Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-129/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı qarşı “Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 75000 (yetmiş beş min) manat kompensasiya məbləğinin tutularaq ona ödənilməsi tələbinə” dair iş üzrə açar sözlər: torpaq sahəsinə görə ödənilməli olan kompensasiya tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Vəkil Fizuli qızının və cavabdeh Azərbaycan Avtomobil X6 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı qarşı “Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 30000 (otuz min) manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 5200 (beş min iki yüz) manatın, 2014-cü ilə indiki mal material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 41000 (qırx bir min) manat fərqinin, ümumilikdə 76200 manatın ona ödənilməsi tələbinə” dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı 24.08.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 30000 manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 5200 manatın, 2014-cü ilə indiki mal material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 41000 manat fərqinin, ümumilikdə 76200 manatın ona ödənilməsi”barədə qərarqəbuledilməsini xahiş etmişdir.
2. İşə baxılan zaman iddiaçının nümayəndəsi Vəkil Fizuli qızı 03.03.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddia üzrə evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 5200 (beş min iki yüz) manatın və valyuta fərqinə əsasən iddiaçıya dəyən 41000 (qırx bir min) manat zərərin ödənilməsi hissəsində iddianı geri götürülməsinin, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir.
3. İşə baxılan zaman iddiaçının nümayəndəsi Vəkil Fizuli qızı yenidən iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək göstərmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X11” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlakın bazar dəyəri 75000 (yetmiş beş min) manat qiymətləndirildiyindən iddiaçıya məxsus torpaq 2014-cü ildə plana düşmüş və qiymətləndirilmişdir. 6 il öncəki torpaqların bazar qiymətində bu gün kəskin artım olduğu üçün cavabdehdən 30000 manat deyil, 75000 (yetmiş beş min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini 2014-cü ildə ev tikmək üçün almış və torpaq sahəsində yaşamaq üçün ev tikməyə başlamış və evin bünövrəsi işləri görülməklə tikintini imkan olduqca davam etdirmiş və 2014-cü ilin son aylarında torpaq sahəsinə baxmağa gedərkən görmüş ki, onun tikdiyi bünövrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məlumat verilmədən, ondan xəbərsiz dağıdılmışdır. Azərbaycan Avtomobil X6 tərəfindən qohumu Hikmət Məmmədova bildirilmişdir ki, həmin topaq sahələri dövlət əhəmiyyətli yolların çəkilməsi üçün plana düşdüyündən mülkiyyətçilərə müvafiq kompensasiya ödənilməklə orada dövlət əhəmiyyətli yollar tikiləcəkdir. Bundan sonra onlara müvafiq sənədləri toplamaq bildirilmiş və xüsusi mülkiyyətdə olan torpaq sahəsində yolların çəkilməsinə görə onlara torpağın hər sotuna 3000 (üç min) manat olmaqla cəmi 30000 (otuz min) manat pul ayrılması deyilməklə əlavə söküntü ilə bağlı dəymiş ziyanın da ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidenti 19 dekabr 2017-ci il tarixində Azərbaycan Avtomobil X6 fəaliyyətinin təmin edilməsi haqqında fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlak Agentlik Azərbaycan Avtomobil X10 dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilmişdir. Lakin, dəfələrlə müraciət etməklərinə baxmayaraq Azərbaycan Avtomobil X10 həmin məbləği onlara ödəməkdən yayınaraq pulu ödəyəcəklərini, lakin büdcədə pul olmadığı üçün hal-hazırda pulu onlara ödəyə bilmədiklərini bildirmişlər. Artıq onun tikdiyi tikintinin dağıdılmasından 4 il ötməsinə və yaşamağa yeri olmamasına, tikinti materiallarının qiymətinin dəfələrlə bahalaşmasına, bununla bağlı ev tikə bilmədiyinə, müxtəlif dövlət orqanlarına, eləcə də sözügedən təşkilata etdiyi müraciətlərə baxmayaraq süründürməçiliyə yol vermişlər, hal-hazırda həm torpaq sahəsi əlindən çıxıb, həm də özünə yaşayış şəraiti qurmağa heç bir maddi imkanı və yeri yoxdur. O cavabdeh təşkilata məsələnin məhkəmədənkənar həll edilməsi üçün müraciət etsə də, onlar ona ödənilməli olan pul məbləğinin işin dayandırılması ilə bağlı olaraq ödənilmədiyinə dair cavab məktubu göndərmişlər. O, Abşeron rayonu, Novxanı kəndində yerləşən sözügedən torpaq sahəsinin üzərindəki evin və hasarın bünövrəsinə, daş və çınqıla 5200 manat pul ödəmiş, 2014-cü illə indiki mal-material qiymətinin arasında qiymət fərqinə həmin dövrdən indiyə valyuta fərqində müqayisədə o, 41000 manat maddi zərərə uğramışdır. Odur ki, cavabdeh tərəfindən ona ümumilikdə 76200 manat məbləğində vurulmuş ziyan tam ödənilməlidir.
Cavabdehin etirazları:
5. İddiaya qarşı cavabdeh tərəfindən verilmiş etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X3 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bundan sonra isə əmlakın müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ilə qeydə alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi yolun tikinti altına düşməmiş və Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X3 tərəfindən tikilinin kadastr planı hazırlanmamışdır. Layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(085)- 954/2019 saylı qərarı (hakim Z.R.Pirverdiyev) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha sahəsi olan yaşayış məntəqələri torpaqları kateqoriyalarına aid olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması üçün mülkiyyətçiyə (ona) ayrılmış torpaq üçün 30000 (otuz min) manat kompensasiya məbləğinin, evin və hasarın bünövrəsinə, daş və çınqıla ödədiyi 5200 manatın, 2014-cü ilə indiki mal material qiymətinin və həmin dövrdən indiyə valyuta fərqində müqayisədə ona dəyən 41000 manat fərqinin, ümumilikdə 76200 manatın ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iş üzrə məhkəmə tikinti və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “İddiaçı məxsus Novxanı kəndidə yerləşən torpaq sahəsinə sərbəst giriş-çıxış mümkündürmü? Torpaq sahəsinin tikinti altına düşməyən hissəsi nə qədərdir? İddiaçı Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin bazar dəyəri nə qədərdir? İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin yol tikintisi altına düşməyən torpaq sahəsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən nəzərdə tutulmuş qaydada kompensasiya nə qədər təşkil edir?” sualları qoyulmuşdur.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı, 24.08.2020-ci il tarixli qərarı (hakim C.B.Məmmədov) ilə iddia tələbi təmin edilərək İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 75000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil X6 üzərinə qoyulması qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh Azərbaycan Avtomobil X6 səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 56/2020 saylı, 24.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-74/2021 saylı qərarı (hakimlər H.Ç.Babayeva–sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(118)-56/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Qərardan narazı qalan cavabdeh Azərbaycan Avtomobil X6 səlahiyyətli nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(105)-74/2021 saylı qərarının ləğv edilərək kassasiya şikayətinin təmin edilməklə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1338/2021 saylı qərarı (hakimlər K.N.Bədəlov – sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2- 1(105)-74/2021 saylı qərarı ləğv edilməklə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməklə iddia tələbi rədd edilməlidir ona görə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə (şikayətdə belə qeyd edilib, yəqin ki, iddiaçı nəzərdə tutulur) ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamış, bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bundan əlavə hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınsa, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi 75000 (yetmiş beş min) manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.10 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat, cəmi isə 31000 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin, həmin torpaq sahəsinin təyinatı əkin sahəsidir. Birinci instansiya məhkəməsinin sorğusuna qiymət barəsində arayış təqdim edilmiş və həmin arayışda qanunda nəzərdə tutulan bütün əlavələr də qeyd olunmuşdur. Hesab edirlər ki, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirmə barədə hesabat qüvvədədir. Birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxılmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Fizuli qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onu da vurğuladı ki, uzun illər ərzində vətəndaş torpaq sahəsi əldə edib ev tikmək istəmiş və müvafiq tikinti işləri apardıqdan sonra cavabdeh tərəfindən heç bir xəbərdalıq edlmədən, əvəzi ödənilmədən mülkiyyət hüququnun olması nəzərə alınmadan torpaq sahəsi tikililərlə birlikdə dağıdılaraq yol çəkilməsi işlərinin görülməsi kobud pozuntu olmaqla, dəyən ziyanın ödənilməməsinin də həyata keçirilməyərək əsassız şikayətlərin verilməsi vətəndaşın konstitusion hüquqlarına müdaxilə kimi qiymətləndirilməli və bu səbəbdən də apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-56/2020 saylı 24.08.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(118)-56/2020 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İİİ şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İİİ şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
22. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
23. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
24. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
27. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
29. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
30. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
31. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
32. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
33. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
34. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
35. Azərbaycan Respublikasının Konstitusiyası (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlə ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
38. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
39. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hazırki qərarın 19-29-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarındakı halları, iş üzrə məhkəmə kollegiyası tərəfindən əldə edilmiş sübutları, habelə Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyi əsas tutaraq, apellyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.
41. Belə ki, iddiaya əlavə olunmuş sənədlərə, həmçinin birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyinə, habelə cavabdeh tərəfin göstərdiklərinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir və bu sahə dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, layihəni icra edən subyekt tərəfindən tikinti altına düşən torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği “X11” Daşınar və Daşınmaz Əmlakın, Biznesin Qiymətləndirilməsi və İnkişafı MMC-i tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, CEG- 06/20/063 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi 75.000 manat müəyyən edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinə dair müvafiq kompensasiya məbləği ödənilməmişdir.
42. Tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmış və kollegiyanın qənaətinə görə, mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.
43. Belə ki, hazırkı qərarın 35-ci bəndində istinad edilən konstitusion normaların tələbləri xüsusi mülkiyyətin qarantı olmaqla, eyni zamanda Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
44. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
45. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
46. İşin hallarından göründüyü kimi, iddiaçının torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir və bunu müxtəlif hallarla əsaslandırmağa çalışaraq bu işdə iddiaçının haqsız tələb irəli sürdüyünü apellyasiya şikayətində vurğulamışdır.
47. Belə ki, cavabdehin hazırkı qərarın 13-cü bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunması məhkəmə tərəfindən araşdırılmamış, həmçinin mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərilməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə edilməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.
48. Halbuki, apellyasiya şikayətinin özündə də vurğulanır ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsinin tam olaraq tikilməkdə olan Azərbaycan Avtomobil X6 Bilgəh- Sumqayıt-Novxanı avtomobil yolunun tikinti altına düşür, eyni zamanda məhkəmə qərardadına əsasən təyin edilmiş ekspertizanın nəticəsi olaraq “X11” Daşınar və Daşınmaz Əmlakın, Biznesin Qiymətləndirilməsi və İnkişafı MMC-i tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli, CEG-06/20/063 nömrəli mütəxəssis rəyindən də görünür ki, İddiaçı məxsus 0,10 ha torpaq sahəsi tikintidə olan yolun döngə hissəsinin içində olduğuna görə sərbəst giriş-çıxış mümkün deyil, torpaq sahəsi bütövlükdə tikinti altına düşür, İddiaçı məxsus Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 30 iyun 2020-ci il tarixinə olan bazar dəyəri 75000 manat təşkil edir.
49. Apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin əkin torpaq sahəsi olmaqla birinci instansiya məhkəməsinin sorğusuna əsasən qiyməti barəsində arayış təqdim edilməsi və həmin arayışda qanunda nəzərdə tutulan bütün əlavələrin də qeyd olunmaqla iddiaçıya məxsus daşınmaz əmlakın qiymətləndirilməsi və qiymətləndirmə barədə hesabatın qüvvədə olması göstərilsə də, bu halları təsdiq edən heç bir sübut məhkəmə instansiyalarına təqdim edilməmiş, əksinə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”na aid olmaqla məqsədli istifadə növü “Həyətyanı” torpaq sahəsinə aiddir.
50. Beləliklə də, yuxarıda şərh olunanlardan göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsasən əsassız olmaqla iş materialları ilə təsdiqini tapmır.
51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə Ali Məhkəmənin 28.09.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməs üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş və tikinti altına düşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisin iştirakı ilə iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi tikilən yolun içində olduğuna görə sərbəst giriş çıxışı mümkün deyil, həmçinin torpaq sahəsi bütövlükdə tikinti altına düşür və 0.10 ha torpaq sahəsinin 30 iyun 2020-ci il tarixinə olan bazar dəyəri 75.000 manat təşkil edir. Eyni zamanda, mütəxəssis rəyində torpaq sahəsinin yerləşdiyi yerlə bağlı nəqliyyat cəhətdən əlverişliliyi orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması qənaətbəxş göstərilmişdir. Məhkəmə kollegiyası 0.10 ha torpaq sahəsinin 75.000 manat qiymətləndirilməsi barədə mütəxəssis rəyini əsaslı hesab etmir ona görə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verilməsi təsdiq edilsə də, apellyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.
52. Ali Məhkəmənin adı çəkilən qərarında mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə kollegiyası tərəfindən Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərilərək 2014- 2015-ci illərə dair Abşeron rayonunun Novxanı kəndində (dəqiq yeri bildirilməklə, yəni Saray qəsəbəsindən Masazır gölünə düşən yolda, gölə çatan ərazidə olan işıqforun solunda yeni inşa edilmiş körpünün yaxınlığında yol qırağında) yerləşən torpaq sahəsinin bazar qiymətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müəyyənləşdirilməsi məqsədilə, notariatda aparılmış alqısatqı müqavilələri tələb edilmiş və 23.02.2022-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş alqı-satqı müqavilələri ilə müəyyən olunur ki, 29.05.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.10 ha torpaq sahəsi 70.000 manata satılmış, 05.05.2015-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.1 ha torpaq sahəsi 125.000 manata satılmış, 05.06.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 80.000 manata satılmış, 28.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 100.000 manata satılmış, 22.01.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 65.000 manata satılmış və 27.01.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.042 ha torpaq sahəsi 28.500 manata satılmışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3nü seçməklə, o cümlədən 29.05.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.10 ha torpaq sahəsi 70.000 manata satılmış, 05.06.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 80.000 manata satılmış, 28.03.2019-cu il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Novxanı kəndində 0.12 ha torpaq sahəsi 100.000 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni, 1-ci – 7000 manat, 2-ci – 6667 manat, 3-cü – 8333 manat olmaqla, 1 sotun orta qiyməti 7333 (7000+6667+8333=22000:3=7333) manat müəyyən edildikdə, iddiaçıya məxsus 10 sot torpaq sahəsinin qiyməti 73330 (10sot x 7333= 73330) manat təşkil edəcəkdir.
54. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə müvafiq olaraq qiymətinin müəyyənləşdirilməsi üçün hazırkı qərarın 38-ci bəndində istinad edilən qanun normalarının tələbləri çərçivəsində aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin qiymətinin 73330 manat müəyyən edilməsi, bununla da cavabdehin hərəkətlərində hazırkı qərarın 36-39-cu bəndlərində istinad edilən normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə əsasən düzgün nəticəyə gəlsə də, kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(118)-56/2020 saylı qərarı dəyişdirilməli, cavabdeh Azərbaycan Avtomobil X10ndən iddiaçının xeyrinə 73330 manat məbləğində kompensasiya tutulmaqla İddiaçı ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Avtomobil X6 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(118)-56/2020 saylı qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 73330 (yetmiş üç min üç yüz otuz) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X6 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.