Məhkəmə qərarları › İş №2-1(105)-1218/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1218/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1218/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2-1(085)- 1121/2019 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi barədə ərizəsinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-1(085)-1121/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddiaçıya, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 577 saylı qərarına əsasən xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı işlədiyi 11 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi tərəfindən əmək haqqının 4 qat məbləğində ödənilmiş 40092 rubl mükafatın Çernobıl AES-də olduğu günlərin sayına, yəni 30 günə bölünərək 25,4-ə vurulmaqla alınan əmək haqqının indeksasiya edilməsi nəticəsində xx.xx.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2-1(085)- 1121/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2-1(105)-549/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2-1(105)-549/2019 nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2020ci il tarixli, 2-1(102)-48/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2- 1(105)-549/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2-1(85)- 1121/2019 nömrəli qərarı icraya yönəldilmiş, lakin icra edilməmiş, iddiaçı isə icra ilə bağlı məhkəməyə müxtəlif vaxtlarda müraciətlər etmiş, məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-1(085)-1121/2019 nömrəli qərardadı ilə ərizəçi İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019cu il tarixli, 2-1(085)-1121/2019 nömrəli qərarının icra edilməməsi barədə cavabdeh orqanın cərimə edilməsinə dair ərizəsi mümkün hesab edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 10 gün müddət ərzində verilməmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti 17 oktyabr 2025-ci il tarixdə iddiaçıya verilmişdir, iddiaçı həmin qərardaddan 17 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 11 dekabr 2025-ci il tarixə, saat 11:50-ə məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya 27 noyabr 2025-ci il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə ərizə ünvanlayaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1123/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun apellyasiya şikayəti ilə bağlı hüquqi biliyi və savadının olmaması, qərardadı onun oxumamağı və məlumatsızlığı, ona şəxsən qərardadın məzmununun çatdırılmaması halları buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsinə əsas verir. Prosesdə vəkil və nümayəndə ilə iştirak etsə də, elektron informasiya sistemində elektron qaydada vəkilə çatdırılmadığından vəkil həmin qərardaddan şikayət verə bilməmişdir. Belə ki, qərardad tam məzmunda ona çatdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı buraxılmış prosessual müddət bərpa edilməklə apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İlk növbədə iddiaçı tərəfindən ünvanlanan ərizədən görünür ki, iddiaçı mübahisələndirilən qərardadın ona təqdim edilməməsinə istinad etmişdir. Lakin iş materiallarına əlavə olunmuş qəbzdən də göründüyü kimi mübahisələndirilən qərardadın surəti 17 oktyabr 2025-ci il tarixdə iddiaçıya verilmişdir. Əlavə olaraq iddiaçı ərizədə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etsə də, ərizəsini əsaslandırmamış, qərardadı əldə etdikdən bir ay sonra şikayət verməklə müddətin ötürülməsinin üzürlü olması barədə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti 17 oktyabr 2025-ci il tarixdə iddiaçıya verilmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 27 oktyabr 2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-1(085)-1121/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar