Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1246/2025 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Avaran Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 17 nömrəli Qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış, plan və ölçünün sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1996/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayon Avaran Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 17 nömrəli Qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-5561/2024 nömrəli qərardadı ilə X3 və X10 inzibati iş üzrə adi cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1996/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Qusar rayon Avaran Bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli 17 nömrəli Qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim Aynur Axundova) Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək üçüncü şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil öz izahatlarında üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayənədəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs X10 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətlərini müdafiə etdiklərini, işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İşin müəyyən edilmiş hallar ından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş “Şərq” sovxozu üzrə 1990-cı illərin əmrlər və Qusar rayon Avaran kənd İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyinin 1991-1995-ci illərin Təsərrüfatbaşına kitablarına baxış keçirilmişdir. Baxış zamanı “Şərq” sovxozun 1990-cı illərin əmrlər kitabında sovxozun xx.xx.1990-cı il tarixli 144 nömrəli əmrdə Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 aprel 1990-cı il tarixli 164 nömrəli qərarına əsasən sovxozun ərazisində daimi yaşayan 25 nəfər fəhlə və qulluqçusuna 0.12 və 0.15 ha torpaq sahələrinin ayrılması qeyd edilmişdir. Lakin əmrin adlı siyahısında X1 adı və adına torpaq sahəsinin olması, həmçinin təsərrüfatbaşına kitablarında X1 adına təsərrüfatın və torpaq sahəsinin olması aşkar edilməmişdir. Beləliklə, üçüncü şəxsin adına təsərrüfatın ayrılması müəyyən edilmir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-5561/2024 nömrəli qərardadı ilə X3 və X10 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin iş üzrə iştirakını zəruri edən hüquqi əsaslar mövcud deyil. Belə ki, məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə X1 və X6 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisənin həlli hər hansı şəkildə T.Səmədovanın və Ü.Nəbizadənin hüquqularına və qanunla qorunan mənafelərinə toxunmadığından onun üçüncü şəxsin qismində iştirakları zəruri deyildir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 10 dekabr 2025-ci il tarixli 2-1(105)-1246/2025 nömrəli qərardadı ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Bu kontekstdə, İPM-nin 81.2-ci maddəsinin yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, üçüncü şəxs X1 nümayəndəsi X10 tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1996/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad ləğv edilməli, şikayət üzrə icraat mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli 2-1(105)-1246/2025 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1996/2025 qərarından üçüncü şəxs X1 nümayəndəsi X10 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-1246/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1246/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver