Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-124/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 1 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-73/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya məbləğinin hesablanması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır. Həmin dövrdə qüvvədə olan qanunveriliyə əsasən kapitalın 50 faizi hesablanmada nəzərə alınırdı və xx.xx.2015-ci il tarixdən sonrakı infilyasiya faizləri halhazırda bazada olan kapitala əlavə olunmuşdur. xx.xx.2015-ci il tarixdən sonra toplanılan 15855.08 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixli ərizəsi ilə pensiya məbləği xx.xx.2021-ci il tarixdən 220.21 manat artırılaraq 672.25 manata çatdırılmışdır. Daha sonra iddiaçı yenidən eyni tələblə xx.xx.2021-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubu ilə müraciətə eyni məzmunda imtina cavabı verilərək bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdən sonrakı infilyasiya faizləri hal-hazırda bazada olan kapitala əlavə olunmuşdur. Bu səbəbdən, həmin kapitalı hazırkı dövrə indeksləşdirdikdə 49436.85 manata çatır. xx.xx.2015-ci il tarixdən sonra toplanılan 16297.92 manat pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixli ərizəsi ilə pensiya məbləği xx.xx.2021-ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar tələb etdiyi açıqlamalar və izahlı hesablamaların ona rəsmi qaydada verilməsi və pensiya təyin olunan günədək qazanılmış pensiya kapitalının tam məbləğdə hesablamaya daxil etməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində e.sosial.az saytında yeni təyin edilmiş pensiya məbləği ilə maraqlandıqda cəmi 672.25 manat hesablandığnı görmüş və məbləğ az olduğundan cavabdehə bir neçə dəfə ardıcıl müraciətlər etmişdir. Lakin müraciətlərinə müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixdə onun fərdi hesabında 75802,89 manat pensiya kapitalı var. Cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən iddiaçı 2015-ci ildə ilk dəfə pensiyaya çıxdığı zaman pensiya məbləğinin hesablanmasında 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır. Qeyd olunmuş məbləğləri nəzərə aldıqda iddiaçının fərdi hesabında xx.xx.2021-ci il tarixdə istifadə olunmamış 55341,93 (75802,89 – 20460,96) manat məbləğində sərbəst vəsait (pensiya yenidən hesablanan zaman nəzərə alınmalı məbləğ) mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Burada PSK= 55341,93 manat; T = 72 ay; SH = 55341,93 : 72 = 768,63 man. Hesablamadan göründüyü kimi, xx.xx.2021-ci il tarixdə onun pensiyası yenidən hesablanan zaman həmin tarixə mövcud olan pensiyanın: 503,57 manatın üzərinə 768,63 manat əlavə olunmalı idi və aylıq pensiyası 1272,20 manat təyin edilməli idi. Dövlət Sosial Müdafiə Fondu xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına bildirmişdir ki, “İddiaçı pensiya təyin edilən zaman 01 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun pensiyasının yenidən hesablanması sizə tapşırılır....”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin xx.xx.2021-ci il tarixdə elektron müraciətinə verdiyi cavabda da bildirilir ki, ... Nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı məbləğlərinin hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin edilir və bu hesabat ayrıca aparılmamaqdadır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş 10 sualdan yalnız birinə cavab verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən 1272,20 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının hal-hazıradək işlədiyini nəzərə alaraq ona xx.xx.2015-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən 226.36 manat artırılaraq 729.94 manata çatdırılmışdır. Fondun 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubuna əsasən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış və pensiyadakı artım məbləği nəzərə alınmışdır. Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməsi əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-73/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə verilən pensiyanın aylıq məbləğinin 891.13 manat məbləğində təyin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2015-ci il tarixdə ilk pensiya hesablanan zaman iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan məbləğ 24347.15 manat olmuşdur. Bu məbləğdən 20460.96 manatı xx.xx.2015-ci il tarixdə pensiya hesablanan zaman cavabdeh tərəfindən nəzərə alınmış, 3886.19 manat isə hesablamalarda nəzərə alınmamışdır. Qeyd olunanlar DSMF publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli rəyində təsdiqini tapmışdır. Eyni zamanda qeyd olunanları DSMF-nin mütəxəssisi məhkəmədə təsdiqləmişdir. İddia ərizəsində yalnız xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması zamanı yol verilmiş uyğunsuzluqlar mübahisələndirmiş və bu uyğunsuzluqlar aradan qaldırılmaqla xx.xx.2021-ci il tarixli vəziyyətə pensiyanın yenidən hesablanması tələbi qoyulmuşdur. Qeyd edir ki, cavabdeh tərəfindən aparılmış hesablama nəticəsində xx.xx.2015xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində fərdi hesabda toplanmış və eləcə də xx.xx.2015-ci il tarixdə ilk pensiya təyin edilən zaman hesablamalara daxil edilməmiş 3886,19 manat pensiya kapitalı, pensiya kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən hesablanmış 3108,88 manat artım məbləği və 2389,08 manat istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilmə məbləği, cəmi 9384,22 manat pensiya kapitalı azaldılaraq xx.xx.2021-ci il tarixdə pensiya yenidən edilən zaman nəzərə alınmamışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. 9384,22 manat pensiya kapitalının xx.xx.2021-ci il tarixdə hesablama nəzərə alınmamasını cavabdehin nümayəndəsi və DSMF-nin mütəxəssisi qeyd olunan Qanunun 27.1-ci maddəsinin tələblərinə zidd olmaqla əlaqələndirmişdir. Hesab edir ki, bunun səbəbi Qanunun 27.1-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsidir. Belə ki, bu maddənin 1-ci və 3-cü cümlələri müxtəlif dövrlərə aid olmalarına baxmayaraq cavabdeh, mütəxəssis və işə baxan məhkəmə 1-ci cümlədə mötərizədə olunmuş (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) qeydini 3-cü cümləyə də şamil etmişdir. Bu yanaşma səbəbilə 9384.22 manat pensiya kapitalı xx.xx.2021-ci il tarixdə pensiya yenidən hesablanan zaman cavabdeh tərəfindən hesablamaya daxil edilməmiş, nəticədə iddiaçıya pensiyanın aylıq məbləği 130.33 manat (9384.22:72 ay) az hesablanmışdır. xx.xx.2015-ci il tarixdə pensiya hesablanan zaman iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan məbləğin 24347.15 manat olması, həmin tarixdə pensiya hesablanan zaman cavabdeh tərəfindən bu məbləğdən 20460.96 manat məbləğin nəzərə alınması və 3886,19 manat pensiya kapitalının hesablamalarda nəzərə alınmaması faktı işdə olan sənədlərlə sübut olunmasına baxmayaraq, məhkəmə bu faktları nəzərə almamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən DSMF-nin mütəxəssisi Cəfər Nağıyevə veriləcək suallarının bitmədiyini, məhkəmə araşdırmalarının tam başa çatdırılmadığının nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə vəsatəti nəzərə almamışdır. Hesab edir ki, bununla da iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququ pozulmuşdur. DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının elektron məlumat bazasında olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının fərdi hesabında pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan 27904.41 manat pensiya kapitalı olmuşdur. Bu məbləğdə pensiya kapitalına görə əlavə 387,56 manat (27904.41:72 ay) pensiya hesablanmalı idi. Həmin tarixə mövcud pensiya məbləği 503,57 manat olmuşdur. Hesab edir ki, qeyd olunan məlumatlara və "Əmək pensiyaları haqqında" Qanunun 27.1. və 37.3.1-ci maddələrinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə iddiaçıya 891.13 manat (503.57+ 387.56) məbləğində pensiya təyin olunmalı idi. Bundan sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd etdiyi “xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə verilən pensiyanın aylıq məbləğinin 891.13 manat məbləğində təyin edilməsinə dair yeni qərar qəbul edilsin” ifadəsi iddia tələbinin dəyişdirilməsi kimi qəbul edilməməlidir. Belə ki, iddia tələbi xx.xx.2021-ci il tarixdən etibarən aylıq pensiyanın məbləğinin 1272,20 manat məbləğində təyin olunmasıdır və bu tələb dəyişilməz olaraq qalır. Apellyasiya şikayətində qeyd etdiyi 891.13 manat məbləğə münasibətdə qeyd edir ki, işə baxan məhkəmə AR İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edə və iddianı qismən, 891.13 manat məbləğində təmin edə bilərdi. Bu halda tərəfindən apellyasiya şikayəti verilməsinə ehtiyac qalmazdı. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat izahatında əlavə olaraq bildirdi ki, ona 2015-ci ildə yaşa görə əmək pensiyası təyin edilən zaman cavabdeh tərəfindən 3886.19 manat pensiya kapitalı nəzərə alınmamışdır. Həmçinin, pensiya kapitalının 50 faizi nəzərə alınmışdır. Kapitalın 50 faizinin nəzərə alınması ilə bağlı cavabdehin mövqeyi ilə razıdır. xx.xx.2006-cı il tarixdən 2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 24347.15 manat pensiya kapitalı toplanmışdır. Lakin, cavabdeh tərəfindən əmək pensiyasının sığorta hissəsinin hesablanmasında cəmi 20460.96 manat pensiya kapitalı nəzərə alınmış, 3886.19 manat nəzərə alınmamışdır. Həmin məbləğ hesablanmadığı halda ona son 6 ilin pulu əzəvinə, 3 ilin pulu verilmişdir. Əgər həmin 3886.19 manat məbləğ 2021-ci il üzrə nəzərə alınsaydı onun pensiya kapitalı 9384.22 manat təşkil edəcəkdi. Cavabdeh həmin məbləği özü tərəfindən nəzərə alınmış 16298.64 manat pensiya kapitalının üzərinə gəlməklə pensiyanı yenidən hesablamalı idi. İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə işdə olan sənədli sübutlar və mövcud hüquq normalarının tələblərinə müvafiq olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və ona xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman istifadə edilməmiş 3886,19 manat məbləğində pensiya kapitalının 80 faiz artırılmaqla təyin olunan əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçıya 2015-ci ildə "Əmək pensiyaları haqqında" AR Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək onun 31 il 03 ay 22 gün sosial sığorta stajı olmuşdur. İddiaçı bu faktı mübahisələndirmir. 2015-ci ildə ona pensiya təyin edilən zaman 31 il 03 ay 22 gün sosial sığorta stajından əlavə xx.xx.2015-cı il tarixədək iddiaçının 20460.96 manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı bir neçə müəssisə və idarələrdə baş mühasib vəzifəsində işləmişdir. O, 2015-ci ildə cavabdehə müraciət edən zaman müraciətində bir neçə müəssisə və idarələrin adları qeyd olunmamış, bir neçəsinin müvafiq departamentləri isə iddiaçının pensiya kapitalı haqqında məlumat verə bilməmişdir. DSMF publik hüquqi şəxsi 2015-ci ildə bir idarənin 7-8 müəssisəsindən iddiaçının şəxsi hesabına köçürülmüş pensiya kapitalları haqqında məlumat əldə etmişdir, hansı ki, həmin məbləğ 20460.96 manat təşkil etmişdir. Bundan sonra iddiaçı 2021-ci ildə son 6 il üzrə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət edən zaman onun pensiya işinə yenidən baxılmışdır. 2006-2015-ci il tarixlərində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına bir daha baxılmış və müəyyən edilmişdir ki, vaxtında DSMF-yə hesabat verməmiş müəssisələr öz hesabatlarını dəqiqləşdirmişlər. Belə ki, 2018-ci il vəziyyətinə iddiaçının 24347.15 manat pensiya kapitalı nəzərə alınmışdır. 3886.19 manat hesablanmayan məbləğdir. 2015-ci ildən 2017-ci ilin 01 iyul tarixinədək olan dövr üzrə topladığı pensiya kapitalının 50 faizi hesablanmış, həmin dövr üzrə istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-2021-ci illər üzrə toplanmış pensiya kapitalının üzərinə əlavə edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; (-). Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 10. Yaşa görə əmək pensiyasının məbləği Çıxarılmışdır. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Çıxarılmışdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı, iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən etibarən yaşa görə əmək pensiyasının aylıq məbləğinin 1272,20 manat müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixinə yaşa görə əmək pensiyası təyin olunan zaman iddiaçının fərdi hesabının sığorta hissəsi 20.460,96 manat təşkil etmiş və həmin məbləğdən əmək pensiyası hesablanmışdır. Qeyd olunan 20.460,96 manat pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 30985,92 manat təşkil etmişdir. Pensiya məbləği yenidən hesablanan ərəfədə müəyyən edilmişdir ki, iddiaçının 2006-2015-ci il tarixlərinə müxtəlif şirkətlərdə işlədiyi və əmək haqqından tutulan sığorta haqları hesabına formalaşan pensiya kapitalı pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Nəzərə alınmayan məbləğ 3.886,19 manat təşkil etmişdir. Nəticədə indeksləşdirmə nəzərə alınmaqla xx.xx.2017-ci ilə qədər iddiaçının pensiya kapitalı 32470,94 manat təşkil etmiş və yeni dəyişikliyə əsasən 90% tətbiq edilməklə artım məbləğ 58.447,69 manat təşkil etmişdir. Bunun nəticəsi olaraq iddiaçıya 816,52 manat pensiya təyin edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı hal-hazırda işləyən əmək pensiyaçısı kateqoriyasına aid olan şəxsdir. İddiaçı məhkəmə kollegiyasına yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və ona xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilən zaman istifadə edilməmiş 3886,19 manat məbləğində pensiya kapitalının 80 faiz artırılmaqla təyin olunan əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, iddiaçıya pensiya təyin edilən zaman 01 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun pensiyasının yenidən hesablanması cavabdehə tapşırılmışdır. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmış, lakin iddiaçı yenidən hesablanmış pensiya məbləği ilə razı olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya xx.xx.2015-ci il tarixdə iddiaçıya pensiya təyin edilən zaman mövcud pensiya kapitalından nə qədər məbləğin nəzərə alındığının, həmin tarixdən sonra fərdi hesabın sığorta hissəsində nə qədər istifadə edilməmiş pensiya kapitalı qaldığının, "Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalının məbləğinin, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində nə qədər pensiya kapitalı qeydə alındığının, xx.xx.2021-ci il tarixdə pensiya yenidən hesablanan zaman fərdi hesabın sığorta hissəsində nə qədər istifadə edilməmiş pensiya kapitalı qaldığının, həmin tarixdə mövcud pensiya kapitalından nə qədər məbləğin nəzərə alındığının müəyyən edilməsi ilə bağlı maliyyə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 25 yanvar 2022-ci il tarixli 9/7607 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 31 il 03 ay 22 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək sığorta kapitalı 40247.96 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 16976.49 manat təşkil edir. İddiaçının pensiyası xx.xx.2018-ci il tarixdən 376.40 manatdan 409.90 manata, xx.xx.2019-cu il tarixdən 387.69 manatdan 422.20 manata, xx.xx.2020-ci il tarixdən 452.05 manatdan 492.29 manata, xx.xx.2021-ci il tarixdən 503.58 manatdan 548.42 manata, xx.xx.2021-ci il tarixdən 729.94 manatdan 784.20 manata çatdırılaraq yenidən hesablanmışdır. Bundan sonra birinci instansiya məhkəməsi DSMF-nin Pensiya Təminatı Departamentinə müraciət edərək yuxarıda qeyd olunan suallarla bağlı mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 sentyabr 2022-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki: - iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə pensiya təyin edilən zaman iddiaçının fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı qeydə alınmışdır (2015-ci il vəziyyətinə 50 %-lə). Həmin kapital "xxxx" MMC, “QBC X4” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “RASH İntert LTD” firması, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC hüquqi şəxslərinin və vətəndaşın VÖEN ********** ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşmışdır. - xx.xx.2015-ci il tarixdə yaşa görə pensiya təyin edilən zaman iddiaçının fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı nəzərə alınmışdır (2015ci il vəziyyətinə 50 %-lə) və bu kapitalın məbləği X1 Sisteminin Pensiya altsistemi proqram təminatında bir daha yoxlanılmış və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu il vəziyyətinə 30985.92 (50 %-lə) təşkil etmişdir ki, məhz bu kapitala əsasən pensiya məbləği tərəflərindən bir daha yenidən hesablanaraq aylıq 816.52 manata çatdırılmışdır. - xx.xx.2006-xx.xx.2015-ci il tarixləri üzrə olan 30985.92 manat (2019-cu il vəziyyətinə 50 %-lə) pensiya kapitalı 2015-ci il vəziyyətinə fərdi hesabın sığorta hissəsində qeydə alınan məbləğin 50 %-i olmaqla, 24347.15 təşkil edir (fərq PSK 2015-ci ildə 243xx.xx-20460.96=3886.19 manat). 3886.19 manat pensiya kapitalından hesablanan SH=3886.19:144=26.99 manat vətəndaşın xx.xx.2021-ci il tarixli müraciəti əsasında hesablanaraq Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən 3 il əvvəlki tarixə ödənilməklə) istehlak qiymətləri indeksinin illik səviyyəsinə və orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən (26.99x4%x12.4%x5.7%) 33.34 manat aylıq pensiyasının üzərinə hesablanmış fərq məbləği 2021-ci il dekabr və 2022-ci il yanvar ayı ödənişlərində ödənilmişdir. Bu barədə məlumat DSMF-nin 1 saylı regional ərazi filialı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubda öz əksini tapmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan məktubunun məzmunundan göründüyü kimi iddiaçıya xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman iddiaçının fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı (11 ədəd hüquqi şəxsin və iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşmış) qeydə alınmış (2015-ci il vəziyyətinə 50 %-lə), pensiya təyin olunan zaman pensiyanın sığorta hissəsinin hesablanmasında həmin 20460.96 manat pensiya kapitalı nəzərə alınmış, daha sonra pensiya kapitalı indeksləşdirildikdən sonra 2019-cu il vəziyyətinə 30985.92 (50 %-lə) təşkil etmişdir ki, hansı ki, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri üzrə mövcud olan həmin 30985.92 manat pensiya kapitalı 2015-ci il vəziyyətinə fərdi hesabın sığorta hissəsində qeydə alınan məbləğin 50 %-i olmaqla, 24347.15 manatdır. Yəni, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində əslində, 24347.15 manat pensiya kapitalı mövcud olmuş, 2015-ci ildə pensiya təyin edilərkən isə pensiyanın sığorta hissəsinin hesablanmasında bu kapitaldan 20460.96 manat nəzərə alınmış, 3886.19 manat nəzərə alınmamışdır. Bununla bağlı cavabdeh inzibati orqanın nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında izahatında bildirdi ki, iddiaçı bir neçə müəssisə və idarələrdə baş mühasib vəzifəsində işləmişdir. O, 2015-ci ildə pensiya təyinatı ilə bağlı cavabdehə müraciət edən zaman müraciətində bir neçə müəssisə və idarələrin adları qeyd olunmamış, bir neçəsinin müvafiq departamentləri isə iddiaçının pensiya kapitalı haqqında məlumat verə bilməmişdir. DSMF publik hüquqi şəxsi 2015-ci ildə bir idarənin 7-8 müəssisəsindən iddiaçının şəxsi hesabına köçürülmüş pensiya kapitalları haqqında məlumat əldə etmiş, hansı ki həmin məbləğ 20460.96 manat təşkil etmişdir. Bundan sonra iddiaçı 2021-ci ildə son 6 ilin əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət edən zaman iddiaçının pensiya işinə yenidən baxılmış və müəyyən edilmişdir ki, vaxtında DSMF-yə hesabat verməmiş müəssisələr öz hesabatlarını dəqiqləşdirmiş, nəticədə 2018-ci il vəziyyətinə iddiaçının 24347.15 manat pensiya kapitalı nəzərə alınmışdır. Həmçinin, cavabdehin nümayəndəsi C.Ə.Nağıyev 3886.19 manat məbləğin 2006-cı il 1 yanvar tarixindən 2015-ci il 10 yanvar tarixinədək olan dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı olduğunu qəbul etdiyini bildirdi. Demək ki, işin mübahisələndirilməyən halı iddiaçıya ilkin pensiya təyini zamanı (xx.xx.2015) pensiyanın sığorta hissəsinin hesablanmasında 3886.19 manat pensiya kapitalının nəzərə alınmamasıdır. Tərəflərin razılığa gəlmədikləri məqam toplanmış və istifadə olunmamış 3886.19 manat pensiya kapitalının yenidən pensiya hesablanması zamanı hansı formada nəzərə alınmasıdır. İşdən görünür ki, iddiaçı ona pensiya təyin olunduqdan sonra da işləməyə davam etmiş və təbii olaraq sığortaolunan kimi fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmağa davam etmişdir. İlkin təyinatdan 6 il sonra, yəni 2021-ci il tarixdə iddiaçı pensiyasının yenidən hesablanması üçün müraciət edərkən 2015-ci ildən 2017-ci ilin 01 iyul tarixinədək olan dövr üzrə topladığı pensiya kapitalının 50 faizi hesablanmış, həmin dövr üzrə istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-2021-ci illər üzrə toplanmış pensiya kapitalının üzərinə əlavə edilmişdir. Lakin 2015-ci ilədək toplamış olduğu və ilkin pensiya təyini zamanı nəzərə alınmayan 3886.19 manat pensiya kapitalı 80 % artırılmadan əlavə olunmağa başlamışdır. Bununla bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən məktubunda qeyd edilmişdir ki, 3886.19 manat pensiya kapitalından hesablanan 26.99 manat iddiaçının müraciəti əsasında hesablanaraq Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən 3 il əvvəlki tarixə ödənilməklə) indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən (26.99x4%x12.4%x5.7%) 33.34 manat aylıq pensiyasının üzərinə hesablanmış fərq məbləği 2021-ci il dekabr və 2022-ci il yanvar ayı ödənişlərində ödənilmişdir. 3886.19 manat pensiya kapitalından hesablanan 26.99 manat (SH=3886,19 : 144 = 26,99) ödəmə ilə bağlı cavabdeh istinad olunan məktubun 4-cü bəndində açıqlama vermişdir. (iş materialları səh. 196) Göründüyü kimi cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən 3886,19 manat toplanmış və nəzərə alınmamış pensiya kapitalını heç bir artırma etmədən, yəni 80 % artırmadan birbaşa gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölmüşdür. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixində əmək pensiyası təyin edilən zaman onun fərdi hesabının sığorta hissəsində 20460.96 manat pensiya kapitalı əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmış, 2021-ci ildə isə iddiaçının pensiya işinə yenidən baxılmış və nəticədə xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının 24347.15 manat təşkil etdiyi müəyyən edilmişdir. Başqa sözlə, mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan 3886.19 manat (243xx.xx-20460.96) pensiya kapitalı 2015-ci ildə pensiya təyin edilərkən ümumiyyətlə, 2021-ci ildə pensiya yenidən hesablanarkən isə pensiyanın sığorta hissəsinin hesablanmasında düzgün formada nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Qanunun 27-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddənin hazırda qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Hazırkı mübahisə üzrə iddiaçı işləyən əmək pensiyaçısı olmaqla, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 3886.19 manat olmuş və bu hal cavabdeh inzibati orqan tərəfindən 2021-ci il tarixində iddiaçının müraciətinə əsasən onun pensiya işinə yenidən baxılarkən aşkar edilmişdir. Kollegiya hesab edir ki, işləyən əmək pensiyaçısı olan iddiaçının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış 3886.19 manat pensiya kapitalı olduğundan, eləcə də qeyd olunan faktın cavabdehə məlum olduğu tarixdə (2021-ci il) yuxarıda qeyd olunan maddə qüvvədə olduğundan, hazırkı mübahisəyə münasibətdə 27-ci maddənin hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının sığorta hissəsi hesablanarkən sığorta hissəsində toplanan və istifadə olunmamış 3886.19 manat pensiya kapitalı yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə 80 % artırılmalı, sonra gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə bölünməlidir. Yalnız bu qaydada hesablama aparıldıqdan sonra iddiaçının pensiyası yenidən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-73/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) 3886,19 manat pensiya kapitalı 80 faiz artırılmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-124/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-124/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver