılı olmayaraq əlilliyi olan şəxslər Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na müvafiq olaraq reabilitasiya xidmətləri (reabilitasiya vasitələri və bərpa müalicəsi) ilə təmin olunurlar. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, qanunvericiliyə istinadən sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə bölünür və bir sığorta şirkəti qeyd edilən sahələrdən yalnız biri üzrə fəaliyyət göstərə bilər. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sığorta “Sığorta fəaliyyəti haqqında” AR Qanunun 14.2.-ci maddəsinə istinadən həyat sığorta sahəsinə aiddir. Diqqətinizə çatdırmaq istəyirik ki, "xxxx" ASC qeyri-həyat sığorta sahəsi üzrə, "xxxx" ASC isə həyat sığorta sahəsi üzrə fəaliyyət göstərən şirkətdir. Sorğunun mahiyyətində qeyd edilən icbari sığorta həyat sığorta sahəsinə aid olduğuna görə sorğunuz mahiyyəti üzrə təcrübənin paylaşıla bilməsi üçün Cəmiyyətimiz tərəfindən cavablandırılır. Əlavə olaraq vurğulanır ki, hazırkı sorğunun Cəmiyyətimiz tərəfindən yalnız İcbari sığorta üzrə əlavə sığorta ödənişinin hesablanması və ödənilməsi ilə bağlı təcrübəmizin paylaşılması aspektindən mümkündür. Əlavə sığorta ödənişinin hesablanması və ödənilməsi ilə bağlı təcrübə: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 16.4.-cü maddəsinə əsasən əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (“AR NK”) 3 noyabr 2010-cu il tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısf’nın 1.2. -ci bəndində göstərilir ki, əlavə sığorta ödənişinin təyin edildiyi halda, bu Siyahının 1.1-ci bəndində müəyyən edilmiş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid sığorta hadisəsinin birbaşa səbəbi olduğu hallarla əlaqədar yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur. Cəmiyyətin fəaliyyəti müddətində praktikamızda başqasının qulluğuna və protezləşdirməyə görə əlavə ödənişlər həyata keçirilmişdir. Hesablanma qaydaları AR NK -nin 29 oktyabr 2010-cu il tarixli, 192 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na əsasən müəyyən edilmişdir. Başqasının qulluğuna ehtiyac TSEK-in qərarı ilə (adətən ağır dərəcəli özünə xidmət göstərə bilməyən əlillərə təyin olunur, yəni köhnə birinci qrup (80- 100%>) əlillər) təsdiq olunur və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin sosial işçisinin aylıq vəzifə maaşının 50 faizdən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində hesablanır. Protezləşdirmə də eynilə TSEK-in qərarı ilə təsdiq olunur və belə vəsaitlərin əldə edilməsi üçün xidməti və ya satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasmda nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq hesablanır. Məsələn: Şirkətimizin Protez X22 ilə müqaviləsi mövcuddur. Hər hansı zərərçəkənə amputasiya nəticəsində protezə ehtiyac müəyyən olunursa, mərkəzin təqdim etdiyi hesab-fakturaya uyğun olaraq ödəniş həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Agentliyin Abşeron-Xızı regional filialının əməkdaşları aparıcı mütəxəssisi X18, mütəxəssis X14 və mütəxəssis psixoloq X10 tərəfindən xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yaşayan İddiaçı mənzilinə səfər olunmuşdur. Səfər zamanı müəyyən edilmişdir ki, nevrozobənzər vəziyyət (Kəskin İfadə olunmuş davranış pozğunluğu ilə) xəstəliyindən əziyyət çəkən orqanizm funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş iddiaçı qeyd olunan mənzildə oğlu ilə birlikdə yaşayır və bu barədə müvafiq akt tərtib edilmişdir (əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra- Nazirlər Kabineti) 2021- ci il 23 dekabr tarixli 406 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydası ilə müəyyən olunmuş imtiyazlı (əlillərin, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların, həmçinin eyni Qaydanın 1.2- ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan) şəxslər dərman preparatları və tibbi xidmət ilə , həmçinin Agentliyin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi üçün putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Yuxarıda adıçəkilən Qaydanın 4.2- ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar və bu baxımdan iddiaçıya hər hansı bir sanatoriya-kurort müalicəsi ilə əlaqədar putyovkanın (yollayışın) verilməsi Agentliyin vəzifə səlahiyyətlərinin xaricindədir. Həmçinin Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən Agentliyin filialları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə sosial-məişət xidməti göstərilir. Yuxarıda qeyd olunanlara əsasən əmək qabiliyyətli çjohumu (oğlu) ilə eyni yaşayış məntəqəsində yaşayan vətəndaşa evdə (səyyar) sosial-məişət xidmətinin göstərilməsi müvafiq Qərara uyğun deyildir. X17 Şirkətinin xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Şirkət “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqavilələrinin rağlanılmasını həyata keçirmir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, daha öncə Cəmiyyətə ünvanlanmış 14.11,2023-cü il tarixli sorğunuza əsasən Cəmiyyətin əlavə sığorta ödənişinin hesablanması və ödənilməsi ilə bağlı tədbiq edilən təcrübəsi PHS - **********3 №-li, xx.xx.2023-cü il tarixli məktubda cavablandırılmışdır. Cəmiyyətimiz tərəf kimi çıxış etmir. O cümlədən Cəmiyyətin müştəriləri də müvafiq məhkəmə işi üzrə tərəf deyildir. Sorğusunu etdiyiniz məlumatlar üçüncü şəxslərə, yəni Cəmiyyətin müştərilərinə aid olan sənədlərdir. Həmin məlumatlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sığorta sirri hesab edilir. Belə ki, verilməsini xahiş etdiyiniz sənədlər məzmununda sığorta sirri hesab edilən məlumatları əks etdirdiyindən qeyd olunan sənədlərin Sizə təqdim edilməsi sığorta sirri hesab olunan məlumatların tərəfimizdən açıqlanması mənasına gəlir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq, sorğunuzun cavablandırılmasının mümkün olmadığını diqqətinizə çatdırırıq. Qeyd olunan hal ilə bağlı Sizin gözləntilərinizi qarşılaya bilmədiyimiz üçün bizi anlayışla qəbul edəcəyinizə ümid edirik. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində ərazi üzrə 7 nömrəli Tibbi-sosial Ekspert Komissiyasının ekspert-həkimləri və Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri ilə birlikdə müayinə edilmişdir. Müayinə nəticəsində müəyyən edilmişdir ki, vətəndaş “Nevrozobənzər vəziyyət. Kəskin ifadə olunmuş davranış pozuntusu ilə, hipokineziya, ətrafların, gövdənin, başın postural kinetik əsməsi, lil dərəcə. ÜİX. Stabil gərginlik stenokardiyası, FS İİ. Arterial hipertenziya, İİ mərhəllə, əlavə risk İİ. Qan damar çatışmazlığı, İ mərhələsi” diaqnozu ilə xx.xx.2016-cı il tarixindən peşə xəstəliyi səbəbi ilə (əmək qabiliyyətinin 100 faiz itirilməsi) müddətsiz birinci dərəcə əlilliyi olan şəxsdir. Həmçinin tibbi- sosial yardım kimi “başqasının qulluğuna ehtiyac və ixtisaslaşmış müalicə” təyin edilmişdir. Əlilliyə səbəb olan “Nevrozobənzər vəziyyət. Kəskin ifadə olunmuş davranış pozuntusu ilə” xəstəliyi psixi xəstəlik hesab edilir, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli, 142-İİQ nömrəli Qanununun 16-cı maddəsinə əsasən “Psixiatriya yardımının maliyyələşdirilməsi dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir”. Və bu xəstəliyin müalicəsi üçün lazım olan dərman preparatları apteklərdə açıq satışda olmur, birinci dərəcə əlilliyi olan ruhi xəstələr dispanser qeydiyyatda olduğuu tibb müəssiəsi tərəfindən pulsuz dərman preparatları və ya onu almaq üçün xüsusi reseptlə, həmçinin lazımi psixiatrik yardımla təmin olunurlar. Əlilliyə səbəb olan xəstəliklər pəhriz və ya xüsusi qidalanma tələb etmədiyinə görə əlavə qidalanmaya (qüvvəli yeməklər və digər) tibbi göstəriş təyin edilmir. Protezləşmə ilə bağlı bildiririk ki, xəstənin hazırda yalnız diş protezinə ehtiyacı var. Həmçinin bildiririk ki, xəstənin ağır psixi xəstə olmasına görə diş protezinin qoyulması üçün lazım olan bütün prosedurların ümumi sedasiya altında aparılmasını zəruri edir, bu da yalnız xüsusi icazəyə malik olan tibb müəssisəsində həyata keçirilə bilər. Ona görə də İddiaçı dişinin protezləşməsini Agentliyin tabeliyində olan Bərpa Mərkəzlərində həyata keçirilməsi mümkün deyil. Əlilliyə səbəb olan ruhi xəstəliyi sanator-kurort müalicəsinə və digər ümumi profilli bərpa müalicəsinə əks göstəriş olduğu üçün əlavə müalicə tədbirləri təyin edilmir. Eləcə də hazırda xəstənin Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasf’na müvafiq olaraq reabilitasiya vasitələri və xüsusi nəqliyyət vasitəsinə tibbi göstəriş müəyyən edilməmişdir. Müayinədə iştirak edən Sosial Xidmətlər Agentliyinin rəyini nəzərinizə çatdırırıq: “Nazirlər Kabinetinin 31 yanvar 2013-cü il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydasf’na əsasən Sosial Xidmətlər Agentliyinin filialları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə sosialməişət xidməti göstərilir. Yuxarıda qeyd olunanlara əsasən əmək qabiliyyətli qohumu (oğlu) ilə eyni yaşayış məntəqəsində yaşayan vətəndaşa evdə (səyyar) sosial-məişət xidmətinin göstərilməsi müvafiq Qərara uyğun deyildir”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla müəllim işləmiş, əmək xəsarəti almış və ona xx.xx.2016-cı ildə 1-ci dərəcəli əlillik müəyyən edilmişdir. Epikrizdə və TSEK-in əlilliyin müəyyən edilməsi ilə bağlı rəy sənədində “daim kənar şəxsin köməyinə ehtiyacı var” qeyd olunmuşdur. Bu rəylə yanaşı TSEK, aşağıda qeyd olunan qanun və maddələrinə əsasən əlavə qərar çıxarmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” haqqında qərarın 1.5-ci maddəsinə görə, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 27 aprel tarixli 4-1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinin tətbiqinə dair izahatı”nın 3-cü maddəsinə görə, istehsalatda əmək xəsarəti və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkənə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərclər (qüvvətli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən müəyyən edilir və onun qərarı əsasında təqsirkar müəssisə bu xərcləri ödəyir. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixdə müraciətinə aidiyyəti olmayan məzmunda imtina cavabı almışdır Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Tibbi- sosial yardım və reabilitasiya vasitələri. Başqasının qulluğuna ehtiyac, ixtisaslaşmış müalicə; Əmək zəmanəti: Daim kənar şəxsin köməyinə ehtiyacı var; Əmək qabiliyyətinin itirilməsi(%-lə): 100; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik...; Diaqnozun mətni: Nevrozobənzər vəziyyət. Kəskin ifadə olunmuş davranış pozğunluğu ilə. Hipokineziya, ətrafların, gövdənin, başın postural kinetik əsməsiJN dərəcə. ÜİX.Stabil gərginlik stenokardiyası.FS İİ. Arterial hipertenziya.ll mərhəllə,əlavə risk İİ. Qan damar çatmamazlığı,l mərhələsi; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91- F92.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2016- cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu, bunların pulsuz almaq hüququnun olubolmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsini tələb etmişdir. İddiaçının cavabdeh kimi Agentliyi qeyd etməsi və hal-hazırkı iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət TibbiSosial Ekspertiza və X1 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; əlilliyi olan şəxslərin tibbi, peşə- əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədilə X12 tərtib etmək və onun icrasına nəzarət etmək; infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tədbirlər görmək; müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək; bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər Agentliyin fəaliyyət istiqamətlərinə aid deyil. Agentlik fəaliyyət istiqamətləri daxilində iddiaçının əlilliyini qiymətləndirmiş və yuxarıda da qeyd edildiyi kimi, tibbi-sosial yardım və reabilitasiya vasitələrini, əmək qabiliyyətinin itirilməsi faizini, əmək zəmanətini göstərməklə iddiaçıya müddətsiz İ dərəcə əlillik təyin etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mücərrəd tələb ilə bağlı, yəni xərclənməmiş məbləğlə bağlı cavabdeh təşkilatın məlumat verilməsi mümkün deyil. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən ələvə xərclərlə bağlı dəlillər (ödəniş qəbzləri, bank köçürmələri və sair) cavabdeh təşkilata təqdim edildikdən sonra Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş ödənclərin verilməsi qaydalarına uyğun olaraq çəkilən xərclər müəyyən edilməli və bununla bağlı müvafiq qərar qəbul edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tamamilə yanlış nəticəyə gəlmişdir. Çünki onun iddia tələbi mücərrəd deyil, aşkar və konkretdir. TSEK-in rəyinə əsasən ona 100% əmək qabiliyyətinin itirilməsi ilə yanaşı 1-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir və bu səbəblərdən başqasının qulluğuna, daimi köməyinə ehtiyacı vardır. Bu da, o deməkdir ki, əmək qabiliyyətini itirmişdir, əmək qabiliyyətini itirmişsə demək, xəstədir. Xəstədirsə, əlbəttə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bunların hamısı müəyyən xərclər tələb edir. Onda isə həmin vəsait olmadığına görə, təlabatını imkanı dairəsində çox az bir hissəsini təmin edə bilir, qalanını isə imkansızlıq ucbatından həyata keçirə bilmir. Bu da səhhətinin daha da ağırlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün isə inzibati orqan müfaviq tədbirlər həyata keçirməlidir, o cümdələn ehtiyac xərclərini müəyyən edib qərar çıxarmalıdır ki, işəgötürən bu xərcləri ödəsin və ödədikdə isə hüququnun bərpası, reabilitasiyası və s. kimi ehtiyacları həyata keçmiş olacaqdı. Bir oğlu var, o da 2016-cı ildə ona qulluq etmək üçün işlədiyi öz rəsmi işindən çıxmışdır. Oğlu ona qulluq etdiyinə və işləmədiyinə görə onun tələbatlarını ödəyir. Yəni, aldığı pensiya və peşə xəstəliyinə görə kompensasiya ilə dolanırlar. Bu da bir növ kimi, kənar şəxsin ona xidmət etdiyinə görə çıxılan xərclər kimi başa düşülür. Bu barədə mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş qonşulardan ibarət akt da var, lakin nə cavabdeh, nə də birinci instansiya məhkəməsi həmin akta əhəmiyyət verdilər. Halbuki, həmin aktla çəkdiyi xərclərin bir qismi öz təsdiqini tapırdı. Bundan əlavə, mövcud vəziyyətlə əlaqədar həm çəkdiyi, həm də çəkməli olduğu xərcləri almaq hüququ var. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nizamnaməsində də işçinin əlavə xərclərə, yəni başqasının qulluğuna ehtiyac ilə əlaqədar xərclərə ehtiyacı olub-olmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək agentliyin vəzifəsidir və belə hallarda sübut kimi ödəniş qəbzinin təqdim olunması qeyd edilməyib. Həmçinin hazırki iş üzrə cavabdeh inzibati orqan nizamnaməsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsini də təşkil etməlidir. Başqasının qulluğuna ehtiyacın olması da reabilitasiyanın bir növüdür və bu da TSEK rəyində öz əksini tapmışdır. Cavabdeh bu reabilitasiyanın təşkil olunmasını həyata keçirsə idi və ya əlavə xərclərə ehtiyacı müəyyən etməyə çalışsa idi, məlum olacaqdı ki, bu xidməti əldə etmək üçün pulsuz hüququnun olub-olmaması, o cümlədən hansı xərclərə ehtiyac olduğu müəyyən ediləcəkdi və bu barədə əlavə qərarlar çıxarılacaqdı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandirmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2- 1(105)-92/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 2569/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(105)-92/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2- 1(102)-1498/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(105)-92/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərar xarakterli imtina cavabının əsassız olduğu üçün qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2016-cı il tarixindən İddiaçı səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi və çəkməli olduğu xərcləri, ehtiyac (reabilitasiya, müayinə, müalicə, müvafiq tədbirlər, sanatoriya-kurort müalicəsi, əlavə qidalanma, protezləşdirmə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitəsinə, nəqliyyat, mənzil şəraitinin psixiatrik vəziyyətə uyğunlaşdırılması və sair) xərcləri müəyyən edilərək və bunları pulsuz almaq hüququnun olub-olmaması müəyyən edilərək bu barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri Nümayəndə və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, həmçinin iddia tələbinin dəqiqləşdiirlməsi barədə yazılı ərizə nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin” Nizamnaməsi 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olubolmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”: 1.5. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” 1.1. “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin X3 (bundan sonra – Fərdi proqram) hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir. 1.2. Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir. 1.3. Fərdi proqram Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir. 1.4. Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər Fərdi proqramın icrasını təmin etməlidirlər.
2. Fərdi proqramın hazırlanması və təsdiq edilməsi 2.1. Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır. 2.2. TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır. 2.3. TSEK Fərdi proqramın hazırlanması prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər. 2.4. Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir. 2.5. TSEK tərəfindən Fərdi proqram əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir. 2.6. TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir. 2.7. Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır. X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X5 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X8 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X5 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini Şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər. 2.3. Müraciət qəbul edilərkən və yaxud reabilitasiya vasitələrinin (minik avtomobili istisna olmaqla) hazırlanması üçün müvafiq ölçülərin götürülməsi zamanı ölçülərin götürülməsi və ya hazır reabilitasiya vasitəsinin alınması tarixi barədə Şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat verilir. 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası” Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.
2. Əlavə sığorta ödənişi məbləğinin hesablanması 2.1. Əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (bundan sonra-TSEK) qərarı əsasında təyin edilməklə, aşağıdakı qaydada hesablanır: 2.1.1. sığorta olunanın əlavə qidalanmaya ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi tərəfindən təyin edilən əlavə qida rasionuna daxil olan məhsulların rayon (şəhər) statistika orqanlarının sənədlərində əks olunan bazar qiymətlərinə uyğun olaraq; 2.1.2. sığorta olunanın dərman təminatına ehtiyacı olduğu halda, dərman preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi qaimə-faktura əsasında sığortaçı tərəfindən ödənilir. Sığorta olunanın dərman təminatı ilə bağlı xərclər, siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri pulsuz dərman reseptlərinə əsasən müəyyən olunur. Hər bir pulsuz dərman preparatı üçün ayrıca dərman resepti yazılır və pulsuz dərman resepti xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir; 2.1.3. sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlilliyi olan şəxs üçün kreslo-veloarabalara və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesabfakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq; 2.1.4. sığorta olunanın başqasının qulluğuna ehtiyacı olduğu halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumunun sosial işçisinin aylıq vəzifə maaşının 50 faizdən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində; 2.1.5. sığorta olunanın sanatoriya-kurort müalicəsinə ehtiyacı olduğu halda, TSEK tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort yollayışının qiyməti, həmçinin sığorta olunanın müşayiətçiyə ehtiyacı olması ilə bağlı müvafiq tibb müəssisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin də müvafiq sanatoriya-kurort müəssisəsinə göndərilməsi ilə bağlı nəqliyyat, yaşayış və qidalanma xərcləri həcmində. 2.2. Sığorta olunana birdəfəlik və ya aylıq sığorta ödənişinin verilməsi ilə yanaşı, təyin edilən əlavə sığorta ödənişi TSEK-in müvafiq qərarı ilə müəyyən olunmuş tarixdən və müddət ərzində verilir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.4cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək TSEK-in vəzifələrinə daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2- 1(102)-1498/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(105)-92/2023 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərar xarakterli imtina cavabının əsassız olduğu üçün qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2016-cı il tarixindən İddiaçı səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi və çəkməli olduğu xərcləri, ehtiyac (reabilitasiya, müayinə, müalicə, müvafiq tədbirlər, sanatoriya-kurort müalicəsi, əlavə qidalanma, protezləşdirmə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitəsinə, nəqliyyat, mənzil şəraitinin psixiatrik vəziyyətə uyğunlaşdırılması və sair) xərcləri müəyyən edilərək və bunları pulsuz almaq hüququnun olub-olmaması müəyyən edilərək bu barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya mərkəzlərində reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X12na əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu rayon üzrə tibbi- sosial ekspert komissiyasına müraciət etdikdən və əlillik faktı təsdiq olunduqdan sonra reabilitasiya kursu üçün növbəyə götürülür. Həmçinin sanatoriya-kurort müalicəsi Agentliyin səlahiyyətinə aiddir. Kənar şəxsin qulluğuna görə məbləğin verilməsi ilə bağlı məsələlər Nazirliyin tabeliyində olan X23 Fondunun səlahiyyəti daxilindədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya peşə xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətinin 100 faiz dərəcədə itirilməsi əsası ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, habelə onun barəsində əlillik təyinatı ilə bağlı cavabdeh iznibati orqan tərəfindən qəbul edilmiş qərarda başqa şəxsin qulluğuna ehtiyacı, ixtisaslaşmış müalicə sosial yardım və reabilitasiya vasitələri kimi qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlillik təyinatının aparılması barədə qərar qəbul edilsə də, qanunla müəyyən edilmiş qaydada əlavə çəkdiyi xərcləri müəyyən edən qərar qəbul edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan belə bir qərarın qəbul edilməməməsini həmin məsələnin səlahiyyətlərinin xaricində olması, əlillik təyinatının aparıldığı vaxtda (xx.xx.2016-cı il tarixdə) “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın xx.xx.2020-ci il tarixdə təsdiq edilməsi, bu səbəbdən həmin Proqramın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsinin mümkün olmaması, belə olan halda əlillik vəziyyətinin müvafiq 13 may 2022-ci il tarixli 187 nömrəli Qərara uyğun olaraq yenidən qiymətləndirilmə zərurətinin olması, qüvvədə olan qanunvericiliyə uyğun ehtiyaclarının təmin edilməsinin aparılacağı kimi hallarla əsaslandırmışdır. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən əlillik səbəbindən asılı olmayaraq, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya müəssisələrində reabilitasiya xidmətlərinin dövlət büdcə vəsaiti hesabına müvafiq Qaydalara uyğun olaraq reabilitasiya xidmətləri ilə (reabilitasiya vasitələri və bərpa müalicəsi) ilə təmin olunurlar. İş materiallarında olan Sosial Xidmətlər agentliyi tərəfindən veirlmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, inzibati orqanın əməkdaşları iddiaçının yaşadığı mənzildə olmuş, iddiaçı oğlu ilə birlikdə həmin mənzildə yaşayır, bu barədə akt tərtib edilmiş, habelə müvafiq Qaydalara əsasən əlillərə dərman preparatları və tibbi xidmət ilə, Agentliyin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi üçün putyovka ilə növbəlilik qaydasında təmin edilir,həmin Qaydaların 4.2-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikəri nəticəsində əlilliyi olan şəxslər təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar və bu baxımından iddiaçıya hər ahnsı bir sanatoriya-kurort müalicəsi ilə əlaqədar putyovkanın (yollayışın) evrilməsi Agentliyin vəzifə səlahiyyəi xaricindədir, müvafiq Qaydalara əsasən evdə əmək qabiliyyətli qohumu (oğlu) ilə birlikdə yaşadığından evdə (səyyar) sosial-məişət xidmətinin də göstərilməsi müvafiq Qərara uyğun deyildir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhz müvafiq Qaydalara uyğun olaraq ehtiyacı olduğu reabilitasiya xidmətinin və həmin xidmətlərə dair onun ehtiyac meyarının ödənişli və ya ödənişsiz əsaslarla təmin edilməsinin mümkün olub-olmaması barədə məlumat verilməsi üçün müddət təyin edilmiş, bununla bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Həmin məktubun məzmunundan görünür ki,iddiaçıya münasibətdə qeydiyyatda olduğu tibb məntəqəsi tərəfindən pulsuz dərman preparatları və ya onu almaq üçün xüsusi reseptlə, həmçinin, lazimi psixiatrik yardımla təmin olunurlar, əlilliyə səbəb olan xəstəliklər pəhriz və ya xüsusi qidalanma tələb etmədiyinə görə əlavə qidalanmaya (qüvvəli yeməklər və digər) tibbi göstəriş təyin edilmir, protezləşmə iə bağlı xəstənin hazırda yalnız diş protezinə ehtiyacı var, xəstənin ağır psixi xəstə olmasına görə diş protezinin qoyulması üçün lazım olan bütün prosedurların ümumi sedasiya altında aparılmasını zəruri edir, bu da yalnız xüsusi icazəyə malik olan tibb müəssisəsində həyata keçirilə bilər, ona görə də iddiaçının dişinin protezləşməsini Agentliyin tabeliyində olan Bərpa Mərkəzlərində həyata keçirilməsi mümkün deyil, əlilliyə səbəb olan ruhi xəstəliyi sanator-kurort müalicəsinə və digər ümumi profilli bərpa müalicəsinə əks göstəriş olduğu üçün əlavə müalicə tədbirləri təyin edilmir, eləcə də hazırda xəstənin Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası’na müvafiq olaraq reabilitasiya vasitələri və xüsusi nəqliyyət vasitəsinə tibbi göstəriş müəyyən edilməmiş, Sosial Xidmətlər Agentliyinin müvafiq rəyinə əsasən əmək qabiliyyətli qohumu (oğlu) ilə eyni yaşayış məntəqəsində yaşayan vətəndaşa evdə (səyyar) sosial-məişət xidmətinin göstərilməsi müvafiq Qərara uyğun deyildir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münaisbətdə qanunvericilik normasında dəqiq müəyyən edilmiş hansı reabilitasiya vasitələrinə və hansı xidmətlərə ehtiyacı olması halı müəyyən və əsaslandırılmış şəkildə deyil, qeyri-müəyyən, heç bir araşdırmaya istinad edilmədən (hansı xidmətə, hansı ehtiyac meyarının olması, hansı xərcin tələb olunması və həmin xidmətlərdən hansının dövlət büdcə vəsaiti hesabına həyata keçirilməsinin mümkünlüyü) ifadə edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz ona peşə xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyyətinin 100 faiz itirilməsi ilə bağlı birinci dərəcə əlilliyi müəyyən edildiyindən, əlilliyin müəyyən edildiyi vaxt ona münasibətdə əlavə xərclərlə bağlı qərar qəbul edilmədiyindən, müvafiq Qaydalara uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən onun barəsində səhhətinin pozulması ilə bağlı ehtyacı olduğu əlavə xərclərin-reabilitasiya, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi, əlavə qidalanma, protezləşdirmə, başqasının qulluğu, xüsusi nəqliyyat vasitəsi, mənzil şəraitinin psixiatrik vəziyyətə uyğunlaşdıırlması və s. xərclərin müəyyən edilməklə, həmin ehtiyacı olan xidməti pulsuz almaq hüququnun olub-olmaması barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən peşə xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirmiş şəxsə münaisbətdə əmək qabiliyyətinin itirilmə faizini, habelə bununla əlaqədar əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman almasına, protezləşməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmamadığını müvafiq tibbi-sosial ekspert komissiyaları vasitəsiə müəyyən etmək məhz cavabdeh inzibati orqanın vəzifəsi kimi qeyd edilmişdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilində görünür ki, şəxsin əmək qabiliyyətinin itirilmə faizini, müddətini, orqanizmin funksiyasının pozulması fazini və müddətini və səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstəridyi xidmət və s. xərclər) məhz cavabdeh inzibati orqanın müvafiq TSEK tərəfindən müəyyən edilir və bu barədə qərar qəbul edilir. Bu norma cavabdeh inzibati orqanın hüququ kimi deyil, məhz öhdəliyi (vəzifəsi) kimi qeyd edilməklə, imperativ norma kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində əlillik təyinatı aparmaqla bağlı qərar qəbul etdiyi halda, əlavə xərclərlə bağlı qərar qəbul etməməsi halı, o cümlədən bunu öz səlahiyyətləri xaricində olması halı ilə əsaslandırması qeyd olunan qnunvericilik normasının tələbinə zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlillik təyinatının 2016-cı il tarixdə aparılması halına istinad edərək, iddiaçıya münasibətdə müavfiq Qaydalara uyğun olaraq X4 hazırlanması, təsdiq edilməsi, həyata keçirilməsinin mümkün olmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı əlavə xərclər barədə cavabdeh inzibati orqan tərəfindən qərar qəbul edilməsi öhdəliyi məhz 9 yanvar 2003-cü il tarixli müvafiq Qaydalarda öz əksini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, “Əlilliyi olan şəxsərin hüquqları haqqında” Qanunun 11-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə X12 tərtib olunur, X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Eyni zamanda qeyd edilməlidir ki, konstitusion norma və prinsiplərin məzmununa və mahiyyətinə əsasən şəxsin hüquqi vəziyyəti yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçı barəsində əllillik təyinatı 2016-cı il tarixdən müddətsiz olaraq aparılmış, həmin qərar hazırda qüvvədədir, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki iddia tələbi ilə bağlı müraciəti 2022-ci il tarixdə olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin yeni qanunvericilik normalarının tələbinə əsasə yenidən qiymətləndirilməsi halına istinad etməsi özlüyündə, özü tərəfindən qəbul eidlmiş qərara şübhə ilə yanaşılmasına gətirib çıxardır. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normasında əlilliyi müəyyən edilmiş şəxslərin əlillik vəziyyətinə uyğun olaraq müvafiq X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi məqsədilə şəxsin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsini zəruri edən hər hansı şərt nəzərdə tutulmamış, yalnız müvafiq reabilitasiya tədbirlərinə yenidən baxılması qaydaları ehtiva olunmuşdur. Başqa sözlə desək, qanunvericilikdə əlilliyi müəyyən edilmiş şəxslərin barəsində qeyd edilən Proqramın hazırlanması, təsdiq eidlməsi və həyata keçirilməsi məqsədilə əlilliyin yenidən qiymətləndirilməsini zəruri edən şərt müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçının əllillik vəziyyəti cavabdeh tərəfindən artıq qiymətləndirildiyindən və birinci dərəcə müddətsiz əlillik təyin edildiyindən, cavabdehin iddiaçıya münasibətdə artıq qiymətləndirilmiş əlillik vəziyyətinə uyğun olaraq, onun tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası ilə bağlı kompleks tədbirlər özündə əks etdirən fərdi reabiltasiya proqramının hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirmək imanına malik olmuşdur. Lakin cavabdeh tərəfindən formal olaraq qeyd edilən qaydaların sonrakı tarixdə qəbul edilməsi, indiki halda əlillik vəziyyətinin yendiən qiymətləndirilməsi zərurəti halına istinad edilməklə, bu istiqamətdə hər hansı araşdırma və ya qanunamüvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Nəticə etibarilə cavabdeh tərəfindən iddiaçıya münasibətdə birinci dərəcə müddətsiz əlillik təyinatı aparıldığı və həmin qərar qüvvədə olduğu halda, həmin əsasa istinad edilməsi əsassız olmuşdur. Halbuki, qeyd edilən Prorqamın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydalarının 2-ci bəndinə əsasən TSEK tərəfindən əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsi həyata keçirilməli, reabilitasiya potensialı dəyərləndirilməli, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacı müəyyənləşdirilməli, bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınmalıdır. İndiki halda cavabdeh inzibati orqan tərəfindən belə bir araşdırma aparılması halı müəyyən edilməmişdir. Bundan əlavə, Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilmə Qaydalarına əsasən əlilliyi olan şəxsin reabilitasiya vasitələri ilə təmin edilmə qaydalarla müəyyən edilmiş müvafiq tibbi göstərişlər olduğu halda cavabdeh inzibati orqanın TSEK qərarı ilə X9 müəyyən edilməklə, minik avtomobilinə münaisbətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə cavabdeh inzibati orqanın X8 tərəfindən səyyar, ambulator və stasionar formada müvafiq qanuna uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası onu qeyd edir ki, əlilliyi olan şəxslər münasibətdə onların reabilitasiya vasitələri ilə təmin edilməsi, ehtiyacı olduğu xidmətlərin və ona uyğun əlavə xərclərin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlərin nəzərdə tutulmasında əsas məqsəd qeyd edilən şəxslərin hüquqlarının daha səmərəli şəkildə təmin edilməsi, habelə onların digər şəxslərlə bərabər imkanlara malik olmasına və həyat şəraitinin bərabərləşdirilməsinə lazimi şərait yaradılmasına xidmət edir. İndiki halda cavbadeh inzibati orqan tərəfindən heç bir araşdırma aparmadan və buna uyğun qərar qəbul etmədən əlilliyi müəyyən edilmiş iddiaçıya münasibətdə onun reabiltasiyasına və həyat şəratinin yaxşılaşdırılmasına xidmət edən müvafiq Qaydalarda ehtiva edilmiş müvafiq reabiltasiya vasitələrinə və xidmətlərə dair ehtiyac xərclərinin müəyyən edilməməsi halı həmin şəxsin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, qanunvericiliyin qeyd olunan normalarının mahiyyətinə və məqsədinə də zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan qeyd edilən xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə pulsuz dərman vasitəsilə və psixiatrik yardımla təmin olunmalı olmasını qeyd etsə də, bununla bağlı iddiaçının həmin xidmətlərə ehtiyacının olub-olmaması, təmin edilibedilməməsi araşdırılmamış, ona dair heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda,həmin şəxslərin xəstəliyi ilə əlaqəar olaraq pəhriz və xüsusi qidalanma tələb etmədiyindən, əlavə qidalanmaya tibbi göstəriş təyin edilmədiyini qeyd etsə də, bu halın da hansı araşdırmanın nəticəsi olaraq qeyd edildiyi müəyyən edilməmiş, ona dair sübut tədim edilməmişdir. Bundan əlavə, iddiaçının, diş protezinə ehtiyacı olduğunu, bunun yalnız xüsusi icazəsi olan tibb məntəqəsində həyata keçirilə bildiyini, Bərpa Mərkəzində həyata keçirilməsinin mümkün olmaması halına istinad etsə də, ona dair heç bir tibbi sənədlərə istinad edilməmiş, habelə əks göstəriş olduğundan əlavə müalicə tədbirlərinin təyin edilmədiyi qeyd edilsə də, həmin hala dair heç bir sənədə istinad edilməmişdir. Göründüyü kimi, indiki halda cavabdeh tərəfindən iddiaçıya münasibətdə qeyd edilən tələbi üzrə qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən heç bir araşdırma aparılmamışdır ki, bu hal özlüyündə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, indiki halda əlilliyi müəyyən edilmiş şəxə münasibətdə əlilliyin təyin edilməsi ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaların 1.5-ci bəndinə əsasən səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) ehtiyac meyarına uyğun olaraq müəyyən edilməli, bu barədə qərar qəbul edilməli, habelə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə yuxarıda istinad edilən qanunvericilik normalarında əks olunmuş müvafiq reabilitasiya, protezləşdirmə, sanatoriyakurort müalicəsi, əlavə qidalanma, psixiatrik yardım, dərman preparatları, xüsusi nəqliyyat vasitələri ilə təmin edilmə və digər qanunla müəyyən edilmiş xidmətlərə dair ehtiyacın olub-olmaması, ehtiyacı olduğu halda, ona dair əlavə xərcləri və həmin xidmətlərin dövlət büdcə vəsaiti hesabına təmin edilib-edilməməsinin mümkünlüyü, habelə X6 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydalarına uyğun müvafiq tədbirlərin görülməsi istiqmətində araşdırılma aparılması təmin edilməlidir. Belə ki, qeyd edilən araşdırma aparılmadan hazırki iddia tələbinin əsaslılığı baxımından tələbin əsaslı olub-olmaması halının müəyyən edilməsi, nəticə etibarilə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İPM-in 73.2-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanın üzərinə iddiaçının iddia tələbinə məhkəmənin yuxarıda istinad edilən mövqeyi nəzərə alınmaqla, yendiən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması məqsədəmüvafiqdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olub-olmaması məsələsi yuxarıda istinad edilən qanunvericilik normalarının tələbi baxımından araşdırılmamış, iddia tələbinin əsaslı olub-olmaması halının araşdırılmasını mümkün edən hallar olmadığı halda, iddia tələbinə mahiyyəti üzrə baxaraq, iddia tələbinin rədd olunması barədə nəticəyə gəlmişdir ki, bu hal prosessual qanunvericiliyin tələbinə uyğun olmamış, habelə cavabdehin daşıdığı öhdəliklər və iddiaçıya münasibətdə həyata keçirdiyi hərəkətləri qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımıdan düzgün qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti məhkəmə qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, digər hissədə (iddia tələbinin təmin edilməsi) isə yuxarıda istinad edilən hallar baxımından müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə müvafiq məhkəmə qərardadı ilə iddiaçının vəsatəti əsasında dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.] Maddə109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının: 1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilsin.
5. Bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. İş materiallarında olan vəkil tərəfindən təqdim edilmiş hesabat məlumatından görünür ki, vəkil tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar sərf edilmiş vaxtın müddəti 18 saat olmaqla,vəkilə ödənilməli olan haqqın miqdarı 108 manat kimi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qnaunvericilik normasının tələbinə əsasən dövlət büdcə vəsaiti hesabına iddiaçıya göstərilmiş hüquqi yardımla bağlı vəkil tərəfindən sərf edilmiş müddət 18 saat olduğundan və hər iş saatı üçün vəkilə ödənilməli olan haqq 6 manat müəyyən edildiyindən, həmin hüquqi yardıma görə vəkilə ödənilməli olan haqqın məbləği 108 manat kimi müəyyən edilməli, həmin məbləğdə pul vəsaiti Vəkil1 Sumqayıt 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı “xx.xx.2016-cı il tarixindən İddiaçı səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi və çəkməli olduğu xərcləri, ehtiyac (reabilitasiya, müayinə, müalicə, müvafiq tədbirlər, sanatoriyakurort müalicəsi, əlavə qidalanma, protezləşdirmə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitəsinə, nəqliyyat, mənzil şəraitinin psixiatrik vəziyyətə uyğunlaşdırılması və sair) xərcləri müəyyən edilərək və bunları pulsuz almaq hüququnun olub-olmaması müəyyən edilərək bu barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə” dair tələbinə məhkəmənin mövqeyi nəzərə alınmaqla, yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddiaçı apellyasiya instansiya məhkəməsində icraat zamanı dövlət büdcə vəsaiti hesabına hüquqi yardım göstərmiş Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 18 (on səkkiz) saat iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Sumqayıt 1 saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.