Məhkəmə qərarları › İş №2-1(105)-1284/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1284/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1284/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X13 katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə dair hüquqların mərhum atası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-019A kod 30225018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi X7 və X4 ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 1300 kv.m torpaq sahəsi X7 ayrılmışdır. JN 0019 kod 30225018 nömrəli Dövlət Aktının surətindən görünür ki, X7 və X4 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 0.13 ha kənd təsərrüfatı məhsulları isthsalı məqsədilə torpaq sahəsi verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə ölmüşdür. xx.xx.2024 qeydiyyat tarixli, **********62 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,1297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2024 qeydiyyat tarixli, **********75-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, sənədlərin eskpertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.13 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” təqdim edilmişdir. Ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin cizgisi vahid məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olan sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş arxiv məlumatlarının ona məxsus 0.12 ha torpaq sahəsinə aid JN-019A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə aid olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, sənədində göstərilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərari ilə iddiaçının mərhum atası X7 ayrılmış torpaq sahəsi yerində mövcuddur. Torpaq sahəsinin faktiki koordinatları daxilində 0.13 ha torpaq sahəsi təşkil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə mərhum atası X7 ayrılmış 0.13 ha torpaq sahəsinin faktiki koordinatları daxilində hər hansı şəxsin mülkiyyət hüququ qeydiyyata alınmamışdır”. İddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsinin faktiki koordinatları hər hansı digər şəxslərin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Mütəxəssis rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-019 KOD 30225018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.1297 ha torpaq sahəsinə vərəsəlik Şəhadətnaməsi ilə İddiaçı Ayaz oğlunun adma xx.xx.2024-cü il tarixli **********62 reyestr nömrəli çıxarış verilmişdir.Həmin torpaq sahəsi elektron bazada öz əksini tapmışdır, naturada digər mülkiyyətçilərlə heç bir mübahisəsi yoxdur.Digər mülkiyyətçilərin texniki sənədləri ilə üst-üstə düşmür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-319 KOD 30225018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə fi2sən0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 98 kv.m yaşayış evinə ə əsəlik Şəhadətnaməsi iiə İddiaçı Ayaz oğlunun adına xx.xx.2024-cü il tarixli : **********5-10301 reyestr nömrəli çıxarış verilmişdir. Sözü gedən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 96 kv.m yaşayış evi naturada digər vətəndaşlarla mübahisə predmeti deyil, digər mülkiyyətçilərin texniki sənədləri ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.13 ha torpaq sahəsinə dair hüquqların mərhum atası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonu, Yalama kəndində anadan olmuş, valideynləri olan atası X11 xx.xx.2009-cu ildə, anası X9 xx.xx.2017-ci ildə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra o notariat orqanına müraciəf edərək öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və mərhum valideynlərimdən miras qalmış 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini öz adıma keçirmiş və dövlət reyestrindən göstərilən daşınmaz əmlaklarıma dair öz adına müvafiq çıxarışlar almışdır. Göstərilən əmlaklardan başqa mərhum atası X7 məxsus olmuş 1300 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair mərhum atasının adına 18 iyun 2007-ci il tarixdə verilmiş və 301 nömrə ilə X14 kitabında uçota almış AN- 007526 saylı torpaq sahəsinin planı və ölçüsü vardır. Həmin 1300 kv.m torpaq sahəsinə dair mərhum atası X7 məxsus olması haqqında ölən şəxsin adma arayışın verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2- 10191/2024 nömrəli məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdehin həmin arayışın verilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, atasının adına verilmiş 18 iyun 2007-ci il tarixli, A N007526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilir ki, 1300 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ona Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmişdir. Həmin sənəd X14 kitabında 18 iyun 2007-ci il tarixdə 301 nömrə ilə uçota alınmışdır.Xaçmaz rayon Dövlət Arxivinin 18 sentyabr 2024-cü il tarixli, M3-48-10RA/2-T4xx-xx/2024 saylı arxiv arayışında göstərilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon X6 xx.xx.1998-ci il tarixli, 14 saylı protokolu ilə Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Yalama kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 168-ci X5 adma qaytanlanmış kitab üzrə 0.12 ha, faktiki 0.26 ha həyətyanı torpaq sahəsi qeyd olunub. Xaçmaz rayon X10 rayon AİK-nm 26 dekabr 1998-ci il tarixli, 14 saylı protokolundan çıxarışına dair 18 sentyabr 2024-cü il tarixli, 3-48-10RA/2-T4xxxx/2024 saylı arxiv çıxarışında qeyd olunur ki, Yalama sovxozu üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0.21 ha orta torpaqlarının müəyyən edilməsi barədə Yalama sovxozun AİK-nın 25 dekabr 1998-ci il tarixli (protokol N8) qərarı təsdiq edilsin, Yalama sovxozu ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaq sahələrinin onların torpaq paylarından çıxılması barədə Yalama sovxozu AİK-nm xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 dekabr tarixli, 14 saylı qərarı ilə atası və anasına Xaçmaz rayon Yalama kəndi ərazisində 0.13 ha pay torpağı verilmişdir. Halbuki Yalama AİK-nin yuxarıda göstərilən qərarına əsasən onlara torpaq payının hər bir vətəndaşa 0.21 ha müəyyən edildiyi halda 0.42 ha pay torpağı verilməli idi. Xaçmaz rayon Dövlət Arxivinin 18 sentyabr 2024-cü il tarixli arayışda da qeyd olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 14 saylı protokolu ilə Yalama sovxozunun AİK-nm Yalama kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 168-ci X5 adına qaytanlanmış kitab üzrə 0.12 ha, faktiki 0.26 ha həyətyanı torpaq sahəsi qeyd olunub. Mərhum atasına məxsus olmuş evin həyətyanı torpaq sahəsi 0.12 ha ölçüdədir. Həmin torpaq sahəsinə dair mərhum atası X5 və ana X2 adına JN-019A, KOD 30225018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə mövcud olmuş, sonradan o vərəsəlik qaydasında yaşayış evini və evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini adına keçirmiş və hazırda dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışla hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Valideynlərindən miras qalmış 0.1297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidə vərəsəlik qaydasında adına keçirilmiş və xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışla hüquqlarım dövlət reyestrində qeydiyyata alınmışdır.Göstərilən sənədlərdən göründüyü kimi torpaq islahat vaxtı valideynlərinin faktiki istifadəsində 0.26 ha (0.12 ha fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi və atası Azay Tahirovun adına tərtib edilmiş AN007526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0.13 ha həyətyanı torpaq sahəsi mövcud olmuş, həmin torpaq sahəsinin 0.12 ha hissəsi qaytanlanmış kitabda qeydiyyata alınmışdır. Torpaq islahatı vaxtı valideynlərimə düşən 0.42 ha torpaq sahəsindən 0.29 ha hissəsi azaldaraq onlara cəmi 0.13 ha pay torpaq sahəsi verilmişdir. Yəni pay torpağından rəsmiləşdirilməmiş həyətyanı torpaq sahəsinin iki qat ölçüdə torpaq sahəsi çıxılmışdır. Beləliklə, yuxarıda göstərilən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının və Yalama sovxozu üzrə X3 qərarları ilə mərhum valideynlərinə cəmi 0.25 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinin 0.12 ha hissəsi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir, yerdə qalan 0.13 ha hissəsi isə mərhum atasının adına olan plan və ölçüsü sənədində göstərilmiş torpaq sahəsidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Xaçmaz rayonu Yalama kəndi ərazisində yerləşən 0.13 ha torpaq sahəsinin mərhum X7 məxsus olması haqqında ölən şəxsin adına arayışın verilməsi ilə bağlı 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.13 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” təqdim edilmişdir. Bildiririk ki, ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin cizgisi vahid məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, A№ 007526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olan sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Kadastrı və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-yə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Kadastrı və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-dən daxil olmuş arxiv məlumatlarının Sizə məxsus 0.12 ha torpaq sahəsinə aid JN-019A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə aid olduğu müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrasından xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2- 10191/2024 nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0.13 ha torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmışdır. İddiaçı torpaq sahəsinin həmin qərarla 0.13 ha ölçüdə ayrılmasına baxmayaraq, kənd üzrə adambaşına düşən həyətyanı torpaq sahəsinin onun valideynlərinə faktiki 0.25 ha şəklində ayrılmışdır. Həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. Lakin, işin araşdırılan hallarından iddiaçının iddia etdiyi öz təsdiqini tapmadı. Belə ki, təqdim edilən mütəxəssis rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, sənədində göstərilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərari ilə iddiaçının mərhum atası X7 ayrılmış torpaq sahəsi yerində mövcuddur. Torpaq sahəsinin faktiki koordinatları daxilində 0.13 ha torpaq sahəsi təşkil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə mərhum atası X7 ayrılmış 0.13 ha torpaq sahəsinin faktiki koordinatları daxilində hər hansı şəxsin mülkiyyət hüququ qeydiyyata alınmamışdır”. Mütəxəssis rəyində mübahisəli torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmaması bildirilsə də, məhkənin hüquqi mövqeyinə görə iddiaçının mərhum valideynlərinə hüquqmüəyyənedici sənəd olan aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə həyətyanı məqsədilə torpaq sahəsinin ayrılmasıdır.Yəni həyətyanı məqsədlər üçün aqrar islahatı komissiyaları tərəfindən şəxsə eyniadlı qərarla bir dəfə torpaq sahəsi ayrıla bilərdi. Belə ki, iddiaçı sözügedən qərar əsasında mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reystrində qeydə alaraq, xx.xx.2024 qeydiyyat tarixli, **********62 reyestr nömrəli çıxarış əldə etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya həmin qərar əsasında yalnız bir dəfə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydə almaq hüququ vardır və həmin hüququ artıq tanınmışdır. Təqdim edilən plan və ölçü sənədi qanunvericiliyə əsasən hüquqmüəyyənedici sənəd hesab edilmir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair aqrar islahatı komissiyasının qərarı əsasında onun mülkiyyət hüququ artıq dövlət reyestrində qeydiyyata alındığından sözügedən torpaq sahəsinə eyniadlı hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət hüququ qeydə alına bilməz. Cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində yazılanları ümumiyyətlə başa düşmək olmur. Məsələn qərarda yazılır Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 18 iyun 2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,13 ha torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ayrılmışdır. İddiaçı torpaq sahəsinin həmin qərarla 0,13 ha ölçüdə ayrılmasına baxmayaraq, kənd üzrə adambaşına düşən həyətyanı torpaq sahəsinin onun valideynlərinə faktiki 0,25 ha şəkilində ayrılmışdır. Bu yazıdan heç nə başa düşmək olmur. Nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasında izahatında yuxarıda yazılanlar səslənməyib. Ümumiyyətlə “kənd üzrə adambaşına düşən həyətyanı torpaq sahəsi” anlayışı eşitməmişdir. **********062 reyestr nömrəli çıxarış əldə etmişdir. Ona həmin qərar əsasında yalnız bir dəfə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrini qeydə almaq hüququ vardır və həmin hüququ artıq tanınmışdır. İddia ərizəsində və məhkəmə iclasında verdiyim izahatında məhkəməyə aydın formada izah etmiş ki, dövlət reyestrindən onun adına çıxarışla rəsmiləşdirilən əmlaklar valideynlərindən miras qalmış 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və yaşayış evi ilə onun yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə aiddir. Onun tələbi torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,13 ha həyətyanı torpaq sahəsi ilə bağlıdır. Həmin sənəddə qeyd olunur ki, göstərilən 1300 kv.m torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə verilmişdir. Onun valideynlərindən miras qalmış yaşayış evinin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə JN- 019 A nömrəli KOD 30225018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olmuşdur. Həm bu şəhadənamədə, həm 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Dövlət Aktında, həm də 0, 13 ha həyətyanı torpaq sahəsinə dair plan və ölçü sənədində həmin torpaqların Xaçaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verildiyi qeyd olunmuşdur. Ona görə də məhkəmənin öz qərarında “Nəzərə almaq lazımdır ki, ona həmin qərar əsasında yalnız bir dəfə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq hüququ vardır və həmin hüququ artıq tanınmışdır” kimi mövqeyin ifadə edilməsi başa düşülən deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının iddia etdiyi torpaq sahəsinin JN-019 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə aid olduğunu, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını, plan ölçü sənədində əks olunmuş torpaq sahəsinə dair sənədlərin vahid məlumat bazasında aşkar edilmədiyini bildirərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında Xaçmaz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə iddiaçının mərhum atasının adına 0,12 ha torpaq sahəsi ayrılmış, onun əsasında JN-019 nömrəli müvafiq Şəhadətnamə tərtib edilmişdir. İddiaçının atası xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 0,1297 ha torpaq sahəsi, 0,12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu onun adına dövlət qeydiyyatıana alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq AİK-nin qərarı ilə təsdiq edilmiş torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçının mərhum atasının adı, qaytanlanmış kitab üzrə torpaq payı 0,12 ha, faktiki istifadsində olan torpaq sahəsi kimi 0,26 ha (düzəliş edilmiş) qeyd edilmiş, habelə həmin qərarla torpaq pay norması hər bir subyekt üçün 0,21 ha müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atasının adına xx.xx.2007ci il tarixli AA№ 007526 Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmiş, həmin sənədin məzmununda məhz AİK-nin xx.xx.1998-ci il tarixli 14 saylı qərarına istinad edilmiş, torpaq sahəsinin ölçüsü kimi 1300 kv.m., fərdi yaşayış evinin tikintisi üçün qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan kadastr məlumatlarında sözügedən plan və ölçü sənədi vahid məlumat bazasında əks olunmamış, habelə həmin sənədin JN-019 nömrəli müvafiq Şəhadətnaməyə aid olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktı və mütəxəssis rəyinin məzmunundan, habelə iddiaçının verdiyi izahatından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcuddur, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, başqa şəxslərə aid torpaq sahəsi ilə üst-üstə düşmür, iddiaçının iddia etdiyi torpaq sahəsi ona mülkiyyət hüququ əsasında məxsus olan 0,12 ha torpaq sahəsindən kənarda yerləşir (başqa ərazidə yerləşir), 0,1297 ha torpaq sahəsi, 0,12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan sənəd məhz JN-019 nömrəli müvafiq Şəhadətnamə olmuşdur. İndiki halda iddiaçının hüquqi marağı məhz 18 iyun 2007-ci il tarixli plan və ölçü sənədi tərtib edilmiş 1300 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olmasının müəyyən edilməsinə nail olmaqdır, habelə iddiaçı müvafiq AİK-nin qərarı ilə ayrılan bir pay torpaq normasının 0,21 ha olduğunu, siyahıda 0,12 ha və 0,26 ha yazıldığını, bu səbəbdən də mərhum atasına 0,12 və 0,13 ha ayrı-ayrılıqda ayrıldığını bildirir. Kollegiya hesab edir ki, iddiaçının mərhum atasına müvafiq AİK-in qərarı ilə 0,12 ha torpaq sahəsinin ayrılması, 0,26 ha isə zəbt sahəsi kimi qeyd edildiyi müəyyən edilmişdir. İndiki halda isə iddiaçı həmin 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmuşdur. Həmin qərar əsasında iddiaçının mərhum atasına əlavə pay torpaq ayrılması və ya subyektlərin siyahısında dəyişiklik olması ilə bağlı hallar aşkar edilməmişdir. İddiaçının istinad etdiyi plan və ölçü sənədi isə məhz həmin AİK-in qərarı əsasında tərtib edilmişdir, hansı ki həmin qərarın aid olduğu subyektlərin siyahısında iddiaçının mərhum atasına 1300 kv.m. torpaq sahəsinin ayrılması halına dair hər hansı qeyd olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinə dair mərhum atasının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədi mövcud olmamışdır. Başqa sözlə desək, iddiaçının istinad etdiyi plan və ölçü sənədi mahiyyət etibarilə hüquqmüəyyənedici sənəd kimi çıxış etməməklə, torpaqayırma sənədi hesba edilmir, yalnız onun aid olduğu torpaqayırma sənədinin mövcudluğu iddiaçının mərhum atasına torpaq sahəsinin ayrılması halının müəyyən edilməsi üçün əsas ola bilərdi. İndiki halda isə həmin plan və ölçü sənədinin aid olduğu torpaqayırma sənədi (başqa torpaq sahəsinə aid olmaqla) əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, həmin plan və ölçü sənədində əks olunmuş 1300 kv.m. torpaq sahəsinə dair isə hüquqmüəyyənedici sənəd mövcud olmamış, aşkar olunan torpaqayırma sənədində həmin torpaq sahəsinə dair heç bir məlumat olmamışdır. Bu halda, kollegiya hesab edir ki, iddiaçı sözügedən plan və ölçü sənədinə istinad etməklə, hazırki iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Qeyd eidlən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməməklə, apellyasiya şikayətinin də dəlillərini təkzib etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar