Məhkəmə qərarları › İş №2-1(105)-129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-129/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-129/2023 18.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2877/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: “X4” QSC-nin İddiaçı qarşı “22 dekabr 2004-cü il tarixli 75 saylı və 15 fevral 2006-cı il tarixli 161 saylı daxili maliyyə lizinqi müqavilələri üzrə əsas borcun, cərimə faizlərin tutulması, habelə yük nəqliyyat vasitələrinin, avadanlıqlarının cavabehdən alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2-2(85)-650/2013 saylı qətnaməsi ilə təmin edilərək İddiaçı "X4” QSC-nin xeyrinə 22 dekabr 2004-cü il tarixli, 75 saylı daxili maliyyə lizinqi müqaviləsi lizinq haqqı üzrə 19.183 ABŞ dolları məbləğində əsas borcun, cərimə faizi üzrə 12.425 ABŞ dolları məbləğində borcun, 15 fevral 2006-cı il tarixli, 161 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı üzrə 70.528 ABŞ dolları məbləğində əsas borcun, cərimə faizi üzrə 10.186 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulması, habelə iddiaçıya məxsus 3 ədəd “KRAZ-256B” markalı özüboşaldan yük nəqliyyat vasitələrinin, 2 ədəd “EO-3322” markalı ekskovatorun, 1 ədəd “SMD-109” markalı daşqıran avadanlığın cavabdeh tərəfindən iddiaçıya qaytarılması, “X4” QSC-nin iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi, fərdi sahibkar İddiaçı banklarda olan hesablarına, həmçinin, onun istifadəsində olan “SMD-106” markalı 2 ədəd daşqıran avadanlığın, 1 ədəd “QİS-42" markalı ələk avandanlığının, 400 kva transformatorun və 200 ədəd transportyor Rolik avadanlıqların, "QİS-32” markalı 1 ədəd daş ələmə avadanlığın və 200 metr transportyor lentinin, “SMD-109” markalı 2 ədəd daşqıran avadanlığın, 2 ədəd "EO-3322” markalı ekskovatorun, 3 ədəd "Kraz-256B” markalı özüboşaldan yük nəqliyyat vasitələrinin üzərinə qətnamə tam icra olunanadək həbs qoyulması qət edilmişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-2(105)-09/2015 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2013-cü il tarixli, 2-2(85)-650/2013 nömrəli qətnaməsi qismən 15 fevral 2006-cı il tarixli, 161 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı üzrə 70.528 ABŞ dolları məbləğində əsas borcun, cərimə faizi üzrə 10.186 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması, habelə iddiaçıya məxsus 3 ədəd “KRAZ-256B” markalı özüboşaldan yük nəqliyyat vasitələrinin, 2 ədəd “EO-3322” markalı ekskovatorun, 1 ədəd “SMD-109” markalı daşqıran avadanlığın cavabdeh tərəfindən iddiaçıya qaytarılması hissəsində ləğv edilməsi, bu hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-2(105)-09/2015 nömrəli qətnaməsinin icrası ilə əlaqədar 30 mart 2015-ci il tarixində icra sənədi verilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Cavabdehnə göndərilmiş, Cavabdeh rəisi X2 xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh rəisi X1 iddiaçının bank hesablarına və ona məxsus əmlakın üzərinə həbs qoyulması hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(105)-09/2015 saylı icra sənədinə əsasən iddiaçıdan “X4” QSCnin xeyrinə xx.xx.2004-cü il tarixli 75 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 19.183 ABŞ dolları əsas borc və 12.425 ABŞ dolları cərimə faizi tutulması qət edilmişdir. Həmin icra sənədi üzrə Cavabdeh tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru iddiaçıya məxsus texnikaların üzərinə qətnamə tam icra edilənədək həbs qoyulması barədə qərar qəbul etmişdir. Qeyd edir ki, icra məmurunun bu qərarı ilə razı deyil. Əmlaklarının üzərinə həbs qoyulması onun sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərəcək və gələcək fəaliyyətinə ciddi maneə yaradacaqdır. Hesab edir ki, cavabdehin bank hesablarına və ona məxsus əmlakın üzərinə həbs qoyulması hərəkətləri qanunsuz hesab edilməli və xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” barədə qərar ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2877/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia mümkün hesab edilməklə məhkəmə icraatının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərardadını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli və “İcra haqqında” Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli Qərarları ilə əsaslandırmış və qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu hər iki qərarda hazırkı iddialara baxılması səlahiyyətini inzibati məhkəmələrə deyil, ümumi məhkəmələrə vermişdir. Qeyd edir ki, məhkəmənin istinad etdiyi həmin iki qərarda məhkəmə aidiyyəti barədə heç bir qeyd edilməmişdir. “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarda icra məmurunun qəbul etdiyi qərardan şikayət barəsində bir kəlmə də qeyd edilməməklə, mülki məhkəmə icraatı qaydasında çıxarılan qətnamənin icrasına nəzarətdən bəhs edilir. Hesab edir ki, bu nəzarətin həyala keçirilməsi isə heç şübhəsiz ki, məhkəmə aktını çıxaran məhkəmənin aidiyyətindən asılıdır. Yəni, inzibati icraat qaydasında çıxarılan məhkəmə qərarının icrasına nəzarəti inzibati məhkəmələr, mülki qaydada çıxarılan qətnamənin icrasına nəzarəti isə ümumi məhkəmələr həyata keçirir. Bu hala istinad edərək, icra məmurunun qərarından şikayətin də məhz ümumi məhkəmələrə aid olduğunu demək mümkün deyildir. Bundan başqa, “İcra haqqında” Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli Qərarında çıxarılan məhkəmə aktının bir neçə borcluya münasibətdə yönləndirilməsindən bəhs edilməklə icra məmurunun qərarından verilən şikayətlərdən və ya bu şikayətlərin aidiyyətindən bəhs edilmir. Lakin, məhkəmə bu iki qərara istinad edərək öz qərardadında “"İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi baradə qərarından icra məmurunun icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər” fikrini bəyan edərək bunu da mümkünsüzlük üçün əsas görmüşdür. Hesab edir ki, burada da icra məmurunun icraata xitam barədə qərarı qeyd edildiyi üçün onun iddia ərizəsinə həmin hissənin də heç bir aidiyyəti yoxdur, ona görə ki, mübahisələndirilən qərar icraata xitam verilməsi barədə deyil, icraata başlamaq barədədir. Qeyd edir ki, işə baxan məhkəmə aidiyyət məsələsinə qiymət vermək üçün “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarına, ümumiyyətlə, toxunmamışdır. Məhkəmə öz qərardadında birbaşa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidmətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edildiyini etiraf etsə də, səbəbdən bu inzibati orqanın qərarının inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıldığını əsaslandırmamışdır. Hesab edir ki, mübahisələndirilən qərardan şikayətə inzibati icraat qaydasında baxılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq 18 yanvar 2023-cü il tarixli məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1.1 və 2.1.1-1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsinin və onunla bağlı xx.xx.2015-ci il tarixli, 2-2(105)-09/2015 saylı icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 1.1-ci, 2.1-ci və 2.2 –ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənilmədiyi üçün ərizə mümkün sayılmamalıdır. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırkı iş üzrə ərizəçi bu qaydaya uyğun olaraq, icraya nəzarət edən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət etməli idi. Məhkəmə kollegiyası qeyd olunan fikirlərin davamı olaraq vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 35.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2877/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar