Məhkəmə qərarları › İş №2-1(105)-1276/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1276/2025

01.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1276/2025 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2023-cü il üzrə iddiaçı X1 barəsində 19.465,35 manat gəlir vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas iddiaçının bank hesabı məlumatlarının araşdırılması zamanı 2023cü il ərzində vergi ödəyicilərindən 146311,87 manat (ƏDV nəzərə alınmadan), posterminal əməliyyatları üzrə 149408,48 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 139431,85 manat ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 435152,20 manat (ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 337825,46 manat dövriyyə əks etdirilməsi, nəticədə 2023-cü il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 97326,74 manat kənarlaşma yarandığının müəyyən edilməsidir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2024-cü ilin mart üzrə iddiaçı barəsində 29.007,82 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas iddiaçının ##.##.2022-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində vergi ödəyicilərindən bank hesabına 243298,58 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə 264996,53 manat (ƏDV-siz), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 324786,02 manat (ƏDV-siz) vəsait (ümumilikdə 833081,13 manat (ƏDV-siz) daxil olmasına baxmayaraq müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 301.1-ci sətrinin daxil olmuşdur sütunun cəminin 680040,44 manat olması nəticəsində və 2024-cü ilin mart ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan sətrdə 500 manat dəyərində debitor borc qalığının olduğunu nəzərə alaraq 152540,69 manat fərq yarandığının müəyyən edilməsidir. Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, 3- 21- *-**/*-****/**** saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsində kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin habelə cari vergi ödəmələrinin hesablaması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında агаyışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirə bilməz. Cavabdeh ##.##.2024- cü il tarixdə iddiaçı tərəfə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub ünvanlamışdır. Həmin məktubda göstərilir ki, Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bank hesabı məlumatlarının araşdırılması zamanı 2022-ci il ərzində vergiödəyicilərindən 70143,30 manat (ƏDV nəzərə alınmadan), posterminal əməliyyatları üzrə 95266,40 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 151832,40 manat (ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 317242,16 manat ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 240222 manat, ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sətrində 268155,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 77020,16 manat. ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 49086,94 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Bank hesabı məlumatlarının araşdırılması zamanı 2023-cü il ərzində vergi ödəyicilərindən 146311,87 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 149408,48 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 139431,85 manat ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 435152,20 manat (ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 337825,46 manat ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sətrində 337746,94 manat dövriyyə əks etdirilmiş, nəticədə 2023-cü il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 97326,74 manat ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 97405,26 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Ваnk hesabı məlumatlarının araşdırılması zamanı 2024-cü ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərindən 29492,89 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 20321,61 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyatları üzrə nağd qaydada 33521,77 manat (ƏDV nəzərə alnımadan) vəsait daxil olduğu (ümumilikdə 83336,27 manat ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV nəzərə alnımadan) sətrində 74138,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2024-cü ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 9198,05 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etmək tələb olunmuşdur. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmaqla 2022-ci və 2023-cii illər üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri; 2022, 2023 və 2024-cü illərin müvafiq ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri, zəruri hesab edilən sənədlər daxil olmaqla ətraflı izahat məktubu. Vergi qanunvericiliyi və inzibatçılığı sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Yergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) yaxınlıqdakı * saylı Ərazi Vergdər Idarəsinin Şamaxı rayonu üzrə Xidmət Mərkəzinə (Şamaxı şəhəri Bakı-Qazax yolunun 118-ci km Qobustan rayonu üzrə Xidmət Mərkəzinə (Qobustan şəhəri Heydər Əliyev prospekti-11, Ağsu rayonu üzrə Xidmət Mərkəzinə (Ağsu şəhəri M Ə Rəsulzadə küçəsi) və ya bütün vergi ödəyicisinə xidmət mərkəzlərinə müraciət edə bilər. * saylı Ərazi Vergi Idarəsinin ##.##.2024-cü il tarixdə iddiaçı tərəfə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatlara) tələb edilməsi haqqında məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddət keçdikdən sonra qanunsuz olaraq cavabdeh kameral yoxlama keçirmiş və vergilərin sosial sığorta və işsizlik sığortası haqlaranın hesablanması barədə ##.##.2024-cü il *-**-*-**/*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlar qəbul etmişdir. Eləcə də iddiaçı tərəf 2022-2023-cü illərdə pos-terminal əməliyyatları üzrə, onlayn kassa əməliyyatları üzrə vaxtaşırı hesabatlar vermişdir. Lakin, həmin hesabatlar verildikdən sonra cavabdeh tərəfindən hər hansı bir kənarlaşmaların olması müəyyən edilməmişdir. Əgər müəyyən olunardısa, iddiaçı barəsində cavabdeh tədbir görməlı idi. Qanunda keçirilən kameral yoxlamalar zamanı 2022-2023-cü ilə görə cavabdeh tərəfindən göstərilənharadan əldə edilməsi düzgün olaraq müəyyən edilmədiyindən, hesablamalarda göstərilən kənarlaşmalar düzgün ola bilməz. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının qərarında kamerla yoxlamaların aparılması göstərilsə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin səyyar yoxlama keçirilməsinə əsaslandırılmışdır. Mübahisə olunan qərarlar qanunsuz keçirilmiş kameral yoxlamaların nəticəsidir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.3, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının dəlilərinin əsassızlığını sübut etməkdən ötrü vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasına nəzər yetirmək zəruridir. Cavabdeh vergi orqanı tərəfindən apanlmış kameral vergi yoxlaması zamanı müəyyən edilmiş hallar: Azərbaycan Respublikası Vergilər Nazirliyinin ##.##.2016-cı il tarixli, **************** nömrəli qərarı ilə təsdiq edilmiş "Kameral vergi yoxlamalarının aparılmasına dair" Qaydalar: (Hüquqi aktların dövlət reyestrində qeydə alınmışdır):1.5. Vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesabatları və cari vergi ödəmələrinin hesablanması haqqında arayışları üzrə kameral vergi yoxlamaları bu Qaydalarla müəyyən olunan prosedurlara uyğun olaraq 2 istiqamətdə həyata keçirilir. 1.5.1. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müvafiq risk meyarlarına uyğun olaraq X10 Sistemi (bundan sonra - AVIS) vasitəsilə elektron qaydada aparılan yoxlamalar;Bu Qaydalarla müəyyən edilən müxtəlif risk meyarları nəzərə alınmaqla fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş melumatlar əsasında AVIS-dən kənar qaydada aparılan yoxlamalar. vergi ödəyicisi X2 (VÖEN: **********) 2023-cü ilin Gəlir vergisi bəyannaməsi üzrə 19465,35 manat və 2024-cü ilin Mart ayı üzrə Əlavə dəyər vergisi bəyannaməsi üzrə 27457,32 manat kameral vergi yoxlaması keçirilməklə əlavə vergi məbləğləri hesablanmışdır. Gəlir vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması:Vergi ödəyicisi X2 (VÖEN: **********} tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü ilin Gəlir vergisi bəyannaməsi (bundan sonra - Bəyannamə) üzrə Bəyannamənin 1225-ci sətrində dövr üzrə ümumi gəlirinin 337825,46 manat olması, o cümlədən Bəyannamənin 1200-cü sətrində həmin dövriyənin "Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir”-ə aid edildiyini, Bəyannamənin 1240cı sətrində dövr üzrə ümumi xərclərinin 297357,92 manat olduğunu, o cümlədən Bəyannamənin 1226-cı sətrində bu xərclərin 296378,32 manatının malların təqdim edilməsi, ış görülməsi xidmət göstərilməsi üzrə xərclərə, 979,6 manatının digər xərclərə (Bəyannamənin 1234-cü, 1236-cı və 1237-ci sətrləri) aid odildiyi. 2023-cü il üzrə “Vergiyə cəlb olunan gəlirlərin (Bəyannamənin 1241-ci sətri) 40467,54 manat. “Ödənilməli gəlir vergisl'nin 8093,51 (Bəyannamənin 1240-cı sətri) manat olmasını bəyan etmişdir. Inzibati icraat haqqında Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar vo ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. "Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalar: Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən təqdim olunan bəyannamə, hesabat və arayış AVIS-in məlumat bazasına daxil edildikdən sonra vergi orqanı tərəfindən kameral vergi yoxlaması elektron və AVIS-dən kənar qaydada həyata keçirilir. Elektron qaydada kameral vergi yoxlaması vergi orqanı tərəfindən riyazi və məntiqi əsaslarla müəyyən edilən müxtəlif risk meyarları üzrə aşağıdakı qaydada uyğunsuzluq yoxlamasından keçirilməklə aparılır. Bəyannamə, hesabat və arayışdakı uyğunsuzluqlar sistem tərəfindən avtomatik olaraq yoxlanılır və hər bir bəyannamə, hesabat və ya arayış formasının özünə aid olan uyğunsuzluqlar aşkar edilərək qeyd edilmiş bəyannamə, hesabat və ya arayış ilə əlaqələndirilir. Daxil olmuş bəyannamə, hesabat və arayışların siyahısından uyğunsuzluq yoxlamasından keçirilməyən bəyannamə, hesabat və ya arayışlar seçilərək fərdi qaydada uyğunsuzluqdan keçirilir. Vergi orqanına təqdim olunan 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə X10 Sistemi (bundan sonra - AVIS) vasitəsilə elektron qaydada kameral vergi yoxlaması keçirilməklə əlavə vergi məbləğləri hesablanmışdır Belə ki, yoxlama zamanı vergi ödəyicisi 2023-cü il ərzində vergi ödəyicilərindən bank vasitəsi ilə 146311,87 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə nağdsız qaydada 149408,48 manat (ƏDV-siz). onlayn kassa əməliyyatlan üzrə nağd qaydada 139431,85 manat (ƏDV-siz) vəsait ümumilikdə 435152,20 manat (146311,87+149408,48 + 139431.85 = 435152,20) daxil olduğu (ümumilikdə 435152,20 manat (ƏDV-siz)), vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 337825,46 manat satış dövriyyəsi göstərilməsi (Bəyannamənin 1225-ci sətri) nəticəsində 2023-cü il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 97326,74 manat (435152,20 - 337825,46 = 97326,74) kənarlaşma yarandığı müəyyən edilmişdir. Bəyannamədə yaranmış elektron uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə kənarlaşmaların əsasları, yaranma səbəblərinin aydın əks olduğu ##.##.2024-cü il tarixli, **************** nömrəli məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşmalarla bağlı müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) təqdim edilmədiyindən yoxlama başa çatdırılaraq müvafiq dövr (2023-cü il üzrə) üçün 19465,35 manat (435152.20 - 337 825,46 = 97326,74* 20% = 19465.35) əlavə gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixdə **************** nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərərofindən 2023-cü ilin Gəlir vergisi bəyannaməsi (sonuncu dəqiqləşdirilmiş) vergi orqanına təqdim edilmiş, kameral vergi yoxlaması ##.##.2024-cü il tarixdə (## ### 2024 qeyri-iş günü olduğundan) başlanmış, ##.##.2024-cü il tarixdə baş çatdırılaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Beləliklə, kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37.2ci maddəsinin tələblərinə uyğun olaraq 30 iş günü ərzində (##.##.2024 -##.##.2024) keçirilmişdir. Vergi ödəyicisi X2 (VÖEN: **********) ##.##.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi orqanına təqdim olunan 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi ooyannaməsi üzrə fərdi qaydada aparılmış təhlillər və əldə edilmiş məlumatlar əsasında AVIS-dən kənar qaydada kameral vergi yoxlaması keçirilməklə əlavə vergi məbləğləri hesablanmışdır. Vergi ödəyicisi X2 (VÖEN: **********) tərəfindən vergi orqanına təqdim edilmiş 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində, (bundan sonra - Bəyannamə) bəyannamənin 305-ci sətrində dövr üzrə daxil olmuş məbləğin (ƏDV-siz) 28261 manat olması, Bəyannamənin 307-ci sətrində hesabat dövrünün sonuna debitor borc məbləğinin 500 manat olmasını, habelə Bəyannamənin 326cı sətrində 1550,42 manat ƏDV məbləği bəyan etmişdir. Vergi orqanının uçot-baza məlumatlarının araşdırılması zamanı vergi ödəyicilərindən bank hesabına 243298,58 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə 264996,53 manat (ƏDV-siz), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 324786,02 manat (ƏDV-siz) vəsait (ümumilikdə 833081,13 manat (ƏDV-siz) daxil olmasına baxmayaraq müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 301.1-ci sətrinin daxil olmuşdur sütunun cəminin 680040,44 manat olması nəticəsində və 2024-cü ilin mart ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan sətrdə 500 manat dəyərində debitor borc qalığının olduğunu nəzərə alaraq 152540,69manat fərq yarandığı müəyyən edilmişdir. Belə ki, bank hesabı məlumatlarının araşdırılması zamanı 2022-ci il ərzində vergi ödəyicilərindən 70143,30 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə 95266,46 manat (ƏDV- siz). onlayn kassa əməliyyatları üzrə nağd qaydada 151832,40 manat (ƏDV-siz)) vəsait daxil olduğu (ümumilikdə 317242,16 manat (ƏDV-siz). Lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 240222 manat, ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV-siz) sətrində 268155,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 77020,16 manat, ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 49086,94 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Bank hesabı məlumatlarının araşdırılması zamanı 2023-cü il ərzində vergi ödəyicilərindən 146311,87 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə 149408,48 manat (ƏDV-siz), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 139431,85 manat (ƏDV-siz) vəsait daxil olduğu (ümumilikdə 435152,20 manat (ƏDV-siz), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 337825,46 manat, ƏDV bəyannamələrində daxil oımuş məbləğ (ƏDVsiz) sətrində 337746,94 manat dövriyyə əks etdirilmiş, nəticədə 2023-cü il üzrə vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində əks etdirilən dövriyyə arasında 97326,74 manat, ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 97405,26 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Bank hesabı məlumatlarının araşdırılması zamanı 2024-cü ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərindən 29492,89 manat (ƏDV-siz), pos-terminal əməliyyatları üzrə 20321,61 manat (ƏDV-siz), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 33521,77 manat (ƏDVsiz) vəsait daxil olduğu (ümumilikdə 83336.27 manat (ƏDV-siz), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV-siz) sətrində 74138,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2024-cü ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 9198.05 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti"nin yoxlanması məqsədilə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aşkar edilmiş nöqsanlar ##.##.2022-ci il tarixli DVX seriyalı, ****** nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2022-ci il tarixli, ************** nömrəli qərar qəbul edilərək 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin yoxlanması məqsədilə ##.##.2024-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aşkar edilmiş nöqsanlar ##.##.2024-cü il tarixli DVX seriyalı, ****** nömrəli aktla rəsmiləşdirilmiş və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulməsına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar qəbul edilərək 1000 manat məbləğində maliyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan faktlar bir daha onu deməyə əsas verir ki, vergi ödəyicisi tərəfindən mütəmadi olaraq uçot qaydalarına riayət edilmir. Beləliklə 2023-cü ildə fərdi sahibkarın uçot-baza və bank hesabı məlumatlarının araşdırılmasına əsasən bank hesablarına vergi ödəyicilərindən 146311,87 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 149408,48 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 139431,85 manat (ƏDV nəzərə alınmadan) vəsait daxil olduğunu (ümumilikdə 435152,20 manat (ƏDV nəzərə alınmadan), həmçinin fərdi sahibkarın əlavə dəyər vergisi bəyannamələri üzrə bank hesabı məlumatlarının araşdırılması zamanı ##.##.2022-ci ildən ## ##.2024-cü il tarixədək elektron qaimə-faktura əsasında 243298,58 manat (ƏDV nəzərə alınmadan) dəyərində malların təqdim edildiyini, bank hesabına pos-terminal əməliyyatları üzrə 264996,53 manat (ƏDV nəzərə alınmadan) dəyərində pul vəsaitinin daxil olduğunu onlayn kassa əməliyyatları üzrə nağd qaydada 324786,02 manat (ƏDVnəzərə alınmadan) ümumilikdə 833081,13 manat (ƏDV nəzərə alınmadan) dəyərində satış dövriyyəsinin olduğunu, bununla yanaşı 500 manat dəyərində debitor qalığının olduğu aparılmış kameral vergi yoxlamaları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən vergi ödəyicisinə ##.##.2024-cü il tarixli, **************** nömrəli tələbnamə təqdim edilərək kameral vergi yoxlamasının başa çatdırılması üçün tələbnamədə qeyd olunan sənədlərin yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi ##.##.2024-cü il tarixdə iddiaçı tərəfə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub ünvanlamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərara əsasən (bəyannamə və hesabat növü: ƏDV, bəyannamə və hesabat dövrü: mart 2024) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 1550,49, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 60,01 qeyd edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərara əsasən (bəyannamə və hesabat növü: ƏDV, bəyannamə və hesabat dövrü: mart 2024) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 1823,83, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 273,34 qeyd edilmişdir. . Həmin qərarla ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ləğv edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərara əsasən (bəyannamə və hesabat növü: ƏDV, bəyannamə və hesabat dövrü: mart 2024) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 29574,74 əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 0,07 qeyd edilmişdir. Həmin qərarla ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ləğv edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərara əsasən (bəyannamə və hesabat növü: ƏDV, bəyannamə və hesabat dövrü: mart 2024) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 29574,67 əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 28024,25 qeyd edilmişdir. Qərarda qeyd edilmişdir ki, bank hesabı məlumatlarının araşdırılması zamanı 2022-ci il ərzində vergi ödəyicilərindən 70 143,30 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 95266,46 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 151832,40 manat (ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 317242,16 manat (ƏDV nəzərə alınmadan), 2023-cü il ərzində vergiödəyicilərindən 146311,87 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 149408,48 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 139431,85 manat (ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 435 152,20 manat (ƏDV nəzərə alınmadan), 2024-cü ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərindən 29 492,89 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 20321,61 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyyatları üzrə nağd qaydada 33521,77 manat (ƏDV nəzərə alınmadan) vəsait daxil olduğu (ümumilikdə 83336,27 manat (ƏDV nəzərə alınmadan) daxil olması nəticəsində vergi orqanına təqdim etdiyiniz ƏDV bəyannamələrinə əsasən 155 690,25 manat dövriyyədə kənarlaşma yaranmışdır. Odur ki yayındırılmış vergi məbləği (317 242,16-268 155,22)+(435 152,20-337 746,94)+(83 336,27-74 138,22)*18%=28 024,24. Həmin qərarla ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ləğv edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərara əsasən (bəyannamə və hesabat növü: gəlir vergisi, bəyannamə və hesabat dövrü: 2023-cü il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 27558,86 əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 19465,35 qeyd edilmişdir. Qərarda qeyd edilmişdir ki, bаnk hesabı məlumatlarının araşdırılması zamanı 2024-cü ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərindən 29492,89 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 20321,61 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyatları üzrə nağd qaydada 33521,77 manat (ƏDV nəzərə alnımadan) vəsait daxil olduğu (ümumilikdə 83336,27 manat ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV nəzərə alnımadan) sətrində 74138,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2024cü ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 9198,05 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Yayındırılmış vergi məbləği (435152,20- 337825,46)*20%=19481,05. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı qərara əsasən (bəyannamə və hesabat növü: ƏDV, bəyannamə və hesabat dövrü: mart 2024) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 29007,82, verginin azaldılmış məbləği və ya sığorta haqqı məbləği 566,92 qeyd edilmişdir. Həmin qərarla ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının ##.##.2024cü il tarixli, *** nömrəli qərarına əsasən fərdi sahibkar X2 inzibati şikayəti təmin edilməmiş, Cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## #### 2024-cü il tarixli **************** nömrəli, ## ######## 2024-cü il tarixli *-**-*- **/*-****/**** nömrəli və Inzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” ## ######## 2024-cü il tarixli, **************** nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli və ##.##.2024- cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, ƏDV-yə münasibətdə vergi orqanı tərəfindən 2022-2024-cü illər üzrə araşdırma aparılmışdır. Lakin hesablama 2024-cü ilin mart ayı üzrə aparılmışdır. Yəni 2024-cü ilin mart ayınadək olan dövr üzrə aparılmış əməliyyatlara görə həyata keçirilmiş kameral vergi yoxlaması ilə əlavə ƏDV hesablanmışdır. Məhkəmə qeyd edir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir Məhkəmə mübahisələndirilən digər qərar olan ##.##.2024-cü il tarixli **************** nömrəli qərar onunla əsaslandırılmışdır ki, bаnk hesabı məlumatlarının araşdırılması zamanı 2024-cü ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərindən 29492,89 manat (ƏDV nəzərə alınmadan), pos-terminal əməliyyatları üzrə 20321,61 manat (ƏDV nəzərə alınmadan), onlayn kassa əməliyatları üzrə nağd qaydada 33521,77 manat (ƏDV nəzərə alnımadan) vəsait daxil olduğu (ümumilikdə 83336,27 manat ƏDV nəzərə alınmadan), lakin vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğ (ƏDV nəzərə alnımadan) sətrində 74138,22 manat dövriyyə əks etdirilmiş, nəticədə 2024-cü ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında 9198,05 manat kənarlaşma yarandığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisi tərəfindən gəlir vergisi üzrə bəyannamə təqdim edildiyi dövrdən 60 iş günü müddətindən sonra kameral vergi yoxlaması keçirilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); ... Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.19. Xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət. ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. ... Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin ##.##.2024cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı cavabdeh vergi orqanının onun barəsində qəbul edilmiş aşağıdakı 2 qərarını mübahisələndirir: 1) ##.##.2024-cü il tarixli **************** nömrəli qərar; 2) ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli qərar. Birinci qərarla iddiaçı barəsində 2023-cü il üzrə 19.465,35 manat gəlir vergisi, ikinci qərarla 2024-cü ilin mart üzrə 29.007,82 manat əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi hər iki qərarın qanunsuz və əsassız olduğunu hesab edərək, iddia tələbini bütövlükdə təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq, həmin qərara münasibətdə aşağıdakıları qeyd edir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçı barəsində gəlir vergisinin hesablanmasına əsas 2023-cü il ərzində vergi ödəyicilərindən pos-terminal əməliyyatları və onlayn kassa əməliyyatları üzrə nağd qaydada ümumi daxilolma 435152,20 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən vergi orqanına müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 337825,46 manat qeyd edilməsi, nəticədə 97326,74 manat kənarlaşma yaranmış olmasıdır. Bu hissədə iddiaçı tələbinin yeganə əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək, kameral vergi yoxlamasının gəlir vergisi bəyannaməsi təqdim edildiyi tarixdən 60 iş günü müddətində keçirilməməsidir. Işə baxan məhkəmə isə iddiaçının bu dəlilinin araşdırılması istiqamətində heç bir araşdırma aparmadan həmin dəlili əsaslı sayaraq, VM-nin 37.2-ci maddəsinin pozulması halına istinadən cavabdehin sözügedən qərarının qanunsuz olduğu qənəatinə gəlmişdir. Apellyasiya məhkəməsində araşdırma zamanı isə vergi orqanı tərəfindən mübahisələndirilən ##.##.2024-cü il tarixli **************** nömrəli qərarın VM-nin 37.2-ci maddəsinin tələbinə uyğun olaraq qəbul edildiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında DVX-nin elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı 2023-cü il ərzində ##.##.2024-cü il tarixdə cari gəlir vergisi bəyannaməsi, bundan sonra isə ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim etmişdir. Iddiaçı iddia ərizəsinin dəlillərində tərəfindən gəlir vergisi bəyannaməsinin 2024-cü ilin yanvar ayında təqdim edildiyini bildirsə də, yuxarıda qeyd olunan məlumatdan göründüyü kimi onun tərəfindən sonuncu dəfə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi ##.##.2024-cü il tarixdə verilmiş, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması isə ##.##.2024-cü il tarixdə, yəni VM-nin 37.2-ci maddəsinə uyğun olaraq 60 iş günü müddətində keçirilmişdir. Bundan başqa, iş materiallarında olan (2-ci cild, səhifə 137-183) iddiaçının 2023-cü il üzrə bank məlumatlarından, pos-terminal əməliyyatları və onlayn kassa əməliyyatları üzrə məlumatlardan cavabdehin gəlir vergisi hesablanmasına əsas olmuş dəlillərinin həqiqiliyi müəyyən edilir. Belə ki, həmin məlumatlardan görünür ki, 2023-cü il üzrə iddiaçının bank məlumatları üzrə 146311,87 manat, onlayn kassa əməliyyatları üzrə 139431,85, posterminal əməliyyatları üzrə 149408,5 manat olmaqla, ümumilikdə, dövriyyəsi 435152,20 manat olmuşdur. Iddiaçı tərəfindən isə vergi orqanına 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi dövriyyəsi 337825,46 manat qeyd edilmişdir. Göründüyü kimi iddiaçının ümumi dövriyyəsi (435152,20 manat) ilə tərəfindən bəyan edilən dövriyyə arasında 97326,74 manat kənarlaşma olduğu, bu baxımdan, onun tərəfindən ödənilməli olan gəlir vergisinin (97326,74 x 20%) 19465,34 manat olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş 2023-cü il üzrə 19465,34 manat məbləğində gəlir vergisinin hesablanmasına dair qərar qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən düzgün nəticəyə gəlməmişdir, bu baxımdan, qərar həmin hissədə ləğv edilərək, bu hissədə iddia rədd edilməlidir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli qərarı ilə 2024-cü ilin mart üzrə iddiaçı barəsində 29.007,82 manat ƏDV-nin hesablanmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi həmin qərarla iddiaçı barəsində ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2024-cü ilin mart ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2024-cü ilin mart ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024-cü ilin mart ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2024-cü ilin mart ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərq büdcəyə hesablanmış olsun. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2024-cü ilin mart ayında hər hansı vergitutma obyekti olmadığı halda, vergi orqanı ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2024-cü ilin mart ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının pozuntusudur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli qərarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Bundan başqa, vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi müvafiq hesabat dövrü (Əlavə dəyər vergisinə münasibətdə təqvim ayı) üzrə vergi bəyannaməsi təqdim etməli və vergi orqanı həmin bəyannamə təqdim edildikdən sonra müəyyən edilən müddət ərzində (ƏDV-yə münasibətdə 30 iş günü müddətində) kameral vergi yoxlaması həyata keçirə bilər. Əks təqdirdə, yəni 30 iş günü başa çatdığı halda isə vergi orqanı aşkar edilmiş uyğunsuzluq ilə bağlı vergi ödəyicisinə sadəcə dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərə bilər və həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz (Vergi Məcəlləsinin 37.2 və 37.2-1-ci maddələri). Lakin, hazırki işin hallarından göründüyü kimi, cavabdeh vergi orqanı 2022-2024-cü illərin müvafiq ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ötdüyü halda, həmin dövrlərdə baş vermiş əməliyyatlara görə kameral vergi yoxlamasını 2024cü ilin mart ayına münasibətdə həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərinə zidd olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində ##.##.2024-cü il tarixli, *-**-*-**/*- ****/**** nömrəli əsassız qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin bu hissədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, qeyd olunalara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2- *(***)-****/**** nömrəli qərarı qismən – cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar