Məhkəmə qərarları › İş №2-1(105)-1289/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1289/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1289/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “**********873 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3031/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “**********873 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-3031/2025 nömrəli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 24 fevral rayonu Zizik kəndi ərazisindən həyətyanı torpaq sahəsi ayrılmış və adına ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən JN-494B KOD 30304028 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənmişdir. Lakin qeyd edilən Şəhadətnamədə mexaniki səhv olaraq ayrılmış torpağın miqdarı 0,10 ha əvəzinə 0,01 ha kimi qeyd edilmişdir və həmin vaxtdan hal-hazıra kimi sahiblik edərək istifadə edir. İddiaçının adına hazırlanan şəhadətnamədə olan səhvdən istifadə edən üçüncü şəxs B.Bayramov saxtakarlıq yolu ilə onun və ailəsinə aid torpağa öz adına çıxarış almışdır. Belə ki, üçüncü şəxs B.Bayramov saxta sənədlərlə onun və ailə üzvlərinin mübahisə predmeti olan torpaqdan çıxarma tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə B.Bayramovun iddiası təmin edilərək onun mübahisə predmeti olan torpağdan çıxarılmağı barədə iddiası təmin edilmişdir. Qeyd edilən qətnamə ilə razılaşmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti əsasında iddiası təmin edilərək Quba Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilərək B.Bayramovun iddiası təmin olunmamasına dair yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə öz qüvvəsində qalmışdır. Üçüncü şəxs B.Bayramov saxtakarlıq yolu ilə onların mülkiyyətində və istifadəsində olan torpağın 0,09 ha hissəsinə çıxarış alaraq onların mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd edilən çıxarışın ləğvi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat onun ərizəsinə münasibət bildirməmişdir. İddia ərizəsinə əlavə etdiyi JN-494B KOD ********** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən aşkar olur ki, qeyd edilən şəhadətnamə ilə onlara 0,01 ha torpağ sahəsi ayrılmışdır və dörd nəfər mülkiyyətçiyə 0,01 ha torpağın ayrılması özü belə təsdiq edir ki, qeyd edilən Şəhadətnamədə torpağın miqdarı mexaniki səhv olaraq 0,01 ha kimi qeyd edilmişdir. İddia ərizəsinə əlavə etdiyi məhkəmə qətnamələrindən aşkar olur ki, üçüncü şəxs B.Bayramovun mübahisə predmeti olan torpağa dair ona qarşı olan iddiaları rədd edilmişdir. xx.xx.2023-cü il tarixli çıxarışdan aşkar olur ki, üçüncü şəxs mübahisə predmeti olan torpağı 0,09 ha hissəsinə çıxarış almışdır. Quba rayonu Sovxoz texnikumu tərəfindən təsdiq edilmiş aktlardan aşkar olur ki, qeyd edilən sənədlər əsasında ona və mərhum atasına-hər birinə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Beləliklə qeyd etdiyi əsaslardan və təqdim etdiyi sübutlardan aşkar olur ki, üçüncü şəxs B.Bayramov saxtakarlıq yolu ilə onun istifadəsində olan torpağa çıxarış olaraq onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan, Quba rayonu, Zizik kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair vətəndaş X6 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3031/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi şəhadətnamədən görünür ki, ona və ailə üzvlərinə 0.01 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia edir ki, üçüncü şəxs X6 adına sahəsi 0.09 ha olan **********873 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış onun torpaq sahəsinə aid verilmişdir. İddiaçı bunu iddia etsə də, bununla bağlı hər hansı etibarlı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, X9 öz mülkiyyətində olan mübahisəli torpaq sahəsinə dair QUFS-6031 nömrəli, xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsi də təqdim etmişdir. Həmin müqavilədən də görünür ki, torpaq sahəsi ipoteka saxlayanın xeyrinə yüklüdür. Göründüyü kimi müvafiq çıxarışın ləğv edilməsi, həm iddiaçının, həm də İpoteka saxlayanın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qeyd edilən torpağa dair Quba Rayon Məhkəməsində 2020-ci ildə Bəhruz Bayramovun iddia ərizəsi əsasında məhkəmə işi olmuş, belə ki,Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 xx.xx.2023-cü il tarixli çıxarışda qeyd edilən torpağa dair iddiası təmin olunmuşdur, sonradan o, qeyd edilən qətnamədən Apellyasiya Məhkəməsinə şikayət verdi. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək X6 iddia tələbi təmin edilməmişdir. O dəfələrlə bu işə hakim R.Həsənovun sədrliyi ilə baxılmasına etiraz edərək onun AR İPM-nin 19.1.5-ci maddəsində birbaşa və ya dolayı yollarla maraqlı olduğunu bildirmişdir, lakin qeyd edilən etiraza əhəmiyyət verməyərək işə baxıb qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Onun hakim R.Həsənova qarşı etirazının bir daha əsaslı olduğu onunla təsdiq olunur ki, o bu işdə maraqlı olduğu üçün onun təqdim etdiyi sübutlara əhəmiyyət vermədən yalnız Bəhruz Bayramovun qeyd edilən mübahisə predmeti olan torpağa dair çıxarış aldığını əsas gətirərək iddia tələbini təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsi işin tam və hərtərəfli araşdırılmasına, mübahisə predmeti olan torpaq sahəsinin 30 ilə yaxın onun istifadəsində olmasına əhəmiyyət verməmiş, heç bir əsas olmadan iddia tələbini təmin etməmişdir. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Timiryazeb bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubundan sübuta yetirilir ki, Bəhruz Bayramovun 0.0987 ha torpağının kəndin hansı hissəsində yerləşdiyini bilmir və torpaqdan istifadə etmir, həmin torpaqdan İddiaçı istifadə edir. O həmçinin qeyd edir ki, Bəhruz Bayramov torpağa qanunsuz çıxarış əldə etdiyini bilərək dərhal ipoteka ilə yüklü edərək kredit almışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırda iddiaçı **********873 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, iddiaya mahiyyəti üzrə baxmaqla yalnış nəticəyə gəlmişdir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar (2.3). İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. İş materiallarına əlavə olunmuş 15 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba rayonu, Zizik kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eləcə də QUFS-6031 nömrəli ipoteka müqaviləsindən görünür ki, 15 avqust 2023cü il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışla X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı Quba rayonu, Zizik kəndində yerləşən 0,09 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı sözügedən çıxarışın ləğv edilməsinə nail olmaq niyətindədir. Bu zaman isə hüquq müəyyənedici sənəd qismində JN – 494B, KOD 30304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə istinad edir. Həmin şəhadətnamədən görünür ki, X1, X5, X2 və X3 Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 nömrəli qərarı ilə 0,01 ha torpaq sahəsi ayrılmışdır. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi şəhadətnamədə adı qeyd olunmamışdır, həmin şəhadətnamədə X1 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. Göründüyü kimi hazırkı iddianı ilk növbədə qeyd edilən şəhadətnamədə adları qeyd olunun şəxslər qaldıra biləcəyi halda, həmin şəxslər iddiaçı kimi müraciət etməmişlər. Məhkəmə kollegiyası əlavə olaraq hesab edir ki, iddiaçı vərəsə kimi subyektiv hüquq olan şəxs kimi qəbul edilsə belə, JN – 494B, KOD 30304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 0,01 ha torpaq sahəsinin qeyd edildiyindən hazırkı şərtlərdə yalnız həmin hissə ilə əlaqəli iddia qaldıra bilərdi. Lakin bu iddiaçı və onun ailə üzvlərinin hüquqi maraqlarına uyğun deyil. Kollegiya qeyd edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 nömrəli qərarı ilə Quba rayonu Zizik kəndi ərazisində 0,10 ha torpaq sahəsinin ayrıldığını və JN – 494B, KOD 30304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq ayrılmış torpaq sahəsinin 0,01 ha olaraq qeyd olunduğunu bildirir və onun ailə üzvlərinin qanuni istifadələrində 0.10 ha torpaq sahəsinin olması ilə bağlı ilkin sənədlər təqdim edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, istinad edilən şəhadətnamədə adları qeyd olunan mülkiyyətçilər tərəfindən istifadələrində 0.10 ha torpaq sahəsi olduğu halda cavabdeh inzibati orqana müraciət edilərək şəhadətnamədəki texniki yalnışlığın düzəldilməsi və daşınmaz əmlakın dövlət reyestrində aqrar islahatın qərarına uyğun qeydiyyatın aparılmasını tələb edilə bilər. Eyni zamanda həmin icraat çərçivəsində müəyyən edilmiş hallara uyğun olaraq digər hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3031/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar