Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1265/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinə qarşı “cavabdehin hərəkətsizliyinin (ekspertiza aparmamaq və işi icrasız qaytarmaq qərarı) qanunsuz hesab edilməsi və sözügedən qanunsuz hərəkətsizlik nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-8525/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin hərəkətsizliyinin (ekspertiza aparmamaq və işi icrasız qaytarmaq qərarı) qanunsuz hesab edilməsi və sözügedən qanunsuz hərəkətsizlik nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs tərəfindən tibbi ekspertiza aparılması təyin edilmişdir. Qərardadda qoyulmuş 1-ci sual iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı olub və hərbi tibbi məsələlərə aid olmamışdır. Lakin MTEPAB xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanı aparmadan icrasız geri qaytarmışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixində MTEPAB-a rəsmi məktubla müraciət etmişdir. Müraciətinə cavab olaraq, həmin qurum xx.xx.2025-ci il tarixli № 4702 saylı cavab məktubunda bildirib ki, “qərardadda göstərilən suallar hərbi tibbi ekspertiza ilə bağlı olduğundan iş icrasız geri qaytarılmışdır”. Halbuki, 1-ci sual ümumi tibbi xarakterli olub və məhkəmə iclasında həm hakim, həm də cavabdeh tərəf açıq şəkildə vurğulayıb ki, ekspertiza aparılmalı və ən azı 1-ci sual cavablandırılmalı idi. MTEPAB-ın bu hərəkətsizliyi nəticəsində: məhkəmə qərardadı yerinə yetirilməmişdir, iş üzrə sübut toplamaq imkanı iddiaçı üçün məhdudlaşdırılmış, nəticədə ədalətli məhkəmə araşdırması hüququ (Konstitusiyanın 60 və AİHK-nın 6-cı maddəsi) pozulmuşdur, və sonda iddiası təmin olunmamışdır. Bu hallarla ona qanunsuz inzibati hərəkətsizlik nəticəsində hüquqi və mənəvi zərər vurulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-8525/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun iddiasında qeyd etdiyi tələblərindən birincisi “tanınma haqqında iddia” növünə, ikincisi isə “kompensasiyanın ödənilməsi tələbinə dair iddia” növünə aid olmuşdur. İPM-nin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı iddiası ilə o, nə qərarın (inzibati aktın) ləğv və ya dəyişdirilməsini, nə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsindən imtinadan müdafiəni, nə cavabdehin inzibati aktın qəbuluna dair hərəkətsizliyindən müdafiəni, nə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin (öhdəliklərin) edilməsini, nə də cavabdeh tərəfindən müəyyən hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb etmir. Ona görə də, iddianın “mübahisələndirmə haqqında”, “məcburetmə haqqında”, “öhdəliklərin icrası haqqında” və “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia növlərinə münasibətdə mümkünlük şərtlərinin yoxlanılmasının əsası yoxdur. Bu iddia ilə məhkəmədən cavabdeh tərəfindən keçirilməmiş tibbi ekspertizanın keçirilməsini xahiş etmir. Əgər onun bu cür tələbi olsa idi, bu iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinin “hərbi xidmət ilə əlaqədar ehtiyata keçirilməyi” barədə iddia çərçivəsində baxılmalı idi. Ancaq onun hazırkı iddiası Suqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə digər iddiadan həm növünə həm də mahiyyətinə görə fərqlidir və tamamilə müstəqil iddiadır. Ona görə də, hazırki iddiaya digər iddia çərçivəsində baxılmalı olduğunun bildirilməsi əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1305/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən xəstəliyi ilə əlaqədar tibbi ekspertiza aparılması təyin edilmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı müayinə təşkil edilməsi üçün iki dəfə “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinə getmişəm. Onun ilk gedişində, 18 iyul 2025-ci il tarixində günün birinci yarısında saat 9:15 radəsində oranın həkimi Fəxrəddin Abbasov qəbul etmiş və onu müayinə üçün X5nın yanına yönləndirmişdir. X2 şəxsi məlumatlarının və xəstəliyi ilə bağlı şikayətlərinin qeydini aparmış və ona müayinə üçün zəng edəcəyini bildirmişdir. O bir neçə gündən sonra yenidən həmin ünvana getmiş və ona niyə zəng edilmədiyini soruşmuşdur. Ona bildirildi ki, X5 məzuniyyətdədir və onun işi isə icra olunmadan geri qaytarılmışdır. O isə işin nə üçün geri göndərildiyini soruşduqda, həkim Hafiz bəy ona bu işi icra etməyin onların səlahiyyətlərində olmadığını bildirdi. Qərardadda qeyd olunmuş birinci sual onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı olub və hərbi tibbi məsələlərə aid olmamışdır. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə ekspertizanı aparmadan inzibati işi icrasız geri qaytarmışdır. Bu səbəbdən o, xx.xx.2025-ci il tarixində cavabdehə elektron məktubla müraciət etmişdir. Müraciətinə cavab olaraq, cavabdeh xx.xx.2025-ci il tarixli №4702 saylı cavab məktubunda bildirib ki, “qərardadda göstərilən suallar hərbi tibbi ekspertiza ilə bağlı olduğundan iş icrasız geri qaytarılmışdır”. Halbuki, birinci sual ümumi tibbi xarakterli olub və məhkəmə iclasında həm hakim , həm də həmin inzibati iş üzrə cavabdehin nümayəndəsi bildirmişdir ki, ekspertiza aparılmalı və ən azı birinci sual cavablandırılmalı idi. Çünki, məhkəmənin icraatında olmuş digər anoloji inzibati işlər üzrə cavabdeh tibbi ekspertiza həyata keçirmişdir. Cavabdehin bu qanunsuz qərarı nəticəsində: məhkəmə qərardadı icra edilməmişdir; cavabdehin ona qarşı diskriminasiyası nəticəsində onun digər iddiası üzrə sübut toplamaq imkanı məhdudlaşdırılmış və hüquqlarının məhkəmədə müdafiəsinə verilmiş dövlət təminatı pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin hərəkətsizliyinin (ekspertiza aparmamaq və işi icrasız qaytarmaq qərarı) qanunsuz hesab edilməsi və sözügedən qanunsuz hərəkətsizlik nəticəsində ona vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İş materiallarından göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli qərardadı ilə “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən tibbi ekspertiza aparılması təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 30 iyul 2025-ci il tarixli, 3402 nömrəli məktubdan görünür ki, qərardaddakı suallar birbaşa Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid olduğundan iş icrasız geri qaytarılmışdır. İddiaçı “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin hərəkətsizliyindən narazı olduğundan onun hərəkətsizliyinin (ekspertiza aparmamaq və işi icrasız qaytarmaq qərarı) qanunsuz hesab edilməsi və sözügedən qanunsuz hərəkətsizlik nəticəsində ona vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində ödənilməsini istəyir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia müstəqil iddia predmeti olmamaqla ekspertizanın təyin olunduğu inzibati iş üzrə məhkəmə icraatının gedişində öz həllini tapmalıdır. Belə ki, iddiaçı müvafiq inzibati iş üzrə təyin edilmiş ekspertizanın nəticəsindən narazı olduğu təqdirdə həmin icraat gedişində bununla bağlı müvafiq vəsatət qaldırmaqla məqsədinə nail ola bilər. Kollegiya eyni zamanda hesab edir ki, hazırki iddianın mümkün sayılması mahiyyəti etibarı ilə digər məhkəmə icraatına hüquqi qiymət veriməsi kimi qiymətləndirilə bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə zidd olmaqla məhkəmə aktının şübhə altına alınması ilə nəticələnə bilər. Eləcə də işdən göründüyü kimi iddiaçının yekun iradəsi yuxarıda istinad olunan inzibati iş üzrə tələbin təmin edilməsinə yönəlmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı həmin inzibati iş üzrə məhkəmə icraatı gedişində öz hüquqlarının təmin edilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan hallar ayrıca iddia predmetini təşkil edə bilməz. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-8525/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3