Məhkəmə qərarları › İş №2-1(105)-1295/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1295/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(105)-1295/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X9 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının prosessual hüquqi varisi Hüquqi varis, Üçüncü şəxs Üçüncü şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsinə qarşı Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Nabur bələdiyyəsinin alqı-satqı predmeti olan 0,18 ha torpaq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** nömrəli qərarının, həmin qərarın əsasında torpaq sahəsinin alınmasına dair alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırılmışdır ki, Qobustan rayonu Bəklə kəndində yerləşən mərhum atası X1 məxsus 0,18 ha torpaq sahəsi vardır. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. X2 1925-ci ildə anadan olmuş, 1941-1945-ci illər X12 döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin ## ######## 2023-cü il tarixli arayışı məhkəməyə təqdim edilmişdir. Iddiaçı atasının ölümü ilə əlaqədar olaraq ##.##.2023-cü il tarixdə vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlakın tərkibində olan Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *** nömrəli arxiv çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Iddiaçının torpaq sahəsinə bitişik olan torpaq sahələri də var, bu torpaq sahələri iddiaçıların torpağına bitişik olduğu üçün ilk olaraq torpaq sahəsinin satılması ona təklif olunmalı idi, lakin buna baxmayaraq qeyri-qanuni şəkildə heç bir əsas olmadan torpaq sahəsini cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsi həmin torpaq sahəini üşüncü şəxs Üçüncü şəxs satmışdır. DƏDRX-nin ******* saylı çıxarışına əsasən 0,12 ha torpaq sahəsi Üçüncü şəxs mülkiyyətindədir. Qobustan rayon Nabur bələdiyyəsinə sorğu ilə müraciət edərək, Qobustan rayonu Bəklə kəndində yerləşən 0.18 ha torpaq sahəsinin alqı-satqısına dair AN-IN ******* saylı alqı-satqı müqaviləsinin, Qobustan rayon Nabur Bələdiyyəsinin ## ### 2016-cı il tarixli iclasının protokolunun ** nömrəli qərarından Çıxarışının təsdiq olunmuş surətlərinin verilməsini xahiş etmiş, lakin Qobustan rayon Nabur bələdiyyəsinin ** saylı ##.##.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Nabur bələdiyyəsinin arxiv sənədləri ona məlum olmayan səbəblərdən mövcud deyildir. Bu da onu bir daha təsdiq edirki, 0,12 ha torpaq sahəsi Üçüncü şəxs heç bir əsas olmadan satılmışdır. Göstərilən səbəblərdən iddiaçı bələdiyyənin həmin qərarının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli, ** nömrəli qərarı iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Qərar onunla əsaslandırılmışdır ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: Milli Arxiv Idarəsi Dövlət Arxivi Şamaxı Filialı tərəfindən verilən ## ###### 2017-ci il tarixli *** nömrəli arxiv çıxarışına hər hansı bir sxem əlavə olunmadığına görə X1 məxsus olmuş 0.18 ha torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün deyildir. Lakin iddiaçı İddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsinin 0,0483 ha hissəsi Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** saylı qərarı ilə Üçüncü şəxs satılmış, daş hasar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** saylı qərarı ilə Üçüncü şəxs satılmış torpaq sahəsi üst-üstə düşdüyündən, Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** saylı qərarı iddiaçı İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Qobustan rayonu Nabur bələdiyyəsinin sözügedən qərarı vətəndaşın mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğu üçün, iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməlidir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs və cavabdeh apellyasiya şikayətlərini eyni məzmunda əsaslandıraraq qeyd etmişlər ki, Qobustan rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-/**** saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnamələrindən aydın olur ki, hazırki inzibati iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı digər məhkəmə işi olmuşdur. Qeyd edilən məhkəmə qətnamələri iddiaçı Üçüncü şəxs (hazırki inzibati iş üzrə üçüncü şəxs) cavabdehlər X3 və X7 (hazırki inzibati iş üzrə iddiaçı İddiaçı müvafiq olaraq əmisi arvadı və əmisi oğlu) qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və iddiaçıya təhvil verilməsi” tələbi və cavabdehlər X3 ilə X7 Üçüncü şəxs qarşı "mülkiyyət sənədlərinin etibarsız hesab edilərək ləğv edilməsi barədə” qarşılıqlı iddia tələbləri əsasında icraatı aparılmış mülki iş üzrə çıxarılmışdır. Həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə “cavabdehlər X3 ilə X7 Üçüncü şəxs məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 442 kv m hissəsindən çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və torpaq sahəsinin Üçüncü şəxs təhvil verilməsi” hissəsində Qobustan rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış və sonradan da qanunvericiliyə uyğun şəkildə icra edilmişdir. Hesab edir ki, X3 ilə X7 yaxın qohumu olan İddiaçı tərəfindən qaldırılmış hazırki iddia tələbində iddiaçının hüquqi marağı məhz qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi nəticələrini aradan qaldırmağa yönəlmişdir. Belə ki, 2023-cü ilin ortalarınadək sözügedən torpaqla bağlı üçüncü şəxslə X3 və X7 arasında məhkəmə mübahisəsi olmuş, həmin məhkəmə prosesində İddiaçı prosesə cəlb edilməsi barədə nə adı çəkilən şəxslərin vəsatəti olmuş, nə də həmin şəxsin özünün belə vəsatəti olmamış, məhkəmə işinin nəticəsində torpağın üçüncü şəxsə məxsus olduğu təsdiqləndikdən və qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunaraq X3 və X7 torpaqdan çıxarıldıqdan sonra birdən-birə İddiaçı "peyda olaraq" mübahisəli torpaq sahəsinin guya onun mərhum atasına məxsus olmuş torpağın bir hissəsi olduğunu iddia etməyə başlamışdır. Iş materiallarında olan sənədlərdən də görünür ki, iddaçının atası X1 ##.##.2002-ci il tarixdə ölmüşdür. Iddiaçı atasının ölümündən sonra torpaqdan guya istifadə etdiyini bildirsə də,yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bu hal təkzib olunur.Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli,*(***)-***/**** saylı qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh olmuş X3 ilə X7 hazırki iş üzrə üçüncü şəxs olan Üçüncü şəxs məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan 442 kv m hissəsini zəbt etdikləri, həmin torpaqdan uzun illərdir məhz həmin şəxslərin istifadə etdikləri həm iş matariallarında olan sənədlərlə, həm də cavabdehlərin özlərinin izahatları ilə tam şəkildə sübuta yetirilmişdir ki, cavadehlər torpaqdan X7 deyil, məhz özlərinin istifadə etdiklərini məhkəmədə özləri etiraf etmişlər. Adı çəkilən məhkəmə qətnaməsi ## ##### 2023-cü ildə çıxarıldıqdan sonra isə İddiaçı birdən yadına düşmüşdür ki, X3 ilə X7 Üçüncü şəxs məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan 442 kvadrat metr hissəsi guya onun atası X1 məxsus olduğu iddia edilən 0,18 ha torpağın bir hissəsidir və bundan sonra ##.##.2023-cü il tarixdə vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış,lakin iddiaçıya vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. Bütün bu sadalananlar hazırki mübahisənin X3 və X7 ilə Üçüncü şəxs arasında sonuncuya məxsus məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş 442 kv m hissəsi ilə bağlı yaranmış və Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə həll edilərək icra olunmuş məhkəmə mübahisəsinin davamı olduğunu və qanuni qüvvəyə minmiş sadalanan mıəhkəmə qətnamələrinin hüquqi nəticələrinin aradan qaldılrılması məqsədi ilə süni şəkildə yaradıldığını aşkar şəkildə sübuta yetirir. Təəssüf ki, işə baxan məhkəmə bu halları nəinki diqqətə almamış, əksinə məhkəmə araşdırmaları zamanı, ümumiyyətlə nəzərə almamış, sübuta yetirilməyən ifadələr əsasında şəxsi mülahizələrini əsas götürərək bələdiyyənin mülkiyyət hüquqlarını pozan qanunsuz və ədalətsiz qərara imza atmışdır. Məhkəmə tərkibinin diqqətinə çatdırılır ki, birinci instansiya məhkəməsi torpağın hüquqi statusu ilə bağlı tamamilə əsassız şəkildə mübahisəli torpağın iddiaçının mərhum atasının istifadəsində olmuş torpaq kimi iddiaçıya məxsus olması nəticəsinə gəlmişdir. Məhkəmənin bu qənaəti yalnız bir sənədə-Dövlət Arxivi Şamaxı filialının arayışına istinad olunmuşdur ki, həmin arayışda Şamaxı rayon Icra Hakimiyyəti başçısının Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kənd üzrə qaytanlanmış təsərrüfatbaşı kitablarında Bəklə kənd sakini (şəxsi hesab № *** olan) X4 təsərrüfatında həyətyanı torpaq sahəsinin 0,18 ha olaraq qeyd edildiyi göstərilmişdir. Lakin təsərrüfatbaşı kitabında həyətyanı torpaq sahəsinin göstərilməsi özü-özlüyündə həmin torpaq sahəsi üzrə hüququn yaranması üçün əsas deyildir. Lakin hazırki məhkəmə işində təqdim edilmiş sənədlərdən görünür ki, Şamaxı rayon Icra Hakimiyyəti başçısının Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kənd üzrə qaytanlanmış təsərrüfatbaşı kitablarında Bəklə kənd sakini (şəxsi hesab № *** olan) X4 təsərrüfatında həyətyanı torpaq sahəsinin 0,18 ha olaraq qeyd edilsə də, həmin torpaqda hər hansı fərdi yaşayış evinin mövcud olması göstərilməmiş, sözügedən torpağın mərhum X1 ayrılmasına dair hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvriciliyinə əsasən fərdi yaşayış evlərinin tikintisi ayrılan torpaq sahələrinin norması 0,12 hektaradək müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının mərhum atasına məxsus olduğunu bildirdiyi torpaq sahəsinin də daxil olduğu 3400 kvadrat metrədək torpaq sahəsində yalnız bir evin mövcud olduğu təsdiqlənmişdir ki, həmin fərdi yaşayış evi də X3 mülkiyyəti kimi qeydiyyatdan keçmiş evdir.Başqa sözlə deyilsə, iddiaçı mübahisələndirilən torpaq sahəsində nə əvvəllər, nə də hal-hazırda mərhum atasına məxsus olmuş, onun ölümündən sonra da vərəsəsi kimi özünün istifadəsində olmuş fərdi yaşayış evinin mövcud olmasını isbat edə bilməmiş,həmçinin sözügedən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mərhum atasına ayrıldığını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliklə təsərrüfatbaşı kitablar yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ailə başçısının adına tərtib edilirdi. Eyni zamanda qeyd edilir ki,nə Dövlət Arxivi Şamaxı filialının arayışı, nə də Şamaxı rayon Icra Hakimiyyəti başçısının Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kənd üzrə qaytanlanmış təsərrüfatbaşı kitablarındakı qeyd X4 təsərrüfatında həyətyanı torpaq sahəsi kimi göstərilmiş 0,18 ha torpaq sahəsinin iddiaçıya məxsus olması qənaətinə gəlməyə əsas verə bilməz.Belə ki,mübahisəli torpaq sahəsinin də daxil olduğu iddia edilən 0,18 ha torpaq sahəsi üzərində X1 mülkiyyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı halda,məhkəmə həmin torpağın 0,04863 ha hissəsinin guya iddiaçı X5 məxsus olduğunu müəyyən etmişdir.Halbuki, mərhum X1 mübahisələndirilən torpaq üzərində hüququ qeydiyyata alınmadığı halda, həmin torpağın iddiaçıya məxsus olmasından söhbət gedə bilməz. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Iddiaçı ##.##.2026-cı il tarixdə vəfat etdiyindən onun həyat yoldaşı Hüquqi varis məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli protokol qərardadı ilə iddiaçının prosessual hüququ varisi qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi Hüquqi varis apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir Iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib- etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ## ##### 2015-ci il, * nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Işin müəyyən edilmiş hallarından görünür ki, iddia tələbi Qarayev (Gərayev) Əlirza Oruc oğlunun mərhum atasına məxsus olduğu iddia edilən torpaq sahəsinin sonradan bələdiyyə qərarı ilə Üçüncü şəxs ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması mülahizəsinə əsaslandırılmışdır. Halbuki, apellyasiya baxışı zamanı əldə edilmiş rəsmi məlumatlar həmin halın mötəbər sübutlarla təsdiq olunmadığını göstərir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi mübahisəli torpaq sahəsinin mərhum atasına ayrılmış və Qobustan (keçmiş Şamaxı) rayon Icra Hakimiyyətinin Nabur kənd IƏD nümayəndəliyinin 1966- 1968-ci illərə aid Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabda göstərilən 0.18 ha torpaq sahəsinə bitişik yerləşdiyini və uzun illərdir onların istifadəsində olduğuna istinad etmişdir. Məhkəmə araşdırması zamanı həqiqətən də mərhum Qarayev (Gərayev) Əlirza Oruc oğlunun adına təsərrüfatbaşına kitablarda 0.18 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin həmin torpaq sahəsinin sərhədlərini müəyyən edən hər hansı sənəd mövcud deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi mütəxəssis qarşısında iddiaçının naturada göstərdiyi torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin ölçüləri ilə üst-üstə düşübdüşməməsi barədə sual qoymuş və həmin suala əsasən verilən rəy əsasında qərar çıxarmışdır. Bundan başqa həmin torpaq sahəsinin 0.174 ha hissəsi mərhumun qardaşı arvadı Qarayeva (Gərayeva) Firuzə Şahı qızının mülkiyyətinə keçmişdir. Belə olan halda iddiaçının hansı hüquqlarının pozulması, atasından sonra həmin torpaq sahəsinə dair vərəsə olması və ya mübahisəli torpaq sahəsinin onun faktiki istifadəsində olması faktı sübuta yetməmişdir. Mübahisəli torpaq sahəsi Gərayeva Firuzənin mülkiyyətində olan torpaq sahəsinə bitişik yerləşdiyi və uzun müddət onun faktiki istifadəsində olduğu halda hazırki iddia onun tərəfindən qaldırıla bilərdi ki, onunla üçünçü şəxs Üçüncü şəxs arasında olan mübahisə artıq mülki qətnamələrlə həll edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Mərkəzin arxivində saxlanılan Qobustan (Şamaxı) rayon Aqrar Islahat Komissiyasının Nabur kəndi üzrə pay torpaqlarına dair subyektlərin siyahısında Qarayev (Gərayev) Əlirza Oruc oğlunun, Qarayev (Gərayev) Şahin Əlirza oğlunun, X6 və Üçüncü şəxs adları aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Şamaxı rayon Dövlət Arxiv Filialının ## ### 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən, Nabur kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında həyətyanı torpaq sahələrinə qonşu torpaq sahələri barədə hər hansı məlumatın əks olunmadığı bildirilmişdir. Bu səbəbdən həmin sənədlər əsasında mübahisələndirilən torpaq sahəsinin yerləşmə mövqeyinin və sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli məktubundan müəyyən olunur ki, Qarayev (Gərayev) Əlirza Oruc oğlunun, Qarayev (Gərayev) Şahin Əlirza oğlunun, X6 və Üçüncü şəxs adlarına dövlət reyestrində qeydiyyata alınmış pay torpaq sahəsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquq yalnız şəxsin öz pozulmuş və ya mübahisələndirilən hüququnun və ya qanuni mənafeyinin müdafiəsi məqsədilə həyata keçirilə bilər. Iş üzrə toplanmış materiallardan və iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsinə əsas verən hüquqi maraq, subyektiv hüququn pozulması, yaxud birbaşa təsir edən hüquqi nəticə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquq sələfinin mübahisələndirilən pay torpaq sahəsi üzərində hüquqa malik olmasını və həmin hüququn sonradan qəbul edilmiş bələdiyyə qərarı ilə pozulmasını təsdiq etmir. Əksinə, apellyasiya araşdırması zamanı əldə edilmiş sübutlar belə bir hüququn mövcudluğunu müəyyən etməyə imkan vermir. Məhkəmə mübahisəsinə baxılmasının əsas şərtlərindən biri iddiaçının həmin mübahisə ilə bağlı subyektiv hüquq və ya qanuni marağa malik olmasıdır. Iddiaçının belə hüququnun olmaması iddianın prosessual baxımdan qəbul edilməsinə və ya mahiyyəti üzrə baxılmasına maneə yaradır. Bu baxımdan iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın onun subyektiv hüquqlarını və ya qanunla qorunan maraqlarını pozduğu ilkin olaraq belə sübuta yetirilmədiyindən, həmin inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün tələb olunan prosessual hüquqi marağın mövcudluğu müəyyən edilmir. Bundan başqa subyektiv hüquq mövcud olsa belə, hazırki iddia üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, mübahisələndirilən inzibati akt 2016-cı ildə qəbul edildiyi halda və 2019-cu ildən iddiaçının yaxın qohumları olan X8, Qarayeva (Gərayeva) Firuzə Şahı qızı və Üçüncü şəxs arasında məhkəmə mübahisələri getdiyi halda iddiaçının hazırda mübahisələndirilən bələdiyyə qərarından xəbərdar olmaması ağlabatan deyildir. Burada nəzərə alınmaılıdır ki, həmin mülki işdə cavabdehlər, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı qismində X8, Qarayeva (Gərayeva) Firuzə Şahı qızı olsa da, sonuncunun nümayəndəsi qismində məhz hazırki iş üzrə iddiaçı olan İddiaçı çıxış etmişdir və həmin iş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən Üçüncü şəxs satılması vurğulanmışdır. Faktiki olaraq həmin mülki iş üzrə araşdırma başa çatdıqdan sonra İddiaçı hazırki iddiamı qaldırmışdır. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(118)-464/2025 qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsinə qarşı Qobustan rayonu Nabur bələdiyyəsinin ## ### 2016-cı il tarixli ** nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar