Məhkəmə qərarları › İş №2-1(105)-123/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-123/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-123/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-921/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsin verilməsindən imtinanın qanunsuz hesab edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə 0.02 ha torpaq sahəsinin icarə və ya istifadə hüququ ilə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Xudat şəhəri, K.Zavod yeni yaşayış massivi T.İsmayılov küçəsi 20 ünvanında daimi yaşayır. Bu ünvanda ona məxsus fərdi yaşayış evinin qarşısında, həyətindən çıxışının təxminən 6 m məsafədə yerləşən 0.02 ha torpaq sahəsini 1998-ci ildən zibillikdən təmizləyərək abadlaşdırmış və istifadə etməyə başlamışdır. Bu torpaq sahəsində böyük meyvə ağacları əkmiş, tərəvəz məhsulları yetişdirmişdir. Həmin torpaq sahəsinin ona ayrılması ilə bağlı iddiaçı şifahi qaydada dəfələrlə cavabdeh bələdiyyəyə müraciət etmiş, bələdiyyə sədrləri hər dəfə torpağı hərraca çıxaracaqlarına dair vədlər vermişlər. Torpağın faktiki olaraq onun istifadəsində olması bələdiyyəyə məlum olmuşdur, dəfələrlə bələdiyyə tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Yeni bələdiyyə sədri gəldikdən sonra xx.xx.2017-ci il tarixli 82 saylı bildirişi ona göndərmiş, zəbt edilmiş torpaq sahəsini özbaşına zəbt olunduğunu bildirmiş və cinayət məsuliyyətiə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan bir həftə keçən kimi, yəni xx.xx.2017-ci il tarixdə bələdiyyə həmin torpağı ona bitişik torpaq sahəsi ilə birləşdirərək faktiki istifadə olunan torpaq sahəsi kimi X2. Halbuki, sözügedən 0.02 ha torpaq sahəsi 20 ildir iddiaçının istifadəsində olmuşdur. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun qanunvericilik aktlarında nəzərdə tutulmuş maraqlarını və mənafelərini nəzərə almayaraq belə qənaətə gəlmişdir ki, onun iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanuna və İPM-nin 33-cü maddəsinə əsasən inzibati orqanın faktiki hərəkətlərindən və hərəkətsizliyindən məcburetmə haqqında iddia vermək mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə və üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsi xx.xx.2021-ci il tarixli teleqramla, üçüncü şəxs X6 isə xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə iclasında iştirak etməyəcəklərini bildirmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 921/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin C.Şıxəmirova satılması barədə qərarın qüvvədə olduğu və iddiaçının həmin qərarı mübahisələndirməyə subyektiv hüququnun olmadığı halda hazırki iddia üzrə də subyektiv hüququnun olmaması müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, İddiaçı Məmmədrəsul oğlu məhkəmə iddia qaldıraraq torpaq sahəsinin X3 barədə Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-688/2019 saylı qərardadı ilə mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş və ona hazırki iddianı qaldırmağa əsas verən subyektiv hüququnun olması öz təsdiqini tapmır. Həmin qərardad Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı tikilisi mövcud deyildir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. Xaçmaz rayon Xudat bələdiyyəsi xx.xx.2017-ci il tarixli 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir Hazırki iddiada isə İddiaçı üçüncü şəxs C.Şıxəmirova satılmış 400 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin ona satılması və ya icarəyə verilməsi öhdəliyinin cavabdeh Xudat bələdiyyəsinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin qərarda göstərilmişdir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 04 saylı qərarı ilə X1 və iddiaçı həmin torpaq sahəsinə dair hər-hansı hüquq sahibi olmadığından, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-921/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar