Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1251/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “60 yaşının tamam olduğu tarixdən, yəni 01 sentyabr 2024-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, fərdi hesabınızın sığorta hissəsində 2010-cu ilin fevral, 2012-ci ilin yanvar və fevral, 2015-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust ayları və 2024-cü ilin iyul, avqust ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 12 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 11 ay 14 gün (xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2012- xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı Metropoliteni QSC-nin xx.xx.2024-cü il tarixli A/259 saylı arayışında qeyd edilmişdir ki, "Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti idarəsinə xx.xx.2007-cı ıl tarixindən 4-cü dərəcə ilə qaynaqçı peşəsinə qəbul edilmiş, 26 03.2008-cı il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək “Azərtunelmetrotikinti" SCnin 2 saylı Tunel Tikinti İdarəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən “Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli qaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qaynaqçı peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixindən Tikinti Departamentinin Tunel və Ümumi Tikinti İşlən üzrə Dəstəsində yeraltı iş şəraiti üzrə qaynaqçı peşəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 27.02 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti QSC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12№-li qərara uyğun olaraq həmin siyahının 35. Ümumi peşələr bölməsinin qaynaqçıla/ qrafasına əsasən İddiaçı güzəştli şərtlərə görə əmək stajı 02 İİ11 ay 07 gün (iki il on bir ay yeddi gün) və 1 .Dağmədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndinin əl ilə qaynaqda elektrik qaynaqçıları yarımbəndinə uyğun olaraq güzəştli şərtlərlə əmək stajı 09 il 11 ay 14 gün (doqquz il on bir ay on dörd gün) təşkil edir. Qeyd. "xxxx" QSC-nin Tikinti Departamentinin tikinti sahələrində avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynağı) əl üsulu ilə aparılır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 01 aprel 2008-ci il tarixdən 02 mart 2009-cu il tarixədək və 01 mart 2012-ci il tarixdən 13 avqust 2013-cü il tarixədək olan müddətlərdə qaynaqçı (əl ilə qaynaq) vəzifəsində işləmişdir. “Azəriqaz! İB-nin 01 may 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixli, 3899-k saylı əmrlə Bakı şəhər Qaz istismar idarəsi Sabunçu rayon X15 Qəza-Dispetçer Xidmətinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. xx.xx.2010-cu il tarixli, 485-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.b(ştatın ixtisarı) maddəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X1 elektrik qaz qaynaqçısı peşəsində işlədiyi illər üzrə iş stajı 2 ay 28 gün təşkil edir. Həmin peşə iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12№ li Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2008-ci il tarixli 09/K saylı əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur, xx.xx.2009-cu il tarixli 04/K saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2009-cü il tarixli 04/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən,onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yenidən xx.xx.2012-ci il tarixli 02 saylı əmrlə müəssisədə elektrik qaynaqçısı işinə qəbul olunmuş,xx.xx.2013-cü il'tarixli 05 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixli 05 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi 2a (öz xahişi ilə) bəndinə əsasən,onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Vətəndaş İddiaçı oglu elekrik qaz qaynaqçısı peşəsində işlədiyi illər üzrə iş stajı 2 il 4 ay 15 gün təşkil edir. Vətəndaş İddiaçı oglu həmin dövrdə "Azəriqaz" istehsalat Birliyi ilə (əvvəl Azəriqaz" QSC) "xxxx" MMC arasında bağlanmış müqavilələr əsasında müxtəlif rayonlarda və Bakı şəhərinin qəsəbələrində orta və iri diametrli qaz xəttlərinin çəkilməsi obyektlərində tərəfimizdən yerinə yetirilən tikinti işlərində 4-cü dərəcəli elektrik qaynaqçısı kimi metal boruların qaynaq işlərini yerinə yetirmişdir. Həmin peşə iş xarakterinə görə,"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısünın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №li Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş ("əl ilə qaynaq aparan elektrik qaynaqçıları") sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 60 yaşının tamam olduğu tarixdən, yəni 01 sentyabr 2024-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyini üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.1964-cü ildə anadan olmuşdur. Ümumi iş stajı 34 ildir. Həmin iş stajının 18 ili zərərli istehsal sahəsinə aid olub. 2 saylı siyahıya aiddir. Belə ki, xx.xx.1995-xx.xx.1986-cı ildə 17 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə xx.xx.1986-cı ildə 21 saylı Tikinti İdarəsində elektrik qaynaqçısı kimi başlamışdır. xx.xx.1988-ci ildə işdən azad edilmiş və Cəbrayıl rayonu, İnqilab kolxozunda kolxozçu kimi işləmişdir. xx.xx.1989-xx.xx.2006-cı illərdə Rusiya Federasiyasında işləmişdir. xx.xx.2007-xx.xx.2008-ci ildə Tunel Tikinti İdarəsində qaynaqçı kimi işləmişdir. xx.xx.2008-ci ildə "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2009-cu ildə Bakı şəhər Qaz İstismar İdarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Yenidən həmin müəssisədə xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər işləmişdir. xx.xx.2010-xx.xx.2012-ci ildə “Azərtunelmetrotİkinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsində qaynaqçı kimi işləmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Depatamentinin 2 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli qaynaqçı işləmişdir. xx.xx.1989- xx.xx.1992-ci ilə qədər Rusiya Federasiyasında işləməyi Əmək pensiyaları haqqında qanunun 23.2-ci maddəsinə əsasən iş stajı hesab olunur. Yuxarıda qeyd etdiyi kimi 01,09.2024-cü ilə qədər ümumi iş stajı 34 il, zərərli iş stajı 18 il olduğuna görə “Əmək pensiyaları haqqında qanunun” 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiya hüququ yaranmışdır. Cavabdehin imtinası əsassızdır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ümumi iş stajı 31 il 7 ay 2 gün (xx.xx.2006-cı il tarixədək 15 il 10 ay 2 gün (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci İl, xx.xx.1995- xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 9 ay), güzəştli iş stajı isə 12 il 1 ay 15 gün (xx.xx.2007-xx.xx.2008-ci, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015xx.xx.2015-cİ İl və xx.xx.2015-xx.xx.2024-cÜ İl tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində 2010-cu ilin fevral, 2012-ci ilin yanvar, fevral və 2015-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçının 2010-cu ilin fevral, 2012-ci ilin yanvar, fevral və 2015-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust ayları üzrə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X2 Sistemi”nin Sığorta Alt Sisteminin X11 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində əlavədə qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 31 il 7 ay 2 gün (01.01,2006-cı il tarixədək 15 il 10 ay2 gün (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1989- 26.11,1990-cı il, xx.xx.1991-xx.xx.1991- ci il, xx.xx.1991-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 9 ay) təşkil edir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin ona dair 2 aprel 2025- ci il tarixli 01 nömrəli arayışında adıçəkilən şəxsin xx.xx.2008-xx.xx.2009-cu il və xx.xx.2012- xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı vəzifəsində işlədiyi dövrün yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə pensiya hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti) barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən həmin dövrlərin güzəştli şərtlərlə əmək pensiya hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda iddiaçının güzəştli iş stajı 12 il 2 ay 28 gün (xx.xx.2007- xx.xx.2008ci, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2012- xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il və xx.xx.2015- xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində 2010-cu ilin yanvar və fevral, 2012-ci ilin yanvar, fevral və 2015-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 10 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 01 sentyabr 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı tələb olunur. Hazırki mübahisənin yaranma səbəbi iddiaçının 12 il 6 ay güzəştli iş stajının yaranıb-yaranmaması ilə əlaqədardır. İddiaçı 01 aprel 2008-ci il tarixdən 02 mart 2009-cu il tarixədək və 01 mart 2012-ci il tarixdən 13 avqust 2013-cü il tarixədək olan müddətlərdə qaynaqçı (əl ilə qaynaq) vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən qeyd edilən dövrlərin qəbul edilməməsi əsası kimi işəgötürən tərəfindən verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən koda istinad edilməməsi qeyd edilmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. İddiaçının işlədiyi qaynaqçı (əl ilə qaynaq) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun gəlir. Belə ki, Azərboru ASCnin 24 iyun 2025-ci il tarixli AZB 01/138 saylı arayışında qeyd edilmişdir ki, “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq editoış “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 33-cü Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”-(23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri ilə eynilik təşkil edir. X16 QSC-nin 18 iyun 2025-ci il tarixli BSC-X-25- 0527/001 saylı arayışında qeyd edilmişdir ki, X9 işlədiyi elektrik qaynaqçısı peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"nın 33-cü Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" (23200000—19906), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nm 35-ci Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 25 il ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Cavabdeh tərəfindən iddiaçının "xxxx" MMC-də işlədiyi xx.xx.2008-xx.xx.2009-cu il və xx.xx.2012xx.xx.2013-cü il tarixləri arasındakı dövrlərin güzəştli iş stajına daxil edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza və ona əlavəyə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırki mübahisənin yaranma səbəbi iddiaçının 12 il 6 ay güzəştli iş stajının yaranıbyaranmaması ilə əlaqədardır. İddiaçı 01 aprel 2008-ci il tarixdən 02 mart 2009-cu il tarixədək və 01 mart 2012-ci il tarixdən 13 avqust 2013-cü il tarixədək olan müddətlərdə qaynaqçı (əl ilə qaynaq) vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən qeyd edilən dövrlərin qəbul edilməməsi əsası kimi işəgötürən tərəfindən verilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən koda istinad edilməməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən oxşar işlər üzrə müxtəlif müəssisələrə göndərilmiş sorğular üzrə verilmiş arayışlardan görünür ki, iddiaçının işlədiyi qaynaqçı (əl ilə qaynaq) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun gəlir. Məhkəmənin əsassız mövqeyinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda qaynaqçı vəzifəsı kimi 73 vəzifə qeyd olunmuşdur. Məhkəmə müəssisəyə sorğu göndərməmiş, qaynaqçı vəzifəsinin siyahıda qeyd olunan hansı sahəyə hansı koda uyğun olmasını və vəzifə təlimatlarını müəssisədən tələb etməyərək əsassız olaraq iddia tələbini təmin etmişdir. Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdimedilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə güzəştli iş stajının 12 il 6 aydan az olmasını əsas gətirərək (11 il 11 ay 14 gün), müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında olan qeydlər, hərbi xidmət illərini nəzərə aldıqda iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapır. İndiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmasına dair halı mübahisələndirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 12 il 2 ay 28 gün güzəştli iş stajına malik olduğunu qəbul edir, 2010-cu ilin fevral, 2012-ci ilin yanvar və fevral, 2015-ci ilin yanvar-avqust, 2024-cü ilin iyul-avqust ayları üzrə sığorta ödənişləri olmadığından, həmin dövrləri nəzərə almamış, habelə xx.xx.2008-xx.xx.2009-ci il və xx.xx.2012xx.xx.2013-cü il tarixədək işlədiyi dövrü işəgötürən tərəfindən verilmiş arayışda hansı sahəyə aid koda olması qeyd edilmədiyindən, qəbul etməmişdir.. Kollegiya işin mübahisəli halları və iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə işlədiyi dövrlər üzrə məcburi social sığorta haqqının ödənilmədiyi dövrləri nəzərə almamaqda haqlı olmuşdur. Belə ki, xx.xx.2006-c il tarixdən qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması üçün həmin dövr üzrə məcburi sosial sığorta haqqının ödənilməsi şərti nəzərdə tutulmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə arqumenti əsaslı olmuşdur. Kollegiya cavabdehin istinad etdiyi digər mübahisəli dövrlə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh iddiaçının xx.xx.2008-xx.xx.2009-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixədək işlədiyi dövrü mübahisələndirməsinə əsas olan hal həmin dövrə aid işəgötürən tərəfindən hansı sahəyə və koda uyğun olması barədə güzəştli iş stajına dair arayışın təqdim edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı mübahisələndirilən həmin dövrdə "xxxx" MMCdə elektrik qaynaqçısı (elektrik qaz qaynaqçısı) peşəsində işləmişdir. Cavabdeh iddiaçının həmin müəssisədə elektrik qaynaqçısı, elektrik qaz qaynaqçısı peşəsində işləməsi halını mübahisələndirməmiş, mübahisələndirdiyi hal işəgötürən tərəfindən güzəştli peşəyə uyğun olması barədə arayışın (işin xarakteri, xüsusiyyəti, vəzifə təlimatı barədə məlumatın) verilməməsi ilə bağlı olmuşdur. Kollegiya bu hissədə işinmübahisəli halları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin dövrdə işlədiyi müəssisə tərəfindən işlədiyi əmək funksiyası, işin xarakteri və müvafiq Siyahı üzrə hansı sahəyə və koda uyğun olmasına (peşənin uyğunlaşdırılmasının əsasları) dair arayış təqdim edilmiş, arayışa əsasən güzəştli iş stajının 2 il 4 ay 15 gün təşkil etdiyi əks olunmuşdur. Göründüyü kimi indiki halda işəgötürən tərəfindən iddiaçının görüdüyü işin xarakterinin məhz zərərli sahə olması və Siyahı üzrə hansı koda uyğun olmasına aydınlıq gətirilərək, bu barədə məlumat təqdim etmişdir. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmiş, həmin məlumatların mötəbərliyini şübhə altına alan heç bir dəlil təqdim edilməmiş, formal yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə mübahisəli dövrlərdə elektrik qaz qaynaqçısı peşəsində işlədiyi dövrləri güzəştli iş stajı kimi nəzərə almaqda haqlı olmuş, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi güzəştli iş stajına aid dövrlə (12 il 2 ay 28 gün) birlikdə mübahisələndirilən dövr (2 il4 ay 15 gün) güzəştli iş stajı kimi nəzərə alındıqda qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1251/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1251/2025
23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver