Məhkəmə qərarları › İş №2-1(105)-1250/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1250/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1250/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Saray Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçın nümayəndəsi və vəkili Vəkil iştirakıları ilə, İddiaçı cavabdeh Abşeron rayon Saray Bələdiyyəsinə qarşı “Abşeron rayonun Saray qəsəbəsi ərazisində yerləşən və mülkiyətində olan 0,05 ha torpaq sahəsinin mülkiyyət çıxarışında göstəriləndən əlavə vahid hasar daxilində istifadə etdiyi sahəsi 0,067 ha olan torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılmaları məqsədi ilə torpaq müsabiqəsinin (Hərracının) keçirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha İddiaçı mülkiyyətindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 01/195 saylı imtina məktubundan görünür ki, iddiaçının mülkiyyətində torpaq sahəsində baxış keçirilmişdir. Baxış zamanı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində öz başına tikili aşkar olunmuşdur. Hal-hazırda Saray qəsəbə ərazisində pay torpaqlarında sürüşmə olduğu üçün baza yenidən işlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlar koordinatlarla yerində üst-üstə düşdüyü üçün sözügedən torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxara bilmirlər. Cavabdehin xx.xx.2025-ci il tarixli, 01/86 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində daşınmaz əmlakın dövlət reyestr nömrəsi ******* 10127 olan 0.05 ha torpaq sahəsində tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində öz başına tikili aşkar olunmuşdur. Əlavə olaraq vətəndaşın hərrac və ya müsabiqə yolu ilə istədiyi torpaq sahəsi kənd təsərrüfatlı torpaqlara aiddir. Hal-hazırda Saray qəsəbə ərazisində pay torpaqlarında sürüşmə olduğu üçün baza yenidən işlənir. Kənd təsərüffath təyinatlı torpaqlar kordinatlarla yerində üst-üstə düşdüyü üçün sözügedən torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxara bilmirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-6489/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən faktiki 0.13 ha torpaq sahəsinin 0.067 ha hissəsi Saray bələdiyyəsinin (Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 08/30 nömrəli qərarı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş № **********3818 torpaq sahəsinin planı və ölçüsünə əsasən), 0.007 ha hissəsi X1 (**********87 reyestr nömrəli, xx.xx.2018-ci tarixli) və 0.047 ha hissəsi isə İddiaçı öz istifadəsindədir. Mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Həmçinin 0.067 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Saray bələdiyyəsi mülkiyyət hüququ **********45 reyestr nömrəsi çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır (0.4144 ha). Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonun Saray qəsəbəsi ərazisində yerləşən və mülkiyətində olan 0,05 ha torpaq sahəsinin mülkiyyət çıxarışında göstəriləndən əlavə vahid hasar daxilində istifadə etdiyi sahəsi 0,08 ha olan torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılmaları məqsədi ilə torpaq müsabiqəsinin (Hərracının) keçirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonun Saray qəsəbəsi ərazisində yerləşən və mülkiyətində olan 0,05 ha torpaq sahəsinin mülkiyyət çıxarışında göstəriləndən əlavə vahid hasar daxilində istifadə etdiyi sahəsi 0,067 ha olan torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılmaları məqsədi ilə torpaq müsabiqəsinin (Hərracının) keçirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax şəhərində pasport qeydiyyatında olsa da, uzun müddətdir ki, ailəsilə bilikdə Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən sənəd üzrə sahəsi 0,05 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2017-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Lakin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə sahəsi 0,05 ha olsa da, torpaq sahəsinin faktiki ölçüsü 0,13 hektar təşkil edir. Qeyd edilən 0,13 ha torpaq sahəsi vahid hasar daxilində yerləşməklə 2017-ci ildən iddiaçının faktiki istifadəsindədir. Həmin torpaq sahəsində tərəfindən yarımçıq şəkildə qalmış qeyri-yaşayış obyekti də inşa edilmişdir. Eyni zamanda torpaq və əmlak vergisi ödəyicisi kimi Saray Bələdiyyəsində qeydiyyatdan da keçmişdir. Bütün bu hallara baxmayaraq 2017-ci ildən faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus və adına olan hüquq müəyyənedici sənəddə göstəriləndən əlavə 0,08 ha torpaq sahəsini sənədləşdirə bilmir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, sözügedən 0,08 ha torpaq sahəsi Saray Bələdiyyəsinin mülkiyyətindədir. Lakin torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun şəkildə torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılmaqla sənədləşdirilməsi ilə bağlı Saray Bələdiyyəsinə etdiyi çoxsaylı müraciətləri bugünədək nəticəsiz qalmışdır. Torpağın sənədləşdirilməsi ilə əlaqədar sonuncu müraciətinə Saray Bələdiyyəsinin verdiyi 10 iyun 2024-cü il tarixli, 01/195 saylı cavab məktubunda Saray qəsəbəsi ərazisində pay torpaqlarında sürüşmə olduğundan bazanın yenidən işləndiyi, kənd təsərrüfatı təyinatlı torpaqların koordinatlarının yerində üst-üstə düşdüyü səbəbindən sözügedən torpaq sahəsinin torpaq müsabiqəsinə və ya hərracına çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Saray Bələdiyyəsinin müraciətindən imtinası əsaslarını tamamilə əsassız və qanunazidd sayır. İlk növbədə sözügedən torpaq sahəsinin nə koordinatları başqa torpaq sahəsi ilə üst-üstə düşmür, nə də yerində həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisə də yoxdur. Yuxarıda qeyd etdiyi kimi sənədləşdirilməsini xahiş etdiyi torpaq sahəsi 0,08 ha ölçüdə olmaqla 2017-ci ildən faktiki istifadəsindədir və torpağın üzərində tərəfindən yarımçıq olmaqla qeyriyaşayış obyekti də inşa edilmişdir. Cavabdehin faktiki istifadəsində olan torpağın sənədləşdirilməsi ilə bağlı müraciətindən imtinasının əsasları bir də ona görə qanunaziddir ki, sözügedən torpaq sahəsi Saray Bələdiyyəsinin mülkiyyəti kimi artıq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmişdir və torpağın dəqiq koorrdinatları da müvafiq hüquq müəyyənedici sənədlərdə öz əksini tapmışdır. Belə ki, faktiki istaifadəsində olan mübahisələndirilən 0,08 ha torpaq sahəsinin də daxilində olduğu 0,4441 ha torpaq sahəsi Saray Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bununla əlaqədar Saray Bələdiyyəsinin adına aidiyyəti qurum tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü də hazırlanaraq verilmişdir. Saray Bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyatdan keçmiş 0,4441 ha torpaq sahəsinin 0,08 ha hissəsi iddiaçının faktiki istifadəsində olduğundan və üzərində tərəfindən inşa edilmiş tikili yerləşdiyindən, məhz həmin hissədə müvafiq bölgü sənədinin hazırlanmasını və 0,08 ha torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarına əsasən torpaq müsabiqəsi, yaxud hərracı vasitəsi ilə sənədləşdirilməsini bələdiyyədən xahiş etmişdir. X10 iddiaçıya məlum olmayan səbəblərdən həmin torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsində ən azından iddiaçının adına rəsmiləşdirilməsində maraqlı deyildir. Halbuki, qeyd etdiyi kimi sözügedən torpaq sahəsi Saray Bələdiyyəsi tərəfindən qəbul edilmiş müvafiq inzibati akt əsasında bələdiyyənin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Qüvvədə olan qanunveriiliyə əsasən bələdiyyələr bir qayda olaraq bələdiyyə torpaqlarını mülkiyyət.yaxud icarə hüququ əsasında sənədləşdirmək niyyətində olduqda həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını qeydiyyatdan keçirirlər. Buna baxmayaraq Saray Bələdiyyəsi hansısa kənar maraqlara xidmət edərək faktiki istifadəsində olan və üzərində tikili yerləşən sənədləşdirmək niyyətini bələdiyyəyə bildirdiyi 0,08 ha torpaq sahəsini torpaq hərracına, yaxud müsabiqəsinə çıxarmaqdan yayındığı üçün məhkəməyə müraciət edərək hüququnun məhkəmə qaydasında müdafiəsini təmin etmək məburiyyətində qalmışdır. Göründüyü kimi Saray Bələdiyyəsinin müraciətindən imtinasının hüququ əsasları yoxdur. Mübahisəli torpaq sahəsi xərc çəkilərək tərəfindən abadlaşdırılmış, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən bugünədək hər hansı etiraz bildirilməmiş, torpağın geri qaytarılması ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət olunmamışdır. Bu səbəbdən Saray Bələdiyyəsinin sözügedən torpağı hərraca, yaxud müsabiqəyə çıxarmaqdan imtinası iddiaçının həmin torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmək imkanını əlindən alır və bir sahibkar kimi külli miqdarda ziyana uğradır. Saray Bələdiyyəsinin bu hərəkətlərini qanunsuz hesab edir, çünki bələdiyyənin hərəkətləri (hərəkətsizliyi) nəticəsində torpaq sahəsini əldə etmək hüququndan məhrum edilir. Belə olan halda hesab edir ki,cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsinin sənədləşdirilməsi prosesində yaratdığı maneələr və bununla bağlı imtina məktubunda göstərilənlər bəhanədən başqa bir şey deyildir. Bütün bu sadalananlara əsaslanaraq cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Elektron baza məlumatlarına əsasən faktiki 0.13 ha torpaq sahəsinin 0.067 ha hissəsi Saray bələdiyyəsinin (Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 08/30 nömrəli qərarı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş № **********3818 torpaq sahəsinin planı və ölçüsünə əsasən), 0.007 ha hissəsi X1 (**********87 reyestr nömrəli, xx.xx.2018-ci tarixli) və 0.047 ha hissəsi isə İddiaçı öz istifadəsindədir. Həmçinin 0.067 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Saray bələdiyyəsi mülkiyyət hüququ **********45 reyestr nömrəsi çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsinin bir hissəsi üzərində bələdiyyənin mülkiyyət hüququ, digər hissəsi üzərində başqa şəxsin mülkiyyət hüququ qeydə alınmış, iddiaçının hərrac və ya müsabiqə yolu ilə əldə etmək istədiyi torpaq sahəsinin Abşeron rayonu, Saray bələdiyyəsinə məxsus **********45 reyestr nömrəli çıxarışda kateqoriyası kənd təsərrüfatlı torpaqlar, məqsədli təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olaraq qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə şəxslərin mülkiyyətinə verilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının tələbini əsaslandırdığı hallar qanunvericilikdə nəzərdə tutulmuş hüquqi normalarının nəzərə alınmaması əsası kimi çıxış edə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinə münasibətdə bələdiyyənin diskresion səlahiyyətləri ilə bağlı aşkar səhv nəticəyə gəlmişdir. Belə ki, səlahiyyətverici əsasların yoxlanılması zamanı inzibati orqanlar tərəfindən məcburi olaraq (qeyd-şərtsiz) və diskresion səlahiyyət əsasında qəbul edilmiş inzibati aktlar bir-birindən fərqləndirilməlidir. Hüquqda inzibati orqanın istifadə etdiyi səlahiyyətlər sərbəstlik dərəcəsinə görə bağlı (qapalı) səlahiyyət və mülahizə (diskresion) səlahiyyətə ayrılır. İkincisinin (mülahizə səlahiyyətinin) nisbətən sərbəstlik daşıması ilə yanaşı, qapalı səlahiyyətdə verilən qərarın məzmunu əvvəlcədən bəlli olduğuna görə, səlahiyyət olmaqdan çıxıb, vəzifəyə çevrilir.Müəyyən səbəblərlə bağlı yazılı normativ tənzimləmə idarəetmə orqanlarının hansı qərarı qəbul etməsini xüsusi göstəribsə, bu halda qapalı səlahiyyətdən danışmaq olar. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə sənədləşdirilməsi ilə bağlı bələdiyyənin iradə ifadəsi olmuşdur. Belə ki, Saray Bələdiyyəsinin 02 aprel 2014-cü il tarixli,08/03 saylı qərarı ilə mübahisəli 0,067 ha torpaq sahəsinin də daxilində olduğu 4144 kvadrat metr torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Həmin qərar əsasında qanunvericiliyə uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmış, Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№537927 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanaraq 05 fevral 2015-ci il tarixdə 8991 nömrə ilə X11 kitabında qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən sənədlər əsasında reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən Çıxarış”a əsasən Abşeron rayonunun Saray qəsəbəsinin ərazisində yerləşən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş 4144 kvadrat metr torpaq sahəsi Saray Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Saray Bələdiyyəsinin diskresion səlahiyyəti bələdiyyəyə edilmiş müraciət əsasında 4144 kvadrat metr torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10- cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilməsi,yaxud datorpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edilməsini şərtləndirirdi ki, bu halda sadalanan qəralardan birini qəbul etməkdə bələdiyyə sərbəst olmuşdur,çünki bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur.Lakin işdə olan sənədlərdən aydın olur ki,Saray Bələdiyyəsinin 02 aprel 2014-cü il tarixli,08/03 saylı qərarı ilə mübahisəli 0,067 ha torpaq sahəsinin də daxilində olduğu 4144 kvadrat metr torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır.Belə olan halda artıq bələdiyyənin diskresion səlahiyyətindən söhbət gedə bilməz,çünki inzibati orqanın qapalı səlahiyyətdə verilən qərarın məzmunu əvvəlcədən bəlli olduğuna görə, səlahiyyət olmaqdan çıxaraq vəzifəyə çevrilmişdir və bu halda müvafiq sənədləşmə işləri və bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduru başa çatdıqdan sonra torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə qərarın qəbul edilməsi Saray Bələdiyyəsinin diskresion səlahiyyətinə deyil,onun vəzifəsinə çevrilmişdir.Hazırki iş üzrə Azərbaycan Respublikasının 15 mart 2002-ci iltarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin dispozisiya şərtlərinin yerinə yetirilməsi inzibati orqanın məhz torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməsini şərtləndirir, yəni inzibati orqanın başqa cür qərar qəbul etmək imkanı (sərbəstliyi) olmur.Təəssüf ki,məhkəmə bütün bu halları nəzərə almadan mübahisəli torpağın hərraca,yaxud müsabiqəyə çıxarılması barədə qərar qəbul edilməsinin inzibati orqan olan bələdiyyənin diskresion səlahiyyətinə aid olduğu qənaətinə gələrək iddia tələbini əsassız şəkildə rədd etmişdir. Həmçinin, məhkəmənin onun hərrac və ya müsabiqə yolu ilə əldə etmək istədiyi torpaq sahəsinin Abşeron rayonu, Saray bələdiyyəsinə məxsus **********45 reyestr nömrəli çıxarışda kateqoriyası kənd təsərrüfatlı torpaqlar, məqsədli təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olaraq qeyd edildiyi səbəbindən kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə şəxslərin mülkiyyətinə verilməsinin qanunvericiliyin tələblərinə zidd olması barədə gəldiyi nəticə də qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan torpağa dair Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və 05 fevral 2015-ci il tarixdə 8991 nömrə ilə X11 kitabında qeydiyyata alınmış A№537927 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki,torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılmaqla sənədləşdirilməsi xahiş edilən torpaq sahəsinin bonitet balı 20 olaraq göstərimişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli,158 nömrəli “Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında” Qərarı ilə “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”,“Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti və “Kadastr qiymət rayonlarına və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətinin hesablanması üçün tətbiq edilən təshih əmsalları” təsdiq edilmişdir.Sadalanan normativ aktlara əsasən Abşeron- Qobustan kadastr qiymət rayonuna daxil olan Abşeron rayonu ərazisində 1-20 bonitet balı ilə qimətləndirilən torpaqlar ən aşağı keyfiyyət qrupuna,yəni V keyfiyyət qrupuna aid edilmişdir. Başqa sözlə desək,sözügedən torpaq sahəsi kənd təsaərrüfatına yarasız və ya azyar'arlı torpaqlara aid edilmişdir.Torpaq qanunvericiliynə əsasən isə bələdiyyələrin mülkiyyətlərində olan kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirmək səlahiyyətləri mövcuddur. Qanunvericiliklə bələdiyyə tərəfindən kənd təsərrüfat təyinatlı az yararlı və yararsız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolverilən hesab edilir. Həmçinin, məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən görünür ki, onun mülkiyyətində olan və hazırda mübahisə predmeti olan 0,67 ha torpaq sahəsinə bitişik vahid hasar daxilində faktiki istifadə edilən reyestr nömrəsi **********27,qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Abşeron rayonunun Saray qəsəbəsinin ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin də kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmiş və həmin torpaq sahəsi məhz Saray Bələdiyyəsi tərəfindən müsabiqəyə çıxarılmaqla mülkiyyətə satılmşdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Saray Bələdiyyəsinin “Saray Bələdiyyəsinin alqı-satqı predmeti olan 0,20 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə” 08 yanvar 2014-cü il tarixli, 1/23 saylı qərarı ilə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində 0,20 ha torpaq sahəsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır.Həmin qərar əsasında qanunvericiliyə uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmış, Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№537927 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış və sözügedən sənədlər əsasında reyestr nömrəsi **********88,qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2014-cü il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən Çıxarış”a əsasən Abşeron rayonunun Saray qəsəbəsinin ərazisində yerləşən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş 0,20 ha torpaq sahəsi Saray Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra sözügedən 0,20 ha torpaq sahəsi mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılmış və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24 iyun 2014-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olaraq Tovuz rayonunun Bozalqanlı kənd sakini X6 Şəhadətnamə verilmişdir.Qeyd edilən torpaq müsabiqəsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq və müsabiqə komissiyasının 24 iyun 2014-cü il tarixli,5176 saylı protokolunda müsabiqəyə çıxarılan 0,20 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı V keyfiyyət qrupuna aid kənd təsərrüfatına yararsız torpaq olduğu göstərilmişdir. Keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi kənd təsərrüfatı təyinatlı 0,20 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və məhz sözügedən 0,20 ha torpağın 0,05 ha hissəsini iddiaçı X8 ilə bağlanılmış 24 noyabr 2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında əldə edərək öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirmişdir.Məhkəmə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu qeyd etsə də, həmin torpaq sahəsinin hərraca və ya müsabiqəyə çxıarılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız sahələr kimi qiymətləndirmişdir.Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir.Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Göründüyü kimi, məhkəmə işə baxan zaman mütənasiblik prinsipini də nəzərə almayaraq inzibati-prosessual qanunvericiliyin təməl prinsiplərindən birinin tələblərini pozmuşdur. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ..... Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 33. Bələdiyyə mülkiyyəti.

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. .... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;... Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin vahid hasar daxilində olan istifadə etdiyi 0,067 ha torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılması məqsədilə hərracın keçirilməsi barədə qərarn qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili aşkar edilmiş, hal-hazırda həmin ərazidə pay torpaqlarında sürüşmə olduğu üçün bazanın yenidən işləndiyi, kənd təsərrüfatı təyinatlı torpaqlar koordinatlarla yerində üst-üstə düşdüyü üçün sözügedən torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxara bilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə bitişik ərazidə 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, onun adına mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin ərazidə onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə bitişik sahə ilə birlikdə 0,132 ha torpaq sahəsinin uzun müddətdir onun istifadəsində olması, daş hasarla hasarlanması halına əsaslanaraq, istifadəsində olan hissənin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin ərazidə torpaq sahəsi daş hasar daxilində yerləşir və orada yarımçıq tikili vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyənin adına mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, çıxarış tərtib edilmişdir, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0,05 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması, 2014-cü ildə hərrac vasitəsilə (kənd təsərrüfatı məqsədilə) satılması halı müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz ona məxsus torpaq sahəsinə bitişik olan sahənin hərraca çıxarılmasına, bu əsasla həmin torpaq sahəsinin satın alınmasına nail olmaq istəyir. Kollegiya ilk növbədə iddianının əsaslılığının qanunvericilik normasının tələbləri və prinsiplərinin tələbləri baxımından dəyərləndirilməsi üzrə onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına məhz cavabdehin diskresion səlahiyyətləri, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı prinsiplərinin tələbləri baxımından düzgün dəyərləndirərək, həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verərək, ətraflı qeyd etdiyindən, bu əsasla iddia tələbinin əsaslılığının dəyərləndirməsi ilə kollegiya razı olduğundan, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya iddianın əsaslılığının digər halları ilə bağlı onu qeyd edir ki, indiki halda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qeyri-qanuni istifadəsindədir. Nəticə etibarilə iddiaçı onun qeyri-qanuni istifadəsində olan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsinə nail olmaq istəyir (torpaq sahəsinin hərraca çıxarılması vasitəsilə). Bu baxımından kollegiya hesab edir ki, iddianın əsaslılığı məhz yuxarıda istinad edilən müvafiq Qanunun 16-cı maddəsinin dispoztiv şərtləri ilə uzlaşıb-uzlaşmaması əsası ilə də yoxlanılmalıdır. Qeyd edilən normanın dispoztiv şərtinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102-)2245/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “.... Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki,həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıqfəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli(16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.....“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamındatorpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilənölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır....” İndiki halda isə iddiaçıya münasibətdə sözügedən torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə vahid hasar daxilində yerləşməsi halı və faktiki onun istifadəsində olması halı müəyyən edilsə də, həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması kimi şərtin mövcudluğu müəyyən edilməmişdir. Hansı ki həmin hal özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, torpaq sahəsində yarımçıq tikilinin olması halı özlüyündə həmin torpaq sahəsinin geri qaytarılmasını mümkünsüz edən hal kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, kollegiya hesab edir ki, iddiaçı həmin torpaq sahəsini zəbt edərək, orada tikili inşa etməyə başlayaraq, sonra da qanunsuz sahibliyində olan torpaq sahəsində hər hansı tikilinin inşa edilməsi ilə bağlı hüquqi nəticələrə istinad etməsi halı özlüyündə hüquqdan sui-istifadə kimi çıxış etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (qanunsuz zəbt edilmə, qanunsuz sahibliyində olma, bu hallar barədə məlumatlı olması) özlüyündə iddiaçının həmin hala istinad etməsini hüquqdan sui-istifadə kimi dəyərləndirilməsinə əsas verdiyindən, həmin hal qanunun normasının dispoztiv şərtinin ödənilməsinin əsası kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın,152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir, 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Nəticə etibarilə kollegiya işin müəyyən edilmiş halları əsasında hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar satılması üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında aparılmış dəyərləndirmə əsasında cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar və bununla bağlı hərəkətlərin icrası zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olması halı müəyyən edilməmişdir. Bu hal da özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmiş, habelə həmin hallar əsasında iddiaçının apellyasiya şikayətinin dəlilləri təkzib olunmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar