Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1278/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2299/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya aid xx.xx.1982-ci il tarixdə açılmış əmək kitabçasına görə o, 2xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək 92 saylı orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Xaçmaz Neft bazasında işləməyə başlamış, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək elektrik çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.2007-ci il tarixədək əmtəə operatoru, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Xaçmaz Neft anbarında maşinist, xx.xx.2012-ci il tarixdən X9 bazsında doldurucu, xx.xx.2022-ci il tarixdən anbardar, xx.xx.2023-cü il tarixədək eyni yerdə nasos qurğularının maşinisti işləyir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli XO-xx-xx-0185-2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 10 nömrəli X8 bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/20 saylı əmr), xx.xx.2016-cı il tarixdən 4-cü dərəcə zərərli terminal operatoru (ştat cədvəli), xx.xx.2020-ci il tarixdən 3-cü dərəcə zərərli neft terminalı bazasının operatoru (əmr 086k, xx.xx.2020), xx.xx.2021-ci il tarixdən 4- cü dərəcə zərərli süzücü-tökücü (doldurucu) (ştat cədvəli) (əmr 0259, xx.xx.2020), xx.xx.2023-cü il tarixdən 4-cü dərəcə zərərli nasos qurğularının maşinisti (əmr 0399, xx.xx.2023) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.05.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdən etibarən İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” Siyahısının 10.5.1-ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş "əmtəə operatoru”nun əmək funksiyası ilə eynilik təşkil etdiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verilə bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə X1 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildə Xaçmaz şəhər orta texniki peşə məktəbini elektrik qaz qaynaqçısı peşəsi üzrə bitirmiş və ona üçüncü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. xx.xx.1982-ci il tarixli əmək kitabçasına görə o, xx.xx.1985-ci il tarixdən Xaçmaz “Neft bazası”nda işləməyə başlamış, xx.xx.2005xx.xx.2006-cı illər ərzində Xaçmaz “Neft bazası”nda əmtəə-operatoru, xx.xx.2006xx.xx.2012-ci illər ərzində nasos qurğularının maşinisti peşəsində işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-A2-C-1xx/xx/2024 saylı imtinası ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərilmişdir ki, "Mərkəzi Filiala etdiyiniz Xaçmaz rayon Dövlət Arxivinin sizə dair 16 yanvar 2024-cü il tarixli 3-48-İBRA/2-Cxx-xx/2024 nömrəli arayışında xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006 - xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə nasos qurğularının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur. Sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə sizin güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bəndinin neftin, qazın, qaz kondenstan emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bölməsinin bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz neft emalında məşğulu olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr (10.5.2) yarımbölməsi nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim etdiyiniz SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli, XO-xx-xx-0185-2023 nömrəli arayışında həmin idarənin X8 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində terminal opetaroru xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində zərərli neft terminalı bazasının operatoru, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixindən bu günədək nasos qurğularının maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahının neftin, qazın, qaz kondensatının emalı, kömür və şistin emalı bölməsində nəzərdə tutulan sahələrlə uyğun deyil, həmçinin işlədiyi vəzifələr həmin bölmənin “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr” yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəblərdən də onun güzəştli iş stajınız yoxdur”. İmtinada isə göstərilmişdir ki, sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Halbuki, arxiv arayışında və əmək kitabçasında sözügedən dövrlər üzrə işləməyi tam təsdiqini tapır. Bundan başqa SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli, X0-xx-xx-0185- 2023 nömrəli arayışında həmin idarənin X8 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016-01.01,2020-ci il tarixləri arasındakı dövr ərzində terminal opetaroru xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində zərərli neft terminalı bazasının operatoru, xx.xx.2021-1 1.04.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixindən bugünədək nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunub. Həmin arayışda göstərilir ki, İddiaçı xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 10 nömrəli X8 Bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/20 saylı əmr), xx.xx.2016-cı il tarixdən 4-cü dərəcə zərərli terminal opetaroru (ştat cədvəli), xx.xx.2020- ci il tarixdən 3-cü dərəcə zərərli neft terminalı bazasının opetaroru (əmr 086 k, xx.xx.2020), xx.xx.2021-ci il tarixdən 4- cü dərəcə zərərli sürücü-tökücü (doldurucu) (ştat cədvəli) (əmr 0259, xx.xx.2020), xx.xx.2023-cü il tarixdən 4-cü dərəcə zərərli nasos qurğularının maşinisti (əmr 0399, xx.xx.2023) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Bütövlükdə güzəştli şərtlərə görə pensiya təyini üçün lazım olan staj qeyd olunan sənədlərlə təsdiqini tapdığından ona pensiya təyin edilməlidir. İddiaçı uzun müddət əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə dövlət tərəfindən güzəştli şərtlərlə pensiya verilməsinə ümidli olmuşdur. Məhz güzəştli şərtlərlə pensiya təyin olunacağı ümidi ilə işləməkdə davam etmişdir, iş yerini dəyişməmişdir. Dövlətə müvafiq məcburi sığorta haqqları ödəmişdir. Yenə də ümid edir ki, dövlətin adından qərar çıxaran məhkəmə ümidlərini heçə endirməyəcəkdir. Qanuna görə ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Xaçmaz “Neft Bazası”nda təxminən eyni illərdə işləmiş X2 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-931/2018 saylı qərarı ilə müvafiq pensiya təyin olunmuşdur və artıq neçə ildir ki, pensiya alır. Qeyd olunan qərarda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.05.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verməsinə istinad edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-C62954/2024 nömrəli məktubuna əsasən iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Hazırki inzibati iş üzrə iddiaçının ümumi sosial sığorta stajı mübahisələndirilmir. Lakin iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçının güzəştli iş stajı yoxdur və ümumilikdə, iddiaçının mübahisələndirilən güzəştli iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında nasos qurğularının maşinisti, X8 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində terminal operatoru, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə süzücü-tökücü, xx.xx.2023-cü il tarixdən bu günədək nasos qurğularının maşinisti vəzifəsində işlədiyi dövr. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli 3-48-İBRA/2-Cxx-xx/2024 nömrəli arayışında iddiaçının xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində isə nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli XO-xx-xx-0185-2023 nömrəli arayışında iddiaçının X8 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində terminal operatoru. xx.xx.2021-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixdən bu günədək nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bəndinin neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bölməsinin bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr (10.5.2) yarımbölməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının neftin, qazın, qaz kondensatının emalı, kömür va şistin emalı bölməsində nəzərdə tutulan sahələrə uyğun deyil, həmçinin iddiaçının işlədiyi vəzifələr həmin bölmənin “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2299/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə ərizəsinə əsasən Cəmiyyətin Xaçmaz Neft baza sahəsində (NBS) zərərli doldurucu peşəsinə işə qəbul edildiyi, (əsas ƏMR 084/21); xx.xx.2016-cı il tarixdən terminal operatoru xx.xx.2021ci il tarixdən FƏ-0259 nömrəli əmrə əsasən Süzücü-tökücü (doldurucu) peşəsində çalışdığı qeyd edilmişdir. Eyni zamanda xx.xx.2016-cı il tarixdən terminal operatoru adlandırılmış fəhlə peşəsində, xx.xx.2021-ci il tarixdən isə işlədiyi peşə yenidən Fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas Sorğu kitabçasına uyğun olaraq süzücü-tökücü (doldurucu) adlandırılmış fəhlə peşəsində işləmişdir. İşlədiyi peşənin adlandırılmasının fərqli yazılışına baxmayaraq işçi işlədiyi bütün dövrdə eyni əmək funksiyasını yerinə yetirmişdir. Belə ki, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyası Neft baza sahəsinə neft məhsulları daxil olarkən dəmir yol sisternasının aşağı lyukuna USN150 neft məhsulları boşaltma qurğusunu qoşmaq, vaqonun üst qapağını açaraq xüsusi mexanizm vasitəsi ilə aşağı lyukun qapağını açıb neft məhsullarının boru vasitəsi ilə çənlərə doldurulmasını təmin etmək, boşalmış vaqonlardan USN-İ ayıraraq vaqonun qapağını bağlamaq, bundan sonra neft məhsulların satışı həyata keçirilərkən çənlərin üzərindəki siyirtmələri açmaq, ASN qurğusunun altı daxil olan nəqliyyat vasitələrinin çənlərinin üzərinə çıxıb üst qapağı açaraq ASN qurğusunun qolunu çənə daxil edib onun dolma prosesinə nəzarət etmək, nəqliyyat vasitələrinin çənləri doldurulduqdan sonra isə qapağını kip bağlamaq, dövri olaraq tərtib edilmiş qrafik üzrə NBS-nin ərazisində yanacağın qəbul edildiyi çənlərin içərisinin təmizlənməsi işini icra etməkdən ibarətdir. Bu kateqoriyadan olan işçilərin əmək haqqısına əlavə olaraq zərərli işi yerinə yetirdiyinə görə 4% ödənilir. NBS-nin ərazisi zərərli əmək şəraitinin olması mübahisəsiz haldır, həmçinin işçinin əmək haqqısına 4% zərərli şəraitdə işlədiyinə görə əmək haqqı hesablanmış əmək məzuniyyətinə isə 6 təqvim günü əlavə məzuniyyət hesablanmışdır. Göründüyü kimi xx.xx.2012-ci il tarixdən etibarən İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” siyahısının 10.5.1-ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş "əmtəə operatoru”nun əmək funksiyası ilə eynilik təşkil etdiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verilə bilər. Həmçinin "xxxx" QSC tərəfindən “Neft terminalı bazasının İşlər bölməsinin doldurucusunun” və “Neft terminalı bzasının İşlər bölməsinin nasosxana qurğu maşinistinin” vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş vəzifə təlimatlarından müəyyən olunur ki, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə uyğun olmaqla, çalışdığı vəzifələr “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində “fəhlə” kateqoriyası ilə tam əhatə olunur. Həmçinin, "xxxx" QSC-nin əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu, iddiaçının şəxsi vərəqəsi və məzuniyyət cədvəlindən görünür ki, iddiaçının daxil olduğu kateqoriyadan olan işçilərin əmək haqqına əlavə olaraq zərərli işi yerinə yetirdiyinə görə 4% əlavə ödənilməklə, əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət hesablanır. İddiaçının Xaçmaz neft bazasında işlədiyi xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər üzrə iş yerinin arayışının təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli arxiv arayışı ilə iddiaçının qeyd edilən dövləri əhatə edən əmrlərə dair arxiv çıxarışı təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd edilən vəzifələrdə çalışması mübahisələndirilməmiş, iş yerindən güzəştli arayış təqdim edilmədiyindən həmin dövrlərin nəzərə alınmadığı bildirilmişdir. Qeyd ediən əmrlərdən çıxarışlardan görünür ki, iddiaçı 5-ci və 6-cı zərərli dərəcəli əmtəə operatoru vəzifələrində çalışmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa və ya arayışın alınması mümkün olmursa oxşar sahədə fəaliyyət göstərən müəssisə lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Hazırki halda isə qeyd edilən dövrlərdə iddiaçının çalışdığı vəzifələr "xxxx" QSC tərəfindən güzəştli iş stajı barədə arayışda qeyd edilən vəzifələrlə eynilik təşkil etdiyindən iddiaçının güzəştli iş stajına hesablanmalıdır. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya dair etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırki inzibati iş üzrə iddiaçının ümumi sosial sığorta stajı mübahisələndirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Məhz bu mövzuya münasibətdə qeyd edilmişdir ki, məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Lakin Sumqayıt İnzibati Məhkəməsi həmin vəzifə ilə bağlı vəzifə təlimatlarını habelə bu vəzifədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əmək haqqı və s.) barədə məlumatları əldə etmədən, sadəcə oxşar müəssisənin məlumat xarakterli lakonik məktubu ilə iddia tələbini təmin etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar – iddiaçının güzəştli iş stajı barədə araşdırma aparılmasını təmin etməmiş, habelə iddiaçının işlədiyi sahə ilə siyahıda qeyd olunmuş sahələrin uyğunluğu məsələsini qərarda kifayət qədər əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Qeyd edilməlidir ki, imtina əsası kimi cavabdeh inzibati orqan yalnız güzəştli iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etmişdir. Belə ki, cavabdeh iddiaçının müəyyən dövrlər üzrə güzəştli işlərdə işləməsi barədə arayışın təqdim edilməməsi, bəzi dövrlər üzrə isə təqdim edilmiş arayışda göstərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olmadığını qeyd etmişdir. Bu baxımdan indiki halda işin mübahisəli halı qimsində iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmaması ilə bağlı olan haldır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli XO-xx-xx-0185-2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 10 nömrəli X8 Bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/20 saylı əmr), xx.xx.2016-cı il tarixdən 4-cü dərəcə zərərli terminal operatoru (ştat cədvəli), xx.xx.2020-ci il tarixdən 3-cü dərəcə zərərli neft terminalı bazasının operatoru (əmr 086k, xx.xx.2020), xx.xx.2021-ci il tarixdən 4-cü dərəcə zərərli süzücü-tökücü (doldurucu) (ştat cədvəli) (əmr 0259, xx.xx.2020), xx.xx.2023-cü il tarixdən 4-cü dərəcə zərərli nasos qurğularının maşinisti (əmr 0399, 11.04 2023) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdən etibarən İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” siyahısının 10.5.1-ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş "əmtəə operatoru”nun əmək funksiyası ilə eynilik təşkil etdiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verilə bilər. Həmçinin "xxxx" QSC tərəfindən “Neft terminalı bazasının İşlər bölməsinin doldurucusunun” və “Neft terminalı bazasının İşlər bölməsinin nasosxana qurğu maşinistinin” vəzifə təlimatları birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Təqdim edilmiş vəzifə təlimatlarından müəyyən olunur ki, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə uyğun olmaqla, çalışdığı vəzifələr “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində “fəhlə” kateqoriyası ilə tam əhatə olunur. Həmçinin "xxxx" QSC-nin əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu, iddiaçının şəxsi vərəqəsi və məzuniyyət cədvəlindən görünür ki, iddiaçının daxil olduğu kateqoriyadan olan işçilərin əmək haqqına əlavə olaraq zərərli işi yerinə yetirdiyinə görə 4% əlavə ödənilməklə, əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İddiaçının Xaçmaz neft bazasında işlədiyi xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər üzrə iş yerinin arayışının təqdim edilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli arxiv arayışı ilə iddiaçının qeyd edilən dövrləri əhatə edən əmrlərə dair arxiv çıxarışı təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd edilən vəzifələrdə çalışması mübahisələndirilməmiş, iş yerindən güzəştli arayış təqdim edilmədiyindən həmin dövrlərin nəzərə alınmadığı bildirilmişdir. Qeyd ediən əmrlərdən çıxarışlardan görünür ki, iddiaçı 5-ci və 6-cı zərərli dərəcəli əmtəə operatoru vəzifələrində çalışmışdır. Ayrıca qeyd olunmalıdır ki, iddiaçı faktiki olaraq həmin dövrlərdə də eyni müəssisədə əmtəə operatoru və nasos qurğularının maşinisti peşələrində, sonradan verilən güzəştli arayışda həmin peşələrin də xx.xx.2007-ci il tarixli Qərarla təsdiq edilmiş siyahının 10.5.1ci bəndində nəzərdə tutulmuş arayışlara uyğun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin 10.5.1-ci maddəsinə görə istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a)fəhlələr : bütün adda aparatçılar, bunkerçilər, qaz qeneratorçuları, dezaktivləşdiricilər, koksboşaldanlar, qazanların təmiri ilə məşğul olan qazançılar, yanacağın mühərrik sınağı üzrə maşinistlər, zərərli maddələrlə zəhərlənən xüsusi geyimlərin təmiri və təmizlənməsi üzrə maşinistlər, texnoloji qurğuların operatorları, əmtəə operatorları, nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar. Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər; xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr, qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri, nasosçularskrubberçilər, nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər, texnoloji avadanlıqların təmiri üzrə çilingərlər, təmirçiçilingərlər, süzgəcçilər, süzgəcpresləyənlər, sentrifuqaçılar və elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa və ya arayışın alınması mümkün olmursa oxşar sahədə fəaliyyət göstərən müəssisə lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Hazırki halda isə qeyd edilən dövrldə iddiaçının çalışdığı vəzifələr Socar Petroleum QSC tərəfindən güzəştli iş stajı barədə arayışda qeyd edilən vəzifələrlə eynilik təşkil etdiyindən iddiaçının güzəştli iş stajına hesablanmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır və Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Beləliklə iddiaçının 60 yaşı tamam olduğu vaxtda (xx.xx.2023-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli 2-1(118)-2299/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.