Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-128/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2N0 saylı, xx xxxxxxx 2N0-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxx N-ci ildə Xaçmaz rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini AR MN-nin N saylı hərbi hissəsində keçirmişdir. xx xxxx 1996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Xidmət dövründə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı rabitəçi olmuşdur, ona görə də rabitə xidmətinin təmini ilə bağlı müxtəlif istiqamətlərə göndərilmişdir. Xidmət dövründə Ağdam rayonunun Quzanlı, Sarıcalı kəndlərinə, Füzuli rayonun Kərimbəyli kəndinə ezam olunmuşdur. 1996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Veteran adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi iddiaçının xx.xx.N-ci -xx.xx.N-cü il tarixlərdə döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması ilə bağlı N saylı hərbi hissə komandirinin əmrlərində məlumat olmadığı qeyd olunmuşdur. İddiaçının xidmət etdiyi hərbi hissə Bakı şəhərində yerləşsə də, o, döyüş bölgələğrinə ezam olunmuş və bunu təsdiq edən sübutlar iddiaçının adına olan hərbi biletdəki qeydlərdə təsdiq edir. Bundan başqa AR MN X5 xx xxxxxxx 2019-cu il tarixli 9/12-16367 saylı məktubunda da qeyd olunub ki, N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 93 saylı əmrində sıravi Muradov Ağcabədi rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 128 saylı əmrində İddiaçı Ağcabədi rayonundan ezamiyyətdən qayıtmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün xx.xx.N-ci ildən xx.xx.N- cü ilədək döyüşlərdə istirak etməsi barədə qeyd vardır. Lakin Müdafiə Nazirliyi İşlər X4 məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2N0 saylı, xx xxxxxxx 2N0-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı oğluna müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün xx.xx.N-ci ildən xx.xx.N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeyd vardır. Lakin, Müdafiə Nazirliyi İşlər X4 məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə prosesində əldə edilmiş Müdafiə Nazirliyinin İşlər X4 xx.xx.2019-cu il tarixli 9/2-16367 №-li məktubunda və N nömrəli hərbi hissə komandirinin N №-li xx xxxxxxxx N-ci il tarixli əmrində sıravi Muradovun döyüş əməliyyatları rayonuna- Ağcabədi şəhərinə ezam olunması və xx xxxxxxx N-ci ildə sıravi İddiaçı Ağcabədi şəhərindən ezamiyyətdən qayıtması barədə məlumatlar aşkar edilmişdir. Məhkəmə bu məlumatların, yəni iddiaçının hərbi biletindəki onun rabitənin təşkili üçün xx.xx.N-ci ildən xx.xx.N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydlərin, xx xxxxxxxx N-ci ildə döyüş əməliyyatları bölgəsinə ezam olunması və xx xxxxxxx N-ci ildə ezamiyyətdən qayıtması barədə məlumatların olmasını əsas götürərək iddianı təmin etmişdir. Məhkəmənin həmin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri hpqqında” Əsasnamənin müddəalarına ziddir. Belə ki, Əsasnamədə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulur. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Hərbi hissə komandirinin əmrində Ağcabədi şəhərinin döyüş əməliyyatları rayonu kimi göstərilməsi əsassızdır. Çünki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə isə Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarından söhbət gedir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə prosessual normaları da pozmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı oğlu xx xxx N-ci ildə Xaçmaz rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini AR MN-nin N saylı hərbi hissəsində keçirmişdir. xx xxxx 1996-cı il tarixdə ordu sıralarından qanuni əsaslarla tərxis olunmuşdur. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. Lakin iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədən döyüş əməliyyatları bölgələrinə ezam edilmişdir. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün xx.xx.N-ci ildən xx.xx.N-cü ilədək döyüşlərdə istirak etməsi barədə qeydlər vardır. Eyni zamanda N nömrəli nərbi hissənin xx xxxxxxxx N-ci əmri ilə iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunması və xx xxxxxxx N-ci il tarixli 128 saylı əmrlə ezamiyyətdən qayıtması barədə məlumatlar vardır. Məhkəmə hesab edir ki, bu məlumatların olması iddianın təmin edilməsi üçün kifayət edir. İddiaçının döyüş bölgəsinə ezam edilən vaxtı əlavə məlumatların saxlanılmaması iddiaçının məsuliyyətinə səbəb olmamalıdır. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüşlərdə istirak etməsi öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək bir hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Sadalanan normalardan müəyyən edilir ki, qanunverici xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara və xx xxx 1994-cü ildən sonra döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 9/2-1614 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx xxx N-ci il tarixli 11 nömrəli, xx xxxx 1996-cı il tarixli 207 nömrəli, avqust-dekabr N-ci il, yanvar-aprel, iyun-noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatların bölgələrinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X4 xx xxxxxxx 2019-cu il tarixli, 9/2-16367 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx N-ci il tarixli 93 nömrəli əmrində sıravi Muradovun Ağcabədi rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N-ci il tarixli 128 nömrəli əmrində aşbaz İddiaçı Ağcabədi rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxx N-cü il tarixli 131 nömrəli əmrində sıravi İddiaçı Pereküşkül qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin avqust N-ci il və iyun-noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi iş materialları ilə iddiaçının xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi, xx xxx 1994-cü ildən atəşkəs elan olunduqdan sonra isə döyüş zonasında hərbi xidmət keçərkən xəsarət alması müəyyən edilmir. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün xx xxxxxx N-ci ildən xx xxxxxx Ncü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydin olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qeyd iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçu olduğunu təsdiq etmir. Belə ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçməmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Bundan əlavə, Ağcabədi şəhəri döyüş əməliyyatlarının getdiyi yer olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” X1 Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarından söhbət gedir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2N0 saylı, xx xxxxxxx 2N0-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2N0 saylı, xx xxxxxxx 2N0-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-128/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-128/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver