Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-126/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı və digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(118)-127/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X11, X4, X5, X8 ayrılmış 2,06 ha torpaq sahəsinə dair Dəvəçi rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 18 avqust 1999-cu il tarixli, JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2, İddiaçı2, X10 və İddiaçı4 ayrılmış 2,06 ha torpaq sahəsinə dair Dəvəçi rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına sentyabr 2001-ci il tarixli, JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı4 18 sentyabr 2020-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********00 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş JN-172 Kod 30408028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv məlumatlarına və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında digər şəxslərin adına qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 13 iyul 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək X11 və onun ailə üzvlərinin adına tərtib edilmiş 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsini xahiş etmişdilər. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********28 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsinə dair göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X6 adına olan JN-172 KOD 30408028 nömrəli ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının silinməsi, JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktından adlarının çıxarılması və JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarına əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, JN 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarına əsasən X11 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,06 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra H.S.Heybətovun ərizəsinə əsasən ona verilmiş 2,06 ha torpaq sahəsi ləğv edilmişdir. JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 saylı qərarına əsasən həmin torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Bununla bağlı onlar Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktından adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş X20 İslahat Komissiyasının 16 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolundan görünür ki, Uzunboyad kəndi üzrə islahat zamanı Uzunboyad kəndində torpaq payı almayan adları qeyd olunmuş subyektlər - o cümlədən X2, İddiaçı2, X10, İddiaçı4 siyahıya əlavə edilmişlər. Adları qeyd olunan subyektlərin torpaq payının 172 saylı mülkiyyətçinin ləğv edilmiş 2,06 ha torpaq sahəsinə yerləşdirilməsi qərara alınmışdır. Bundan başqa, JN-100, KOD 30408028 nömrəli Dövlət Aktında səhvən digər şəxslərlə yanaşı, iddiaçılar da mülkiyyətçilər kimi göstərilmişlər. Həmin torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Daha sonra tərəflərindən həmin iş üzrə iddia tələbi geri götürülmüşdür. Hazırki tələblə bağlı cavabdeh orqana müraciət etmişlər. Lakin, cavabdeh onlara imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsasız və qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(118)-866/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(118)-127/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X6 adına olan JN-172 KOD 30408028 nömrəli ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının silinməsi, JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktından adlarının çıxarılması və JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarına əsasən Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Şabran rayon Rəhimli yerli AİK-nın xx.xx.2001-ci il tarixli, 02 saylı iclas qərarı ilə nümayəndəliyin bəzi kəndlərində mülkiyyətçilərin torpaq sahələrinin dəyişdirilməsi və ləğv edilməsi məqsədəuyğun hesab edilmiş, bununla bağlı hazırki iş üzrə iddiaçıların islahat zamanı torpaq payı almayan subyektlər kimi siyahıya əlavə edilməsi və 172 saylı mülkiyyətçinin ləğv edilmiş 2,06 ha torpaq sahəsinə yerləşdirilməsi qərara alınmışdır. AİK-nin həmin qərarı hazıradək qüvvədədir, ləğv edilməmiş və ya qanunvericiliklə müəyyə edilmiş qaydada etibarsız hesab edilməmişdir. Həmçinin, 2,06 ha torpaq sahəsi hazırda iddiaçıların istifadəsindədir, iş üzrə alınmış mütəxəssis rəyi ilə həmin torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyət hüquqlarının qeydə alınmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçıların müraciətinə imtina cavabı verərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad etməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı ilə Arxiv məlumatlarında və kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında X6 adına olan JN-172 kod 30408028 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının silinməsi nəzərdə tutulan 2,06 hektar torpaq sahəsi H.S.Heybətov və ailə üzvləri tərəfindən Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-2265 reyestr nömrəli müqavilə ilə "xxxx" MMC-nə satılmışdır və sonuncunun adına ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarış verilmişdir. Bununla da məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair dövlət aktında göstərilən torpaq sahəsinə H.S.Heybətovun və ailə üzvlərinin mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçıların tələblərində göstərdikləri JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı ilə bağlı hər hansı mübahisə yoxdur və tərəflərindən də bununla bağlı cavabdehə ilkin müraciət olunmamışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə onlara ayrılmış Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı və digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcmini azaldılması) barədə ərizə təqdim etdiyindən həmin ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıların birinci instansiya məhkəməsində icraat zamanı tələbləri 3 hissədən ibarət olmuşdur: 1) JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; 2) X6 adına tərtib edilmiş JN-172 KOD 30408028 nömrəli ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının kadastr məlumat bazasından silinməsi; 3) İddiaçıların adlarının JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əsas dəlili isə iddiaçıların üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyətində olduqları 2,06 ha torpaq sahəsinə dair kadastr məlumat bazasında X6 və onun ailə üzvlərinin adına JN-172 KOD 30408028 nömrəli ”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsidir. Kollegiya iddiaçıların 1-ci və 2-ci tələbləri konteksində cavabdehin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan X20 İslahat Komissiyasının 16 mart 2001-ci il tarixli, 02 nömrəli iclas protokolunun 19-cu və 20-ci bəndlərindən görünür ki, islahat zamanı Uzunboyad kəndində torpaq payı almayan adları qeyd olunmuş subyektlərin, o cümlədən X2, oğlu İddiaçı2, qızı X10 və oğlu İddiaçı4 siyahıya əlavə edilməsi, adları qeyd olunan subyektlərin torpaq payının 172 saylı mülkiyyətçinin ləğv edilmiş 2,06 ha torpaq sahəsinə yerləşdirilməsi qərara alınmışdır. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001ci il tarixli, 02 nömrəli qərarına əsasən pay bölgüsü xəritəsinə əsasən mülkiyyətçilərə məxsus torpaq sahələrində bəzi dəyişikliklər edilməsinə dair X20 İslahat Komissiyasının 16 mart 2001-ci il tarixli, 02 nömrəli iclas qərarının təsdiq edilməsi qərara alınmışdır. Dəvəçi rayon AİK-nin sözügedən 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara ayrılmış 2,06 ha torpaq sahəsinə dair Dəvəçi rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına sentyabr 2001-ci il tarixli, JN- 172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Eləcə də, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə X20 İslahat Komissiyasının 08 iyun 1998-ci il tarixli, 08 nömrəli iclas qərarının təsdiq edilməsi qərara alınmışdır. Həmçinin, “Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İƏV-liyi üzrə aqrar islahat ilə əlaqədar ayrı-ayrı kəndlərdə yaşayan və pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı” cədvəlindən müəyyən edilir ki, siyahının 98-ci bəndində Şərifova (Eynalova) Elmira Məmmədşərif qızının, İddiaçı2, Seyidova (Eynalova) Kəmalə Əlibəy qızının, İddiaçı4 və onların digər ailə üzvləri də daxil olmaqla, 7 nəfərin adı göstərilmişdir. Habelə, sözügedən siyahının 161-ci bəndində X11, X4, X5 və X7 da adları qeyd edilmişdir. Dəvəçi rayon AİK-nin 10 iyun 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün hazırki iş üzrə üçüncü şəxs və onun ailə üzvlərinə ayrılmış 2,06 ha torpaq sahəsinə dair Dəvəçi rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 18 avqust 1999-cu il tarixli, JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Dəvəçi rayon AİK-nin 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı əsasında hazırki iş üzrə iddiaçılara 2,06 ha torpaq sahəsi ayrılmış və onların adına 2001-ci ildə JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Rayon ərazisində aparılan torpaq islahatı zamanı üçüncü şəxs X11 və onun ailə üzvlərinə də eyni ölçüdə - 2,06 ha torpaq sahəsi ayrılmış və onların adına 1999-cu ildə JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Kollegiya hesab edir ki, hazırki halda üçüncü şəxs və ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qanuniliyinə hər iki Dövlət Aktında göstərilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşübdüşməməsinin müəyyən edilməsindən sonra hüquqi qiymət verilə bilər. Qeyd olunan məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən 03 may 2023-cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, üçüncü şəxs X6 adına JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla iddiaçıların adına verilmiş eyni nömrəli Dövlət Aktında göstərilən koordinatlar eynilik təşkil etmir. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi onların adına verilmiş Dövlət Aktında göstərilən koordinatlara, eləcə də Uzunboyad kəndi üçün tərtib edilmiş elektron xəritə məlumatlarındakı koordinatlara uyğundur. Hazırda iddia edilən torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan faktiki hallarından göründüyü kimi iddiaçıların mübahisələndirdiyi 2,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxsin və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-172 KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Yəni, iddiaçılara məxsus Dövlət Aktındakı 2,06 ha torpaq sahəsi ilə üçüncü şəxsin və onun ailə üzvlərinin aktındakı 2,06 ha torpaq sahəsi aqrar islahat zamanı onlara ayrılmış tamamilə ayrı-ayrı torpaqlardır. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilən sənədlərdən görünür ki, üçüncü şəxs və onun ailə üzvləri mülkiyyətlərində olan sözügedən 2,06 ha torpaq sahəsini 23 oktyabr 2021-ci il tarixdə alqı-satqı qaydasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmış, MMC həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Göründüyü kimi 18 avqust 1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən üçüncü şəxsin və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmuş 2,06 ha torpaq sahəsinin iddiaçıların mübahisələndirdiyi torpaq sahəsinə heç bir aidiyyatı olmamaqla, həmin torpaq sahəsi onlar tərəfindən başqa şəxsə satılmışdır. Qeyd edilənlər nəzərə alaraq kollegiya hesab edir ki, üçüncü şəxsin və ailə üzvlərinin adına verilmiş sözügedən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olmuşdur. Həmçinin, iddiaçılar iddia ərizəsində onların adlarının yanlış olaraq JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edildiyini bildirsələr və adlarının həmin Dövlət Aktından çıxarılması tələbini irəli sürsələr də, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıların tələblərində göstərdikləri JN-100, KOD 30408028 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı ilə bağlı hər hansı mübahisə yoxdur və tərəflərindən də bununla bağlı cavabdehə ilkin müraciət olunmamışdır. İşin sadalanan xüsusatları baxımından, məhkəmə kollegiyası tərəfindən iddiaçılara tələblərinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı və digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı4 iddia tələblərini dəqiqləşdirərək (həcmini azaldaraq) JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə onlara ayrılmış Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Odur ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıların JN-172 nömrəli KOD 30408028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçıların hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Kollegiya tərəfindən aparılan təhlillə müəyyən edilmişdir ki, aqrar islahat zamanı iddiaçılara 2,06 ha pay torpaq sahəsi ayrılmış və buna dair “Torpağa mülkiyyət hüququna dair” JN 172 nömrəli Dövlət Aktı tərtib edilmişditr. Aparılan araşdırma ilə müəyyən edilən digər hal - üçüncü şəxsin və ailə üzvlərinin adına eyni nömrəli - JN-172 KOD 30408028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsi isə iddiaçıların təqsiri deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin nəticəsidir. Hazırki halda iddiaçılar belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. Göründüyü kimi sözügedən 2,06 ha torpaq sahəsi hazırki iş üzrə iddiaçıların ümumi birgə mülkiyyətlərindədir. İşin hüquqi halları ilə bağlı kollegiya “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun “Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları” adlı İİİ fəslinin normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin fəslin 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddədə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası təsbit edilərək qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçıların 2,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə - Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarına əsaslanır. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçıların sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcmini azalması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, JN-172 nömrəli KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə onlara ayrılmış Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(118)-127/2023 nömrəli qərarı dəyişdirilsin. JN-172 nömrəli, KOD 30408028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ayrılmış Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.