Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1227/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2985/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası üzərinə iddiaçıya 27 may 2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi uğrunda 2-ci qrup əliliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə “diaqnozun əlillik təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərar xx.xx.2024-cü il, saat 10:04:52 tarixində qəbul edilmiş, həmin tarixədək qərar barədə məlumatlandırılmamışdır. Qərarda diaqnoz qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 221 №-li Qərarında göstərilmişdir: Abşeron RHK tərəfindən 1987-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin tenar nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 2028 nömrəli göndərişi. xx.xx.2016-cı il tarixli 2028 nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 30 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 3911 saylı rəyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il “X1 psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixatr Komissiyası tərəfindən müayinə olunması və diaqnozunun Üzvi Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0 şəklində qeyd olunmuşdur. Ümumiyyətlə o dispanser xəstəsidir. Ayda 5-6 dəfə qıcolma baş verdiyindən, dövlət xəstəxanasından hər ay ona 500 mq depaken verilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı xx.xx.2024-cü il tarixində ********** nömrəli telefon nömrəsinə gəlmiş sms vasitəsi ilə olmuşdur. İddiaçı 30 gün müddəti keçirdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 221 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin əlin tenar nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri arterial təzyiqin yüksəlməsindən, qıcolmalardan olmuşdur. Medikamentoz preparatlardan Depakin, Maqnium, Tripleksam qəbul etdiyini bildirmişdir. Verilən suallara yayındırıcı cavablar vermişdir. Nevroloji müayinə zamanı təsvir etdiyi tutmanın xarakteri epilepsiyaya uyğun olmamış, dərman qəbulu haqqında dəqiq məlumat verə bilməmişdir. Depakin 500mgx3 dəfə qəbul etdiyini qeyd etsə də, nə vaxtdan qəbul etdiyini və hansı həkimin təyin etdiyini söyləyə bilməmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, xəstəliklə bağlı, müalicələrlə bağlı yayındırıcı cavablar vermişdir. İnstrumental müayinələrin nəticələrində yaşla bağlı dəyişikliklər müşahidə olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3854 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Sağ tərəfdə mastoid hüceyrələri sklerotik görünümdədir. Alın və təpə sümüklərində bir neçə ədəd, subsantimetrik periostal qalınlaşma izlənilir” kimi qeyd edilmişdir. Unikal Klinikasının xx.xx.2024-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Medulla oblanqata sağ yarımında, kiçik kaliberli kistik sahə leyhinə dəyərləndirilən siqnal artışı izlənmişdir. Sağ frontalda ağ maddədə T2/FLAİR ağırlıqlı sekanslarda hiperintens ocaq izlənmişdir. Gliyotik ocaq leyhinə dəyərləndirilir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=62%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcik ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional assimetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2985/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə (F07); sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş posttravmatik kranİalgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), 167.4hipertenziv ensefalopatiya, İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə yüksək qüsur ilə” (G40.1); kəllədaxilİ travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət (T90.5) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda V00194871SJA nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz)” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindi Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz)” pozulması halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, V00194871SJA nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə“, T90.5 “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət”, yanaşı xəstəlikləri: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur. Hər tutma 15 dəq davam edir), İ67.1 “Hipertenziv ensefalopatiya”, İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dər., yüksək qüsur ilə” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2985/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş T434/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssislərə göndərilməsinə ehtiyac duyulmadı. Odur ki, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən adına “Sumqayıt Psixiatriya Xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, V00194871SJA saylı Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol əlin tenor nahiyəsində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol baldırın orta A-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. Ağırlaşmalar: T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə. Yanaşı xəstəliklər: G40.1 - sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş posttravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), İ67.4 - hipertenziv ensefalopatiya, İ10 - essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə yüksək qüsur ilə” diaqnoz ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın arxa ənsə nahiyəsində, sol təpə nahiyəsində, sifətin sol yarısında, sağ alın nahiyəsində, sol baldırın orta 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin içəri səthində, sol ayaq pəncəsinin içəri səthində, hər iki əlin tenar nahiyəsində hərəsində bir ədəd olmaqla cəmi 9 (doqquz) ədəd qəlpə yaralanmalarından sonra yaranmış çapıqlar aşkar edildi”. Eləcə də iş materiallarına əlavə edilmiş Həkim Psixiatr Komissiyasının 04 mart 2024cü il tarixli, 3911 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “X1 psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli, V00194871SJA nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin tenar nahiyəsində bir ədəd”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə“, T90.5 “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət”, yanaşı xəstəlikləri: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Postravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur. Hər tutma 15 dəq davam edir), İ67.1 “Hipertenziv ensefalopatiya”, İ10 “Essensial [birincili] hipertenziya, Arterial hipertenziya, İİ dər., yüksək qüsur ilə” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş T434/2025 nömrəli, 23 iyun 2025-ci il ekspert rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı iddiaçıda G93.4dəqiqləşdirilməmiş ensefalopatiya, qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol əlin tenor nahiyəsində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol baldırın orta A-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə”, G40.1 - sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş posttravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), İ67.4 - hipertenziv ensefalopatiya, İ10 essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə yüksək qüsur ilə” müəyyən edilmişdir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş G93.4, T90.5, F07.0, G40.1, İ67.4 və İ10 diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Eləcə də məhkəmə kollegiyasının iclasında sözügedən ekspert rəyini tərtib edən ekspert də dindirilmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının xəstəlikləri ilə bağlı tutmaları baş verdiyi zaman kənar şəxsin köməyinə ehtiyacı olur. İddiaçının qapalı kəllə-beyin travması nəticəsində aldığı xəsarətlər hazırki bütün xəstəliklərinin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin kollegiya hesab edir ki, ekspert rəyindən də göründüyü kimi rəy ilə öz təsdiqini tapan G40.1 diaqnozlu xəstəlik iddiaçıda qıcolma tutmaları ilə müşahidə olunur, tutma sayı isə ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir. Sözügedən diaqnozlu xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2.2-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Sözügedən bənddən görünür ki, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmalarının mövcud olması şəxsə orqanizm funksiyalarının 65-80% pozulması ilə əlaqədar iki il müddətinə əlillik təyin edilməsinə əsas verir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması ilə onun tələbində haqlı olduğu müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz “ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz)” pozulması halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 06 iyun 2024-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı 06 iyun 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına dair iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-2985/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 06 iyun 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına dair iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.