Məhkəmə qərarları › İş №2-1(105)-1283/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1283/2025

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1283/2025 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Dəmirov Ilqar Kamal oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı “Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə mülkiyyət hüququnun (icarə hüququ) qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Üçüncü şəxs başçısının ##.##.2005ci il tarixli ***/* saylı Sərancamı ilə ona dövlət ehtiyat fondu torpaqlarından 71.40 ha torpaq sahəsi uzunmüddətli icarəsinə ayrılmış və həmin sərəncam əsasında da torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2005-ci il tarixli, *** saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə “Icarəyəverən” icarə əsasında sahəsi 714000 kv.m. olan torpaq sahəsini uzun müddətli istifadəsinə vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş, 2.1-ci bəndinə əsasən müqavilə 99 il müddətinə bağlanmış, 2.3-cü bəndinə əsasən icarə haqqı ##.##.2005-ci il tarixdən həsablanmış, 2.4-cü bəndinə əsasən “Icarəçi” hər il 1071000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası ilə və möhürü ilə təsdiqlənib. Müqavilə Xaçmaz rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. ##.##.2005-ci il tarixli *** saylı qeydiyyat Xaçmaz rayon torpaq şöbəsində torpaq sahələrindən istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabına qeydə alınmışdır. Həmin toıpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqan * saylı Xaçmaz Ərazi Idarəsi müraciət etdikdə, cavabdeh orqan, ##.##.2024-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə xahişi təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2024cü il tarixli, 3-28/2-Z-8- ****/**** saylı məktubda bildirmişdir ki, Səhiyyə Nazirliyinin tərkibində "Azərfarm "Sənaye Birliyi" qurumu və onun 71.40 ha torpaq sahəsi balansında deyil. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Əhmədoba kəndi ərazisində kəndində yerləşən, Dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71,40 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə 2824024216 və ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Bununla bağlı bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olubolmaması, həmçinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçirilir. Sənədlərin araşdırılması zamanı Xaçmaz Rayonu Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli ***/* saylı sərəncamı və ##.##.2005-ci il tarixli *** nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə icarəyə verilmiş torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən “Azərfarm” Sənaye Birliyinə və onun yardımçı təsərrüfatına məxsus torpaqların yerləşdiyi ərazi olaraq “Dövlət Əmlakının Kadastrı və Texniki Inventarlaşdırılması” mərkəzinin bazasında mövcud olduğu və dövlət əmlakının reqistrində qeydiyyata alındığı aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun (icarə hüququ) qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə havalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş iddiaçı tərəf sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının hüquqi marağı Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə olan hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Üçüncü şəxs Başçısının ## ###### 2005-ci il tarixli, ***/* nömrəli sərəncamından görünür ki, İddiaçı uzunmüddətli icarəsinə (99 il müdətinə) kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə rayonun Əhmədoba bələdiyyəsi ərazisində olan dövlət ehtiyat fondu torpaqlarından 71,40 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2005-ci il tarixli, *** nömrəli müqavilədən görünür ki, Üçüncü şəxs Başçısının ## ###### 2005-ci il tarixli, ***/* nömrəli sərəncamına əsasən Üçüncü şəxs ilə İddiaçı arasında 99 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Beləliklə, iddiaçının sözügedən torpaq sahəsinə münasibətdə yarana biləcək hüququ yalnız icarə hüququ ola bilər, həmin torpaq üzərində mülkiyyət hüququ yaranma əsasları mövcud olmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı mülkiyyət hüququnun (icarə hüququ) qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməklə pozuntuya yol vermiş, məhkəmə araşdırması zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi ilə əlaqədar hüquqi yardım etməli olduğu halda bunu etməmişdir. Belə ki, müvafiq torpaq sahəsi iddiaçıya yuxarıda istinad olunan sərəncam və icarə müqaviləsi əsasında ayrıldığından iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə ümumiyyətlə, haqlı sayıla bilməz. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə icarə hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Ilk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, IPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə də hazırki araşdırmanın predmetini iddiaçının mülkiyyət hüquqlarının deyil, icarə hüquqlarının dövlət qeydiyyatına alınması təşkil etmişdir. Kollegiya əlavə olaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilən ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli müayinə aktından görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Üçüncü şəxs Başçısının ## ###### 2005-ci il tarixli ***/* nömrəli sərəncamı ilə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə uzunmüddətli icarəsinə (99 il müddətinə) verilmiş 71.40 ha torpaq sahəsinin elektron baza məlumatlarında (islahat xəritələrində) kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olub. Torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində mülkiyyət növü bələdiyyədir, kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin kimi göstərilmişdir. Iddiaçının faktiki (naturada) istifadəsində 68.56 ha torpaq sahəsi təşkil edir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Üçüncü şəxs Başçısının ## ###### 2005-ci il tarixli ***/* nömrəli sərəncamı və ##.##.2005-ci il tarixli *** nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə icarəsinə verilmiş torpaq sahəsinin elektron kadastrı uçotu informasiya (TEKUIS) sisteminə əsasən “Azərfarm” Sənaye Birliyinə və onun yardımçı təsərrüfatına məxsus olması kimi göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ####### 2024-ci il tarixli *-**/*-Z-*-****/**** saylı məktubuna əsasən Səhiyyə Nazirliyinin tərkibində “Azərfarm” Sənaye Birliyi”qurumu və onun 71.40 ha torpaq sahəsi balansında aid olmadığını bildirirmişdir. Lakin elektron baza (NECAS) məlumatlarında dövlət mülkiyyətinə aid olmaqla, iş kodu 56230, registr nömrəsi 247799 olan 29.61 ha torpaq sahəsi və iş kodu 56231, registr nömrəsi 255271 olan 41.41 ha torpaq sahəsi “AzərFarm Senaye” birliyinin yardımçı təsərrüfatı kimi kadastr planları işlənmişdir və baza məlumatlarında öz əksini tapmışdır. Iddiaçı İddiaçı ayrılmış 71.4 ha torpaq sahəsinin ətrafında olan ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli və ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, çıxarış verilmişdir. Iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının müraciətini imtina ilə cavablayarkən əsas dəlili mübahisəli torpaq sahəsinin “Azərfarm” Sənaye Birliyinə və onun yardımçı təsərrüfatına məxsus torpaqların yerləşdiyi ərazi olaraq “Dövlət Əmlakının Kadastrı və Texniki Inventarlaşdırılması” mərkəzinin bazasında mövcud olması və dövlət əmlakının reqistrində qeydiyyata alınması ilə əlaqəli olmuşdur. Birinci instansiya məhkəməsi isə həmin dəlilə düzgün hüquqi qiymət verməmiş, beləliklə də iş üzrə yalnış nəticəyə gəlmişdr. Apellyasiya instansiyasında icraat zamanı iddianın əsaslılığı ilə əlaqədar zəruri araşdırılma aparılması məqsədilə sorğular verilməklə aşağıdakı məlumatlar əldə edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilən ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli müayinə aktından görünür ki, cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən məktubda göstərilən iddiaçı İddiaçı Üçüncü şəxs Başçısının ## ###### 2005-ci il tarixli, ***/* nömrəli sərəncamı ilə Xaçmaz rayonu keçmiş Əhmədoba bələdiyyəsinin Qaracəlli kəndi ərazisindən “kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi” ilə uzunmüddətli icarəsinə (99 il müddətinə) verilmiş 71.40 ha torpaq sahəsininin elektron baza məlumatlarında (islahat xəritələrində) kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olub “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi"ndə (Tekuis) mülkiyyət növü bələdiyyədir, kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin kimi göstərilmişdir. Iddiaçının faktiki (naturada) istifadəsində 68.56 ha torpaq sahəsi təşkil edir. Lakin ümumi elektron baza (Dəktim-Necas-Tekuis) məlumatlarında, xəritənin “Dövlət daşınmaz əmlak" bölməsində keçmiş “Əmlak Məsələləri Dövlət Komitəsin”in yerli ərazi şöbəsinin sifarişi əsasında "dövlət mülkiyyəti" olaraq qeydiyyata alınmış, iş kodu 56230, registr nömrəsi 247799 olan 29.61 ha torpaq sahəsi və iş kodu 56231 registr nömrəsi 255271 olan 41 41 ha torpaq sahələri “Azərfarm Sənaye" birliyinin yardımçı təsərrüfatının adına baş planlar işlənmişdir və baza məlumatlarında öz əksini tapmışdır. Ümumiləşdirilməklə, islahat xəritələrində (kompleks yerquruluşu layihə xəritələri) və "torpaqların elektron kadastr uçotu informasiya sistemin"də (tekuis) dövlət mülkiyyəti kimi qeydiyyatı aşkar edilməmişdir, lakin xidməti istifadədə olan ümumi elektron baza (Dəktim-Necas-Tekuis) məlumatlarında xəritənin "Dövlət daşınmaz əmlak" bölməsində dövlət torpaqları olmaqla açıqlama hissəsində "Azərfarm Sənaye" birliyinin adı qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə X1-Istehsalat Birliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair “AzərFarm Senaye” birliyinin yardımçı təsərrüfatı kimi kadastr planları işlənməsi və baza məlumatlarında öz əksini tapması həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edir. Başqa sözlə, torpaq sahəsinə dair mövcud elektron məlumat bazalarında "Azərfarm Sənaye" Birliyinin yardımçı təsərrüfatı kimi qeydiyyatın mövcudluğu aradan qaldırılmadan həmin torpaq üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması hüquqi baxımdan mümkün deyildir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubla daxil olmuş müayinə aktına əlavə edilən sənədlərdən göeünür ki, iddiaçının hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Üçüncü şəxs idarəçiliyində olan torpaqlara aid deyil. Eyni zamanda iş materiallarında olan yuxarıda qeyd edilən müayinə aktlarından görsənir ki, iddiaçının istifadəsində 71.40 ha torpaq sahəsi olmadığı halda birinci instansiya məhkəməsi 71.40 ha torpaq sahəsi ilə bağlı tələbi təmin etmişdir. Yuxarıda istinad olunan hallar öz-özlüyündə iddiaçının tələbinin əsassızlığını təsdiq etməklə cavabdeh inzibati orqanın imtinasının qanuna zidd olmamasına dəlalət edir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən, dövlət ehtiyyat fonduna məxsus kənd təsərrüfatı təyinatlı 71.40 ha torpaq sahəsinə icarə hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar