Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1279/2025 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X13 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, Iddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil Oruc oğlunun, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçı ##.##.1996-cı il təvəllüdlüdür, Iran Islam Respublikasında anadan olmuşdur. 2008-ci ilin may ayında anası və qardaşı ilə birlikdə Azərbaycan Respublikası Astara arayonuna köçüb gəlmişdir. Həmin ilin oktyabr ayında anası X6 vəfat etmişdir. ##.##.2010-cu il tarixdə iddiaçı və qardaşı Bakı şəhərində yerləşən 1 № li xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər O.Mirzəyev adına * saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinə yerləşdirilmiş və 2013-cü ildə Lənkıran şəhər * saylı orta məktəbin Vlll sinifini bitirmişdir. Lənkəran şəhər Icra Hakimiyyəti O.Mirzəyev adına X1 Evinin ##.##.2021-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, ##.##.1996-cı il təvəllüdlü İddiaçı ## #### 2010-cu il tarixdə Bakı şəhərində yerləşən 1№ li xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər O.Mirzəyev adına X1 evinə Təhsil Nazirliyinin De-Instutlaşma və uşaqların müdafiəsi idarəsinin əməkdaşları tərəfindən İddiaçı uşaq evinə təhvil verilmişdir (təhvil-təslim aktı var). İddiaçı Iran Islam Respublikasında anadan olmuşdur. 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin toplanmış sənədləri əsasında və Lənkəran şəhər Polis Idarəsinin qeydiyyat şöbəsinin köməkliyi ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmuşdur (Afsanə və qardaşı Əli). İddiaçı anası X6 vəfat etmişdir. X3 haqqında məlumatları yoxdur. İddiaçı VIII-ci sinifi Lənkəran şəhər * nömrəli orta məktəbində bitirmişdir. Uşaq evinin nizamnaməsində 16 yaşa qədər uşaqların yaşamaq imkanı olduğunu uşaq evinin sabiq direktoru əsas götürərək Pedaqoji şuranın qərarı və uşaq evinin daxili əmri ilə ##.##.2013-cü il tarixli ** saylı əmrlə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmış, Afsana Astara rayonunda yaşayan xalası evinə müvəqqəti yerləşmiş, 9-cu sinifi orada davam etmişdir. Ümumi orta təhsil haqqında A №****** saylı şəhadətnamədən görünür ki, İddiaçı 2014-cü ildə C.Babayev adına Astara şəhər * saylı tam orta məktəbdə ümumi orta təhsili bitirmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 №li tam orta internat məktəbinin ## ##### 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, ##.##.1996-cı il təvəllüdlü İddiaçı ##.##.2009-cu il tarixdə (13 yaşında) məktəbin 4-cü sinifinə qəbul olmuş, ##.##.2010-cu il tarixdə həmin məktəbin 5-ci sinifindən azad edilmişdir. Astara rayon Icra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli ** saylı sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində Astara rayonu Suparibağ kəndində qeydiyyatda duran ## ######## 1996-cı il təvəllüdlü X16 adı rayon icra hakimiyyətində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilmişdir. ## ###### 2019-cu il tarixli **/** saylı yaşayış sahəsindən əvəzsiz istifadə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvan 1 ünvanında yerləşən fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Məzun Evi Sosial Müəssisəsinin 95 №li mənzildə yerləşən 1 otaqlı, təmirli, tam əşyalı yaşayış sahəsini X2 əvəzsiz olaraq yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. AZ-İ ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Astara rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən X7 ilə X16 arasında nikah pozulmuşdur. Lənkəran şəhər O.Mirzəyev adına * saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin ## ##### 2025-ci il tarixli ** saylı məktubunda qeyd edilmişdir ki, Iran Islam Respublikasında anadan olmuş, ## ######## 1996-cı il təvəllüdlü İddiaçı ## #### 2010-cu ildə Təhsil Nazirliyinin İ- ****/**-** nömrəli qərarı ilə Lənkəran şəhər O.Mirzəyev adına X1 evinə verilmişdir. İddiaçı müəssisədə yaşadığı müddətdə, 2013-cü ildə Lənkəran şəhər * saylı tam orta məktəbin VIII sinfini bitirmişdir. İddiaçı xalası X12 ərizəsinə əsasən (ərizədə İddiaçı yaşını nəzərə alaraq daimi olaraq aparmaq istədiyi qeyd olunub) Pedaqoji Şuranın ## ######## 2013-cü il tarixli ** saylı əmrinə əsasən uşaq evinin kontingent siyahısından çıxarılaraq xalaya təhvil verilmişdir. İddiaçı 2014-cü ildə təhsilin ümumi orta səviyyəsini, IX sinfi Astara şəhər * saylı tam orta məktəbdə bitirərək məzun olmuşdur. İddiaçı uşaq evinin kontingent siyahısından çıxarılan zaman, yaşayış evi ilə təmin olunması ilə bağlı həmin dövrdə müəssisə tərəfindən Lənkəran şəhər Icra Hakimiyyətinə müraciət olunmamışdır. O.Mirzəyev adına Lənkəran şəhər X1 evi pedaqoji şurasının növbədənkənar ** saylı ##.##.2013-cü il tarixli protokolundan çıxarışa əsasən Lənkəran şəhəri uşaq evinin pedaqoji şurasının ##.##.2013-cü il tarixli ** saylı əmrinə əsasən X9 uşaq evinin yemək və təminat siyahısından çıxarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onun mənzil növbəsinə qeydiyyata alınmasını vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X4 Islam Respublikasının vətəndaşı Məhəmmməd Rezai ilə ailə quraraq orada yaşamışdır. 2008-ci ilin may ayında anası X4 Islam Respublikasından onu və qardaşını götürərək Azərbaycana qayıtmışdır. Astara rayonunda babasına məxsus olan evə müvəqqəti yerləşərək anası ilə birlikdə qısa müddət orada yaşamışdır. 2008-ci ilin oktyabr ayında anası vəfat etmişdir. Anasının vəfatından sonra bir müddət onlara xalası baxsa da, sonradan kimsə onlara sahib çıxmamışdır. Bundan sonra onlar Dövlət Miqrasiya Xidmətnə təhvil verilmişlər. # #### 2010-cu il tarixdə Bakı şəhərində yerləşən * nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X1 evinə Təhsil Nazirliyinin De-Inustutlaşma və uşaqların müdafiəsi idarəsinin əməkdaşları tərəfindən təhvil verilmişlər. Iddiaçı qardaşından 2 yaş böyük olsa da, hər ikisi həmin məktəbin 4-cü sinfinə qəbul edilmişlər. 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin toplanmış sənədləri əsasında və Lənkəran şəhər Polis Şöbəsinin köməkliyi ilə onlara Azərbaycan Respublikasının vətəndaşlığı verilmişdir. 16 yaşına qədər Lənkəran şəhər Osman Mirzəyev adına X1 evində orta təhsil almışdır. Uşaq evinin nizamnaməsində 16 yaşına qədər uşaqların yaşamaq imkanı olduğu üçün Pedoqoji şuranın qərarı və Uşaq evinin ##.##.2013-cü il tarixli ** saylı əmri ilə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmışdır. Bundan sonra Astarada yaşayan xalasının evinə müvəqqəti yerləşdirilmişdir. 2014-cü ildə Astara rayonu C.Babayev adına Astara şəhər * saylı tam orta məktəbdə orta təhsilini davam etdirmək məcburiyyətində qalmışdır. 2016-cı ildə ev növbəsinə qeydiyyata alınmaq məqsədi ilə lazımi sənədləri toplayaraq Təhsil Nazirliyinə və Sosial Xidmətlər Agentliyinə təqdim etmişdir. Agentlikdə işləyən Vüqar Behbudov adlı şəxs ona bildirmişdir ki, hazırda evlər doludur, onu tikilən binalarda mənzillə təmin olunnması üçün qısa müddət gözləməlidir. Iddiaçı bir neçə il müddətində Sosial Xidmətlər Agentliyində işləyən Vüqar Behbidovun yanına gedib-gəlməli olmuşdur. 2018-ci ildə qardaşı orta məktəbi bitirib hərbi xidmətə getmişdir. Oradan qayıdan kimi 2019-cu ilin sonuna yaxın qardaşına yeni tikilən binalarda ev verilsə də, iddiaçıya müxtəlif bəhanələr gətirilərək evin verilməsi yenidən uzadılmışdır. Iddiaçıya Agentlikdən Vüqar müəllim təkrar olaraq söz vermişdir ki, hələlik qardaşınla birlikdə yaşa, yaşadıqları binanın arxasında yeni tikinti aparılır, tamamlanan kimi o, oradan mənzil ilə təmin ediləcəkdir. Bundan sonra qardaşı ilə bir neçə il yaşayaraq Vüqar müəllimin onu yeni tikilən binaya köçürəcəyinə ümid edərək, gözləmək məcburiyyətində qalmışdır. 2022-ci ildə ona bildirilmişdir ki, yeni qanun qəbul edilmişdir, həmin qanuna görə yaşayış evi 2021-ci ildə Prezidentin verdiyi sərəncama əsasən valideyin himayəsindən məhrum olunmuş şəxslərə mənzil verilməsi üçün onların 8-ci sinifi uşaq evlərində bitirməsi şərti yaranmışdır. Bundan sonra bu əsas gətirilərək mənzilin verilməsindən şifahi şəkildə imtina edilmişdir. Bu dəfə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilərək mənzillə təmin olunmağı xahiş edilsə də, ##.##.2024 tarixli məktubla Lənkəran şəhər Osman Mirzəyev adına X1 evinin 8-ci sinifdə təhsil aldığım müddətdə uşaq evinin kontingent və təminat siyahısından çıxarıldığım əsas gətirilməklə mənzil şəraitinin yaxşılaşdırılmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin müraciətindən imtina etməsi əsassızdır və mənzil verilməsi barədə qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, yuxarıda ərizəsində də qeyd etdiyi kimi 16 yaşa çatdıqdan sonra uşaq evindən könüllü və öz istəyi ilə deyil, məcburi şəkildə uşaq evinin ##.##.2013-cü il tarixli ** saylı əmri ilə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmışdır. Onu da qeyd edir ki, məktəbdən çıxarıldığı zaman yaşı 16 olsa da 6-cı sinifdə oxumuşdur. O zaman məktəbdən heç bir halda çıxmaq istəməsə də, oradan çıxmasının qanunla məcburi olduğu deyilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ## #### 2014-cü il tarixli *** nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Lənkəran şəhər Icra Hakimiyyətinin ## #### 2022-ci il tarixli **-**/*-*** nömrəli məktubuna əsasən, iddiaçı İddiaçı ## #### 2010-cu il tarixdə Bakı şəhərində yerləşən * nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X1 evinə köçürülmüş və ## ######## 2013-cü il tarixli ** nömrəli əmrlə 8-ci sinifdə təhsil aldığı müddətdə uşaq evinin təminat siyahısından çıxarılmışdır. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, iddiaçı İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hazırki vəziyyətdə hüquq normasının formal “məzmun” deyil, “mahiyyət” baxımından tətbiq edilməli olduğunu qeyd edir. Belə ki, valideyn himayəsindən məhrum uşaqlarla bağlı münasibətləri tənzim edən hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli ** saylı Qərarının mahiyyəti qeyd edilən kateqoriyadan olan şəxslərin sosial təminatının və müdafiəsinin həyata keçirilməsi ilə bağlıdır. Hazırki vəziyyətdə isə iddiaçının öz iradəsindən asılı olmadan məzun olmaq imkanından məhrum edilməsi onun sosial təminat sahəsində qeyd edilən təminatlardan da məhrum edilməsi ilə nəticələnəcəkdir. Bundan əlavə ## ###### 2019-cu il tarixli **/** saylı yaşayış sahəsindən əvəzsiz istifadə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvan 1 ünvanında yerləşən fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Məzun Evi Sosial Müəssisəsinin 95 №li mənzildə yerləşən 1 otaqlı, təmirli, tam əşyalı yaşayış sahəsini X2 əvəzsiz olaraq yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçının qardaşının mənzillə təmin edilməsi halında iddiaçının mənzillə təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Lənkəran şəhər Icra Hakimiyyətinin ## #### 2022-ci il tarixli **- **/*-*** nömrəli məktubuna əsasən, iddiaçı İddiaçı ## #### 2010-cu il tarixdə Bakı şəhərində yerləşən * nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X1 evinə köçürülmüşdür. Iddiaçı İddiaçı xalası X12 onun uşaq evindən çıxarılaraq öz yanına aparılması ilə bağlı ərizə ilə müəssisəyə müraciət etmiş, onun ərizəsi əsasında müəssisənin ## ######## 2013-cü il tarixli ** nömrəli əmri ilə 8-ci sinifdə təhsil aldığı müddətdə uşaq evinin təminat siyahısından çıxarılması barədə qərar verilərək 8-ci sinfi bitirmədən xalasının himayəsinə verilmişdir. Bu səbəbdən iddiaçı İddiaçı yuxarıda adıçəkilən Sərəncam əsasında mənzil ilə təmin olunan şəxslərin əhatə dairəsinə düşmür. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar statusuna malikdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır (Azərbaycan Respublikasının ## ###### 2024-cü il tarixli, ***-VIIQD saylı Qanunu ilə dəyişiklik edilmişdir). Iddiaçı müəssisədən çıxdıqdan sonra ##.##.2014-cü il tarixdə övladını dünyaya gətirmişdir. Müvafiq qanunvericiliklə valideyn himayəsindən məhrum olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının əsası kimi onların valideyn himayəsindən məhrum olması ilə yanaşı məzun statusuna malik olması da müəyyənləşdirilmişdir. Lakin iddiaçı məzun statusuna malik deyildir. Iddiaçı İddiaçı fəaliyyət qabiliyyəti əldə etməsinə və müəssisədən çıxdıqdan 5 il keçməsinə baxmayaraq müvafiq sənədlərini ##.##.2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdir. Hazırki məzmunda iddiaçının tələbinin təmin edilməsi qeyd olunan institutun mahiyyətinə və məqsədinə ziddir. Iddiaçının qardaşı X2 isə müəssisədə qalmağa davam etmiş, 2018-ci ildə müəssisədən məzun olmuşdur. ## ###### 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvan 1 ünvanında yerləşən fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Məzun Evi Sosial Müəssisəsinin 95 №li mənzildə yerləşən 1 otaqlı mənzillə təmin edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, uşaq evindən çıxarılan zaman “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Lənkəran səhər Osman Mirzəyev adına qarısıq tipli usaq evi tərəfindən 2013-cü il tarixdə o, uşaq evindən cıxarılmazdan 3 ay qabaq həmin dövrdə mənzil təminatının qeydiyyatı ilə əlaqədar Lənkəran səhər Icra Hakimiyyətinə müraciət edilməli olduğu halda bunu etməyərək, işlərini yalnız onu xalasının himayəsinə verməklə tamamlamış hesab etmişlər. Bu fakt Lənkəran səhər Osman Mirzəvev adına qarısıq tipli usaq evinin ##.##.2025 -ci il tarixli. 07 savlı məktubla etiraf edilməklə qevd edilmişdir ki, İddiaçı usaq evinin kontingent siyahısından çıxarılan zaman yaşayış evi ilə təmin olunması ilə bağlı həmin dövrdə müəssisə tərəfindən Lənkəran səhər Icra Hakimiyyətinə müraciət edilməmişdir. Bu faktdan da görünür ki, o dövrdə müvafiq orqanlara onun yaşayış şəraitinin təmini ilə bağlı mənzil növbəsinə alınmağına dair müraciət onun tərəfindən deyil, onu usaq evindən çıxaran müəssisə tərəfindən həyata keçirilməli idi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi onun mənzil növbəsinə qeydiyyata alınmaqdan imtina edilməsinə dair ##.##.2024 tarixli məktubunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamına əsaslanmış olsa da apellyasiya şikayətlərində özləri də etiraf edərək tərəfindən agentliyə mənzil növbəsinə qeydiyyata alınmağı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinə ##.##.2018ci ildə müraciət edildiyi qevd edilmişdir. Əslində cavabdeh is materiallarına diqqətlə baxmış olsaydı onun mənizllə təmin edilməyinə dair tərəfindən Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinə Lənkəran səhər Osman Mirzəvev adına qarısıq tipli usaq evinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran GEM-nin və Lənkəran MRX-nin Poliklinikasının 2016 - cı il tarixli müxtəlif sənədlərinin verildiyini görmüş olardılar. Nəzərinizə çatdırılır ki. tərəfindən 2016-cı ildən başlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mənzil növbəsinə götürüldüyü halda. 2021 - ci ildə qəbul edilmiş normativ aktın ona şamil olunması tamamilə əsassızdır. Belə ki. həm Konstitusiyaya, həm də “Normativ aktlar haqqında” Qanuna görə qanunun səxsə münasibətdə vəziyyətini pisləşdirdiyi halda geriyə qüvvəsi mümkün devildir. Hazırda kirayələrdə çox çətin vəziyyətdə yaşayır. Qanunla haqqı olan mənzili kimlərinsə bürokratik əngəlllləri nəticəsində əldə edə bilmir. Hesab edir ki, bu qanunsuzluğa məhkəmə qaydasında münasibət bildirilməli və hüququ bərpa olunmalıdır. Cavabdeh apellvasiya şikayətində onun usaq evindən himayəyə verildiyini qeyd etməklə bu halın onun sanki valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq statusundan məhrum edilməyi kimi göstərməyə çalışmışdır. Halbuki, sözügedən Qanunun 1-ci maddəsində uşağın valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq statusu onun himayəyə verilməsi ilə məhrum olunmasına əsas kimi müəyyən edilməmişdir. Ümumiyyətlə, is materiallarına diqqət etdikdə onun xalasının himayəsinə verilməyi belə rəsmi əsasının olmadığı müəyyən edilir. Belə ki, Astara rayon Icra hakimiyyətinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən X8 himayəyə götürülməsi ilə bağlı müraciət daxil olmamışdır. Bundan əlavə, o, xalası deyilən şəxsin himayəsinə verildikdən sonra həmin şəxs Türkiyə Respublikasına köçərək orada yaşadığı üçün o, çarəsiz qaldığından xalasının yanına köçdükdən təqribən 3 ay sonra Zamir adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurmağa məcbur qalmışdır. Faktiki nikahından ##.##.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki. inzibati orqan onun bu halına himayəyə götürülmə kimi yanaşaraq ona qarşı haqsız tələblərini müdafiə etməkdə israrlılıq göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil Oruc oğlu, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosialməişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncam Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Əvvəla, məhkəmə kollegiyası işin aidiyyət məsələsi ilə bağlı qeyd edir ki, iddiaçının hazlrki qeydiyyatı Astara rayonuna olsa da, faktiki yaşayış yeri Abşeron rayonu Masazır qəsəbəsidir . Iddiaçı artıq bir neçə ildir Abşeron rayonunda kirayədə yaşadığını və “xxxx” MMC-də işləyərək dərzilik fəaliyyəti ilə məşğul olduğunu bildirir. Bu hal AZEMIS elektron məhkəmə sistemindən çıxarışla təsdiq edilir. Kollegiya hesab edir ki, bu hal və işin bir ilə qədər birinci instansiya məhkəməsi tərəfindən araşdırıldığı nəzərə alınmaqla hazırki işə prosesual qənaət prinsipi baxımından iddiaçının yaşayış yeri üzrə baxılması mümkündür. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynləini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir. Cavabdeh orqanın mövqeyinə əsasən ki, Lənkəran Şəhər Icra Hakimiyyətinin ## #### 2022-ci il tarixli **-**/*-*** nömrəli məktubuna əsasən, iddiaçı İddiaçı ## #### 2010-cu il tarixdə Bakı şəhərində yerləşən * nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X1 evinə köçürülmüş və ## ######## 2013-cü il tarixli ** nömrəli əmrlə 8-ci sinifdə təhsil aldığı müddətdə, yəni məktəbdən məzun olmadan uşaq evinin təminat siyahısından çıxarılmışdır. Bundan başqa "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Iddiaçı sərəncam qəbul edildiyi tarixdə mənzil növbəsində olmadığından həmin Sərəncamın təsiri dairəsinə subyektlər sırasına daxil deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il ## ###### tarixli **** nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il ## ###### tarixli **** nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Sərəncamın tələbinə görə iddiaçının mənzillə təmin edilə bilməsi üçün onun həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olması və göstərilən təhsil müəssisəsindən məzun olması tələb olunur. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı Mohammed qızı 16 yaşı tamam olduğu üçün O.Mirzəyev adına Lənkəran şəhər X1 evinin pedaqoji şurasının ##.##.2013-cü il tarixli qərarı və həmin tarixli ** saylı əmri ilə məzun olmadan müəssisənin kontingent və təminat siyahısından çıxarılmışdır. Sonradan o, Astara rayonunda təhsilini davam etdirərək ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki vəziyyətdə hüquq normasının formal “məzmun” deyil, “mahiyyət” baxımından tətbiq edilməlidir. Iddiaçının məktəbə qəbul edilərkən 13 yaşında qardaşının da qəbul edildiyi 4-cü sinifə qəbul edilmiş və 16 yaşı tamam olduqda 8-ci sinifdə oxumağaı başlamışdır ki, yaşının tamam olması ilə əlaqədar məktəvdən xaric edilmişdir. Onun təhsilini davam etdirməməsi və məzun ola bilməməsi özündən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Lakin iddiaçı dərhal sonra mənzil növbəsinə götürülməsi üçün müraciətlər etməmiş, ilk rəsmi müraciəti 2018-ci ilə, məktəbdən xaric edildikdən 5 il sonrakı tarixə təsadüf edir. Iddiaçının qardaşının mənzillə təmin edilməsi ilə bağlı dəlilinə münaisbətdə qeyd edir ki, iş materiallarından qardaşının valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş məktəbdən məzun olması və vaxtında bu əsasla mənzillə təmin edilməsi görünür. Bundan başqa hər bir şəxsin sosial təminat hüququ onun fərdi hüquqi vəziyyəti və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğu əsasında qiymətləndirilir və digər şəxslərlə müqayisə predmeti təşkil etmir. Oxşat mübahisə ürə Azərbacan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarında qeyd edilmişdir ki, “…Istinad olunan sərəncamın müvafiq müddəalarının həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan şəxslərə şamil olunduğu sərəncamda birmənalı olaraq təsbit edilmişdir. Yəni sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması həmin şəxslərin sərəncamın qüvvəyə mindiyi tarixədək müvafiq icra hakimiyyəti orqanında uçotda olması ilə şərtləndirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının sərəncam qüvvəyə mindikdən sonra uçota durduğu görünür və iddiaçı özü də bunu inkar etmir.
29. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı şəxsin sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi yaşayış sahəsi ilə təmin olunması institutunun məqsədi və təyinatı xüsusi olaraq nəzərə alınmalı, aşağı məhkəmələrin iddianın maddi hüquqi əsası kimi istinad etdiyi normalar da bu prizmadan təfsir (teleoloji təfsir) olunmalıdır.
30. Nəzərə almaq lazımdır ki, həmin hüquq institutunun məqsədi hər şeydən əvvəl valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qeyd olunan təhsil müəssisələrini bitirmiş və yaşayış sahəsinə, eləcə də dövlətin qayğısına və yardımına ehtiyacı olan şəxslərə dəstək olmaqdan ibarətdir. Burada həlledici məqam sözügedən təhsil müəssisəsini bitirmiş şəxsin ümumiyyətlə məzun olması deyil, həmin məzunun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs statusuna malik olmasıdır. Odur ki, həmin institutun təyinatı və mahiyyəti baxımından valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qeyd olunan təhsil müəssisələrini bitirmiş şəxsin hüququnun yarandığı tarixdən onun həmin hüququnun təmin olunması ilə bağlı müraciət etdiyi tarixədək keçən zaman kəsiyi xüsusi əhəmiyyət daşıyır. Hazırkı işdə iddiaçı hüququnun 2001-ci il tarixdə yaranmasına rəğmən, həmin tarixdən 22 il keçdikdən sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs qismində yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. Iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi qeyd olunan institutun mahiyyətinə və məqsədinə zidd olardı”. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.