Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1285/2025 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” kiçik müəssisəsinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı və Sumqayıt şəhər XDS-nin Rəyasət Heyətinin ## #### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə 16cı mikrorayon ərazisində dükan tikintisi məqsədilə iddiaçı “xxxx” kiçik müəssisəsinə ayrılan 72 kv.metr torpaq sahəsindən əlavə tikdiyi və istifadə etdiyi 132 kv.metr torpaq sahəsinin müəssisənin adına rəsmiləşdirilməsi qərara alınmışdır.
2. Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) Istismara qəbul edilməsi haqqında ## ###### 2005-ci il tarixli akta əsasən, Sumqayıt Şəhər Bələdiyyəsinin ## #### 2001-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı tikinti işləri inşaat normaları və qaydalarına uyğun aparılmış, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda, sözügedən qeyri-yaşayış binası istismara qəbul edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli qətnaməsi ilə sözügedən daşınmaz əmlak üzərində “xxxx” Kiçik Müəssisəsinin mülkiyyət hüququ faktı tanınmışdır.
4. Iddiaçı sonradan ayrılan torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi Idarəsinin iddiaçıya ünvanladığı ## #### 2023-cü il tarixli imtina məktubu ilə müraciət ərizəsinə, sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyi, Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, ** nömrəli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlandığı və sözügedən qeyri-yaşayış binasının 6,8 kv.metr hissəsinin başqa qeyri-yaşayış binası ilə üstüstə düşdüyü əsası ilə iddiaçının müraciətinin müsbət həllindən imtina olunmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən sözügedən daşınmaz əmlak üzərində “xxxx” kiçik müəssisəsinin mülkiyyət hüququ faktının tanınması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli qətnaməsindən ##.##.2017-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Lakin iş üzrə yekun məhkəmə qərarı Idarəyə daxil olmamışdır. Əlavə olaraq, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət torpaqlarına aiddir. Qeyri-yaşayış binasının 78,1 kv.m hissəsi “xxxx” kiçik müəssisəsinin adına 309011009575-***** reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış, sonradan 94,0 kv.m hissəsi artırılmışdır. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış təqdim edilməmişdir.
6. İmtina ilə razılaşmayan iddiaçı “xxxx” Kiçik Müəssisəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində "xxxx" Kiçik Müəssisəsi tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində “xxxx” Kiçik Müəssisəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, reyestrdən çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində “xxxx” Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər XDS Rəyasət Heyətinin ##.##.1994-cü il tarixli, ** nömrəli protokolu ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə “xxxx” kiçik müəssisəsinə 72 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış sahəsinə çıxarış verilmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2001-ci il tarixli qərarına əsasən, 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə ayrılmış 72 kv.m torpaq sahəsindən əlavə istifadə etdikləri 132 kv.m torpaq sahəsi müəssisənin mərhum direktoru X4 müraciəti əsasında “xxxx” kiçik müəssisəsinə ayrılmışdır. Cəmi ayrılmış 204 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa edilmiş və Sumqayıt Şəhər Icra Hakimiyyəti tərəfindən ##.##.2005-ci il tarixdə “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikilinin istismara qəbul edilməsi haqqında” istismara qəbul aktı verilmişdir. ##.##.2023-cü il tarixdə mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir.
9. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar ##.##.2023-cü il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-1424/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə sözügedən qeyriyaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilməmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmiş ** nömrəli ##.##.2023-cü il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən daşınmaz əmlak üzərində “xxxx” Kiçik Müəssisəsinin mülkiyyət hüququ faktının tanınması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixi *(***)-*****/**** saylı qətnaməsindən ##.##.2017-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Lakin iş üzrə yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Qeyd edirlər ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət torpaqlarına aiddir. Qeyri-yaşayış binasının 78.1 kv.m hissəsi “xxxx” Kiçik Müəssisəsinin adına 309011009575-***** reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış, sonradan 94.0 kv.m hissəsi artırılmışdır. Tikilinin 6.8 kv.m hissəsi isə 309011000134-***** reyestr nömrəli qeyriyaşayış binası ilə üst-üstə düşür. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış təqdim edilməmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı İddiası mümkün sayılmamalıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt Şəhər Bələdiyyə Şurasının ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə “xxxx” kiçik müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində “xxxx” kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim: L.Mirzəyeva).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə Sumqayıt şəhər XDS-nin Rəyasət Heyətinin ## #### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədilə iddiaçı “xxxx” kiçik müəssisəsinə ayrılan 72 kv.metr torpaq sahəsinə əlavə tikdiyi və istifadə etdiyi 132 kv.metr torpaq sahəsinin müəssisənin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 132 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Cavabdeh orqan imtinasının əsası kimi bunları göstərmişdir: Müraciət ərizəsinə sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əlavə edilməmişdir; Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, ** nömrəli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır; sözügedən qeyri-yaşayış binasının 6,8 kv.metr hissəsi başqa qeyri-yaşayış binası ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan ## ##### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsində qeyd edilmişdir ki, Sumqayıt şəhər, 16-cı mikrorayon ərazisində yerləşən ümumi sahəsi 125,9 kv.metr olan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı və ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında icarəyə verilmişdir. Yəni icarə müqaviləsinin məzmunundan aydın olur ki, icarəyə verilən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsidir. Müəssisənin mərhum rəhbəri X4 ##.##.2020-ci il tarixdə vəfat etdiyindən ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 onun vərəsəsi elan edilmişdir. Buna görə də, sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi ## ##### 2023-cü il tarixdə müəssisənin hazırkı rəhbəri X1 ilə bağlanılmışdır. Bundan əlavə, məhkəmə işin hallarının ətraflı araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlamışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyində, iddiaçıya məxsus olan qeydiyyata alınmış qeyri-yaşayış obyekti çıxılmaqla, qeydiyyata alınması iddia olunan qeyri-yaşayış obyekti və torpaq sahəsinin 139 kv.m təşkil etdiyi, faktiki vəziyyətdə üst-üstə düşmənin mövcud olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinanın əsası kimi qeyd etdiyi digər dəlilə münasibətdə bildirmişdir ki, ## ###### 2005-ci il tarixli qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında aktına əsasən Sumqayıt Şəhər Bələdiyyəsinin ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı tikinti işləri inşaat normaları və qaydalarına uyğun aparılmış və aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda, sözügedən qeyri-yaşayış binası istismara qəbul edilmişdir.
12. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq * saylı Sumqayıt Ərazi idarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün * saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt inzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.Bundan başqa, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının xxxx publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)***/**** nömrəli qərarı ləğv edilməklə iddia mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına 132 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçı tərəfindən inşa edilmiş layihə üzrə ölçüsü 204 kv.m. olan və faktiki ölçüsü 210 kv.m. olan tikilinin istismara qəbul edilməsi haqqında akt tərtib edilərək, təsdiq edilmiş, habelə texniki baxış-rəyi tərtib edilmişdir. 0,00781 ha (dövlət mülkiyyətində olan) torpaq sahəsində yerləşən ümumi sahəsi 60 kv.m. olan tikili üzərində iddiaçının adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, onun adına çıxarış verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində yerləşən 132 kv.m. torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququ faktı tanınmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən məhkəmə qətnaməsinə dair mülki işin materialları tələb edilərək, baxış keçirilmiş, həmin məhkəmə qətnaməsinin icraya yönəldilməməsi halı müəyyən edilmişdir. Bundan əlavə, müvafiq icra şöbəsinə sorğu ünvanlanmış, qeyd edilən məhkəmə qətnaməsinə dair icra sənədinin mövcud olması halı aşkar edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 78 kv.m. torpaq sahəsində inşa edilmiş tikili ilə 132 kv.m. torpaq sahəsində inşa edilmiş tikili faktiki olaraq vahid əmlak kimi mövcud olmuş, tikilinin bir hissəsinə (78 kv.m. torpaq sahəsində yerləşən hissəsi) dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, digər hissəsinə (132 kv.m. torpaq sahəsində yerləşən hissəsi) dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanınsa da, dövlət qeydiyyatına alınmamışdır. Indiki halda iddiaçının hüquqi marağı, məhz 132 kv.m. torpaq sahəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, nəticə etibarilə vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmlak üzərində mülkiyyət hüququnun tanındığı və müvafiq məhkəmə qətnaməsinin icrası qaydasında həmin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olduğu halda ayrıca iddia icraatı qaydasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair tələb irəli sürmüşdür. Başqa sözlə, iddiaçının sözügedən əmlaka dair mülkiyyət hüququ artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanındığından, qeyd edilən hal isə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, iddiaçının ayrıca iddia icraatı qaydasında deyil, məhz həmin məhkəmə qətnaməsinin icrası qaydasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ mövcud olmuşdur. Bu baxımdan, hazırkı halda iddiaçının hüquqi marağı mülki məhkəmə icraatı qaydasında baxılan tələblə və həmin tələbə dair mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icra edilməsi ilə bağlı olduğundan ,həmin məsələyə isə məhz məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırkı iddia tələbi inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz.
16. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini mümkün saymamışdır ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli qətnaməsi ilə sözügedən daşınmaz əmlak üzərində “xxxx” kiçik müəssisəsinin mülkiyyət hüququ faktı tanınmışdır və iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbini iddia icraatı qaydasında deyil, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli qətnaməsinin icrası qaydasında tələb etməlidir.
19. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsasən: “...hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın...Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir...”
21. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi xüsusi icraat qaydasında ərizəçilər tərəfindən qaldırılır, bu işlərə ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Lakin məhkəmə qətnaməsi hər hansı şəxsin üzərinə öhdəlik qoymur, hər hansı öhdəliyə əməl etməyi və ya hərəkətdən çəkindirməyi tələb etmir. Belə qətnamələr, “icra” xarakterli deyil, “təsdiq” xarakterlidir. Odur ki, belə qətnamələrin icrası da qanunvericilikdə nəzərdə tutulmur.
22. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamənin icrasına dair hüquqi mövqeyi əsassız olmuşdur.
23. Bundan əlavə, Ali Məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 xxxx Publik Hüquqi Şəxsinə ünvanlanmış 2024-cü il ## ###### tarixli, *-*- */*****/**** nömrəli məktubda inzibati orqana izah edilmişdir ki, “vərəsəlik işləri üzrə məhkəmə aktı vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bu barədə məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin akt əsasında notariat orqanı tərəfindən eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinin hüquqi əsası yoxdur. Məhkəmə qərarı ilə hüquqları qətiləşmiş şəxslər həmin aktı daşınmaz əmlakın dövlət reyestrinə təqdim edərək hüquqlarının qeydə alınmasını tələb edə bilərlər. Belə ki, mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (Qanun, maddə 8.0.4). Odur ki, vərəsəlik mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə hüquqları tanınmış şəxs müvafiq qeydiyyatın aparılması üçün qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət edə bilər. Qeydiyyatın aparılmasından imtina edildikdə isə həmin şəxsin inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır.”
24. Ali Məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 xxxx Publik Hüquqi Şəxsinə ünvanlanmış 2025-ci il ## ###### tarixli, *-*-*/*-****/**** nömrəli məktubda inzibati orqana izah edilmişdir ki: “Məlum olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (“Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 8.0.4). Bunun üçün daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın həmin iş üzrə prosessual şəxs kimi cəlb edilməsinə, məhkəmə aktında orqanın üzərinə qeydiyyatın aparılması ilə bağlı xüsusi öhdəliyin qoyulmasına və ya aktın icra edilməsi üçün həmin orqana göndərilməsinə hər hansı qanuni məcburiyyət yoxdur. Mülkiyyət mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə hüquqları tanınmış şəxslər də müvafiq qeydiyyatın aparılması üçün qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət edə, qeydiyyatın aparılmasından imtina edildikdə isə inzibati məhkəmədə iddia qaldıra bilərlər”.
25. Göründüyü kimi, Ali Məhkəmə tərəfindən verilmiş izahla müəyyən olunur ki, mülki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar əsasında cavabdeh inzibati orqan tərəfindən hər hansı hərəkətin edilməsindən imtina inzibati məhkəmə icraatının müstəqil predmetini təşkil edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” kiçik müəssisəsinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirlmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ:
28. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur).
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun:
29. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin:
30. 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKRin vəzifələrinə aid edilmişdir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001-ci il tarixli, ** nömrəli qərarına əsasən, Sumqayıt şəhər XDS-nin Rəyasət Heyətinin ## #### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədilə “xxxx” kiçik müəssisəsinə əvvəlcə 72 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan aparılmış faktiki istifadə və tikinti nəticəsində həmin ərazidə əlavə olaraq 132 kv.m torpaq sahəsinin də müəssisə tərəfindən istifadə edildiyi müəyyən olunmuş və bu əlavə sahənin də müəssisənin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 132 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Yəni mübahisənin predmeti həmin sahədə yerləşən tikilinin hüquqi rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınmasıdır.
36. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, ## ##### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən ümumi sahəsi 125.9 kv.m olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ## #### 2001ci il tarixli, ** nömrəli qərarı və ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında icarəyə verilmişdir. Müqavilənin məzmunundan aydın olur ki, icarəyə verilən torpaq sahəsi məhz həmin bələdiyyə qərarı ilə “xxxx” kiçik müəssisəsinə ayrılmış sahədir.
37. Müəssisənin əvvəlki rəhbəri X4 ## ###### 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ## ###### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 vərəsə kimi tanınmışdır. Bu əsasla ## ##### 2023-cü il tarixdə torpaq sahəsinə dair icarə müqaviləsi müəssisənin hazırkı rəhbəri X1 ilə bağlanmışdır və hüquqi varislik davam etdirilmişdir.
38. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, ümumilikdə 78 kv.m torpaq sahəsində inşa edilmiş tikili ilə 132 kv.m torpaq sahəsində inşa edilmiş tikili faktiki olaraq vahid bir əmlak kompleksi kimi mövcuddur. Tikilinin 78 kv.m-lik hissəsi “xxxx” Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 309011009575-***** nömrə ilə qeydiyyata alınmışdır. Digər 132 kv.m torpaq sahəsində yerləşən tikili hissəsinə münasibətdə isə Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-*****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və həmin qərarla bu hissə üzrə hüquqi qiymətləndirmə verilmişdir.
39. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılmış istismara qəbul prosesi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həyata keçirilmiş tikinti layihəsi üzrə ümumi sahəsi 204 kv.m olan, faktiki ölçülərinə görə isə 210 kv.m təşkil edən qeyriyaşayış binası mövcuddur. Tikinti işlərinin Sumqayıt Şəhər Bələdiyyə Şurasının ## #### 2001ci il tarixli, ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində aparıldığı, inşaat norma və qaydalarına uyğun icra edildiyi və aşkar edilmiş çatışmazlıqların aradan qaldırıldığı müəyyən olunmuşdur.
40. Nəticə etibarilə, həmin qeyri-yaşayış binası müvafiq dövlət qurumları tərəfindən istismara qəbul edilmiş və istifadəyə yararlı hesab olunmuşdur. Beləliklə, mövcud faktlar göstərir ki, tikili vahid kompleks kimi formalaşmış, torpaq sahəsi ilə bağlı hüquqi münasibətlər icarə və bələdiyyə qərarları əsasında rəsmiləşdirilmiş, lakin 132 kv.m hissə üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı məsələsi hazırda mübahisə predmeti olaraq qalmaqdadır.
41. Tikilinin 6.8 kv.m hissəsi isə 309011000134-***** reyestr nömrəli qeyri-yaşayış binası ilə üst-üstə düşməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinin ## ######## 2024cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin 5-ci cavabında qeyd edilmişdir ki, mübahisəli 6.8 kv sahə digər qonşu sahələr ilə faktiki cəhətdən üst üstə düşmür. Bundan əlavə həmin sonuncu məktuba əlavə edilmiş rəgli ortofodan da aydın olur ki, faktiki sahə ilə deyil sənəd üzrə sürüşmə olmuşdur.
42. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı geniş şəkildə qeyd olunmalıdır ki, həmin norma torpaq münasibətlərində mövcud olan sistemli problemlərin aradan qaldırılmasına, xüsusilə də torpaq sahələrinin hüquqi statusu ilə onların faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılmasına yönəlmişdir.
43. Fərmanın 2.3-cü bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının üzərinə torpaq sahələrinin dövlət qeydiyyatı məlumatlarının dəqiqləşdirilməsi, kadastr uçotunun təkmilləşdirilməsi, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən olunması və bu sərhədlərin faktiki istifadə ilə uyğunlaşdırılması vəzifəsi qoyulmuşdur. Bu, torpaq münasibətlərində hüquqi müəyyənliyin təmin olunmasına, mülkiyyət hüquqlarının müdafiəsinə və gələcək mübahisələrin qarşısının alınmasına xidmət edir.
44. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri ondan ibarətdir ki, torpaq sahələri üzrə çıxarışlarda göstərilən ölçü və sərhədlər faktiki vəziyyətlə üst-üstə düşmür. Bunun əsas səbəbləri kimi ilkin kadastr ölçmələrinin qeyri-dəqiqliyi, torpaq bölgüsü zamanı texniki səhvlər, uzun müddət ərzində formalaşmış faktiki istifadə münasibətləri, habelə müvafiq sənədlərin natamam və ya qeyri-dəqiq tərtib olunması göstərilə bilər. Məhz bu kimi halların aradan qaldırılması üçün qeyd olunan Fərmanın 2.3-cü bəndi xüsusi əhəmiyyət kəsb edir.
45. Hazırkı mübahisə üzrə müəyyən olunur ki, müəssisənin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə müəyyən edilmiş sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında fərqlər mövcuddur. Cavabdeh istinad edir ki, bu ölçü tikilinin 6.8 kv.m hissəsini təşkil edir ki, bu da 309011000134-***** reyestr nömrəli qeyri-yaşayış binası ilə üst-üstə düşür.
46. Bu kimi hallar öz mahiyyətinə görə daha genişdir və sistemli xarakter daşıyır. Belə ki, burada söhbət təkcə müəssisəyə aid olması ilə deyil, ümumilikdə torpaq uçotu və qeydiyyatı sistemində mövcud uyğunsuzluqlardan gedir. Bu baxımdan, Fərmanın 2.3-cü bəndi bu kimi hallarda prioritet olaraq inzibati və texniki tədbirlərin həyata keçirilməsini tələb edir.
47. Məhkəmə tərəfindən də nəzərə alınmalıdır ki, faktiki istifadə vəziyyəti uzun müddət ərzində formalaşmış, həmin ərazilərdə daşınmaz əmlak obyektləri və bu obyektlər üzərində mülkiyyət hüquqları yaranmışdır. Belə şəraitdə torpaq sahəsinin sənəd üzrə sərhədlərinə formal qaydada qayıdılması, yəni naturada geri tələb edilməsi digər şəxslərin qanuni mənafelərinin və mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu isə hüquqi sabitlik və mülki dövriyyənin etibarlılığı prinsiplərinə zidd olardı.
48. Digər tərəfdən, Fərmanın məqsədi də məhz belə ziddiyyətlərin aradan qaldırılması, mövcud vəziyyətin reallıqlara uyğunlaşdırılması və hüquqi sənədlərin faktiki istifadə ilə uzlaşdırılmasıdır. Bu isə o deməkdir ki, bu tip mübahisələrdə optimal yanaşma torpaq sahələrinin yenidən ölçülməsi, sərhədlərin dəqiqləşdirilməsi, zərurət olduqda isə müvafiq kompensasiya mexanizmlərinin tətbiqi təmin edilməsidir.
49. Hazırki vəziyyətdə torpaq sahələrinin üst-üstə düşməsi və ya qonşuluqda yerləşməsi halları qeyd olunan Fərmanın icrası nəticəsində aradan qaldırılması nəzərdə tutulur ki, bu hal da iddianın əsassızlığına əsas yaratmır.
50. Apellyasiya şikayətinin dəlillərindən biri də qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində mövcud müəsissə ilə bələdiyyə arasında müavilə bağlansa da əslində həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasıdır.
51. Bunun əsası kimi məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin təyinatının müəyyən edilməsi ilə bağlı müvafiq sorğular verilmişdir.
52. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2010-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydaları”na uyğun olaraq Sumqayıt şəhərinin bələdiyyə xəritəsi 2019-cu ildə hazırlanmış, Sumqayıt şəhər İcra hakimiyyəti və bələdiyyələrlə razılaşdırılaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə alınması üçün Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim olunmuşdur. Həmin xəritələr Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə alındıqdan sonra xəritənin 1 nüsxəsi xidməti istifadə üçün bələdiyyəyə təqdim olunmalıdır. Eyni zamanda məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının ## ####### 2024-cü il tarixli **-VIIQ nömrəli Qanununa əsasən ölkə üzrə 1606 bələdiyyə birləşərək 685 bələdiyyə yaranmışdır. Sözügedən Qanuna əsasən Sumqayıt bələdiyyəsinin xəritəsi yenidən hazırlanaraq, razılaşdırılması və təsdiq olunması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt bələdiyyəsinə təqdim olunacaqdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müəssisəyə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması və həmin tikiliyə bələdiyyə tərəfindən müqavilə bağlamaq səlahiyyətinin olmaması əsaslı hesab edilə bilməz.
54. Belə ki, istər birinci instansiya , istər hazırki icraat zamanı üçüncü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş sorğulara baxmayaraq həqiqətəndə həmin mübahisəli 132.kv torpaq sahəsinin iddiaçıya ayrılması zamanı (##.##.2001-ci il) sahənin kimin mülkiyyətində olması barədə sübutlar təqdim edilə bilməmişdir. Bununla yanaşı iş materiallarında olan rəngli ortofotodan görünür ki, torpaq sahəsinə bitişik torpaq sahələri bələdiyyə mülkiyyətində olmuşdur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia edirsəki torpaq ayrılan zaman həmin sahə dövlətə məxsus olmuşdur, bu halda onu sübut etməli və müvafiq rəsmi sənədləri (ayrılma zamanı mövcud xəritələr və s) məhkəməyə təqdim etməli idi. Bunun təqdim edilməməsi isə vətəndaşın zıyanına təfsir edilməməlidir.
55. Qeyd olunan hallar ilə yanaşı o da nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsi uzun müddətdir müəsissənin istifadəsindədir və müəsissəyə qarşı hər hanı əks təsir və ya həmin tikilinin sökülməsi və ya hər hansı bir şəxsin hüququnun məhdudlaşdırması barədə yanaşma yoxdur. Həmin istifadənin davamlı, sabit, ictimaiyyətə açıq və hüquqi münasibətlərlə müşayiət olunan xarakterini ifadə edir. Bu cür vəziyyətlərdə əsas meyar ondan ibarətdir ki, şəxs (və ya hüquqi şəxs) həmin əmlaka illər ərzində faktiki sahiblik edir, onu kommersiya və ya təsərrüfat məqsədləri üçün fasiləsiz istifadə edir, həmin əmlak üzərində faktiki nəzarəti həyata keçirir və bu vəziyyət uzun müddət ərzində mübahisəsiz şəkildə davam edir.
56. Qeyri-yaşayış sahəsi üzərində uzunmüddətli istifadə, xüsusilə tikili və ya obyektin inşa olunması, onun istismar edilməsi, gəlir gətirməsi və dövlət orqanlarının bu faktiki vəziyyəti tanıması ilə birləşdikdə, artıq sadə faktiki istifadə deyil, sabitləşmiş əmlak münasibəti kimi qiymətləndirilir. Bu halda istifadəçi həmin əmlakla bağlı hüquqi baxımdan “faktiki sahib” statusuna yaxınlaşır və onun hüquqlarının rəsmiləşdirilməsi zərurəti yaranır.
57. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edilmiş və həmin obyekt uzun illər ərzində fasiləsiz olaraq istifadə olunmaqdadır. Tikili yalnız bir mərhələdə deyil, davamlı şəkildə genişləndirilmiş, faktiki sahə ilə layihə sahəsi arasında fərqlər olsa belə, bu uyğunsuzluqlar sonradan aradan qaldırılmış və obyekt istismara qəbul edilmişdir. Bu isə onu göstərir ki, tikilinin mövcudluğu və istifadəsi faktı qəbul ediləndir.
58. Eyni zamanda iş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi vahid əmlak kompleksi kimi formalaşmış, onun bir hissəsi artıq dövlət reyestrində qeydiyyatdan keçmiş, digər hissəsi isə məhkəmə qərarı ilə hüquqi qiymət almışdır. Bu faktlar birlikdə onu sübut edir ki, sözügedən obyekt təsadüfi və ya qısa müddətli istifadə predmeti deyil, uzunmüddətli və sabit təsərrüfat dövriyyəsinə daxil edilmiş daşınmaz əmlakdır.
59. Qeyri-yaşayış sahəsinin uzun müddət ərzində iddiaçının istifadəsində olması, onun üzərində tikinti aparması, həmin tikilinin istismara qəbul edilməsi və faktiki olaraq dövlət orqanları tərəfindən bu vəziyyətin tanınması hüquqi baxımdan mühüm nəticələr doğurur. Belə ki, bu hallar mülkiyyət hüququnun yaranması və ya tanınması üçün əsaslı faktiki və hüquqi baza formalaşdırır.
60. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmək olmamaqla, yalnız onun üzərindəki tikiliyə qeydiyyat vəsiqəsinin və texniki pasportun verilməsi olmuşdur.
61. Mülki hüquq prinsiplərinə görə, uzunmüddətli, fasiləsiz və etirazsız istifadə nəticəsində formalaşmış əmlak münasibətləri, xüsusilə dövlət orqanlarının əvvəlki qərarları və faktiki qəbul etmə aktları ilə təsdiqləndikdə, həmin əmlakın hüquqi statusunun rəsmiləşdirilməsini zəruri edir. Bu, hüquqi müəyyənlik, əmlak dövriyyəsinin sabitliyi və şəxslərin qanuni gözləntilərinin qorunması baxımından da əhəmiyyətlidir.
62. Nəticə etibarilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq ayrılan zaman həmin sahənin ona məxsus olmasını sübuta yetirə bilmədiyindən, iddiaçının torpağın ona ayrlması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, faktiki üst-üstə düşmə vəziyyəti müəyyən edilmədiyindən, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququ deyil üzərindəki istismara qəbul edilmiş daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsinin və texniki pasportun verilməsi olduğundan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
63. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
64. Odur ki, formal mülahizələr əsasında tərtib edilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
65. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.