Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1238/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs üçüncü şəxs3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı qeyri-yaşayış sahəsiunə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçının adına Şamaxı şəhəri, Kolxoz bazarında yerləşən ümumi sahəsi 29.0 m2 mağaza binasına dair qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Şamaxı rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli, *-**/**-**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh X1 məxsus olan bərbər köşkü, X3 məxsus dəmir pavilyonları Şamaxı rayon “xxxx” firmasının ərazisindən çıxarılması,cavabdehlər X1 1.715.380 manat X3 2,661.860 manat debitor borcu alınıb “xxxx” firmasına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2002-ci il tarixli, *mk-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikyətinin təmin edilməməsi qət edilmişdir. Cavabdehin ************ saylı, ## ####### 2023-cü il tarixli imtina məktubundan görünür ki, ləğv edilmiş Şamaxı rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan məlumatlarda pozuntular mövcuddur. Bundan əlavə Şamaxı rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Ərazi Idarəsinə təhvil verilmiş köhnə reyestr kitabında İddiaçı məxsus olmuş qeyri-yaşayış binası başqa şəxsin adına qeyd olunmuşdur. DƏDKR-in ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı Idarəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv m mağaza binası hal-hazırda iddiaçının istifadəsində deyildir. İddiaçı adına rəsmiləşdirilmiş qeydiyyat vəsiqəsində koordinatlar olmadığından qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv m qeyri-yaşayış binasının naturada iddia olunan qeyri-yaşayış binası olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Iddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının sahəsi ilə Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı idarəsi tərəfindən rəsmiləşdirilmiş qeydiyyat vəsiqəsində qeyd edilən sahə uyğunsuzluq təşkil edir. Belə ki, naturada göstərilən qeyri-yaşayış binasının sahəsi 31.50 kv m, qeydiyyat vəsiqəsində qeyd edilən sahə isə 29 kv m-dir. Bundan əlavə iddiaçının naturada göstərdiyi qeyri-yaşayış binasının yan ölçüləri ilə iş materiallarına əlavə olunmuş iddiaçıya aid texniki pasportda qeyd edilmiş qeyri-yaşayış binasının (çayxananın) yan ölçüləri arasında fərq vardır. Texniki pasportda qeyri-yaşayış binasının yan ölçüləri 8 m x 5.60 m qeyd olunub, lakin naturada göstərilən qeyri-yaşayış binasının yan ölçüləri 7 m x 4.50 m-dir. ** saylı Şamaxı Ərazi Idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçı İddiaçı naturada göstərdiyi qeyri-yaşayış binasının faktiki koordinatları ilə inventar nömrəsi 8768, reyestr nömrəsi 410013011924-12301 olan əmlak kompleksinin koordinatları üst-üstə düşür. Iddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının koordinatları inventar nömrəsi 8768, reyestr nömrəsi 410013011924- 12301 olan əmlak kompleksinin texniki pasportunda “l” hərfi ilə işarələnmiş tikili ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır” Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş ************ saylı, ## ####### 2023-cü il tarixli imtina qərarının ləğv olunmaqla Şamaxı şəhəri, Kolxoz bazarında yerləşən ümumi sahəsi 29 kv m olan qeyri-yaşayış binası üçün onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı şəhərində Kolxoz Bazarı ümumi sahəsi 29 kv m olan mağaza binası onun mülkiyyətinə verilmişdir. Bu qərar ## ##### 2009-cu il tarixdə ** nömrəli reyestr kitabında 9-cu səhifədə 22 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin mağaza binasının texniki pasportunun surətindən görünür ki, ümumi sahə 29 kv m, ticarət sahəsi isə 7.5 kv m olmaqla sözügedən tikili onun adından, bu vəsiqənin əsilini və yaxud notarial təsdiqi surətini məhkəməyə təqdim edəcəkdir. Beləliklə, o Şamaxı şəhəri, köhnə Kolxoz bazarı ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin cavabdeh ************ saylı, ## ####### 2023-cü il tarixli imtina məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazın dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Ağış oğlunun etibarnamə üzrə nümayəndəsi X2 ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət edərək, Şamaxı şəhərinin köhnə Kolxoz bazarının ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətdə qeyd olunan İddiaçı Ağış oğluna məxsus digər qeyriyaşayış binasının sənədlərini və Ərazi Idarəsinin arxivində saxlanılan arxiv qovluğunda olan hüquqmüəyyənedici sənədləri araşdırılan zaman məlum olmuşdur ki, ləğv edilmiş Şamaxı Rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan məlumatlarda pozuntular mövcuddur. Bundan əlavə Şamaxı rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Ərazi Idarəsinə təhvil verilmiş köhnə ** nömrəli reyestr kitabında sözügedən qeyri-yaşayış binası başqa şəxsin X15 adına qeyd olunmuşdur (kitabda sənədlər əsaslar qrafasında Şamaxı RIH-nin ##.##.1997-ci il tarixli ** saylı sərəncamı qeyd edilmişdir), lakin Ərazi Idarəsinin arxivində X15 adına arxiv qovluğu aşkar edilməmişdir. İddiaçı Ağış oğluna məxsus qeyri-yaşayış binası da vaxtilə kolxoz bazarının ərazisində yerləşmiş, halhazırda yerində mövcud deyildir. İddiaçı Ağış oğluna məxsus qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərinin məlumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün onun ərizəsinin icrasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ədalətli məhkəmə araşdırması aparılması məqsədilə mübahisəli daşınmaz əmlakın müayinə edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. DƏDKR-in ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı Idarəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv m mağaza binası hal-hazırda iddiaçının istifadəsində deyildir. İddiaçı adına rəsmiləşdirilmiş qeydiyyat vəsiqəsində koordinatlar olmadığından qeydiyyat vəsiqəsində qeyd olunan 29 kv m qeyri-yaşayış binasının naturada iddia olunan qeyri-yaşayış binası olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı. Iddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının sahəsi ilə Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqların Dövlət Qeydiyyatı idarəsi tərəfindən rəsmiləşdirilmiş Qeydiyyat vəsiqəsində qeyd edilən sahə uyğunsuzluq təşkil edir. Belə ki, naturada göstərilən qeyri-yaşayış binasının sahəsi 31.50 kv m, lakin qeydiyyat vəsiqəsində qeyd edilən sahə 29 kv m-dir. Bundan əlavə iddiaçının naturada göstərdiyi qeyri-yaşayış binasının yan ölçüləri ilə iş materiallarına əlavə olunmuş iddiaçıya aid texniki pasportda qeyd edilmiş qeyri-yaşayış binasının (çayxananın) yan ölçüləri arasında fərq vardır. Texniki pasportda qeyri-yaşayış binasının yan ölçüləri 8m x 5.60m qeyd olunub, lakin naturada göstərilən qeyri-yaşayış binasının yan ölçüləri 7m x 4.50 m-dir. ** saylı Şamaxı Ərazi Idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçı İddiaçı naturada göstərdiyi qeyri-yaşayış binasının faktiki koordinatları ilə inventar nömrəsi 8768, reyestr nömrəsi 410013011924-12301 olan əmlak kompleksinin koordinatları üst-üstə düşür. Iddiaçı tərəfindən naturada göstərilən qeyri-yaşayış binasının koordinatları inventar nömrəsi 8768, reyestr nömrəsi 410013011924- 12301 olan əmlak kompleksinin texniki pasportunda “l” hərfi ilə işarələnmiş tikili ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin faktiki yerləşdiyi yerdə digər şəxslərin mülkiyyət hüquqları tanınmışdır. Beləliklə, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsi digər şəxslərin mülkiyyətindədir. Iddiaçının iddia etdiyi daşınmaz əmlak hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə X15 şəxsən özü öz xətti ilə yazıb İddiaçı dükanının Şamaxı Kolxoz bazarının yuxarı hissəsində, onun dükanının isə bazarın aşağı hissəsində yüz metr aralıda yerləşdiyini bildirmişdir. Həmin öz əlyazmasını öz imzası ilə təsdiq etmişdir. Həmin sənədi məhkəmə iclasında təqdim edəcəyini qeyd etmişdir. Eyni zamanda notariat qaydasında yazılı olaraq bildirmişdir ki, ona qarşı hər hansı mülki iddia və tələbi yoxdur. Məhkəmə qeyd etdiyi bu nüansları araşdırmamışdır. Məhkəmə araşırması zamanı müəyyən olunub ki, mütəxəssis rəyi ilə onun göstərdiyi sənədlə mübahisəli ərazi üst-üstə düşür. Bu o demək deyil ki, ondan sonra hansı yollarlasa kimsə çıxarış alıbsa həmin əraziyə hüquqları tanına bilməz. Əlbbəttə ki, həmin əraziyə onun əlində sənəd ola-ola kiməsə çıxarış verilibsə, həmin çıxarışlar ləğv edilərək, onun həmin əraziyə hüquqları dövlət qeydiyyatına alınmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs3, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən verilmiş ************ saylı, ## ####### 2023-cü il tarixli imtina qərarı ləğv olunmaqla Şamaxı şəhəri, Kolxoz bazarında yerləşən ümumi sahəsi 29 kv m olan qeyri-yaşayış binası üçün onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, ləğv edilmiş Şamaxı rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin üzərində qeyd olunan məlumatlarda pozuntular mövcuddur, həmçinin Şamaxı rayon Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Ərazi Idarəsinə təhvil verilmiş köhnə reyestr kitabında İddiaçı məxsus olmuş qeyri-yaşayış binası başqa şəxsin adına qeyd olunduğundan mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n ** saylı Şamaxı Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 ilə əvəzlənmişdir. Iş materialları ilə müəyyən edilir ki, iş üzrə mübahisənin predmeti iddiaçının adına əvvəllər verilmiş qeydiyyat vəsiqəsində göstərilən 29 kv m sahəsi olan qeyri-yaşayış binasına dair hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanuniliyindən ibarətdir. Bu baxımdan ilk növbədə iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlə naturada mövcud olan tikilinin eyni obyekt olub-olmaması, habelə həmin obyekt üzərində üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış hüquqlarının mövcudluğu müəyyən edilməli idi. Apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlardan, o cümlədən cavabdeh1 ## ### 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıya verilmiş qeydiyyat vəsiqəsində mübahisəli tikilinin koordinatları göstərilmədiyindən həmin sənəddə qeyd edilən 29 kv m sahəsi olan qeyri-yaşayış binasının naturada iddia olunan tikili ilə eyni obyekt olduğunu müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, naturada göstərilən tikilinin sahəsinin 31,50 kv m təşkil etməsi, qeydiyyat vəsiqəsində isə 29 kv m göstərilməsi, həmçinin texniki pasportda əks olunmuş ölçülərlə naturada aparılmış ölçmələr arasında ciddi fərqlərin mövcud olması iddiaçının istinad etdiyi sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcudluğunu təsdiq edir. Bundan əlavə həmin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi qeyri-yaşayış binasının koordinatları dövlət reyestrində inventar nömrəsi 8768, reyestr nömrəsi 410013011924-12301 ilə qeydiyyata alınmış əmlak kompleksinin koordinatları ilə üst-üstə düşür və həmin tikili sözügedən əmlak kompleksinin texniki pasportunda "l" hərfi ilə işarələnmiş tikiliyə uyğun gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlar qanunla qorunur və belə hüquqların mövcud olduğu şəraitdə həmin hüquqlarla ziddiyyət təşkil edən yeni hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olardı. Iddiaçının təqdim etdiyi sənədlər isə onun istinad etdiyi qeydiyyat vəsiqəsinin məhz naturada göstərdiyi tikiliyə aid olduğunu və həmin tikili üzərində üstün hüquqa malik olduğunu təsdiq etmək üçün kifayət etmir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatını həyata keçirən orqan təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində mövcud olan məlumatlara uyğunluğunu, habelə bəyan olunan hüquqlarla artıq qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətin olubolmamasını yoxlamağa borcludur. Belə ziddiyyət müəyyən edildiyi halda hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Hazırkı iş üzrə də cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının təqdim etdiyi sənədlərlə dövlət reyestrində mövcud olan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş, eyni zamanda naturada göstərilən tikilinin artıq üçüncü şəxsin dövlət qeydiyyatına alınmış əmlak kompleksinin tərkib hissəsi olduğu aşkar edilmişdir. Yəni cavabdeh idarənin qeydiyyat kitablarında həmin inventar nömrəsi ilə başqa şəxsin – X13 əmlakının qeydə alındığı, naturada göstərdiyi (iddia etdiyi) qeyri-yaşayış sahəsinin isə hazırda üçüncü şəxslərin mülkiyyətində olması müəyyən edilmişdir. Burada qeyd olunmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin ölçüləri və texniki göstəriciləri də iddiaçının istinad etdiyi texniki pasportda göstərilən ölçüləri və texniki göstəricilərindən fərqlidir. Qeyd olunmalıdır ki, iş materiallarında iddiaçının adına tərtib edilmiş iki ədəd fəqli qeydiyyat vəsiqələri mövcuddur : onlaradan birində ##.##.2009-cu il tarixdə ** nömrəli reyestr kitabında 9-cu səhifədə 22 reyestr nömrəsi ilə qeydə alınmış Şamaxı şəhəri, Kolxoz bazarı ərazisində ümumi sahəsi 29.0 kv m təşkil edən mağaza binası, digərində isə ## ###### 2001-ci ildə Şamaxı şəhəri Kolxoz bazarında 29.0 kv m ümumi sahəsi olan (ölçülərində və obyektin təyinatında əllə düzəlişlər edilmişdir) ** nömrəli reyestr kitabında 9-cu səhifədə 22 reyestr nömrəsi ilə qeydə alınmış çayxana binası göstərilmişdir. həmin qeydiyyat vəsiqələrinə əlavə edilmiş texniki pasportlarında da tikilinin ölçüləri, hündürlüyü, yan divarlarının eni və s. ölçülərində fərqlər vardır. Tikilinin ##.##.1998-ci il tarixə olan vəziyyətini əks etdirən başqa bir texniki pasportda sahibinin adında iki-üç dəfə düzəlişlər edilmiş (gah Ağış, gah Elşən), tikilinib 58.6 kv m olması göstərilmiş və tərtib edilməsi üçün əsas kimi Şamaxı rayon Əhaliyə Məşiət Xidməti Idarəsinin ** nömrəli # ##### 1997-ci il tarixli arayışı göstərilmişdir. Məhkəmə kollegiyası işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinin əsaslarının araşdırılması qərarına gəlmiş və bununla bağlı cavabdeh idarəyə dəfələrlə sorğular vermişdir. Sorğular nəticəsində müəyyən edilmişdir ki, həmin qeydiyyat vəsiqələri və texniki pasportların verilməsi üçün əsas iddiaçının atası X1 1967-ci ildən Əhaliyə Məişət Xidmətində bərbər işləməsi və işlədiyi obyekti vaxtilə öz hesabona tikdirməsi, binanın idarənin balasında olmaması və kolxoz bazarışda yerləşməsi, ölçülərinin 25 kv m olması barədə Şamaxı rayon Əhaliyə Məişət Xidməti tərəfindən verilmiş ##.##.1997-ci il tarixli arayış, 11 kv m sahənin əsas sahədən dikt materiallar ayrıldığı və istifadə edilməsi barədə ##.##.1995-ci il tarixli akt, X3 Şamaxı şəhəri Kolxoz bazarının ərazisində hazırda fəaliyyət göstərən mağazalar və anbar tikililərin 79.5 kv m torpaq sahəsini əhatə etməsi barədə Şamaxı rayon Icra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş arayış təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçıya qeydiyyat vəsiqəsinin verilməsi üçün hüquqmüəyyənedici əsas olmamışdır. Lakin bu mübahisənin mahiyyətini təşkil etmədiyindən iddiaçının hazırda iddia etdiyi qeyri-yaşayış sahəsi ona qanuni əsaslarla verilmiş hesab edilsə belə, həmin əmlak üzərində üçüncü şəxslərin mülkiyyət hüququları qeydə alındığından, yəni əmlak hüquqi cəhətdən yüklü olduğundan həmin çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlər mübahsələndirilmədən (etibarsız sayılmadıqca və ya ləğv edilmədikcə) iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Daşınmaz əmlak üzərində eyni obyektə dair qeydiyyatda olan mülkiyyət hüququ qüvvədə olduğu müddətdə həmin əmlak üzərində başa şəxsin adına mülkiyyət hüququnun dövlət qeydiyyatı və çıxarışın verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir və hüquqi müəyyənlik və dövlət reyestrinin etibarlılığı prinsipləri ilə uzlaşmır. Belə olan halda cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatından imtina edilməsi qanunun tələblərinə uyğun olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1238/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1238/2025
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver