Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-122/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-922/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun 25 may 2023-cü il tarixli məktubla pensiyasının dayandırılması qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən dayandırılmış pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14775/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-14848/2023 saylı əmək pensiyasının dayandırılması və ləğv edilməsi barədə qərarların ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 922/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14775/2023 saylı “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi” və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14848/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarları ləğv edilmiş, İddiaçı əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilmiş və inzibati iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə arayışa münasibət bildirilməsi üçün inzibati işin təxirə salınmasını xahiş etmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının növbəti iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-13944/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə onun pensiyası xx.xx.2020-ci il tarixdən bərpa olunmuş, ona təyin edilən pensiya məbləğləri ötən illər ərzində indeksləşdirilmiş və ona xx.xx.2025-ci il tarixdən ömürlük 393,33 manat əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsinin geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizəsini təqdim edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17- 1/3-3-13944/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı pensiyası xx.xx.2020-ci il tarixdən bərpa olunmuş, ona təyin edilən pensiya məbləğləri ötən illər ərzində indeksləşdirilmiş və ona xx.xx.2025-ci il tarixdən ömürlük 393,33 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia ərizəsinin geri götürülməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatanı dinləyib, iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından - iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. İddiaçının hüquqi marağı cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14775/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14848/2023 saylı əmək pensiyasının dayandırılması və ləğv edilməsi barədə qərarların ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17- 1/3-3-13944/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan və “AZEMİS” sistemdən görünür ki, İddiaçı pensiya hüququ xx.xx.2020-ci il tarixdən bərpa edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 233,20 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 259,78 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 268,61 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 327,21 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 363,86 manat və xx.xx.2025-ci il tarixdən isə 393,33 manat əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə məhkəmədən kənar həllini tapdığı üçün İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilməli və iş üzrə icraata icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddianın geri qaytarılmasına dair ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14775/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14848/2023 saylı əmək pensiyasının dayandırılması və ləğv edilməsi barədə qərarların ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(105)-122/2025 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-122/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-122/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver