Məhkəmə qərarları › İş №2-1(105)-127/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-127/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-127/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair brgə mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Kuznetsov oğlunun iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Hil kəndi ərazisində yerləşən 3,40 ha torpaq sahəsi üzərində X1, İddiaçı4, İddiaçı2 Kuznetsuv oğlunun, İddiaçı3 Kuznetsov oğlunun və İddiaçı1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-1962/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Aqrar İslahat Komissiyasının 17/3 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı ilə Qusar rayonu, Hil kəndi ərazisində yerləşən 3.40 hektar torpaq sahəsi xx.xx.2016-cı ildə ölmüş X4 və onun ailə üzvləri olan İddiaçı4, İddiaçı2 Kuznetsuviş və İddiaçı3 Kuznetsov oğlu və İddiaçı1 ayrılmış və torpaq sahəsi həmin şəxslərin adına qeydə alınaraq JN-0019, kod 30111018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı verilmişdir. X4 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-0019 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 3.40 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 2.27 ha ölçüdə öz əksini tapmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş arayışdan görünür ki, Daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, İddiaçı1 və onun ailə üzvlərinə JN-0019 nömrəli Dövlət Aktı əsasında verilmiş 3.4 ha torpaq sahəsi ünvan 1i ünvanda yerləşməklə faktiki 4 (hissədə) istifadə olunur. Həmin dövlət aktında qeyd edilən 19A (0.222858 ha) nömrəli, 19W (0.265504 ha) nömrəli və 19K (0.612497 ha) nömrəli parsellər torpaqların elektron kadastrı informasiya uçotu sistemində öz əksini tapmışdır, lakin 19D (1.893944 ha) nömrəli parsel ilə 19C (0.407987 ha) nömrəli parsel torpaqların elektron kadastrı informasiya uçotu sistemində öz əksini tapmayaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur, torpaq sahələri ilə bağlı hər hansı sərhəd mübahisələri mövcud deyildir, kommunikasiya xətləri keçmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxivdə JN-0019 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas kimi qeyd edilmiş Qusar rayon Dövlət Notariat Kontorunun 12 may 2001-ci il tarixli, 10/2 nömrəli qərarı aşkar edilməmişdir. Qusar rayonu Hil bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,ünvan 1 sakini İddiaçı4 tərəfindən Hil bələdiyyəsinə təqdim olunmuş, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17\3 saylı qərarı ilə verilmiş JN- 0019 (KOD ********) nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı4 qızma və onun ailə üzvüləri, mərhum X2, İddiaçı2 Kuznetsuv oğluna, İddiaçı3 Kuznetsov oğluna və İddiaçı1 Kuznetsov oğluna dövlət tərəfindən ayrılmış pay torpaq sahəsi 5 nəfərə, hərəsinə 0.68 ha olmaqla (cəmi 3.4 ha) normativə uyğundur və həmin torpaq sahəsinin planı və ölçüləri JN-0019 nömrəli Dövlət Aktında göstərildiyi kimidir. Belə ki, Sizə təqdim olunmuş 15may 2023-cü il tarixli, 61-saylı arayış İddiaçı4 tərəfindən təqdim olunmuş JN-0019 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına və Hil bələdiyyəsinə təqdim olunmuş torpaq vergisini ödənilməsi barədə çeklərə əsasən verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Hil kəndi ərazisində yerləşən 3,40 ha torpaq sahəsi üzərində X1, İddiaçı4, İddiaçı2 Kuznetsuv oğlunun, İddiaçı3 Kuznetsov oğlunun və İddiaçı1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə Qusar rayonu, Hil kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,4 ha torpaq sahəsi X1, İddiaçı4, İddiaçı2 Kuznetsuv oğlunun, İddiaçı3 Kuznetsov oğlunun və onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 1998-ci ildən hal-hazıradək ailənin istifadəsindədir və həmin sahədə ailənin ehtiyacını ödəmək məqsədilə taxıl məhsulu əkilib becərilir. Hər il əkilən taxıl məhsuluna görə ailəyə subsidiya ödənilir. Növbəti dəfə subsidiya alınması üçün müraciət etdikdə onlara bildirilmişdir ki, “mülkiyyətçisi olduğunuz torpaq sahəsi üzərində mülkiyyət hüququnuz dövlət reyestrində qeydiyyata alınmasından sonra xahişiniz təmin ediləcəkdir”. Həmin sənədin alınması 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq cavabdeh bildirilmişdir ki, “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktının qeydiyyat kitabında torpaq sahəsi 2,27 ha ölçüdə öz əksini tapdığından müraciətiniz təmin edilmir”. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki torpaq sahəsi faktiki olaraq “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən ölçüdə yəni, 3,4 hadır. Həmin torpaq sahəsi 1998-ci ildən mülkiyyətdədir. Torpaq shaəsindən istifadə etdiyinə görə hər il dövlətdən subsidiya almışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-0019 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 3.40 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 2.27 ha ölçüdə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubla imtina olunmuşdur. Həmçinin İddiaçı1 Kuztetsuv oğlunun iddia predmeti olan torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti olmamış və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məzmunda imtina cavabı verilməmişdir və bununla da bağlı inzibati akt mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1962/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 30RA/2-xx-xx/2023 nömrəli məktubuna əlavə edilmiş, Lenin adına sovxoza aid 1995-2000-ci illərə aid sənədlərdə müəyyən olunur ki, vətəndaşlara ayrılmış torpaq sahələri yerində təhkim olunan zaman bir çox nöqsanlar aşkarlanmışdır. Nöqsanların aradan qaldırılması məqsədilə Lenin adına sovxoz İAİK-nin 05 may 2000-ci il tarixli iclası keçrilmiş və iclas protokoluna əsasən X2 dövlət aktında göstərilmiş müvafiq olaraq 1.96 ha torpaq sahəsindən 0.90 ha torpaq sahəsi və 1.96 ha torpaq sahəsindən isə 1.56 ha torpaq sahəsi qaytarılaraq təhkim edilməsi qərara alınmışdır. Ona görə də cavabdehin imtinasında göstərdiyi, JN-0019 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 3.40 ha göstərilməsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 2.27 ha ölçüdə olması faktı təsdiqlənmişdir. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia tələbinin təmin edilməsi indiki halda mümkün deyildir. İddiaçı1 qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən ona və ailə üzvləri X3, İddiaçı4, İddiaçı2 Kuznetsuv oğluna və İddiaçı3 Kuznetsov oğluna, cəmi 5 nəfər ailə üzvünə, Qusar rayonunun Hil kəndi ərazisindən 3,40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0019 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 3,40 ha torpaq sahəsi 5 müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. JN10019 KOD 30111018 saylı Dövlət Aktında 5 müxtəlif planşetlərində əks olunmuş və cəmi 3,40 ha sahəyə malik bütün 5 ədəd torpaq sahələri artıq 25 ildr ki, onların qanuni mülkiyyətində və istifadəsindədir. JN:0019 KOD 30111018 saylı Dövlət Aktına əsasən qanuni mülkiyyətlərində olan cəmi 3,40 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi JN:0019 KOD 30111018 saylı Dövlət Aktmm ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında 2,27 ha torpaq sahəsi ilə qeydiyyatdan keçdiyini bildirərək mülkiyyətilərində olan cəmi 3,40 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasından və həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasından imtina etmişdir. Cavabdehin həmin imtinası ilə, yəni JN:0019 KOD 30111018 saylı Dövlət Aktına əsasən ailə üzvlərinin qanuni mulkiyyətində cəmi 3.40 ha torpaq sahəsinin azaldılaraq 2.27 ha ölçüdə dövlət reyestrində qeydə alınması ilə razılaşmadığı üçün iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin JN:0019 KOD 30111.018 saylı Dövlət Aktıda göstərilmiş 3,40 ha torpaq sahəsini mülkiyyət hüququ üzrə ailə üzvlərinin adlarına daşınmaz dövlət reyestrində qeydə almaqdan imtina etməsi və bu barədə bizə çıxarış verməkdən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan. Respublikası Qanununun 9.1.2, 11,2 və 15-cİ maddələrinə uyğun deyildir. İlk növbədə onun və ailə üzvlərinin adına olan JN:0019 KOD 301.11018 saylı Dövlət Aktında göstərilmiş 3,40 ha torpaq sahəsi tam olaraq yerində mövcuddur və həmin torpaq sahəsi yerində Dövlət Aktında qeyd olunduğundan 1 kv.metr belə az deyildir. Digər tərəfdən onun və ailə üzvlərinin adına olan JN10019 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktmdakı məlumatlar daşınmaz əmlakın dövlət reyestrində çoxdan qeydə alınmış məlumatlardır. Yəni, JN0019 KOD 30111018 saylı Dövlət Aktında əks olunmuş cəmi. 3,40 ha torpaq sahəsinə onların mülkiyyət hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlardır, JN10019 KOD30111018 saylı Dövlət Aktındakı məlumatlar dövlət reyestrinə təzə daxil edilən, təzə bəyan olunan məlumatlar hesab edilə bilməz. Lakin Sumqayıt İnzibati Məhkəməsi iddianı əsassız olaraq rədd etmişdir. Belə ki, Qusar rayonunun Hil kəndində torpaq islahatları keçirilərkən adambaşına düşən pay torpaq norması 0,68 ha təşkil etmişdir. Bu barədə Qusar rayonu Hil Bələdiyyəsi tərəfindən verilmiş 10 fevral 2014-cü il tarixli 21 nömrəli və 15 may 2023-cü il tarixli 61 nömrəli arayışları Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmişdir. Buna uyğun olaraq torpaq islahatı keçirilən zaman Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının onun ailə üzvlərinə 5 nəfər ailə üzvü X 0,68 ha=3,40 ha pay torpaq sahəsi verilmişdir. Bu da onun ailə üzvlərinin adlarına verilmiş JN:0019 KOD 30111018 saylı Dövlət Aktında əks olunmuş 3,40 ha torpaq sahəsinə tam uyğundur. Həmin cəmi 3,40 ha torpaq sahəsi onun ailə üzvlərinə ilkin torpaq islahatı zamanı Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının 1998-ci İldə qəbul etdiyi qərara əsasən ayırılmışdı. Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən isə həmin 3,40 ha torpaq sahəsinin ona ayırılmasına dair yerli Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmişdi. Lakin Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarına əsasən ailə üzvlərinə ayrılmış 3,40 ha torpaq sahəsindən yalnız 1,96 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlardan düşmüşdü. Qalan torpaq sahələri isə səhvən meşəlik, kolluq və yararsız daşlıq sahələrindən ayırılmışdı. Bu səbəbdən onlara yerində yalnız 1,96 ha torpaq sahəsini təhkim etmək mümkün olmuşdu. İlkin torpaq islahatı zamanı Lenin adına sovxoz Aqrar İslahat Komissiyası tərəfindən belə səhvlərə çox yol verilmişdi. Bu səbəbdən 05 may 2000-ci il tarixdə Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının iclası çağırılmış və bəzi payçılara səhvən az hesablanmış, bəzi payçılara meşəlik, kolluq və daşlıq ərazilərdən düşmüş torpaqlarla əlaqədar və sair nöqsanların aradan qaldırılması həmin iclasda qərara alınmışdır. Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli iclas protokoluna əsasən digər torpaq payçıları barəsində olan qərarlarla yanaşı, atanı X2 və ailə üzvlərinə 19 saylı Dövlət Aktına əsasən təhkim olunmuş 1,96 ha torpaq sahəsinə 0,90 ha və 1,56 ha torpaq sahələrinin əlavə olaraq qaytarılması qərara alınmışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi qəbul etdiyi qərarda Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli iclas protokoluna əsasən ailə üzvlərinə 1,96 ha torpaq sahəsinin əvəzinə 0,90 ha və 1,56 ha olmaqla cəmi 2,46 ha torpaq sahəsinin verilməli olması barədə səhv nəticəyə gəlmişdir. Əslində isə Lenin adına sovxoz Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli iclas protokolu torpaq payçılarına o, cümlədən ailə üzvlərinə düşən torpaq paylarının tamamlanması, yararsız sahələrdən düşmüş torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dəyişdirilməsi üçün toplanmışdı. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, hazırki iş üzrə birgə mülkiyətçi qismində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Kuznetsov oğlu izahatlar verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahələrinə dair birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında torpaq sahəsinin ölçüsü 3,40 ha göstərilməsinə baxmayaraq, təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin ölçüsü 2,27 ha ölçüsü öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu AİK-nın 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı ilə X4 və onun 4 nəfər ailə üzvlərinin (İddiaçı4, İddiaçı2 Kuznetsov oğlu, İddiaçı3 Kuznetsov oğlu, İddiaçı1 Kuznetsov oğlu) adına ayrılmış 3,40 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Qusar rayonu AİK-nın 24 oktyabr 1998-ci il tarixli 17/2 nömrəli qərarı aşkar edilmiş, ona əlavə edilən adlı siyahı aşkar edilməmiş, qərar hissəsində vətəndaşların adlı siyahısı mövcuddur, həmin siyahının 9-cu sırasında Bəyov Kuznetsovun adı qeyd edilmişdir. İş materiallarında olan Qusar rayonu AİK-nın 24 oktyabr 1998-ci il tarixli 17/2 nömrəli qərarının məzmunundan görünür ki, Qusar rayonu AİK Lenin adına sovxozun bazasında yaradılmış Damazlıq təsərrüfatına kənd ərazisindən 134 hektar və tala sahəsindən 66 hektar olmaqla, cəmi 200 hektar əkinə yararlı torpaq shaəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Qusar rayonu AİK-nın 24 oktyabr 1998-ci il tarixli 17/2 nömrəli qərarının aid olduğu iclas protokolunun məzmunundan görünür ki, pay düşməyən vətəndaşalara bələdiyyənin ehtiyat fondundan torpaq sahələri ilə təmin edilməsi, habelə siyahının 9-cu cə 11-ci sıra sayında X1 adı, qarşısında Dövlət aktında sahə hər iki sıra üzrə 1,96, kontor nömrəsi 9-cu sıra üzrə 270, 11-cı sira üzrə 240, qaytarılan sahə 9-cu sıra üzrə 0,90 ha, 11-cı sıra üzrə 1,56 ha qeyd edilmişdir. İş materiallarında olan Hil Bələdiyyəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, X3 və onun ailəsinə dövlət tərəfindən ayrılmış torpaq sahəsi ailə üzvlərinə 5 nəfərinə hərəsinə 0,68 ha normativə uyğundur və torpaq shaəsinin planı və ölçüləri JN0019 №li akta göstərildiyi kimidir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, İddiaçı1 Kuznetsov oğlu və onun ailə üzvlərinə JN-0019 nömrəli Dövlət Aktı əsasında verilmiş 3,40 ha torpaq sahəsi ünvan 1i ünvanında yerləşməklə, faktiki 4 hissədə istifdaə olunur. Həmin dövlət aktınd qeyd eidlən 19 A (0,222858 ha) nömrəli, 19W (0,265504 ha) nömrəli və 19K (0,612497 ha) nömrəli parsellər torpaqların elektron kadastr informasiya üçotu sistemində öz əksini tapmışdır, lakin 19 D (0,893944 ha) nömrəli parsel ilə 19 C (0,407987 ha) nömrəli parsel torpaqların elektron kadasrt uçot informasiya sistemində öz əksini tapmayaraq, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir, torpaq sahələri ilə bağlı hər hansı sərhəd mübahisələri mövcud deyildir, kommunikasiya xəttləri keçmir (ortofoto görüntüsü əlavə edilmişdir). İş materiallarından görünür ki, X4 xx.xx.2016-ci il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış iddiaçılar qanun üzrə vərəsə kimi tanınmışlar. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillər ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Həmçinin, məhkəməyə təqdim edilmiş arxiv nüsxələrinin məzmununda da ayrılmış torpaq sahəsinin ölçüsü kimi 3,40 ha torpaq sahəsi olması halı qeyd edilmişdir. İndiki halda faktiki naturadada iddiaçıların istifadəsində olan torpaq shaəsinin də ölçüsü 3,40 ha olmuşdur. Belə olna halda, torpaq sahəsinin ölçüsünün məhz elektron informasiya uçot sistemində yanlış qeyd edilməsi, iddiaçıların məhz müvafiq dövlət Aktı əsasında onların mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsün 3,40 ha olmaması qənaətinə gəlməyə əsas vermir. Başqa sözlə desək, torpaq sahələrinin ayrılmasına dair sənədlərdə əks olunmuş məlumatların elektron informasiya uçot sisteminə düzgün işlənilməsi məhz cavabdeh inzibati orqanın vəzifəsi kimi çıxış etmişdir. İndiki halda həmin məlumatların elektron informasiya uçot sisteminə natamam yerləşdirilməsi, məhz cavabdeh inzibati orqanın hüquqi məsuliyyət daşıdığı hal kimi çıxış etməklə, iddiaçıların təqsiri ilə əhatə olunan hal kimi ortaya çıxmamışdır. Belə olan halda, həmin əsasa istinad edilməklə, iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda mövcud məlumatların elektron informasiya uçot sistemində natamam olması halı məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bundan əlavə,qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin əsasa istinad edilməklə, iddiaçıların mövcud mülkiyyət hüququnun dövlət qeydiyyatından alınmasından imtina edilməsi əsassız olmuş, iddiaçılar belə bir iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin imtina əsası kimi çıxış edən hallar və onların yaranma səbəbi ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda müvafiq dövlət aktında adları qeyd edilmiş şəxslərdən X4 vəfat etmiş, onun vəfat etdiyi vaxta artıq 3.40 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq Dövlət aktı mövcud olmuş, yəni yuxarıda göstərilmiş əmlakın məxsusluğu barədə arayışın verilməsinə ehtiyac qalmamışdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş üzrə birgə iddiaçılar vəfat etmiş şəxsin həyat yoldaşı (arvadı) və övladları olmuşdur, hansı ki, mülki qanunvericiliyin tələbinə əsasən onun birinci növbə üzrə vərəsələri qismində çıxış etmişlər (Mülki məcəllənin 1159-cu maddəsi), birinci növbə üzrə başqa vərəsələrinin olması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğundan, həmin halın nəzərə alınması məqsədəmüvafiqdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə kollegiyası İPM-in 52-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1962/2023 nömrəli qərarı ləğv edilsin İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Kuznetsuv oğlu və İddiaçı3 Kuznetsov oğlunun adlarına onlara məxsus paylar və mərhum X3 məxsus pay üzrərində JN-0019 nömrəli KOD30111018 “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktına əsasən ayrılmış ünvan 1i ərazisində yerləşən 3,40 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar