Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-127/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-1845/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək müxtəlif müəssisə və təşkilatlarda, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba Konserv zavodunda (hazırkı "xxxx" Açıq Səhmdar Cəmiyyəti), xx.xx.2005-ci il tarixdən xx.xx.2011ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-202849/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Ümumi peşələr bölməsində (35) qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası, "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli, 51 nömrəli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0xx-xx- 2023 nömrəli arayışlarında onun xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2011-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində buxar qazan sexində ocaqçı vəzifəsində işlədiyi qeyd olmuşdur. Lakin, sözügedən sənədlərdə ocaqçı vəzifəsində işlədiyi müddətdə kömür və sistlə işləməyinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Bu səbəbdən, həmin dövrlərin güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının güzəştli iş stajı yoxdur. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 03 fevral 1992-ci il tarixdən 27 mart 1994-cü il tarixədək, 16 oktyabr 1995-ci il tarixdən 01 fevral 2005-ci il tarixədək, 02 fevral 2005-ci il il tarixdən 18 aprel 2011-ci il tarixədək "xxxx" və SAF-MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamış və xx.xx.2022-ci il tarixədək müxtəlif idarə və təşkilatlarda işləmişdir. Onun ümumilikdə 32 ilə yaxın sığorta stajı var. Bu müddətin 17 il 6 ay hissəsini əmək şəraiti xüsusilə zərərli və ağır olan ocaqçı işləmişdir. Qanunun tələbinə görə ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin, cavabdeh müraciətin icrasından imtina edərək müəssisənin verdiyi arayışda müəssisənin kömür və ya şistlə işləməsinin göstərilmədiyinə istinad etmişdir. Halbuki, mazutla işləmək daha da ağır və zərərli hesab edilir. Cavabdeh qeyd edilən sübuta əhəmiyyət vermədən əsassız olaraq güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-1845/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli. 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndinin “Ümumi peşələr” bölməsində qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) göstərilmiş, Siyahıda “kömür və şistlə” işləyən sözləri xüsusilə vurğulanmışdır. Yəni, yalnız kömür və şistlə işləyən qazanxana maşinistləri (ocaqçıları) xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ verir. Məhkəmə araşdırması zamanı isə iddiaçının işlədiyi müəssisənin 2012-ci il tarixədək mazutla, hazırda isə təbii qazla işlədiyi müəyyən edilmişdir. Bu halda normanın dispozitiv şərtləri yerinə yetirilməmiş və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamış olur. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən dövrdə onun ocaqçı vəzifəsində işlədiyi qazanxana kömür və şistlə deyil, mazot və qazla işləmişdir. Azərbaycan Respublikasında kömür və şistlə işləyən qazanxana yoxdur. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 25 il ümumi iş stajının mövcud olması; 2) 15 il güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının yuxarıda qeyd edilən məlumatlarından müəyyən edilir ki, iddiaçının əmək kitabçası üzrə iş stajı 26 il 04 ay 21 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2011-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri), hərbi xidmət dövrü 02 il (1981-1983cü illər) olmaqla, ümumi iş stajı 25 ildən artıqdır. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazında iddiaçının 3 müəssisə üzrə: 1) xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2005-ci tarixlərində Quba Konserv zavodunda (hazırkı "xxxx" Açıq Səhmdar Cəmiyyəti); 2) xx.xx.2005-xx.xx.2011-ci il tarixlərində "xxxx" MMC-də; 3) xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində isə "xxxx" MMC-də işlədiyi dövrü mübahisələndirərək, həmin müəssisələrdə işlədiyi ocaqçı vəzifəsinin güzəştli arayışlarda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısının “ümumi peşələr” bölməsində göstərilən qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) vəzifəsinə uyğun olmadığını, belə ki, iddiaçının işlədiyi qazanxananın kömür və şistlə işləməsi barədə məlumat göstərilmədiyi bildirmiş, bu səbəbdən, həmin dövrləri güzəştli staj kimi qəbul etməmişdir. X2 zavodu və "xxxx" MMC üzrə mübahisələndirilən dövrlərə münasibətdə bildirir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Quba Konserv zavodunda, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə "xxxx" MMC-də işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 51 nömrəli güzəştli arayışdan da görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba Konserv zavodunun mazutla işləyən buxar qazan sexində, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək buxar qazan sexində ocaqçı peşəsində işləmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0xx-xx-2023 nömrəli güzəştli arayışdan müəyyən edilir ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək müəssisənin buxar qazan sexində ocaqçı vəzifəsində işləmişdir. Hər iki güzəştli arayışda iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bəndində qazanxana maşinistləri (ocaqçılar) olaraq nəzərdə tutulduğu göstərilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının yuxarıda qeyd edilən müəssisələrdə işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—13786 kodla, eləcə də, daha sonra iddiaçının işlədiyi dövrdə qüvvəyə minmiş NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci Ümumi peşələr bəndində qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) göstərilmişdir. Yəni, iddiaçı siyahının ümumi peşələr bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə ocaqçı vəzifəsində işlədiyini iddia edirsə, onun ocaqçı (qazanxana maşinisti) vəzifəsində işlədiyi qazanxana məhz kömür və şistlə işləməlidir. Lakin, həm birinci, həm də apellyasiya məhkəməsində araşdırma zamanı bu hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 12 nömrəli məktubundan görünür ki, "xxxx" MMC 2005-ci ildən 2012-ci ilin dekabr ayınadək "xxxx" ASC ilə birgə fəaliyyət göstərmiş, ASCnin əsas vəsaitlərindən icarə müqaviləsinə əsasən istifadə etmişdir. MMC-nin istifadə etdiyi ASC-nin xüsusi mülkiyyətində olan buxar-qazan sexi 2012-ci ilədək mazutla, hal-hazırda isə təbii qazla işləyir. Həmçinin, məhkəmə kollegiyasının da sorğusuna cavab olaraq "xxxx" ASC xx.xx.2025-ci il tarixli, 01 nömrəli məktubu ilə eyni məzmunlu cavab verərək müəssisənin 2012-ci ilədək mazutla, həmin tarixdən sonra isə təbii qazla işlədiyini, müəssisənin qazanxanasının heç vaxt kömür və şistlə işləmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının mübahisəli xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2005-ci tarixlərində Quba Konserv zavodunda və xx.xx.2005-xx.xx.2011-ci il tarixlərində "xxxx" MMC-də ocaqçı (qazanxana maşinisti) vəzifəsində işlədiyi qazanxana güzəştli arayışlarda istinad edilən siyahıda qeyd edildiyi kimi kömür və şistlə işləyən qazanxana olmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçının adıçəkilən müəssisələrdə işlədiyi 17 il 07 ay 23 günlük dövrü iddiaçının güzəştli iş stajına daxil etməməkdə haqlı olmuşdur. İddiaçının "xxxx" MMC-də işlədiyi xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı 04 ay 11 günlük dövrə münasibətdə isə kollegiya bildirir ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin MMC-də işləmişdir. Həmin müəssisə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qazla işləyən buxar qazan sexində ocaqçı vəzifəsində işləmişdir. Güzəştli arayışda həmin vəzifənin yuxarıda qeyd edilən güzəştli arayışlarda olduğu kimi NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci “Ümumi peşələr” bəndinə (qazanxana maşinistləri (ocaqçılar)) uyğun olduğu qeyd edilsə də, kollegiya qeyd edir ki, iddiaçının bu müəssisədə də ocaqçı (qazanxana maşinisti) vəzifəsində işlədiyi qazanxana kömür və şistlə deyil, qazla işlədiyindən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi qəbul edilə bilməz. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının ümumiyyətlə güzəştli iş stajı yoxdur. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, sadalanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddanı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas müəyyən edilmir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-1845/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-127/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-127/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver