Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1258/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (X5 və X16 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi-hakim X11, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, X22 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X12 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın surətindən görünür ki, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə Şamaxı rayonunda yerləşən 0.10 ha turizm, 1.40 ha kənd təsərrüfatı üçün torpaq sahəsi X1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, 1.50 ha torpaq sahəsi aqrar islahat zamanı tərtib olunmuş xəritəyə və yeni yaradılmış rəqəmsal kadastr xəritəsinə əsasən örüş torpaqlarına aiddir. Cavabdeh 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini X9 naturada faktiki istifadəçiliyində torpaq sahəsi mövcud deyildir. Bu səbəbdən araşdırma JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X15 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarına əsasən aparılmışdır. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X15 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarına dair müqayisəli ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündən məlum olur ki, JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsi ilə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40 olan çıxarışa əsasən "xxxx" X15 Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.43 ha-dək hissəsi "xxxx" X15 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilində yerləşir. Əlavə olaraq bildiririk ki, elektron baza məlumatlarına əsasən JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.40 ha-dək hissəsi başqa şəxsin plan ölçü sənədi və faktiki istifadədə olan yola, 0.67 ha-dək hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına düşür. Cavabdeh 11 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0.43 ha-dək hissəsi "xxxx" X15 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilində yerləşsədə həmin torpaq sahəsinə dair "xxxx" X15 Cəmiyyətinin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Sözügedən 0.43 ha-dək olan torpaq sahəsi JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın elektron baza xəritəsində yerləşmə mövqeyinə görə X12 ayrılmış 1.50 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əvvəl məhkəməyə təqdim edilmiş cavab məktubunda qeyd edilmiş bələdiyyənin mülkiyyətində olan 0.67 torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, bələdiyyə torpağıdır. Bələdiyyə sözü gedən torpaq sahəsini dövlət qeydiyyatına aldırmamışdır. Bundan əvvəl məhkəməyə təqdim edilmiş cavab məktubunda qeyd edilmiş elektron baza xəritəsində yerləşmə mövqeyinə əsasən 0.40 hadək başqa şəxsin plan ölçü sənədi və faktiki istifadədə olan yol ilə üst-üstə düşən torpaq sahəsinin kadastr məlumat bazasına əsasən 0.2024 ha-dək hissəsi **********0178 reyestr nömrəli Plan ölçü sənədinə, 0.0358 ha-dək hissəsi isə **********0542 reyestr Nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür. Ərazi İdarəsinin arxivində hər iki plan ölçü sənədinin ikinci nüsxəsi mövcuddur və təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. Torpaq sahəsinin 0.1618 ha-dək hissəsi faktiki istifadədə olan yol ilə üst-üstə düşür. İddiaçının naturada faktiki istifadəçiliyində torpaq sahəsi mövcud deyildir. Bu səbəbdən araşdırma JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1.50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə aparılmışdır. Cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə JN 0643 nömrəli Dövlət aktı ilə kadastr məlumat bazasına əsasən **********0178 reyestr nömrəli və **********0542 reyestr nömrəli plan ölçü sənədlərinin hansı hissədə üst-üstə düşməsi öz əksini tapmışdır”. Mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı, X2 və X10 naturada faktiki istifadəçilikləri olmadığından üst-üstə düşməni müəyyən etmək mümkün olmadı. X4 məxsus **********0178 reyestr nömrəli plan-ölçü sənədi və X13 məxsus **********0542 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilən koordinatları daxilində yerləşən torpaq sahəsi ilə JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1,50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0,2024 ha hissəsi X2 və 0.0358 ha hissəsi X10 torpaq sahəsi ilə üst-üstə düşür. JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1,50 ha torpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə 0,43 ha-dək hissəsi “Fortuna Tur" X15 Cəmiyyəti tərəfindən hasarlanan ərazinin daxilindəki əkin kimi istifadə edilən torpaq sahəsində və 0,67 ha hissəsi bələdiyyə torpağında yerləşir. Qalan hisəsi ümumi istifadədə olan yollarla üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahəsi X5 və X18 tərəfindən istifadə edilmir. İddiaçı, X2 və X10 naturada faktiki istifadəçilikləri mövcud deyildir. Sənəd üzrə torpaq sahələrinin hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. İddiaçı 1,50 ha torpaq sahəsi Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin ərazisindən, X4 və X13 isə Şamaxı rayonu Avaxıl bələdiyyəsinin ərazisindən ayrılmışdır. Cavabdehin 3-21-3-41/2-2363/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli məktubundan görünür ki, JN 0643, KOD 41011018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən Bakı şəhər sakini X12 ayrılmış 1,50 ha orpaq sahəsinin elektron baza xəritəsində yerləşmə mövqeyinə görə Şamaxı rayonunun Nağaraxana bələdiyyəsinin ərazisində yerləşir. Üçüncü şəxslər olan X4 məxsus **********0178 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilmiş koordinatlara əsasən olan torpaq sahəsinin 0,20 ha hissəsi və X13 məxsus **********0542 reyestr nömrəli plan-ölçü sənədində qeyd edilən koordinatlara əsasən olan torpaq sahəsinin 0,03 ha hissəsi Şamaxı rayonunun Nağaraxana bələdiyyəsinin ərazisinə düşür. X4 və X13 Şamaxı rayonu Avaxıl bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin bir hissələrinin hansı əsaslarla Nağaraxana bələdiyyəsi ərazisindən verilməsi barədə 14 saylı Şamaxı Ərazi İdarəsində heç bir məlumat aşkar olunmadı. Cavabdehin 3-21-3-41/2-3979/2025 nömrəli, 22 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, JN-643 KOD 41011018 saylı ”Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın elektron baza məlumatlarında yerləşmə mövqeyinin ətrafında yerləşən torpaq sahələrinə reyestr nömrələri **********14 və **********14 olan çıxarışlar verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış, X9 adına olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 1.50 ha əmlak üzərində (Dövlət aktı JN-0643, kod ********) hüququn vəfat etmiş X12 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X12 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum X12 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə 16 may 2023cü il tarixli, 284 №-li məktubla müraciət olunaraq X9 adına olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerlşən 1.50 hektar əmlakın üzərində (Dövlət Aktı JN-0643, kod ********) məhdudiyyət və yüklülüyün qeydə alınıbalmmamasma dair dövlət reyestrindən arayış (Forma 1) verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən müraciətə baxılması barədə 04 sentyabr 2023-cü il tarixli, **********79 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlər araşdırılan zaman məlum olmuşdur ki, 1.50 ha torpaq sahəsi aqrar islahat zamanı tərtib olunmuş xəritəyə və yeni yaradılmış rəqəmsal kadastr xəritəsinə əsasən örüş torpaqlarına aiddir. Bundan əlavə, həmin torpaq sahəsi üzərində mübahisə mövcuddur. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 1,50 hektar torpaq sahəsi Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə X3, onun həmin torpaq sahəsi üzərindəki hüquqları xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 479 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı ona JN-0643, kod 41011018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının nüsxəsi verilmişdir. Həmin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınba 1,50 ha torpaq sahəsinin 0,10 ha-nın turizm, 1,40 ha kənd təsərrüfatı məqsədləri uçün X12 verilməsi qeyd olunmuşdur. X6 mülkiyyətinə verilən adıçəkilən torpaq sahəsi turizm və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuşdur. Həmçinin sözügedən torpaq sahəsi mərhum X12 Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə verildiyi üçün daşınmaz əmlaka hüququn yaranması əsası kimi bələdiyyə aktı çıxış edir və qanunvericiliyə əsasən belə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından yalnız həmin bələdiyyə aktı etibarsız hesab olunan zaman imtina edilə bilər. Şamaxı rayon Nağaraxana bələdiyyəsinin xx.xx.2005-cİ il tarixli, 03 saylı qərarı isə bugünədək etibarsız hesab olunmamışdır. Digər tərəfdən cavabehin müraciətə baxılması barədə 04 sentyabr 2023-cü il tarixli, **********79 nömrəli cavab məktubunda qeyd olunan mübahisənin nədən ibarət olması barədə heç nə göstərilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, Bakı şəhəri, 28 saylı notariat ofisi tərəfindən verilmiş 284 nömrəli, 16 may 2023-cü il tarixli vərəsəlik məktubuna əsasən X9 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən Vəkil Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 03 saylı, 17 mart 2005-ci il tarixli qərarı ilə ayrılmış 1.50 ha torpaq sahəsinin mərhum X12 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, 1.50 ha torpaq sahəsi aqrar islahat zamanı tərtib olunmuş xəritəyə və yeni yaradılmış rəqəmsal kadastr xəritəsinə əsasən örüş torpaqlarına aiddir. Bundan əlavə, həmin torpaq sahəsi üzərində mübahisə mövcuddur. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, JN0643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X12 (Nağaraxana bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı) ayrılmış 1.50 ha torpaq sahəsinin mübahisəsiz olan 1.2618 ha (1.50 ha-0.2024 ha-0.0358 ha =1.2618 ha) hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum X12 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarına əsasən X12 ayrılmış və onun adına JN 643 KOD 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə mərhuma satılmışdır. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlillərini təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13- 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... .. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı 1,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin aqrar islahatı zamanı və yeni yaradılmış kadastr xəritəsinə əsasən kənd təsərrüfatı örüş torpaqlara aid olduğundan, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına 0,10 ha turizm və 1,40 ha k/t məqsədilə, ümumilikdə 1,50 ha torpaq sahəsi X9 adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, qəbz mövcud olmuş, onun əsasında JN-0643 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, Dövlət Aktında torpaq sahəsinin koordinatları əks olunmuş, habelə bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. İş materiallarından görünür ki, X17 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, iddiaçı onun arvadı olmaqla, qanun üzrə vərəsəsi kimi çııxş edir İşin müəyyən edilmiş hallarından görünür ki, torpaqayırma sənədi kimi bələdiyyə qərarında sözügedən torpaq sahəsinin kənd təəsrrüfatı az yararlı olması, V keyfiyyət qrupu olması, bonitet balının 19 olması əks olunmuş, habelə DTXK tərəfindən həmin torpaq sahəsinin kənd təsərrüfatı az yararlı olmaqla alqı-satqı predmeti olması barədə rəy verilmiş İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin 0,0358 ha və 0,2024 ha hissəsinə dair üçüncü şəxslərin adına plan və ölçü sənədi tərtib edilmiş, həmin sənədin tərib edilməsinə əsas olan hüquqmüəyyənedici sənəd qimsində müvafiq bələdiyyə qərarları çıxış etmişdir, sözügedən sənədlərin məzmununda həmin torpaq sahələrinin keyfiyyət qrupunun 3, bonitet balının 60 (49) olması qeyd edilmiş, 0,043 ha hissəsi isə "xxxx" MMC-nin faktiki istifadsində olsa da, sənəd üzrə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı olmamış, 0,067 ha hissəsi isə bələdiyyə torpağı kimi çıxış etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda həmin torpaq sahəsinin bir tərəf yol, bir tərəf meşə zolağı və əkin sahə illə əhatə olunub, faktiki istifadə olan sahə ilə sənəd üzrə konfiqurasiya fərqi olması, bir hissəsi başqa şəxsin hasarladığı sahənin daxilində yerləşdiyi qeyd edilmişdir. Kollegiya hesab edir indiki halda iddiaçının tələbi üçüncü şəxslərin adına tərtib edilmiş plan ölçü sənədində əks olunmuş 0,2024 ha və 0,0358 ha torpaq sahəsi ilə bağlı olmadığından, həmin hissədə işin hallarının araşdırılması zərurəti mövcud olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, iddia tələbinin predmeti olan hissədə işin mübahisəli halı həmin torpaq sahəsinin təyinatına görə kənd təsərrüfatı örüş təyinatlı olması ilə bağlı olmuşdur. Kollegiya işin mübahisəli halı ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış iki torpaq sahəsi olmuşdur (**********4 və **********14 reyestr nömrəli), həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı əkin torpaq sahələri olmuş, bonitet balı 60, keyfiyyət qrupu 3 olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin adına mülkiyyət hüququnun dövlət qeydiyytına alınmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir, həmin sənədlərin məzmununda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olması, 72 bonitet balı, İİ keyfiyyət qrupu olduğu əks olunmuş, həmin torpaq sahəsi mübahisə predmeti olan torpaq sahəsindən 165 metr aralı məsafədə yerləşmişdir. Göründüyü kimi hazırki mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahələri kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələri çıxış etmişdir. Kollegiya hesab edir ki, müvafiq bələdiyyə qərarı əsasında isə iddiaçının adına sözgedən torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi satılmış, alqı-satqı predmeti olmasınıa dair DTXK tərəfindən müvafiq rəy məhz torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması əsası ilə verilmişdirdır. Halbuki, işin müəyyən edilmiş halları əsasında sözügedən torpaq sahəsinin kənd təsərrüfatı yararsız torpaq sahəsi olması halı təkzib edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahəsi olması kadastr məlumatları əsasında öz təsdiqini tapmışdır. Hətta torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar əsasında da təsdiqini tapmamışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılğının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, indiki halda sözügedən torpaq sahələri mübahisə predmeti olan torpaq sahəsinin tam yaxınlığında (ortofoto görüntüsü əsasında müəyyən edilmişdir) yerləşməmiş, habelə həmin torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı əkin torpaq sahələri olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı və örüş sahə olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından düzgün qiymətləndirilməmiş, iddiaçının tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.