Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-121/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X4 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4833/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(112)-6396/2024 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonun Bilgəh bələdiyyəsinin 738 nömrəli, 27 may 2005-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini 27 may 2005ci il tarixli akta əsasən, 27200000 (iyirmi yeddi milyon iki yüz min) manat ödəməklə alqısatqı yolu ilə almışdır. Həmin vaxtdan bugünədək qeyd olunan torpaq sahəsi iddiaçının daimi istifadəsində və mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Bakı Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli, 32/332/2- 11509/24 saylı məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Bilgəh bələdiyyəsi tərəfindən İddiaçı 0,20 ha torpaq sahəsinin 27 may 2005-ci il tarixində, 738 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiqlənmədiyi (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə), arxiv arayışının idarəyə təqdim edilmədiyi, torpaq sahəsinin iddiaçı tərəfindən normadan artıq əldə edildiyi, müraciət üzrə əlavə edilmiş Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, daşınmaz əmlakın Bilgəh Zəfəran sovxozu ərazisində yerləşdiyi, sözügedən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 738 saylı qərarından görünür ki, Bilgəh qəsəbə ərazisində Azərbaycan Qadını küçəsi, Yeni Yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayon Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 738 saylı qərarına əsasən Abşeron rayon Bilgəh bələdiyyəsi İddiaçı 20000 kv.m torpaq sahəsi satmışdır. 1045 nömrəli xx.xx.2005-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Abşeron rayon Bilgəh bələdiyyəsinin hesabına 27200000 manat torpaq alqı- satqı pulu ödəmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinin sərhədləri mişar daş ilə hasarlanmışdır, üzərində ikimərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Faktiki sahəsi 0,2018 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Məhkəmənin sorğusuna əsasən Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. 19 avqust 2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüləri 0.2042 ha təşkil edir, yol ilə sərhəddir, daş hasarın daxilində yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4833/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh orqanın səlahiyyətli olması baxımından iddianın mümkünlüyü və aidiyyət məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı əvvəlcə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(112)-6396/2024 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Bu əsasla da Bakı İnzibati Məhkəməsi işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, bu kateqoriya işlərdə məhkəmə aidiyyətinin müəyyən olunması ilə bağlı fərqli məhkəmə praktikası olsa da, qanunvericiliyin tələbi baxımından İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2024-cü il tarixli məktubunu, eyni zamanda hazırki iş üzrə məhkəmə araşdırmalarının uzun müddət davam etdiyini nəzərə alaraq məhkəmə aidiyyəti ilə bağlı əlavə araşdırma aparmağa zərurət görməmişdir. Eləcə də mübahisəli torpaq sahəsi baza məlumatlarına əsasən Abşeron rayonunun idarəçiliyində olan ərazidə yerləşdiyindən hazırki iş üzrə də səlahiyyətli inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsidir. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə ayrılmış Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsindən imtinası təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Bilgəh Bələdiyyəsi tərəfindən X5 0.20 ha torpaq sahəsinin 27 may 2005-ci il tarixində, 738 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiqlənməməsi (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə), arxiv arayışının İdarəyə təqdim edilməməsi; 2) Torpaq sahəsinin iddiaçı tərəfindən normadan artıq əldə edilməsi; 3) Müraciət üzrə əlavə edilmiş Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsi; 4) Daşınmaz əmlakın Bilgəh Zəfəran sovxozu ərazisində yerləşməsi; 5) Sözügedən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin olması. Məhkəmə kollegiyası cavabdehin 1-ci, 2-ci və 3-cü dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli 738 saylı qərarı ilə Bilgəh qəsəbə ərazisində Azərbaycan Qadını küçəsi, Yeni Yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı satılması qərara alınmış, ona dair alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan 1045 nömrəli, 27 may 2005-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bank vasitəsilə bələdiyyənin hesabına ödənilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının və yerquruluşu planından çıxarışının qanunauyğun formada təsdiqlənməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. İnzibati orqanın növbəti dəlili sözügedən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin olması ilə bağlıdır. Bununla əlaqədar kollegiya tərəfindən cavabdehə sorğu ünvanlanaraq mübahisəli torpaq sahəsi ilə bağlı müraciət edən şəxsin kimliyi, müraciətinin nəticəsinin nədən ibarət olduğu və müraciətlə əlaqədar verilən cavabların nədən ibarət olduğu, eyni zamanda mübahisəli halın nə olduğu barədə ətraflı məlumat verilməsi tələb edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən X7 vərəsəsi X2 müraciət etməsi ilə əlaqədar müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 29 dekabr 2024-cü il tarixli, **********735 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, X2 vərəsəsi olduğu X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (reyestr nömrəsi: **********81-10301) yerləşdiyi ümumi sahəsi 0,4659 ha torpaq sahəsindən 0,2042 ha sahəsinin azaldılmasına və həmin 0.2042 ha torpaq sahəsinin faktiki istifadəçisi olan İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və texniki pasportun verilməsinə heç bir etirazı yoxdur, razıdır. Beləliklə göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı mübahisə mövcud deyil. Odur ki, kollegiya, cavabdehin həmin dəlilini də əsassız hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin növbəti dəlili daşınmaz əmlakın Bilgəh Zəfəran sovxozu ərazisində yerləşməsi ilə bağlıdır. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan dəlilin araşdırılması ilə əlaqədar zəruri sorğular edilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 10 fevral 2025-ci il tarixli, 22 nömrəli məktubundan görünür ki, İddiaçı Bilgəh bələdiyyəsi tərəfindən 738 nömrəli, 27 may 2005ci il tarixində verilmiş qərar hüquqi qüvvədədir və həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. O, 0,20 ha torpaq sahəsi üçün xx.xx.2025-ci ilə kimi torpaq vergi ödənişini ödəmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 09 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-5383/2025 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən keçmiş Bilgəh Zəfəran sovxozunun ərazisi kimi müəyyən edilmiş, təyinatına görə isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Cavabdeh inzibati orqanın 18 iyun 2025-ci il tarixli, 3-21-3-32/2-9731/2025 nömrəli məktubunda qeyd edilir ki, sözügedən məsələ ilə bağlı olaraq xx.xx.2025-ci il tarixdə (********** nömrəli) daxil olmuş məktuba qoşma kimi əlavə edilmiş Sabunçu rayonu Bilgəh qəsəbəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən dövlət mülkiyyətdə olan torpaq sahəsidir. Bakı şəhər İcra Hakimiyyətinin 21 iyun 2025-ci il tarixli, 3-52/2-1999/2025 nömrəli məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamının təsdiqlənmiş surəti məhkəməyə göndərilmiş və həmin sərəncama əsas olmuş sənədlər (xəritə) əlavə edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 02 iyul 2025-ci il tarixli, 3-21-3-32/2-10747/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsi Abşeron rayon İcra hakimiyyətinin idarəçiliyində saxlanıldığı üçün TEKUİS (X6 X12) məlumatlarında Dövlət mülkiyyəti olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş X3 tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli, 120 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 738 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Az.Qadın küçəsi, yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsinin naturadakı (mövcud) vəziyyətinin Bilgəh Bələdiyyəsinin tərtib və təsdiq etdiyi eskiz sxeminin göstəricilərinə uyğun olduğunu, “yaşayış məntəqələrinin torpaqları təyinatlı” ərazidə yerləşdiyini və Bakı şəhəri İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli, 817 saylı sərəncamı ilə, Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsinin Bilgəh Bələdiyyəsinə təhvil verilməsini nəzərə alaraq, İddiaçı mülkiyyətinə verilmiş 2000 kv.m torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilir. Beləliklə, daxil olan sənədlərdən göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh inzibati orqanda olan elektron baza məlumatlarında keçmiş Zəfəran Sovxozunun ərazisi kimi görünsə də, təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Eləcə də, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 738 nömrəli qərarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il tarixli. 817 saylı Sərəncamına istinad olunmuşdur. Həmin sərəncam yuxarıda da qeyd olunduğu kimi kollegiya tərəfindən sorğu edilərək alınmışdır. Sərəncamdan görünür ki, Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında Bilgəh Zəfəran sovxozunun ərazisi kimi qeyd olunması, bazada məlumatların düzgün yerləşdirilməməsi iddiaçının məsuliyyət daşıdığı məsələ deyil. Cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsi elektron baza məlumatlarına Bilgəh Zəfəran sovxozunun ərazisi olaraq daxil edilsə də, inzibati orqanın özü tərəfindən təqdim edilmiş məlumat və sənədlərdən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilməklə, onun ətrafında yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, müvafiq çıxarışlar verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqanın imtina əsaslarından biri olan iddiaçının qonşusunun müraciəti ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qonşusu olan X8 mülkiyyət hüququna dair müvafiq çıxarışda onun istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin elektron bazaya Bilgəh Zəfəran sovxozunun ərazisi olaraq daxil edilməsi formal xarakter daşımış, iddiaçının hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnmişdir. Eləcə də kollegiya tərəfindən müvafiq sorğular ünvanlanaraq torpaq sahəsinin dövlət torpağı kimi müvafiq registrdə qeydə alınıb-alınmaması barədə məlumat verilməsi, alındığı təqdirdə registr nömrəsi barədə məlumatın və registrdən çıxarışın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq baza məlumatlarına istinad edilmiş, lakin müvafiq registrdən çıxarış məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın torpaq sahəsinin keçmiş Bilgəh Zəfəran sovxozu ərazisində yerləşməsi ilə bağlı dəlili də əsassız olmaqla iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4833/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.