Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-123/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2909/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərardan görünür ki, İddiaçı MMC-yə 2023-cü ilin oktyabr ayı üzrə 173.337,66 manat əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2023cü il tarixli, **********592200 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qərarın tarixinin 08 yanvar 2024-cü il tarixli olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMCyə“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərara əsasən 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 173.337,66 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarda hesablamanın əsası ilə bağlı qeyd edilir ki, “tərəfinizdən təqdim olunan 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X1 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur.Vergi Məcəlləsinin 159.1-ci, 13.2.8-ci və 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28-1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləği” hesablanmışdır. Halbuki, iddiaçının 27 noyabr 2023-cü il tarixdə təqdim etdiyi 2023-cü ilin oktayabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin kameral vergi yoxlaması keçeiirlməsi zamanı müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********662600 saylı məktubla əlaqədar bildirirlir: Məktubada qeyd edilir ki, elektron qaimə fakturası ilə 2023-cü ilin sentyabr ayında "xxxx" MMC-dən (VÖEN **********) tikintiquraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X1 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur.Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçıya anbar tikintisi məqsədilə Azərbaycan Təhsil İşçiləri X1 Respublika Komitəsindən ayrılmış maliyyə yardımları ƏDV-dən azad olunan əməliyyat olduğundan, cavabdeh vergi orqanı anbar tikintisi ilə bağlı göstərilmiş xidmətlərə görə 2023-cü ildə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini də etibarsız sayaraq, həmin məbləği bərpa etmişdir. İlk öncə qeyd edir ki, 2023-cü ilin müxtəlif aylarında təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış əvəzləşdirmənin 2023cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa edilməsi tamamilə qanunsuz olmuşdur. Mübahisələndirilən qərar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı MMC ( VÖEN **********) kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Müəssisə 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X1 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28- 1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 67.6cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83,2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün heäablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4- cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2909/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024cü il tarixli, **********592200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur ki, qeyd olunan fəaliyyət növü üzrə əldə edilən gəlirlər (dövriyyə) VM-nin 159.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilir.Bu isə o deməkdir ki, iddiaçı həmin fəaliyyət çərçivəsində aldığı mallara (işlərə, xidmətlərə) görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən tikintiquraşdırma və söküntü işlərinin və digər xidmətlərin dəyərinin maliyyə yardımı əsasında ödənilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ƏDV-nin əvəzləşdirilməsini istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsində “ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər" dedikdə nəzərdə tutulan vergi ödəyicisinin göstərdiyi fəaliyyətin Vergi Məcəlləsinin 159-cü maddəsinə əsasən vergitutma obyekti olmamasıdır. Halbuki, yuxarıda da qeyd etdildiyi kimi iddiaçının fəaliyyəti, eləcə də fəaliyyəti ilə bağlı görülmüş tikinti-quraşdırma və söküntü işləri ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat hesab edilir. Həmçinin məhkəmə xidmətlərin dəyərinin ödənildiyi pul vəsaitinin (maliyyə yardımının) mənbəyinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsində yalnız dövlət büdcəsindən ayrılan vəsait əsasında alınmış mal, iş və xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi istisna edilmişdir ki, iddiaçı tikinti-quraşdırma və söküntü işlərininin və digər xidmətlərin dəyərini dövlət büdcəsindən ayrılan vəsait əsasında ödəməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərar qəbul edilərkən Vergi Məcəlləsinin müddətlər və hesabat dövrləri ilə bağlı tələbləri gözlənilməmişdir. Belə ki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tikintiquraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri və müvafiq hesabat dövrləri üzrə bəyannamələrin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda (2023-cü ilin müxtəlif ayları üzrə təqdim edilmiş vergi bəyannamələri üzrə), vergi qanunvericiliyinin tələblərini pozaraq 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tikinti-quraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasınıhəmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri müddətində həyata keçirməli olduğu halda (2023-cü ilin müxtəlif ayları üzrə təqdim edilmiş vergi bəyannamələri üzrə), vergi qanunvericiliyinin tələblərini pozaraq 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir.” Bu situasiya ilə bağlı qeyd edirlər ki, məhkəmə vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulduğu qənaətinə gəlməklə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarını düzgün təhlil və tətbiq etməmiş, bu səbəbdən vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulduğu qənaətinə gəlməklə qanunvericiliyinin tərəfindən vergi qanunvericiliyinin pozulduğu qənaətinə gəlməklə qanunvericiliyinin tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, AR Konstitusiyasının 72-cimaddəsinə (Maddə 72. Vətəndaşların vəzifələrinin əsasları) əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs AR Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. AR Konstitusiyasının 73-cü maddəsinə (Maddə 73. Vergilər və başqa dövlət ödənişləri) əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. AR Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üz rə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, yuxarıda qeyd edilən norma daxilində əlavə dəyər vergisinin bəyannaməsi üzrə müddət başa çatdıqdan sonra yenidən kameral vergi yoxlamasının həyata keçirilməsinin mümkünsüzlüyü əks etdirilmişdir. Lakin, məhməmə məlumatınaşkar edilərək nəzərə alınması ilə kameral vergi yoxlamasının həyata keçirilməsini fərqləndirə bilməmişdir. Eyni zamanda dəqiqləşdirilmiş bəyannamə kameral vergi yoxlaması həyata keçirilən zaman təqdim edilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən kameral vergi yoxlamasının həyata keçirilməsi müddətinin başlanğıcın düzgün müəyyən etmək yekunda ədalətli qərar qəbul edilməsi üçün vacib şərtlərdən biri idi. Lakin Sumqayıt İnzibati MəhkəməsiAR-nın Vergi Məcəlləsinin normalarını düzgün təhlil edə bilməmişdir. Belə ki, AR-nın Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən (Maddə 178. ƏDV üzrə hesabat dövrü) ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, AR-nın Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Qeyd etmək istərdik ki, sentyabr ayı üzrə əlavə dəyər vergisinin bəyannaməsi vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş, vergi orqanı tərəfindən 22 noyabr 2023-cü il tarixdə vergi ödəyicisinə məktub göndərilmiş və əlavə dəyər vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin təqdim edilməsi tələb olunmuşdur, bundan sonra vergi ödəyicisi xx.xx.2023-cü il tarixində vergi orqanına dəqiqləşdirilmiş hesabat təqdim etmişdir və vergi orqanı tərəfindən əsaslı şəkildə, qanunvericiliyin tələblərinə, maddi və prosessual hüquq normalarına (30 iş günü müddəti ilə bağlı tələbə) riayət edilməklə, aparılmış təhlillər üzrə vergi ödəyicisinin bank hesabına daxil olan vəsait əsas götürülməklə, 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği, həmçinin "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə əldə etdiyi xidmətin dəyəri (667569,13 manat (ƏDV-siz)) nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli, **********592200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilmişdir (((1977894,28- 1680033,27)+667569,13)*18%=173777,43). Qeyd edilənlərə əsasən, kameral vergi yoxlaması 2023-cü ilin yanvar-sentyabr Qeyd edilənlərə əsasən, kameral vergi yoxlaması 2023-cü ilin yanvar-sentyabr aylarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə münasibətdə həyata keçirilməmişdir, kameral vergi yoxlaması xx.xx.2023-cü il tarixli sonuncu dəqiləşdirilmiş hesabat üzrə aparılmışdır və 30 iş günü ilə bağlı AR Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə vergi orqanı tərəfindən riayət edilmiş, dövriyyə məbləğinin müəyyən edilməsi zamanı ƏDV bəyannaməsində qeyd edilən məbləğlər (vergi ödəyicisinin bank hesabına daxil olan vəsaitdən çıxılmışdır), həmçinin "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə əldə etdiyi xidmətin ümumi dəyərinin (667569,13 manat (ƏDV-siz)) müəyyən edilməsi üç ün 2023-cü ilin yanvarsentyabr ayları üzrə ƏDV bəyannaməsindəki məlumatlar (məbləğlər) nəzərə alınmışdır. Göründüyü kimi heç bir hüquq pozuntusu baş verməmişdir. Məlumatın nəzər alınması qanunvericiliyin tələblərinə tam şəkildə uyğun olmuşdur, məlumatın nəzərə alınması vergi ödəyicisinin əldə etdiyi xidmətin ümumi dəyərinin, eyni zamanda 2023-cü ilin yanvar-oktyabr ayları üzrə yayındırılmış dövriyyə məbləğinin müəyyən edilməsi üçün nəzərə alınmışdır. Məlumatın nəzərə alınması 2023-cü ilin yanvar-sentyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin yenidən kameral vergi yoxlaması kimi dəyərləndirilə bilməz. Qeyd edilənlər nəzərə alınaraq, inzibati mübahisə ilə bağlı işin faktiki halları Sumqayıt İnzibati Məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı olduğu halda, məhkəmə obyektiv həqiqətin bərqərar olması üçün müfəssəl araşdırma aparmamış, son nəticədə isə reallıqla uzlaşmayan, həqiqətin təzahürlərini özündə əks etdirməyən, qanunların tələblərinin, maddi və prosessual hüquq normalarının ciddi şəkildə pozuntuları ilə müşahidə edilən və ədaləti təcəssümetdirməyən qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDVdən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. [1078] 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Maddə 177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi İddiaçı MMC 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X1 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28- 1680033,27)+667569,13)*18%=173777,43 manat vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı kiçik yaylaq evləri və qısamüddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məğul olur. İşin mübahisəli halı iddiaçının ƏDV-yə cəlb olunan əməliyyat hesab edilməyən “maliyyə yardımı” hesabına həyata keçirdiyi anbar tikintisi ilə bağlı aldığı xidmətlər müqabilində ödədiyi ƏDV məbləğlərini əvəzləşdirilmək hüququnun olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı anbar tikintisini “maliyyə yardımı” əsasında həyata keçirdiyindən və “maliyyə yardımı” da ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmədiyindən, alınmış xidmətlərə görə üçüncü şəxslərə ödənilmiş ƏDV məbləğlərinin Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbləri baxımından əvəzləşdirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı ilk öncə onu qeyd edir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət növü (kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi) üzrə əldə etdiyi gəlirləri VM-nin 159-cu maddəsinin tələbi baxımından ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat hesab edilir. Bu isə o deməkdir ki, iddiaçı həyata keçirdiyi fəaliyyət çərçivəsində əldə etdiyi iş və xidmətlərə görə ödədiyi ƏDV məbləğləri vergitutulan əməliyyatlar bağlı həyata keçirilmiş ödəniş hesab edilir. İndiki halda iddiaçının sahibkarlıq fəaliyyətində istifadə etmək məqsədilə tikdirdiyi anbar ilə bağlı aldığı xidmətlər də ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatlar çərçivəsində baş tutmuş xidmətlər hesab edilir. Nəticə etibarilə iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ mövcud olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Sadalanan normaların birgə təhlilindən aydın olur ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar həyata keçirilirsə, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. İşin hallarından da göründüyü kimi, iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyətdir ki, bu halda iddiaçının alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləğini tam məbləğdə əvəzləşdirmək hüququ vardır. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan norma ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan və iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyət hesab edildiyindən həmin norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, tikintinin hansı mənbə (indiki halda maliyyə yardımı) hesabına həyata keçirilməsi, ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi baxımından hər hansı hüquqi əhəmiyyətə malik deyil. Əhəmiyyətli olan hal iddiaçının hansı fəaliyyətlə məşğul olmasıdır. Göründüyü kimi, indiki halda iddiaçı barəsində cavabdehin istinad etdiyi həmin xidmətlərin ƏDV-yə cəlb olunmayan əməliyyat olmasına dair qanunla müəyyən edilmiş əsasın olması aşkar olunmamışdır. Nəticə etibarilə, cavabdehin istinad etdiyi həmin əməliyyatlar VM-nin 175.6-cı maddəsinin dispoztiv şərltərinin təsiri altına düşməmişdir. Deməli, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə VM-nin 175.6-cı maddəsinin şərtlərini tətbiq etməklə, həmin əməliyyatların ƏDV məqsədləri üçün cəlb olunmayan əməliyyat kimi qiymət verməklə, habelə bu əsasa istinad etməklə, iddiaçının ƏDV məbləğini əvəzləşdirmək hüququnun olmaması kimi yanaşmaqla, qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş hesabat dövrlərinə dair müddətlərlə bağlı tələblərinə riayət edilməməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-yə tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV məbləğləri 2023-cü ilin yanvar-oktyabr aylarında ödənildiyi və həmin təqvim ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi halda, cavabdeh vergi orqanı qeyd olunan əvəzləşdirmələr ilə bağlı hesablamanı 2023-cü ilin oktyabr ayları üzrə həyata keçirmişdir. Halbuki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı “"xxxx" MMC-yə tikinti-quraşdırma və söküntü işləri ilə bağlı ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin ödənişlərin əvəzləşdirildiyi 2023-cü ilin müxtəlif ayları (yanvar-oktyabr) üzrə ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, göstərilən müddəti ötürərək hesablamanı 2023-cü ilin oktyabr ayı üzrə həyata keçirmişdir. Cavabdeh tərəfindən qeyd edilən müddətlərə əməl edilməsi halına istinad edilsə də, ona dair heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işin halları ilə eynilik təşkil edən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2322/2024 saylı qərarında da (eyni tərəflər arasında) eyni hüquqi mövqe əks olunmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-123/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-123/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver