Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1290/2025 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı iddiaçı5 iştirakı ilə, Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaqların elektron kadastr uçotu informasiya sistemində dəyişiklik edilməklə onun və ailə üzvlərinin adına verilmiş JN-0077 (Kod 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 77 Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı iddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə Quba rayonu Qıcır-Zeyid kəndində yerləşən 1.01 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara ayrılmışdır. Həmin qərar əsasında iddiaçılara JN-0077 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Torpaq sashəsi iki planşetdə göstərilmişdir : 77Z- 1142.0 kv m və 0077 – 8999,51 kv m. ************ reyestr nömrəli ##.##.2023-cü il tarixli çıxarışa əsasən iddiaçı5, iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 Quba rayon, Qəcər-Zeyid kəndində yerləşən 0.9 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Iddiaçılar yerdə qalan 0.1142 ha torpaq sahəsi üxzərində mülkiyyət hüququnun qeydə alınması üçün cababdeh orqana müraciət etmişlər. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina məktubundan görünür ki, JN-**** nömrəli (KOD 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın **Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsi naturada və torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.0668 ha ölçüdə öz əksini tapmışdır və iddiaçılar tərəfindən torpaq sahələrinin azalması ilə razılaşmadıqları bildirilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kooridnatları ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) göstərilmiş JN-**** nömrəli (KOD 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 77 Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə mövqeyi ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) göstərilmiş JN-**** nömrəli Dövlət Aktının yerləşmə mövqeyi fərqlidir. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0850 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-**** nömrəli Dövlət aktına əsasan üçüncü şəxs2 və ailə üvlərinə məxsus torpaq sahəsi ilə, 0.0250 ha hissəsi isə JN-0073 Dövlət Aktına əsasən üçüncü şəxs1 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, torpaqların elektron kadastr uçotu informasiya sistemində dəyişiklik edilməklə onun və ailə üzvlərinin adına verilmiş JN-0077 (Kod 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 77 Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə Quba rayonu Qıcır-Zeyid kəndi ərazisində yerləşən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsai onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Mülkiyyət hüququ KOD 30304058 JN:**** saylı ## #### 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi mülk nömrəsi 77Z, sahəsi 1142.00 kv m və mülk nömrəsi 0077, sahəsi 8999.51 kv m olan iki hissədən ibarətdir. Hər iki torpaq sahəsi mülkiyyətinə verildiyi vaxtdan onların faktiki istifadəsindədir. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlarla rəsmiləşdirilməsi üçün qeydiyyat orqanı olan * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, həmin idarə tərəfindən yuxarıda qeyd etdiyi torpaq sahələrinin 0.9 ha hissəsinə dair adına ##.##.2023- cü il tarixli 2822048516 qeydiyyat, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş, qalan hissəyə dair Çıxarışın verilməsindən imtina olunaraq ünvanına ##.##.2023-cü il tarixli məktub göndərilmişdir.Hesab edir ki, * saylı Xaçmaz Ərazi Idarəsinin həmin məktubu qanunsuz və əsassızdır. Belə ki, əvvəla torpaq sahəsinin naturada ölçüsü azalmamış, dəfələrlə faktiki istifadə etdiyi həmin torpaq sahəsini ölçülmüş və sahəsi Dövlət Aktında göstərildiyi kimi 0.1142 ha təşkil etdiyi təsdiq edilmişdir. Torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsinin 0.0668 ha göstərilməsi isə onun adına çıxarışın verilməsindən imtina olumnası üçün əsas sayıla bilməz. Çünki torpaq sahəsinə dair hüququmüəyyənedici sənəd dövlət aktıdır, həmin sənəd dövlətin adından müvafiq səlahiyyətli orqan tərəfindən verilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi isə texniki bir prosesdir, həmin sistemdə olan anlaşılmazlığa görə vətəndaşı torpaq sahəsindən məhrum etmək qanunsuzluq və ədalətsizlikdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı5 Quba rayonu, Qəcər Zeyid kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün * saylı Xaçmaz Ərazi idarəsinə ##.##.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunan JN-**** nömrəli (KOD 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın **Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsi naturada və torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.0668 ha ölçüdə öz əksini tapmış, iddiaçılar isə torpaq sahələrinin azalması ilə razılaşmadıqlarını bildirilmişlər. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından ##.##.2023-cü il tarixli, 3-21-3- **/*-****/**** nömrəli məktubla imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 və X1 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında, ##.##.2025-ci il tarixli protokol qərardadı ilə dövlət aktında göstərilən digər mülkiyyətçilər birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqandan alınmış mütəxəssis rəyi ilə iddiaçıya məxsus iddia olunan torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Iddiaçıya ayrılmış torpaq sahəsi hüquqi cəhətdən yüklü olduğundan onun hüquqularının bu vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı iddiaçı5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin elektron baza məlumatlarınd az göstərilməsi cavabdeh idarənin mütəxəsislərinin səhvidir. Məhkəmədə işə baxıldığı zaman mübahisəli torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində azaldmasının səbəblərinin müəyyən olunması üçün * saylı Xaçmaz Ərazi Idarəsinə heç bir sorğu göndərməmiş, azalmanın səbəbinin aradan qaldırıla biləcəyi barədə tədbirlər görməmişdir. Halbuki, bu barədə işə baxıdığı zaman hakimə təkrar ərizə ilə müraciət edərək sahənin azalmasına səbəb olan mübahisəli ərazidə kənd sakinləri X3, X6 və X8 adlı şəxslərə qanunsuz və sənədsiz 0.70 ha torpaq sahəsi istifadə etmələri ilə bağlı yaranmasını bildirmişdir. Həmin şəxslərə Dövlət Aktı ilə verilən pay torpaq sahələri kəndin yuxarı hissəsindədir. Bunu özləri də bilir və onların sənədlərinə baxıldıqda mübahisəli torpaq sahəsinin azalmasına səbəb olan təxminən 0.70 ha sahənin onların qanunsuz istifadəsi nəticəsində yarandığı müəyyən olunar. Bunu 2000-ci il tarixdə torpaqların paylanmasında mütəxəsis kimi iştirak edən və hazırda Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri pudlik hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin Quba rayon şöbəsində işləyən Kamil Allahverdiyev də təstiq edə bilər. Bu şəhvi aydınlaşdırılması üçün onunda məhkəməyə çağrılmasını və dindirilməsini xahiş edir. Həmin azalmanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri pudlik hüquqi şəxsi tərəfindən ona verilmiş ## #### 2023-cü il tarixli 3-21-3- **/*-*-****-*/**** nömrəli cavab məktubunda torpaqların elektron kadastr uçotu informasiya sistemində müvafiq düzəlişlərin aparılması üçün tədbirlərin görülməsi barədə bildirilmişdir. Lakin sonradan məhkəməyə müraciət etdiyindən ona bu işə məhkəmə qərar verəndən sonra baxılacağı bildirilmişdir. Qeyd etdiyi faktların aydınlaşdırılmasından ötrü torpaq sahəsinə əlavə baxış keçirilməsi üçün mütəxəsis təyin olunmalı, baxışın ilkin sənəd olan torpağ mülkiyyət hüququna dair verilən Dövlət Aktında qeyd olunmuş koordinatlar əsasında aparılmasını və adları qeyd olunmuş şəxslərin, qonşu torpaq sahəsi olan şəxslər, kənd bələdiyyəsi məhkəməyə dəvət olunaraq izahatları alınmalı və mübahisə kökündən həll olunmalıdır. Həmçinin iddiaçılar məhkəməyə yazılı müraciət ünvanlayaraq bildirmişlər ki, Quba rayon Aqrar Islahat komisiyasının ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə beş nəfər ailə üzvüləri ilə birlikdə Quba rayon Qacar-Zeyid kəndi ərazisində yerlşən 1.01 ha torpaq sahəsi KOD 30304058 J№ **** saylı torpağ mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmişdir. Aqrar Islahat zamanı ölçülərək tanıdılmış həmin torpaq sahəsi iki hissədən, **Z nömrəli sahəsi 1142.00 kv.metr və 0077 sahəsi 8999.51 kv.metr olmaqla hal hazıra qədər istifadələrində olsa da, keçən bu 25 il müddət ərizində həmin sahəyə dair heç bir mübahisə və narazılıq yaranmamışdır.Lakin 2023-cü il tarixdə torpaq sahəsinə çıxarışın alınması üçün Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri pudlik hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etdikləri vaxt torpaq sahələrinin 0077 sahəsi 8999.51 kv.metr olan hissəsinə rəsmi çıxarış verilsədə, **Z nömrəli hissəsinə isə çıxarış verilməsindən imtina olunaraq Dövlət Aktının 77Z planşetində göstərilən 0.1142 ha torpaq sahəsinin naturada və torpaqların elektron kadastr uçotu informasiya sistemində azaldılaraq 0.0668 ha ölçüdə qeydə alındığı bildirilərək imtina verilmişdir. Ailə üzvüləri ilə birlikdə onlara məxsus torpaq sahəsinin bir hissəsinin elektron kadastr uçotu informasiya sistemində azaldılmasının səbəbləri və sahənin azaldılan hissəsinin kimə satılması və ya Dövlət mülkiyyətinə verilməsi barədə heç bir məlumat verilməmişdir. Həmin azalmanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri publik hüquqi şəxsi tərəfindən onlara verilmiş (işə əlavə olunmuş iyul 2023-cü il tarixli 3-21-3- 12/2-8-0207- */**** nömrəli məktub) cavab məktubunda torpaqların elektron kadastr uçotu informasiya sistemində müvafiq düzəlişlərin aparılması üçün tədbirlərin görülməsi bardə bildirilmiş,lakin sonradan məhkəməyə müraciət etdiklərindən işə məhkəmə qərar verəndən sonra baxılacağı bildirilmişdir.Həmin mübahisəyə səbəb olan torpaq sahəsi beş nəfər ailə üzvünə məxsusdur. Ailə üzvüləri ilə birlikdə adlarına qeydə alınan J№ **** ,KOD 30304058 seriyalı Torpağa mülkiyət hüququna dair Dövlət Aktının **Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina olunması onların Azərbaycan Resrublikasının Konustitusiyasında göstərilmiş mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Odur ki, pozulmuş mülkiyyət hüqüqlarının bərpa olunması, adlarına qeydə alınan J№ **** ,KOD 30304058 seriyalı Torpağa mülkiyət hüququna dair Dövlət Aktının **Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsinə Torpaqların elektron kadastr informasiya sistemində dəyişiklik edilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması və adlarına müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri pudlik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı5 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçılar, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (...) 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, mütəxəssisin şərhini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi torpaqların elektron kadastr uçotu informasiya sistemində dəyişiklik edilməklə onun və ailə üzvlərinin adına verilmiş JN-0077 (Kod 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 77 Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən, JN-**** nömrəli (KOD 30304058) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın **Z nömrəli planşetində göstərilən 0.1142 ha torpaq sahəsi naturada və torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.0668 ha ölçüdə öz əksini tapmışdır və tərəfinizdən torpaq sahələrinin azalması ilə razılaşmadıqlarına görə, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsaslanaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi qənaətinə gəlmiş və bu halı iddianın rədd olunması üçün əsas hesab etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları tam və hərtərəfli qiymətləndirməmiş, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hüquqi məsələlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçılar öz tələblərini qüvvədə olan dövlət aktına əsaslandırırlar. Həmin dövlət aktı hüquqi qüvvəsini itirmiş hesab edilməmiş, etibarsızlığı barədə hər hansı məhkəmə qərarı mövcud olmamış, habelə onun ləğv edilməsinə dair inzibati qərar qəbul edilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan yalnız elektron kadastr sistemində mövcud texniki uyğunsuzluqlara istinad etməklə iddiaçıların müraciətinə mahiyyəti üzrə baxmaqdan imtina edə bilməzdi. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsində mühəndis vəzifəsində işləyən X7 izah etdi ki, iddiaçılara dövlət aktı əsasında ayrımış və hazırda mübahisə predmetini təşkil edən 0.1142 ha torpaq sahəsi naturada yerində mövcuddur. Lakin torpaqların elektron uçotu informasiya sisteminin yaradılması ilə bağlı aparılan işlər zamanı elektron baza məlumatlarında həmin torpaq sahəsinin ölçüləri 0.0668 ha kimi göstərilmişdir. Bu hal iddiaçıların torpaq sahsininn yerini səhv tutmaları və ya yerinin dəyişdirilməsi ilə deyil, ümumi məhəllədə baş vermiş sürüşmə ilə bağlı olmuşdur. Digər vətəndaşların da razılığı olmaqla həmin ərazidə dürüstləşdirmə işləri aparıldıqdan sonra iddiaçıların dövlət aktı ilə ayrılan torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınması mümkün ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, elektron kadastr məlumatlarında uyğunsuzluqların mövcudluğu özlüyündə şəxsin qüvvədə olan hüquqmüəyyənedici sənəddən irəli gələn hüquqlarının tanınmasından imtina üçün mütləq əsas hesab edilə bilməz. Inzibati orqan belə hallarda müraciətə formal yanaşmaqla kifayətlənməməli, mövcud ziddiyyətlərin yaranma səbəblərini araşdırmalı, zəruri hallarda əlavə yoxlama tədbirləri həyata keçirməli, hüquqi və texniki uyğunsuzluqların aradan qaldırılması istiqamətində müvafiq qərar qəbul etməlidir. Hazırkı işdə isə cavabdeh tərəfindən iddiaçıların müraciətinə mahiyyəti üzrə tam və obyektiv hüquqi qiymət verilməmiş, yalnız texniki xarakterli uyğunsuzluqlara istinad olunmaqla imtina edilmişdir. Azərbaycan Respublikası IPM-nin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki iş üzrə iddianın növü öhdəliyin icrası növündə baxılan iddialara aid olsa da, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıların müraciətinıə yenidən baxması məqsədəuyğun olduğundan bu normaya istinadən qərar qəbul edilməsi mümkündür. Burada məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh ərazi üzrə dürüstləşdirmə işlərinin aparılması çərçivəsində iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müraciətləri araşdırılarkən iddiaçılara dövlət aktı ilə ayrılmış və hazıradək faktiki istifadələrində olan 0.1142 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını qeyri-mümkün edən halları, elektron baza məlumatlarında qeydiyyatın düzgün aparılıb-aparılmaması, qonşuluqda yerləşən torpaq sahələrinin bir-birinə paralel yerləşdiyi halda, iddiaçılara aid dövlət aktının elektron baza məlumatlarında həmin torpaq sahələrinin üzərindən yerləşdirilməsinin səbəbləri araşdırılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planından görünür ki, iddiaçılara aid dövlət aktı qonşuluqda yerləşən torpaq sahələrindən fərqli olaraq paralel deyil, onların üzərindən yerləşdirilmiş və nəticədə həmin dövlət aktında göstərilən koordinatların bir neçə dövlət aktında qeyd olunan koordinatların üzərinə vurulmuşdur. Mütəxəssis də öz izahatında iddiaçının faktiki istiadəsində 0.1142 ha torpaq sahəsinin mövcud olmasına baxmayaraq elektron xəritələrdə 0.0668 ha kimi qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıların müraciətinə yenidən baxarkən bu uyğunsuzluğun səbəbləri araşdırılmalı və bu halın iddiaçıların mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas olub-olmayacağına qiymət verilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın tam rədd edilməsinə dair nəticəsi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, idida tələbi qismən təmin edilərək cavabdehin üzərinə iddiaçıların müraciətinə məhkəmənin bu qərarda ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və qanunauyğun qərar qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin qismən edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 JN-0077 kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.1142 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmıakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulsun. Qərardan şikayət verilə bilməz.