Məhkəmə qərarları › İş №2-1(105)-1263/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1263/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1263/2025 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN 0458 KOD 30317018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı ilə X20 və onun ailə üzvlərinə 0.66 ha torpaq sahəsi ayrılmışdır. ## ###### 2004-cü il tarixdə Quba rayon dövlət notariat ofisi tərəfindən təsdiq edilmiş alqısatqı müqaviləsinin surətindən görünür ki, Quba rayon Qəçrəş kəndində yaşayan Salahovlar ailəsi onlara məxsus olan 0,21 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə iddiaçıya satmışdır. Quba rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X20 İddiaçı qarşı özbaşına tikililərin sökülməsi və torpağın özgəsinin sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2024-cü il tarixli məktubu ilə ##.##.2004-cü il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin ## #### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.2180 ha təşkil edir. JN-0458 kod ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmışdır və həmin nömrə (458) DBF siyahısında X18 və ailə üzvlərinin adında qeyd olunmuşdur. Lakin sözügedən Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) öz əksini tapmamışdır. JN- 0458 kod ******** saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində ************, ************, ************ və ************ reyestr nömrəli çıxarışlar tərtib olunmuşdur. Həmin çıxarışlara əsasən torpaq sahələrinin kimə məxsus olması aşağıda qeyd olunmuşdur : -************ reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.3888 ha torpaq sahəsi; -************ reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 0.07 ha torpaq sahəsi; -************ reyestr nömrəli çıxarışa əsasən X9 mülkiyyətində olan 0.16 ha torpaq sahəsi; -************ reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi. Iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi (iddia olunan) baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Quba rayonunun Qəçrəş kəndində yerləşən 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçülərinə dair kadastr göstəricilərinin tərtib edilməsinə dair müracitələrinə cavabdeh tərəfindən verilmiş imtina cavabının əsassız hesab edilməsi və həmin sənədlərin tərtib edilərək onlara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X20 və ailə üzvlərinə məxsus JN 0458 dövlət aktına əsasən ##.##.2004-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın aldığ 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Qəçrəş kəndində yaşayan Salahovlar ailəsi onlara məxsus olan 0,21 ha torpaq sahəsini ailə üzvlərinin hamısının razılığı ilə ## ###### 2004-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq 3 milyon manata iddiaçıya satmışlar. Həmin alqı-satqı müqaviləsi Quba şəhəri Dövlət Notariat kontorunda 4-2/*** nömrə ilə qeydiyyata alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0458, KOD № si 30317018 olan Dövlət aktına əsasən Quba rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998- cu il tarixli ** saylı qərarı ilə Salahovlar ailəsinə verilmiş və tərtib edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin plan və cizgiləri tam dəqiqliyi ilə koordinatlara alınmışdır. Bu torpaq sahəsinin yerləşdiyi ərazinin qayiməsi (sertifikatı) müvafiq qaydada tərtib edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, mülkiyyətə verilmiş bu torpaq sahəsi mülkiyyətçilər tərəfindən rəsmi alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin torpaq sahəsi tərəfindən daş hasara alınmış və orada tikinti aparılmışdır. Lakin iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması üçün müraciət edilmiş, ##.##.2004-cü il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-**** nömrəli (KOD 30317018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) öz əksini tapmamışdır. Kompleks yerquruluşu (islahat (DWG) xəritəsində göstərilən torpaq sahəsinin cizgisinə əsasən digər şəxslərin adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) *** nömrəli cizginin üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.2180 ha təşkil etməsi, JN-0458 kod ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapması və həmin nömrə (458) DBF siyahısında X18 və ailə üzvlərinin adında qeyd olunması müəyyən edilmişdir. Məhkəmə sorğusu ilə cavabdeh tərəfindən təqdim edilmiş Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi JN0458 kod ******** saylı Dövlət Aktıda qeyd edilən torpaq sahəsinin koordinatlarından 127 metr aralı məsafədə yerləşir. JN-0458 kod ******** saylı Dövlət Aktıda göstərilən torpaq sahəsinin cizgiləri daxilində isə ************, ************, ************ və ************ reyestr nömrəli çıxarışlar tərtib olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN-0458 kod ******** saylı Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Qeyd edilən hal Quba rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnamələrində də öz əksini tapmışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, X18 ayrılmış torpaq sahəsi üzrə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və buna görə də müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsi alqı-satqı predmeti olduğu üçün notariat kontorunda alqı-satıq müqaviləsi bağlanmışdır. Əksinə olsaydı alqı-satqı müqaviləsi bağlana bilməzdi. Çünki, alqı-satqı həyat keçirilərkən müvafiq araşdırmalar aparılır. Torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olub-olmaması, torpaq sahəsinin ipoteka ilə yüklü olub-olmaması və torpaq sahəsinin həbsdə olub-olmaması aydınlaşdırılır. Çünki, göründüyü kimi tam qanuni əsasla X18 ailə üzvlərinin razılığı sahəsi 0,66 ha olan torpaq sahəsinnin 0,21 ha hissəsini ona satmışdır. Salahovun adına olan mülkiyyət hüququ dövlət tərəfindən tanındığı üçün onun da mülkiyyət hüquqları da tanınmalı idi. Çünki həmin dövlət aktı vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd kimi artıq tanınmışdır. Lakin onlara məlum olmayan səbəbdən məhkəmə araşdırma aparan zaman torpağa mülkiyyət hüququna dair JN- 0458, KOD № ******** olan dövlət aktında qeyd olunan koordinatlar göstərilən torpaq sahəsi digər dörd vətəndaşa X1, X7, X9 və X2 ayrı-ayrı vaxtlarda satılmışdır. Həmin torpaq sahələri ilə ona satılmış torpaq sahəsini toplayanda 0,66 ha torpaq sahəsi əmələ gəlir. Burdan belə aydın olur ki, ona satılmış 0,21 ha torpaq sahəsi də həmin 0,66 ha torpaq sahəsinə daxil olmuş və Məmmədkərim Salahov eyni torpaq sahəsini iki dəfə alqı-satqı predmetinə çevirmişdir. Lakin məhkəmə bu hissəyə ümumiyyətlə qiymət verməmişdir. Digər tərəfdən hesab edir ki, məhkəmə işə baxarkən həmin dörd nəfərin qeyd olunan çıxarışları əldə etməsinə əsas olmuş sənədləri tələb etməli və X1, X7, X9 və X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməli idi. Lakin məhkəmə buna əhmiyyət verməmişdir. Ümumiyyətlə, məhkəmə işi araşdırmadan bu nəticəyə gəlinmişdir. Iş üzrə alınmış mütəxəssis rəyindən aydın olur ki, faktiki istifadəsində olan torpaq sahəsi 0,21 ha təşkil edir və hansı əsasa çıxarışın verilməməsi aydın deyildir. Odur ki, həmin qərar ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi X20 və ailə üzvlərinə məxsus JN 0458 dövlət aktına əsasən ##.##.2004-cü il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın aldığ 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən ##.##.2004-cü il tarixli 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-**** nömrəli (KOD 30317018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) öz əksini tapmamışdır. Kompleks yerquruluşu (islahat (DWG) xəritəsində göstərilən torpaq sahəsinin cizgisinə əsasən digər şəxslərin adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) *** nömrəli cizginin üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları və digər materialları araşdıraraq müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi 0,2180 ha təşkil edir. JN-0458 kod ******** saylı dövlət aktına dair məlumatlar rəsmi baza məlumatlarında və DWJ xəritələrində əks olunmuş, həmin torpaq sahəsi DBF siyahısında X18 və onun ailə üzvlərinin adına qeyd edilmişdir ki, bu da torpaq sahəsinin hüquqi mənsubiyyətini təsdiq edən mühüm sübut kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən, cavabdeh tərəfindən təqdim olunmuş Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin yerquruluşu planından müəyyən edilir ki, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi JN-0458 kod ******** saylı dövlət aktında göstərilən torpaq sahəsinin koordinatlarından təxminən 127 metr məsafədə yerləşir. Bununla yanaşı, həmin dövlət aktı ilə müəyyən olunmuş torpaq sahəsinin sərhədləri daxilində artıq ************, ************, ************ və ************ reyestr nömrəli çıxarışlar verilmişdir ki, bu da həmin ərazi üzərində hüquqların rəsmiləşdirildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN-0458 kod ******** saylı Dövlət Aktında nəzərdə tutulmuş torpaq sahəsinin sərhədlərinə daxil deyildir və ondan kənarda yerləşir. Bu hal həmçinin əvvəl qəbul edilmiş məhkəmə aktları, o cümlədən Quba rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnamələri ilə də təsdiq edilmişdir. Belə ki, həmin mülki işin icraatı zamanı təyin edilmiş mülki-tikinti-texniki ekspertizasının ##.##.2016-cı il tarixli ***** saylı rəyindən görünür ki, MH seriyalı, ******* nömrəli ##.##.2009cu il tarixli çıxarışla X20, X3, X10 və X8 mülkiyyətinə verilmiş 0.3888 ha torpaq sahəsinin plan və ölçüsü sənəində göstərilən 0.03888 ha torpaq sahəsinin koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatlarına uyğun olmadığı və iddiaçıya məxsus 0.0388 ha torpaq sahəsinin başqa bir ərazidə yerləşdiyi müəyyən edilmişdir. MH seriyalı, ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışla X20, X3, X10 və X8 mülkiyyətinə verilmiş 0.3888 ha torpaq sahəsinin İddiaçı tərəfindən hər hansıda formada zəbt olunmadığı müəyyən edilmişdir. Məhz bu əsasla iddiaçı X20 cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi və torpağın özbaçına sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının faktiki isitfadəsində olan torpaq sahəsinin Salahovlara verilmiş dövlət aktında göstərilən koordinatların hüdudlarından kənarda yerləşmədiyi müəyyən edilmişdir ki, bu halda iddiaçının hazırda faktiki istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüquqi əsaslar müəyyən edilməmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmış, verilmiş imtina qanuni və əsaslı olmuş, iddiaçının hüquq və qanunla qorunan mənafelərinin pozulması halı müəyyən edilməmişdir. Iddiaçının istinad etdiyi faktiki istifadə halı isə mübahisəli torpaq sahəsi üzərində hüququn yaranması və ya tanınması üçün kifayət edən hüquqi əsas kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqlar yalnız müvafiq hüquqi sənədlərlə müəyyən edilmiş sərhədlər çərçivəsində tanına bilər və bu sərhədlərdən kənarda yerləşən sahəyə münasibətdə hüquq tələbi irəli sürülməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Göstərilən halları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar