Məhkəmə qərarları › İş №2-1(105)-1281/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1281/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1281/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası “Azərsənaye Tikinti Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsinin xx.xx.2024-cü il tarixli, 09/08 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində əl qaynaqçısı peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasının surətinin 4-5-ci səhifələrində xx.xx.1983-1995-ci il tarixləri arasındakı dövr ərzində 27 №- li Tikinti İdarəsində, 6- 7-ci səhifələrin 10-11 -ci qeydlərində xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 24 №-li Tikinti İdarəsində, 6.7 8.9-cu səhifələrin 12-17-ci qeydlərində xx.xx.1995-xx.xx.2009-cu tarixlər arasındakı dövr ərzində 20 №-li Səyyar mexanikləşmiş dəstədə qaynaqçı peşəsində” işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasının 4- 5-ci səhifələrində sonuncu qeydlərin tarixləri, əmrlərin tarixləri və nömrələrinin olmadığı, sözügedən səhifələrdəki qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi; 11-ci qeyddə təsdiqedici möhürün oxunmadığı, xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı; xx.xx.1995-ci il tarixə aid olan 12-ci qeydin həmin dövrdə qüvvədə olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən həmin səhifələrdə qeyd olunan xx.xx.1983-xx.xx.2009-cu il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının mübahisələndirilməyən ümumi iş stajının müddəti 25 ildən az (6 il 10 ay 7 gün (xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri və 2006-cı il tarixdən sonra 4 il 7 ay)) təşkil etmiş, güzəştli iş staiı isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat təminati üçün hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8673,89 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuşdur, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Sumqayıt şəhər 17 nömrəli TPM-də oxumuş, xx.xx.1980-ci ildən 27 №-li Tikinti İdarəsində qaynaqçı işinə qəbul olmuşdur. xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-ci ildən 27 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı işinə qəbul olmuşdur, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək 24 nömrəli Tikinti İdarəsində, xx.xx.1995-ci ildən köçürmə yolu ilə 20 nömrəli SMD-yə elektrik qaynaqçısı (5-ci dərəcəli) keçirilmiş, xx.xx.2006-cı ilədək həmin “Azərsənayetinkti” SC-nin 2 saylı müəssisəsində işləmiş, xx.xx.2006-cı ildən öz hesabına məzuniyyətdə olmuşdur. xx.xx.2009-cu ildə müəssisədən əmək kitabçasını götürmüşdür. Onun ümumi əmək stajı 27 ilə yaxın olmuşdur. Ümumi stajı 27 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. Müvafiq sənədləri toplamaqla 2024-cü ilin mart ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 03 oktyabr 2024-cü il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 7 il 11 ay 21 gün və 4 il 10 ay olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Cavabdehin hərəkətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir, buna görə də inzibati orqanın iddiaçıya əmək pensiyasl təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasının surətinin 4-5-ci səhifələrində xx.xx.1983-1995-ci il tarixləri arasındakı dövr ərzində 27 №- li Tikinti İdarəsində, 6-7-ci səhifələrin 10-11 -ci qeydlərində xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində 24 №-li Tikinti İdarəsində, 6.7 8.9-cu səhifələrin 12-17-ci qeydlərində xx.xx.1995-xx.xx.2009-cu tarixlər arasındakı dövr ərzində 20 №-li Səyyar mexanikləşmiş dəstədə qaynaqçı peşəsində” işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasının 4-5-ci səhifələrində sonuncu qeydlərin tarixləri, əmrlərin tarixləri və nömrələrinin olmadığı, sözügedən səhifələrdəki qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi; 11-ci qeyddə təsdiqedici möhürün oxunmadığı, xx.xx.2006-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı; xx.xx.1995-ci il tarixə aid olan 12-ci qeydin həmin dövrdə qüvvədə olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən həmin səhifələrdə qeyd olunan xx.xx.1983-xx.xx.2009-cu il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də iddiaçının mübahisələndirilməyən ümumi iş stajının müddəti 25 ildən az (6 il 10 ay 7 gün (xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri və 2006-cı il tarixdən sonra 4 il 7 ay)) təşkil etmiş, güzəştli iş staiı isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, tərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 7663,39 manat təşkil edir. Cavabdeh iddia tələbinə qarşı etiraza əlavədə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajının müddəti 25 ildən az (7 il 11 ay 21 gün (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri və 2006-cı il tarixdən sonra 4 il 10 ay)) təşkil etmiş, güzəştli iş staiı isə yoxdur. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, tərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8673,89 manat təşkil edir. Beləliklə, iddiaçı məhkəmə iclası zamanı xx.xx.2006-ci il tarixindən sonra kifayət qədər sosial sığorta stajının olduğunu bildirsə də, X1 Sisteminin “Sığorta (hesabat)” altsistemində əks olunan məlumatlara əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti 2019-cu ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövrü əhatə etməkdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan 1983-1995 və 1995-2009-cu il dövrlərin həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 7 il 11 ay 21 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər) və 2006-cı il tarixindən sonra 4 il 10 ay ümumi iş stajı olduğu göstərilmişdir. İddiaçının əmək kitabçasında olan dövrlər (xx.xx.2006-cı il tarixədək olan dövrlər) sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əmək kitabçasında olan qeydlərdə Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq olunmasına münasibətdə qeyd edilir ki, bu hal iddiaçının mübahisəli dövrlərdə sözügedən müəssisədə işləməsini inkar etmək üçün kifayət etmir. İddiaçıya verilmiş arayışda onun işlədiyi vəzifələrin xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 nömrəli siyahısının 23200000-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verdiyi qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci (ümumi peşələr) bölməsində həm əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir. Həmçinin iddiaçı əmək kitabçasında qeyd olunan və hazırda fəaliyyət göstərməyən və sənədləri arxivə təhvil verilməmiş müəssisələrdə də əl qaynaqçısı vəzifəsində işləmiş və bu hal cavabdehin imtina məktubunda da mübahisələndirilməmişdir. İddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. Pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşmüş, həmçinin iddiaçı da 60 yaşının tamam olduğu tarixdən deyil, 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın və ona əlavənin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisələndirilməyən ümumi iş stajının müddəti 25 ildən az (7 il 11 ay 21 gün (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri və 2006-cı il tarixdən sonra 4 il 10 ay)) təşkil etdiyini, güzəştli iş stajı isə olmadığından, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla tələb olunan əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmasına dair şərtin ödənilməməsi halına istinad edərək, həmin halları mübahisələndirir. Cavabdehin iddiaçıya münasibətdə işlədiyi dövrlərdən iş stajı kimi nəzərə aldığı dövrlərə aiddir: xx.xx.1979-xx.xx.1980-cı il (təhsil aldığı dövr), xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1982-ci il tarixləri arasındakı dövrləri (qaynaqçı peşəsində) və 2006-cı il tarixdən sonra 4 il 10 ay olmaqla ("xxxx" ASC-də elektrik qaynaqçısı), ümumilikdə 7 il 11 ay 21 gün iş stajı. Cavabdehin iddiaçıya münasibətdə işlədiyi və mübahisələndirdiyi dövrlərə aiddir:xx.xx.1983-cu il tarixdən 1995-ci il tarixədək 27 №li Tikinti İdarəsində,xx.xx.1995xx.xx.1995-ci il tarixlər arasındakı dövr ərzində 24 №li Tikinti İdarəsində,xx.xx.1995-xx.xx.2009cu il tarixədək 20 №li Səyyar mexanikləşmiş dəstədə qaynaqçı peşəsində işlədiyini dövrlərə aid əmək kitabçasında birinci dövrə aid qeydlərin tarixləri,əmrlərin tarixləri,nömrələrinin olmadığı və Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyini,ikinci dövrə aid təsdiqedici möhürün oxunmadığını,xx.xx.2006-xx.xx.2009-cu il üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən xx.xx.1995-xx.xx.2005-ci il dövr ərzində əsaslı şübhə altına aldığından qəbul etməmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, cavabdehin mübahisələndiridyi dövrlərə aid əmək kitabçasında qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan həmin qeydlərin mötəbərliyini şübhə altına alınması ilə bağlı istinad etdiyi hallar (tarix, nömrə, möhür və s.) onun işlədiyi müəssisə tərəfindən verilmiş məlumat, müəssisənin adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair hesabat sənədləri, işdənçıxma əmrinə aid sənədlər əsasında təkzib edilmişdir. Cavabdeh tərəfindən isə həmin məlumat və sənədlərin mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında həmin dövrlərdə iddiaçının işlədiyi müəssisəyə aid sənədlər işəgötürən müəssisə tərəfindən arxivə təhvil verilmədiyi, habelə müəssisənin verdiyi məlumat əsasında müəssisənin özəlləşdirilməsi səbəbindən həmin sənədlər saxlanmadığından aşkar edilməməsi halı müəyyən edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, əmək kitabçasının lazımi qaydada doldurulması, habelə sənədlərin arxivləşdirilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə iznibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin hallara istinad etməklə iddiaçının xx.xx.1983-cu il tarixdən 1995-ci il tarixədək 27 №li Tikinti İdarəsində,xx.xx.1995-xx.xx.1995-ci il tarixlər arasındakı dövr ərzində 24 №li Tikinti İdarəsində işlədiyi dövrləri iş stajı kimi qəbul etməməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işlədiyi dövrün social sığorta stajına daxil edilməsi üçün əsas sənəd hesab edilməklə, işlədiyi dövrün staj kimi nəzərə alınması üçün məcburi dövlət sosil sığorta haqqının ödənilməsinə dair şərtə aid tələb olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh həmin hala istinad etməklə iddiaçının xx.xx.1995-xx.xx.2009-cu il tarixədək 20 №li Səyyar mexanikləşmiş dəstədə qaynaqçı peşəsində işlədiyi dövrləri xx.xx.2005-ci il tarixədək olan hissədə iş stajı kimi qəbul etməməkdə haqlı olmamışdır. Nətiə etibarilə kollegiya hesab edir ki, iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər iş stajı kimi nəzərə alınmalı olduğundan (xx.xx.1983-cu il tarixdən 1995-ci il tarixədək,xx.xx.1995-xx.xx.1995-ci il tarixlər, xx.xx.1995-xx.xx.2005-ci ilədək olan dövrlər), həmin dövrlər və mübahisələndiirlməyən (7 il 11 ay 21 gün) nəzərə alındıqda, qanunla tələb olunan 25 il ümumi iş stajına aid şərt də ödənilmiş olur. Kollegiya güzəştli iş stajına malik olub-olmaması ilə bağlı işin mübahisəli halları ilə bağlı olan hissədə qeyd edir ki, cavabdeh inzibati orqan ümumi iş stajına aid eyni əsaslara istinad etməklə, işəgötürən tərəfindən verilmiş güzəştli iş stajına aid arayışı qəbul etməməklə, iddiaçının güzəştli iş stajına malik olmaması qənaətinə gəlmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hallar işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib edildiyindən, cavabdeh həmin əsaslara istinad etməklə, iddiaçının güzəştli iş stajına malik olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçının işlədiyi peşə elektrik qaynaqçısı olmaqla, işəgötürən müəssisə tərəfindən həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olması barədə arayış verilmiş, müvafiq Siyahı üzrə 23200000-19906 koda uyğun olduğu qeyd edilmişdir. İndiki halda cavabdeh tərəfindən həmin məlumatları təkzib edən heç bir əsasa istinad edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğundan, həmin dövrlər güzəştli iş stajı kimi nəzərə alındığından, iddiaçıya münasibətdə qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına aid şərt də öədnilmiş olur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan ümumi iş stajının mübahisələndirilməsinə əsas olan hallara istinad etməklə, iddiaçının güzəştli iş stajına malik olmaması ilə bağlı gəldiyi qənaəti yanlış olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti (pensiya kapitalına aid) ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı 29 iyun 2022-ci il tarixdən pensiya təyin edilməsi ilə bağlı olduğundan, həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələbinə əsasən pensiya kapitalına aid şərtin ödənilməsinə dair tələb olmadığından, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar