Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1273/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2025-cü il tarixli, 2-1(118)-4887/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları əsasında 50 yaşdan yəni 17 dekabr 2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən bu günə kimi ondan qanunsuz tutulan pensiya məbləğinin geri qaytarılaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları əsasında 50 yaşdan 17 dekabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının cavabdeh tərəfindən 01 oktyabr 2020-ci il tarixindən dayandırılması və əmək pensiyasının yenidən hesablanması və 52 yaşdan 17 dekabr 2010-cu il tarixdən təyin edilməsinə dair **********39 saylı 03 may 2021-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması və 57 yaşdan 17 dekabr 2015-ci il tarixdən təyin edilməsinə dair 3-17-1/3-3-3485/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarların ləğv edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ona 50 yaşdan 17 dekabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilərək ödənilməsi və 01 oktyabr 2020-ci il tarixindən bu günə kimi ondan qanunsuz tutulan pensiya məbləğinin ona geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Azərbaycan Respublikası, Zərdab rayonunun Məlikli kəndində anadan olmuşdur. 01 sentyabr 1976-cı il tarixdən 1981-ci il tarixinədək Azərbaycan Respublikası Neft və Kimya institutunda təhsil almışdır. 04 noyabr 1981-ci il tarixdən 25 iyun 1986-cı il tarixədək SSRİnin X3 Sosialist Respublikasının Sibir regionunda "Lyantorneft” NQÇİ, 27 oktyabr 1986cı il tarixdən 19 yanvar 1995-ci il tarixədək “Surqutneff' NQÇİ neft sənayesində zərərli iş şəraiti olan vəzifələrdə işləmişdir. 25 oktyabr 1995-ci ildən 01 oktyabr 1997-ci il tarixədək 28 may neft və qaz çıxarma idarəsində işləmişdir. O, soyuq və ağır iqlim şəraitində zərərli işlərdə işləmişdir və 01 sentyabr 1976-cı il tarixdən 01 avqust 1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajı və 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları ilə onun iddia tələbləri təmin edilərək, ona İddiaçı 01 sentyabr 1976-cı il tarixdən 1981-ci il tarixədək Azərbaycan Respublikası Neft və Kimya institutunda təhsil aldığı dövrü nəzərə almaqla əmək kitabçası üzrə 1981-ci il tarixdən 19 yanvar 1995ci il tarixədək neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısı üzrə müvafiq qaydada xüsusi zərərli əmək stajı kimi nəzərə alınmaqla 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra, 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq ona ödənilməyə başlanmışdır. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ona təyin edilən pensiyanın ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən pensiya hüququnun təsbiti ilə bağlı əsaslı şübhələrin yaranması əsası ilə 01 oktyabr 2020-ci il tarixindən dayandırılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə ona təyin edilmiş və sonradan ödənilməsi dayandırılmış əmək pensiyasının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 22 yanvar 2021-ci il tarixli, **********3 nömrəli məktubla ona bildirildi ki, onun 22 dekabr 2020ci il tarixdə daxil olmuş müraciətinə baxaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırılır ki, ona vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Ona əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. 02 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin audit şöbəsi tərəfindən ona bildirildi ki, ona güzəştli şərtlərlə əmək pensiyası 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan deyil, qanunvericiliyin tələblərinə əsasən 17 dekabr 2010-cu il tarixdən yəni 52 yaşdan təyin edilməlidir. Ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni 17 dekabr 2010-cu il tarixdən təyin edilməsi və hər ay artıq ödənilmiş pensiyanın aylara bölünərək hər ay 10 faiz tutulması barədə ərizə yazıldıqdan sonra dayandırılmış pensiya ödənişinin bərpa olunacağı bildirildi. O, məcbur olaraq 02 aprel 2021-ci il tarixdə ərizə yazaraq 50 yaşdan ödənilən pensiyanın dayandırıb, fərqi aylara bölüb 10% tutmaqla 52 yaşdan pensiya ödənişinin bərpa edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyası yenidən hesablanmaqla, pensiyanın məbləği əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablanaraq, 2021-ci ilin may ayından etibarən bərpa edilmiş və hər ay pensiyadan 93,99 manat olmaqla, artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır. O, sonradan qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları əsasında ona 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan təyin edilən pensiyanın ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 oktyabr 2020-ci il tarixindən dayandırılmasının qanuna uyğun olması barədə hüquq məsləhətxanasına müraciət etdikdə ona bildirildi ki, o aldadılmışdır və ona pensiya qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarlarına əsasən 7 dekabr 2008-ci il tarixdən 50 yaşdan ödənilməlidir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin audit şöbəsi tərəfindən o aldadılmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə ona təyin edilmiş əmək pensiyası qanun tələblərinin ziddinə olaraq qanunsuz dayandırılmışdır, ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarı icra edilməklə, ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması pensiyadan qanunsuz tutulmaların hər ay pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, əmək pensiyasının məhkəmə qərarlarına əsasən yenidən hesablanması nəticəsində yaranmış fərqin ödənilməyən hissəsi, 01 oktyabr 2020-ci ildən 01 may 2021-ci il tarixədək ödənilməli pensiya məbləği və 01 may 2021-ci il tarixdən ödənilməsinə başlanılan əmək pensiyasından tutulan pul vəsaitinin iddiaçıya ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt İnzibati məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iştirakı təmin edilmədən, “İnzibati icraat haqqında' Azərbaycan Respublikası Qanununun tələblərini pozulmaqla icraat aparılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(105)-552/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli. 2-1(85)- 2689/2017 nömrəli qərardadı ləğv edilmiş, ərizə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi yuxarıda qeyd edildiyi kimi məhkəmə qərarının icrası qaydasında ərizə ilə müraciət edərək, yaşlı insan olduğundan sözügedən ərizənin onun iradəsindən asılı olmayaraq cavabdeh orqan tərəfindən yazdırıldığını, hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğunu nəzərə alaraq, cavabdehdən onun xeyrinə 19531,66 manat, eləcə də 01 oktyabr 2020-ci ildən 01 may 2021-ci il tarixədək 7 ay müddətində ödənilməli olan cəmi 5488 manat pensiya məbləğinin tutulması və 01 may 2021-ci il tarixdən başlayaraq, təyin olunmuş pensiyanın ödənilməyən hissəsinin 404 manat fərqin hər ay pensiyasının üzərinə əlavə edilərək pensiyasının bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kollegiya işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab etmişdir ki, əmək pensiyası dayandırıldıqdan sonra ərizəçinin razılığı əsasında əmək pensiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul edildiyindən və pensiyaçının razılığı ilə artıq pensiya məbləğinin hər ay əmək haqqından tutulması həyata keçirildiyindən hazırkı ərizəyə məhkəmə qərarının icrası qaydasında deyil, müstəqil iddia qaldırılmaqla baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli 2-1(102)-794/2024 nömrəli qərarı ilə, onun kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli. 2-1(105)-552/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, onun 12 dekabr 2024-cü il tarixli müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 28 dekabr 2024-cü il tarixli, 3-17- 1/2/-322009/2024 nömrəli məktubla ona bildirildi ki, Mərkəzi Filiala 12 dekabr 2024-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır və bildirilir ki, ona Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 17 dekabr 2008-ci il tarixdən (50 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi 01 oktyabr 2020-ci il tarixdən dayandırılıb. Araşdırma zamanı, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ 50 yaşdan deyil, 57 yaşdan yəni 18 fevral 2012-ci il tarixdən olduğu müəyyən edilmişdir. Nəticədə ona qanuna zidd əmək pensiyası təyin olunduğu 17 dekabr 2008-ci il tarixdən pensiya ödənişi dayandırıldığı 01 oktyabr 2020-ci il tarixinədək 26948,35 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası 03 may 2021-ci il tarixdən yenidən hesablanaraq 469,96 manat məbləğində müəyyən edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı 01 oktyabr 2020-ci il-08 may 2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3145.45 manat pul vəsaiti hesablanıb. Həmin vəsait ona artıq ödənilmiş 26948,35 manatdan çıxılıb (qalıq 23802,90 manat). 28 yanvar 2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona İddiaçı qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları əsasında 50 yaşdan yəni 17 dekabr 2008-ci il tarixdən təyin edimiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını bərpa edərək, 03 may 2021-ci il tarixdən bu günə kimi ondan qanunsuz tutulan pensiya məbləğinin ona geri qaytarılaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və 20 fevral 2018-ci il tarixli qərarları əsasında ona 50 yaşdan 17 dekabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsasında aşağıdakılara əsasən bərpa edilərək ödənilməli və 03 may 2021-ci il tarixdən bu günə kimi ondan qanunsuz tutulan pensiya məbləği ona geri qaytarılmalıdır. O, 04 noyabr 1981-ci il tarixdən 02 may 1982-ci il tarixinədək 6 ay 01 gün + 03 may 1982-ci il tarixdən 01 sentyabr 1984-cü il tarixinədək 2 il 3 ay 28 gün + 27 oktyabr 1986-cı il tarixdən 31 mart 1991-ci il tarixinədək 4 il 5 ay 4 gün + 01 aprel 1991-ci il tarixdən 19 yanvar 1995-ci il tarixinədək 3 il 9 ay 19 gün = 11 il 22 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək üçün iş stajı var. Beləliklə, onun 01 sentyabr 1976-cı il tarixdən 01 avqust 1997-ci il tarixədək 20 il 11 ay ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısına əsasən 11 il 22 gün güzəştli şərtlərlə pensiya təyin etmək üçün iş stajı olduğu üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan yaranmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı ilə onun iddia tələbləri təmin edilərək, ona İddiaçı 01 sentyabr 1976-cı il tarixdən 1981-ci il tarixədək Azərbaycan Respublikası Neft və Kimya institutunda təhsil aldığı dövrü nəzərə almaqla əmək kitabçası üzrə 1981-ci il tarixdən 19 yanvar 1995-ci il tarixədək neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısı üzrə müvafiq qaydada xüsusi zərərli əmək stajı kimi nəzərə alınmaqla 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi ona 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilməyə başlanmışdır. Lakin, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati məhkəməsinin qərarlarına əsasən güzəştli şərtlərlə ona təyin edilmiş əmək pensiyasının ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 22 yanvar 2021-ci il tarixli, **********3 nömrəli məktubundan göründüyü kimi. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən 1 oktyabr 2020-ci il tarixindən dayandırılmışdır. Hesab edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarlarına əsasən güzəştli şərtlərlə ona təyin edilmiş əmək pensiya ödənişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etməklə 2020-ci il tarixindən dayandırılması əsassız və qanunun tələblərinə zidd olduğu üçün 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan bərpa edilməli və 01 oktyabr 2020-ci il tarixdən bu günə kimi ondan qanunsuz tutulan pensiya məbləği ona geri qaytarılmalıdır. Beləliklə, cavabdeh qanunvericiliyin tələblərinin ziddinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2-1(102)-206/2023 nömrəli qərarında, 12 iyun 2024-cü il tarixli 2-1(102)-995/2024 nömrəli qərarında, 16 yanvar 2025-ci il tarixli, 2-1(102)-95/2025 nömrəli qərarında oxşar mübahisələrlə bağlı işlərdə formalaşdırdığı mövqelərinin ziddinə olaraq, ona Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarlarına əsasən, 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad etməklə 01 oktyabr 2020-ci il tarixindən dayandırılmış və ona təzyiq altında pensiyanın 52 yaşdan, yəni 17 dekabr 2010-cu il tarixdən təyin edilməsi barədə diktə edərək ərizə yazdırmış, sonradan isə ona məlumat verilmədən 57 yaşdan təyin edilmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin audit şöbəsi tərəfindən ona bildirilmişdir ki, ona güzəştli şərtlərlə əmək pensiyası 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan deyil, qanunvericiliyin tələblərinə əsasən 17 dekabr 2010-cu il tarixdən yəni 52 yaşdan təyin edilməlidir və ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni 17 dekabr 2010-cu il tarixdən təyin edilməsi və hər ay artıq ödənilmiş pensiyanın aylara bölünərək hər ay 10 faiz tutulması barədə ərizə yazıldıqdan sonra dayandırılmış pensiya ödənişinin bərpa olunacağı bildirilmiş və o məcburən Nazirliyinin audit şöbəsinin əməkdaşının diktəsi ilə 02 aprel 2021-ci il tarixdə ərizə yazaraq 50 yaşdan ödənilən pensiyanın dayandırıb, fərqi aylara bölüb 10% tutmaqla 52 yaşdan pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Bundan başqa, cavabdeh tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş, pensiyanın dayandırılmasından əvvəl, inzibati icraatın başlanması, onun dinlənilmə hüququ təmin edilməmiş, etimad hüququ gözlənilməmiş, yardım etmə vəzifəsinə əməl edilməmiş, işin hallarını obyektiv araşdırmamış, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, ona güzəştli şərtlərlə əmək pensiyası 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarları əsasında təyin edilmişdir, həmin qərarın qüvvədə olduğu, beləliklə də, etibarlı olduğu nəzərə alınmalı idi. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona, güzəştli şərtlərlə əmək pensiyasının 17 dekabr 2008-ci il tarixdən 50 yaşdan təyin edilməsinə dair qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarların ləğv etdirmədən qanunsuz olaraq onun pensiyası dayandırılmış və sonradan qanunsuz olaraq 57 yaşdan təyin edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 50 yaşdan yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2021-ci iİ tarixdən bu günə kimi qanunsuz tutulan pensiya məbləğinin geri qaytarılması üçün Mərkəzi Filiala müraciət etmiş, lakin Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci iİ tarixli 3-17-1/2-1-39519/2025 nömrəli məktubla inventarlaşma nəticəsində əmək pensiyasının yenidən hesablanaraq 1702,39 manat məbləğində müəyyən olunduğu və xx.xx.2022-xx.xx.2025-ci il tarixləri üzrə artıq ödənilmiş əmək pensiyasının 5213,44 manat təşkil etdiyi bildirilmişdir. İddiaçı 50 yaşdan yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2020ci il tarixdən bu günə kimi qanunsuz tutulan pensiya məbləğinin geri qaytarılması öhdəliyinin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Fondun Sumqayıt şəhər Şöbəsinə qarşı “xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. İddiaçı cavabdeh Fondun Sumqayıt şəhər Şöbəsinə qarşı “xx.xx.1976-cı il tarixdən 1981-ci il tarixədək təhsil aldığı dövrü nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-560/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Müvafiq məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə həmin dövrdə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 341,86 manatdan 653,06 manata artırılmış, həmçinin ona keçmiş dövr üzrə ödənilməli olan 37628,02 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğin 18096,36 manat hissəsi xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Vaxtilə İddiaçı əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun “Əmək pensiyaları haqqında” Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə İddiaçı əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixli ərizə təqdim etmiş, müvafiq ərizəyə əsasən o 50 yaşdan ödənilən pensiya dayandırıb, fərqi aylara bölərək 10% tutulmaqla 52 yaşdan pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı bu barədə razılıq ərizəsi təqdim etmişdir. Son olaraq iddiaçının müraciətinə əsasən araşdırılma aparılmış əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğinin yanlış müəyyən edildiyi aşkar edilmişdir. Belə ki, araşdırma zamanı, onun güzəştli şərtlərlə pensiya hüququnun 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixindən olduğu müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il işlədiyinə görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 485,94 manatdan 911,21 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1183,47 manat) artırılmalı olduğu halda, xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 557,39 manatdan 984,32 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1319,40 manat) artırıldığı müəyyən edilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə qanuni əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28177,92 manat pensiya sığorta kapitalına əsasən həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 28177,92 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 391,36 (28177,92:72) manat əmək pensiyasının (1183,47 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1574,83 (1183,47+391,36) manata artırılıb. Əlavə olaraq bildirir ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixindən adıçəkilən şəxsin əmək pensiyası 1702,39 manat təşkil edir. Həmçinin Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən ona xx.xx.2022xx.xx.2025-ci il tarixləri üzrə artıq ödənilmiş əmək pensiyası 5213,44 manat təşkil etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-2689/2017 nömrəli qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, ona Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixindən (50 yaşınızın tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinizin araşdırılmasına zərurət yarandığından pensiya ödənişiniz 1 oktyabr 2020-ci ii tarixindən dayandırılıb. Araşdırma zamanı, onun güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan yəni xx.xx.2012-ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2008-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 26948,35 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 469,96 manat məbləğində müəyyən edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2021 il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3145,45 manat pul vəsaiti hesablanıb. Həmin vəsait sizə artıq ödənilmiş 26948,35 manatdan çıxılıb (qalıq 23802,90 manat). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.Eyni zamanda, ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 557,39 manatdan 984,32 manata (indeksləşdirilərək 01.01 2024-cü il tarixindən 1319,40 manat) artırılıb və keçmiş müddət üzrə ona ödənilməli olan 2813,45 manat fərq məbləği müəyyən edilib. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş qalan 19774,53 manat pul vəsaitindən ona ödənilməli olan 2813.45 manat fərq məbləği ilə əvəzləşdirilərək büdcəyə bərpa edilib (qalıq 16961,14 manat). Bundan başqa. xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış 35042,40 manat pensiya sığorta kapitalına əsasən həmin tarixdən yenidən hesablanıb. Belə ki, 35042,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 486,70 manat (35042,40:72) əmək pensiyanız üzərinə əlavə edilərək pensiya məbləği 1319,40 manatdan 1806,10 (1319,40+486,70) manata artırılıb. Bununla əlaqədar keçmiş müddət üçün ona ödənilməli olan 470,78 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti ona artıq ödənilmiş qalıq 15773,68 manat pul vəsaiti ilə əvəzləşdirilmiş, qalan artıq ödənilmiş 15302,90 manat pul vəsaiti əmək pensiyanızdan hissə-hissə (hər ay 180,61 manat olmaqla) tutularaq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, vaxtilə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı pensiya məbləğinin yanlış müəyyən edildiyi aşkar olunub. Bununla əlaqədar olaraq ona xx.xx.2022-xx.xx.2025-ci il tarixləri üzrə artıq ödənilmiş əmək pensiyası 5213,44 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********9 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq ona xx.xx.2021-ci il tarixdən 469,96 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-3485/2025 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq ona xx.xx.2025-ci il tarixdən 1702,39 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixindən (50 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, onun güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixindən olduğu müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Eyni zamanda, İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il işlədiyinə görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 485,94 manatdan 911,21 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1183,47 manat) artırılmalı olduğu halda, xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 557,39 manatdan 984,32 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1319,40 manat) artırıldığı müəyyən edilib. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə qanuni əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28177,92 manat pensiya sığorta kapitalına əsasən həmin tarixdən yenidən hesablanıb. Belə ki, 28177,92 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 391,36 (28177,92:72) manat əmək pensiyasının (1183,47 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1574,83 (1183,47+391,36) manata artırılıb. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixindən adıçəkilən şəxsin əmək pensiyası 1702,39 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2025-cü il tarixli, 2-1(118)-4887/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********9 saylı və xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3- 3485/2025 saylı qərarları ləğv edilmiş, iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş əvvəlki pensiyasının bərpa edilməsi, tutulmuş məbləğin hesablanaraq İddiaçı geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il işlədiyinə görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 485,94 manatdan 911,21 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1183,47 manat) artırılmalı olduğu halda, xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 557,39 manatdan 984,32 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1319,40 manat) artırıldığı müəyyən edilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə qanuni əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28177,92 manat pensiya sığorta kapitalına əsasən həmin tarixdən yenidən hesablanmışdır. Belə ki, 28177,92 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 391,36 (28177,92:72) manat əmək pensiyasının (1183,47 manat) üzərinə əlavə edilərək pensiya məbləği 1574,83 (1183,47+391,36) manata artırılıb. Əlavə olaraq bildirilir ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixindən adıçəkilən şəxsin əmək pensiyası 1702,39 manat təşkil edir. Həmçinin Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bu səbəbdən ona xx.xx.2022xx.xx.2025-ci il tarixləri üzrə artıq ödənilmiş əmək pensiyası 5213,44 manat təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. (-) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-) 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 03 may 2021-ci il tarixli, **********9 nömrəli və 19 fevral 2025-ci il tarixli, 3-17-1/3-3-3485/2025 nömrəli qərarların ləğv edilməsi, əvvəlki pensiyanın bərpa edilməsi və 01 oktyabr 2020-ci il tarixindən etibarən tutulmuş pul məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 50 yaşdan 17 dekabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 2-1(85)-2689/2017 nömrəli qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında 03 may 2021-ci il tarixli, **********9 nömrəli və 19 fevral 2025-ci il tarixli, 3-17- 1/3-3-3485/2025 nömrəli qərarlar qəbul edilərək iddiaçıya əvvəl (2021-ci il tarixli qərara əsasən) 52 yaşdan, daha sonra (2025-ci il tarixli qərara əsasən) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 03 may 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı təyin olunmuş “Hazırkı pensiya məbləği” 873,72 manat, “yenidən hesablanmış pensiya məbləği” 469,96 manat olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 19 fevral 2025-ci il tarixli, 3-17-1/3-3485/2025 nömrəli qərarından görünür ki, İddiaçı təyin olunmuş “Hazırkı pensiya məbləği” 1806,10 manat, “yenidən hesablanmış pensiya məbləği” 1702,39 manat olaraq göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı etdiyi hərəkətlərin və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının araşdırılması zəruridir. Belə ki, cavabdeh inzibati orqan əvvəllər iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı yalnışlığa yol verildiyini hesab edərək pensiya məbləğinin azaldılması barədə qərar qəbul etmişdir. Eləcə də iş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması ilə bağlı məhkəmə qərarı da mövcuddur. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-560/2018 nömrəli, 20 fevral 2018-ci il tarixli qərarından görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən 1981-ci il tarixədək Azərbaycan Respublikası Neft və Kimya İnstitutunda təhsil aldığı dövrü nəzərə almaqla pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçıya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır. Cavabdeh inzibati orqan isə əvvəlcə məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası barədə qərarın icrasını dayandıraraq yeni qərar əsasında iddiaçıya 52 yaşdan əmək pensiyası təyin etmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus pensiya işinə dair sənədlərdən görünür ki, iddiaçı 01 noyabr 2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən pensiya kapitalının hesablanması üçün sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra inzibati orqan tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, 3-17-1/3-3-20370/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçıya ödənilən 1319,40 manat məbləğində əmək pensiyası artırılaraq 1806,10 manat məbləğində hesablama aparılmışdır. Daha sonra iddiaçı yenidən 11 dekabr 2024-cü il tarixdə inzibati orqana ərizə ilə müraciət edərək pensiyanın yenidən hesablanma qaydasının ona rəsmi qaydada bildirilməsini xahiş etmişdir. İnzibati orqanın 28 dekabr 2024-cü il tarixli məktubu ilə isə iddiaçıya əmək pensiyasının 50 yaşdan deyil, 57 yaşdan təyin edilməli olduğu bildirilmişdir. Beləliklə də cavabdeh tərəfindən qəbul edilmiş 19 fevral 2025-ci il tarixli, 3-17-1/3-3-3485/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçıya ödənilən 1806,10 manat məbləğində əmək pensiyası azaldılaraq 1702,39 manat məbləğində hesablama aparılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan bir neçə dəfə əvvəllər qəbul etdiyi qərarın yalnış hesablama nəticəsində qəbul olunduğuna istinad etməklə yeni qərar qəbul etmiş, beləliklə də öz fəaliyyətində “İnzibati icraat haqqında” Qanunun 13-cü və 14-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14-cü maddənin tələbinə əsasən isə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Eləcə də iş materiallarından görünür ki, iddiaçı 50 yaşdan ona pensiya təyin edilməsi ilə bağlı iddiası üzrə aparılmış inzibati iş üzrə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qərarın icra edilərək 19531,66 manat, eləcə də borcludan tələbkarın xeyrinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək 7 ay müddətində ödənilməli pensiya məbləğinin cəmi 5488 manat məbləğində tutulması, xx.xx.2021-ci il tarixdən başlayaraq isə təyin olunmuş pensiyanın ödənilməyən hissəsinin 404 manat fərqin hər ay pensiya üzərinə əlavə edilərək bərpa edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadından görünür ki, ərizə qismən təmin edilməklə İddiaçı əmək pensiyasının məhkəmə qərarlarına əsasən yenidən hesablanması nəticəsində yaranmış fərqin ödənilməyən hissəsi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixdən ödənilməsinə başlayan əmək pensiyasından tutulan pul vəsaitinin iddiaçıya ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təmin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-552/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(85)-2689/2017 nömrəli qərardadı ləğv edilmiş, ərizə rədd edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(102)-794/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 552/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki: “...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən pensiya hüququnun təsbiti ilə bağlı əsaslı şübhələrin yaranması səbəbi ilə inzibati icraat təzələnmiş, ərizəçinin əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Ərizəçi xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə təqdim edərək, 50 yaşından ona ödənilən pensiyanın dayandırılmasını, fərqin aylara bölünərək 10 faiz tutulmaqla 52 yaşından pensiya ödənişinin bərpa olunmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyası 52 yaşdan yenidən hesablanmaqla, pensiyanın məbləği əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablanaraq, 2021-ci ilin may ayından etibarən bərpa edilmiş və hər ay pensiyadan 93,99 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan ərizəçinin razılığını əsas götürərək ona məhkəmə qərarına əsasən, 50 yaşdan təyin edilmiş əmək pensiyasını 52 yaşdan yenidən hesablamaqla, pensiyanın məbləğini əmək haqqı əsasında deyil, sosial sığorta stajına əsasən hesablayaraq, 2021-ci ilin may ayından etibarən pensiya ödənişini bərpa etmiş və hər ay pensiyadan 93,99 manat məbləğində artıq ödənilmiş məbləğin tutulmasına başlamışdır. Qeyd olunan proseslər cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akta - “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən aparılmış və nəticədə iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 469,96 manat həddində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul edildiyindən və pensiyaçının razılığı ilə artıq ödənilmiş pensiya məbləğinin hər ay əmək haqqından tutulması həyata keçirildiyindən, hazırkı ərizəyə məhkəmə qərarının icrası qaydasında deyil, müstəqil iddia qaldırılmaqla baxıla bilər...” Bundan sonra iddiaçı hüquqi marağına uyğun olaraq hüquq müdafiə vasitəsi qismində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yuxarıda qeyd olunan hallara əsasən iddia əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı ilk növbədə xx.xx.2008-ci il tarixində yalnışlığa yol verilməsinə istinad olunmuşdur. Lakin inzibati orqan həmin hesablamanın yalnış olmasına dair hər hansı sübut təqdim etməməklə müvafiq olaraq 17 il keçdikdən sonra sözügedən qərarı ləğv etməsini əsaslandıra bilməmişdir. Beləliklə də, iddiaçının əmək pensiyası təyin edilərkən və yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən hər hansı yalnışlığa yol verilməmiş, eləcə də inzibati orqan tərəfindən də bununla bağlı sübut təqdim edilməmişdir. Kollegiya qeyd olunanlara əlavə olaraq qeyd edir ki, hətta cavabdeh inzibati orqanın dəlili əsaslı hesab olunsaydı belə, orqan tərəfindən inzibati icraat aparılarkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlə bağlı tələblərə riayət olunmamışdır. Belə ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur. Şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan sözügedən qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətində hansı hallara görə əvvəllər qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz həmin qərarları qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyası yenidən hesablanarkən yalnışlığa yol vermişdir. Cavabdeh qeyd olunan halları (yanlış hesablanmanı) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2025-cü il tarixli, 2-1(118)-4887/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1273/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1273/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver