Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1216/2025 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə qarşı “xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X4 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" ##.##.2025-ci il tarixli **** nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X4 Agentliyinə) həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X4 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" ##.##.2025-ci il tarixli **** nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bir mərtəbəli qeyri-yaşayış sahəsini uzun illər öncə tikərək istifadə etmişdir. 2022-ci illərin əvvəlindən başlayaraq istifadəsində olan qeyri-yaşayış sahəsində yenidənqurma işləri apararaq sahəni artırmışdır. Iddiaçı qeyri-yaşayış sahəsində aparılan yenidənqurma və tikinti işlərini, yəni yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işlərini 2022-ci ilin dekabr ayında başa çatdırmışdır. Sonradan dam örtüyündə tikinti zamanı istifadə edilən material uyğunsuzluğu aşkar edilmiş və qeyri-yaşayış sahəsinin dam örtüyü yenidən sökülərək qurulmuşdur. Nəticədə 2023-cü ilin fevral ayında tikinti işləri başa çatmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,06 ha torpaq sahəsi ************ reyestr nömrəli Çıxarışla iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmçinin iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Iddiaçı qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanına uyğun olaraq ##.##.2025-ci il tarixdə cavabdehə müraciət edərək istifadə etdiyi qeyriyaşayış sahəsinə istismarına icazə verilməsi barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *- **-*/*-N-****-*/**** saylı məktubla iddiaçının qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi ilə bağlı müraciətini icraata qəbul etməkdən imtina etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-N-****-*/**** saylı məktubda imtinanın əsası kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin inşasının 2023-cü il ####un #-dək başa çatmadığının müəyyən edildiyini göstərmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsasızdır. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsinin inşasını 2023-cü ilin fevral ayında tam başa çatdırmışdır. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinə əsasən; 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il ######ın #-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) göndərir; Iddiaçı qeyd edilən fərmana uyğun olaraq tikdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan hər hansı fakta istinad etmədən bildirmişdir ki, tikintinin inşasının başa çatması ## #### 2023-cü il tarixindən sonra baş vermişdir. Cavabdeh inzibati orqan hansı qanuni əsasla bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Cavabdeh inzibati orqanın imtinası qanunsuz olmaqla yanaşı iddiaçının qanunla qorunan hüququnu pozur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın qanunsuz imtinası səbəbindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə dövlətin yaratdığı imkandan istifadə edərək öz əmlakı üzərində hüquqlarını rəsmiləşdirə bilmir. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının müraciətinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanını nəzərə alaraq təqdim edilən sənədləri icraata qəbul edərək Fərmanın tələbinə uyğun olaraq müvafiq tədbirləri həyata keçirməli idi. Iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan onun müraciətini qəbul etməkdən imtina etməklə ona qarşı ayrı-seçkiliyə yol vermiş, onun qanun qarşısında bərabərlik hüququnu pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanı vətəndaşlara heç bir hüquqi əsas olmadan, qanunla müəyyən edilmiş tələblərə riayət edilmədən və torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd olmadan, hətta dövlət və bələdiyyə torpaqlarında qanunsuz inşa edilmiş qeyri-yaşayış sahələrinin istismarına icazə hüququ verməklə onların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına şərait yaradır. Baxmayaraq ki, iddiaçının tikdiyi tikilinin altında yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh inzibati orqan bu halı da nəzərə almadan iddiaçının müraciətini qəbul etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazənin öz adına verilməsi üçün müvafiq sənədlərlə ## ##### 2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Sonradan İddiaçı qeyd olunan obyektin yerləşdiyi torpaq sahəsinin öz adına olduğunu təsdiq edən ## ### 2025-ci il tarixli qeydiyyat nömrəsi 1625018895 olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Çıxarışını Agentliyə təqdim etmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən sözügedən obyektin tikintisi 2023-cü ilin ####un #-dək başa çatmadığından İddiaçı müraciəti icraata qəbul edilməmiş və bu barədə məlumat vətəndaşa Agentliyin ## ### 2025-ci il tarixli *-**-*/*-N-****-*/**** nömrəli məktubla verilmişdir. Müraciətə baxılarkən müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti, tikinti işlərinin dayandırılması barədə X5 adına tərtib etdiyi ## ###### 2025-ci il tarixli **** nömrəli Qərarının tələblərinə əməl edilmədən tikintisi başa çatdırılmış obyektdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X4 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1.2-ci bəndinə əsasən tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1625018895 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Tikinti işlərinin dayandırılması barədə ##.##.2025-ci il tarixli **** saylı qərara əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən təyinatı məlum olmayan tikinti obyektində icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmiş, pozuntuların aradan qaldırılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1. maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsinin təmin edilməsinə dair göstəriş verilmiş, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. ## ###### 2025-ci il tarixli ****** saylı texniki baxış aktında qeyd edilmişdir ki, tikinti obyektinin təyinatı məlum deyil, sahibi X1 oğludur, tikinti obyektinin layihəçisi, xüsusi razılığın rekvizitləri yoxdur, tikinti obyektinin podratçısı, xüsusi razılığın rekvizitləri yoxdur, tikintiyə icazə yoxdur, tikinti işlərinin başlanılması üçün əsas olan xüsusi nişan yoxdur, torpaq sahəsi üzərində mülkiyyət hüququ var, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri yoxdur. Tikinti işləri gedir, bünövrədə tikinti quraşdırma işləri aparılır. MN ******* saylı inzibati xəta haqqında protokol və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmişdir. Tikinti obyektinin “google earth” proqramı vasitəsi ilə əldə edilmiş 2022-2025-ci illərə aid peyk görüntüləri iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** saylı Fərmanı: 1.1. 2023-cü il ####un #-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra– qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra– infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026cı il ######ın #-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra– Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda– müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra– plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra– Komitə) tabeliyindəki Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə (bundan sonra– Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair iddiaçının müraciətinin icraata qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin tələbinə uyğun olaraq müraciət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (Tikintidə X4 Agentliyinə) həvalə edilməsi və cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" ##.##.2025-ci il tarixli **** nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazənin öz adına verilməsi üçün müvafiq sənədlərlə ## ##### 2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Sonradan İddiaçı qeyd olunan obyektin yerləşdiyi torpaq sahəsinin öz adına olduğunu təsdiq edən ## ### 2025-ci il tarixli qeydiyyat nömrəsi 1625018895 olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Çıxarışını Agentliyə təqdim etmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən sözügedən obyektin tikintisi 2023-cü ilin ####un #-dək başa çatmadığından İddiaçı müraciəti icraata qəbul edilməmiş və bu barədə məlumat vətəndaşa Agentliyin ## ### 2025-ci il tarixli *-**-*/*-N-****-*/**** nömrəli məktubla verilmişdir. Müraciətə baxılarkən müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyekti, tikinti işlərinin dayandırılması barədə X5 adına tərtib etdiyi ## ###### 2025-ci il tarixli **** nömrəli Qərarının tələblərinə əməl edilmədən tikintisi başa çatdırılmış obyektdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X4 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1.2-ci bəndinə əsasən tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə. Iş materiallarından görünür ki, “Tikinti işlərinin dayandırılması barədə” ##.##.2025ci il tarixli **** saylı qərara əsasən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən təyinatı məlum olmayan tikinti obyektində icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmiş, pozuntuların aradan qaldırılması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin Agentliyə təqdim edilməsinin təmin edilməsinə dair göstəriş verilmiş, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin, ##.##.2025-ci il tarixli, 3-18-6/3 27-37/25 daxil olma nömrəli, ******-ö saylı texniki baxış aktında tikinti obyektinin sifarişçisi (sahibi, onun ünvanı) X1 oğlu, tikinti obyektinin layihəçisi, xüsusi razılığın (lisenziyanın) rekvizitləri– yoxdur, tikinti obyektinin podratçısı– yoxdur, tikintiyə icazə- yoxdur, tikinti işlərinin başlanılması üçün əsas olan xüsusi nişan– yoxdur, torpaq sahəsi üzərində mülkiyyət, icazə və ya istifadə hüququ– mülkiyyət, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri– yoxdur, aparılmış tikinti-quraşdırma işlərinin həcmi və tikinti obyektinin mövcud vəziyyəti– tikinti gedir, bünövrədə tikinti quraşdırma işləri aparılır, tikintidə aşkarlanmış pozuntular– Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələbləri pozulmaqla tikinti işləri aparılır qeyd edilmişdir. MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolda f/ş X1 oğlu barəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin ərazisində aparılan tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli Qərara əməl etmədən tikinti işləri davam etdirildiyindən X1 oğlu tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. Inzibati tənbeh vermə haqqında MN №******* saylı ##.##.2025-ci il tarixli Qərarla X1 oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir Abşeron rayon Icra hakimiyyətinə və Abşeron rayon Polis Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** saylı məktubdan görünür ki, X1 oğlu tərəfindən təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı və tikinti işlərinin dayandırılması barədə ##.##.2025-ci il tarixli, **** nömrəli “Qərar” verildiyi qeyd edilmiş, Azərbaycan Respubikası Prezidentinin 2014-cü il tarixli 17 noyabr *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq qəbul edilmiş “Qərar” icra üçün sifariçiyə verilməsinə baxmayaraq tikinti işləri davam etdirildiyi üçün tikinti ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə “Qərar”ın surəti Agentlik tərəfindən göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadından görünür ki, ərizəçi X1 oğlu məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən 0.12 ha-dan ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsində layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə maneələr (tikinti işlərinin dayandırılmasının, inşa olunmuş yaşayış sahəsinin sökülməsinin) cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin e-**(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək X1 oğlunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə maneələrin (tikinti işlərinin dayandırılması, inşa olunmuş yaşayış sahəsinin sökülməsi) Abşeron Rayon Icra Hakimiyyətinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadı ilə Abşeron rayon Icra hakimiyyəti tərəfindən e-**(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardan verilmiş şikayət geri qaytarılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən tikinti obyektinin ayrı-ayrı illər üzrə mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə “google earth” proqramı vasitəsi ilə 2022-2025-ci illərə aid peyk görüntüləri əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Qeyd edilən görüntülərdən aydın olur ki, tikinti obyektinin 2022-2024-cü illər üzrə peyk görüntüsündə dəyişiklik olmamış və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş görüntülərlə eynilik təşkil etmişdir. ##.##.2025-ci il tarixli peyk görüntüsündə isə əvvəlki illərdən fərqli olaraq, mövcüd tikilinin ölçülərində dəyişiklik edildiyi, tikilinin həcminin genişləndirildiyi müəyyən edilmişdir. Beləliklə, 2025-ci ildə tikinti quraşdırma işlərinin aparılması iş üzrə əldə edilmiş, yuxarıda sadalanan sübutlarla təsdiq olunur. Cavabdeh orqan tərəfindən qeyd edilən tikinti işlərinin aparılmasının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görülmüş və qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyri-yaşayış obyektinin inşasının 2023cü il ####un #-dək başa çatmasını bildirsədə, bnunla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya instansiyasında icraat zamanı məhkəmə tərəfindən qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dölət reystrində qeydiyyatı ilə bağlı sənədlər tələb edilmiş, həmin sənədlərdəki müayinə aktlarındada iddiaçının iddiasının əsaslı olmasını sübut edəcək tikinti ilə bağlı qeydlər müəyyən edilməmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli, **** saylı Fərmanına əsasən 2023-cü il ####un #-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra– qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndiskommunikasiya obyektlərinin (bundan sonra– infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il ######ın #-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyriyaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra– Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda– müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra– plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra– Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra– Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir. Beləliklə də, iddiaçının istinad etdiyi dəlillər öz təsdiqini tapmadığından tələbində haqlı olmamışdır. Iddiaçının tələbinin digər hissəsi – cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" ##.##.2025-ci il tarixli **** nömrəli qərarının etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmaqla qeyd edir ki,inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. Istinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən qərarın etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin qərarın ən azından “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin "Tikinti işlərinin dayandırılması barədə" ##.##.2025-ci il tarixli **** nömrəli qərarının etibarsız hesab edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd edilmiş əsasların mövcudluğuna istinad edilməmiş, qərarın etibarsız hesab edilməsi əsasları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.