Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-13/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N8 noyabr NNN-ci il tarixli, N-N(NN8)-N8NN/NNN nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə olan qeydlərə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda ön xətt mövqelərində aktivləşmiş düşmənin qarşısının alınması, mühəndis mövqelərinin qurulması və digər tədbirlərin görülməsi ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin N aprel NN6-cı il tarixli 06 nömrəli əmrinə əsasən döyüşlərdə iştirak edib, veqetativ damar beyin distansiyası travması almışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.NN3-cü ildən xx.xx.NN8ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə xidmət etmiş, xx.xx.NN6cı ildə döyüş tapşırığını icra edərkən travma (hərbi bilet NN-ci səhifə) almışdır. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmaq məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh biganə cavab verərək süründürməçilik etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır, bununla razı deyil. Belə ki, onun NN6-cı ildə aprel döyüşlərində iştirak etməyini nəzərə almaqla veteran vəsiqəsi qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, şəxsin xidmət keçməsihərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi, bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN8-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının döyüş əməliyyatları zamanı travma almasına dair heç bir tibbi sənəd (travmaların haqqında arayış F-N, travmaların qeydiyyatı kitabından çıxarış) aşkar edilməmişdir. İddiaçı, xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.NN6-cı il tarixdən xx.xx.NN6-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq iddiaçının döyüş əməliyyatı zamanı travma almasına dair iddiaçı tərəfindən öz tələblərini sübut etmək üçün hər hansı bir tibbi sənəd (travma haqqında arayış, travmaların qeydiyyatı kitabından çıxarış və s.) təqdim etməmişdir. Beləliklə iş materiallarından görünür ki, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarına ziddir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. b) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
4. Sumqayıt İnzibati Məhkəməsinin N8 noyabr NNN-ci il tarixli, N-N(NN8)- N8NN/NNN nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov).
5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.NN4-cü il tarixli, N-N(N05)-N3/NN4 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin N8 noyabr NNN-ci il tarixli, N-N(NN8)-N8NN/NNN nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.NN4-cü il tarixli, N-N(N05)-N3/NN4 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin N8 noyabr NNN-ci il tarixli, N-N(NN8)-N8NN/NNN nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)-N3/NN4 nömrəli, xx.xx.NN4-cü il tarixli qərardadı ilə N-N(N05)-N3/NN4 nömrəli, xx.xx.NN4-cü il tarixli qərar ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddia tələbi üzrə ətraflı araşdırma aparmadan və Ali Məhkəmənin N-N(N0N)-NN4/NN9 nömrəli analoji qərarını (eyni iddia tələbinə uyğun) nəzərə almadan iddia tələbini təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarı əsassız və qanunsuzdur, bu səbəbdən qərar ləğv edilməli və iddia tələbinin təmin edilməsi qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarının N-ci maddəsinə əsasən Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla). Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd). Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər. Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxan Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və va döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları N0. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, NN3-cü ilin oktyabr ayında xidmətə yollanmış, NN8-ci ilin iyun ayına kimi xidmət etmişdir, NN6-cı ildə 4 günlük aprel döyüşlərində iştirak etmişdir. Aprel döyüşlərində iştirak edən zaman hərbi hissənin qərargah rəisini yaralı vəziyyətdə çıxarmış, N6 şəhidi Tərtər rayonu, Seysulan istiqamətində çıxarmışdır. Daha sonra aprelin N-də yanına plemyot mərmisi düşüb, özünü itirməmiş, eşitmə qabiliyyəti bir az zəifləmiş, sadəcə özünə sığışdırmadığına və döyüş vaxtı olduğuna görə yoldaşlarının oradan təxliyyəsinə kömək etmişdir. Həmçinin NN6-cı ilin martın 3N-dən aprelin N-ə kimi 6 metr eni, N40 m uzunluğunda olan minapoliyanın keçidini açmış, Ş 8 mina çıxarıb döyüş zonasını piyada və tanklar üçün açmışdır. Bundan sonra döyüş başlamışdır. Sonradan pisləşməyə başlamış, müqavilə müddətinin bitdiyinə görə səhhətilə bağlı tərxis olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, bildirmişlər ki, travma kitabına düşməmişdir, amma hərbi biletində qərargah rəisi yazmışdı. Hərbi bileti yaralı çıxardığı qərargah rəisi yazmamışdır, o, N ay sonra vəfat etmişdir. Hərbi biletində qeydi hərbi hissə komandiri Vüqar Şıxlinski təsdiq etmişdir. İndi hərbi hissənin komandiri o deyil, tərxis olunmuşdur. NN8-ci ildə tərxis olunmamışdan qabaq Gəncədə hospitalda yatmış, o zaman diaqnoz qoyulmuşdur. Yaralandığına görə xidməti tərk etmiş, bu diaqnoza görə ona əlillik təyin edilmişdir. Aprel döyüşlərində iştirak etmiş, travma almışdır, hərbi əməliyyatların davam etdiyi müddətdə yaralıları və şəhidləri çıxartmağa kömək etdiyinə görə, tibb məntəqəsinə müraciət etməmişdir. Mina və minaatan partlayışından qulaqlarında zədələnmə aşkar olunmuşdur. Travma ilə bağlı arayış istədiyi zaman sənədlərin itdiyini bildirmişlər. Travma ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. NN8-ci ildə Gəncədə nevrologiya şöbəsində müalicə almışdır. Əlilliyi vardır. Əlilliyi xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır. Tərtər rayonunda xidmət etmiş, Füzuli və Ağdam rayonlarında xidmət etməmişdir. Sənədlər məhv edildiyinə görə travma alması ilə bağlı arayış verilməmişdir. Faktiki olaraq NN6-cı ilin aprel ayının N-dən 5-nə kimi döyüş şəraitində olmuşlar. Hərbi biletində döyüş tapşırığını yerinə yetirən zaman yaralanağı qeyd olunmuşdur. NN. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) N3. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmişdir) N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-)
14. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.
18. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.
19. Cavabdeh iddiaçının müraciətindən o əsasla imtina etmişdir ki, iddiaçının xx.xx.NN6-xx.xx.NN6-cı il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən döyüş tapşırığının yerinə yetirilməsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almasında dair təqdim edilmiş sənədlərdə məlumat yoxdur.
20. İPM-in NN-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (NN.N). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (NN.N).
21. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Birinci instansiyası məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı N-5 aprel NN6-cı il tarixlərində döyüş əməliyyatlarında iştirak etsə də, yaralanma, travma, kontuziya alması ilə bağlı məhkəməyə hər hansı bir sübut (yəni travma haqqında arayış, travmaların qeydiyyatı kitabından çıxarış və s. təqdim etməmişdir) təqdim edə bilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, iddiaçının N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması faktı öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.
25. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. N6. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: N) N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; N) N994-cü il NN may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular.
27. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Quba rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.NN3-cü ildə hərbi hissəyə göndərilmişdir. İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə olan qeydlərə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda ön xətt mövqelərində aktivləşmiş düşmənin qarşısının alınması, mühəndis mövqelərinin qurulması və digər tədbirlərin görülməsi ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin N aprel NN6-cı il tarixli 06 nömrəli əmrinə əsasən döyüşlərdə iştirak edib, veqetativ damar beyin distansiyası travması almışdır.
28. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə bəhs olunan yaralanma faktı N994-cü il NN may tarixindən sonraya aid olduğuna görə, hazırki iddianın təmin olunması üçün “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə əsasən üç şərt mütləq mövcud olmalıdır: N. İddiaçının döyüş zonasında yerləşən hərbi hissədə xidmət etməklə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; N. Bu döyüşlər ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması;
3. Bu barədə hərbi idarəetmə orqanlarının verdiyi sənədlərin olması (Müdafiə Nazirliyi, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar).
29. Məhkəmə kollegiyası ilk tələblə bağlı bildirir ki, hərbi biletdə olan qeydlərdən də göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin N aprel NN6-cı il tarixli 06 nömrəli əmrinə əsasən iddiaçı döyüşlərdə iştirak edib, veqetativ damar beyin distansiyası travması almışdır.
30. Müdafiə Nazirliyinin xx.xx.NNN-ci il tarixli, 4/3-776N nömrəli məktubu ilə müəyyən olunur ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə 0N.04-xx.xx-NN6-cı il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir.
31. Növbəti tələblə bağlı kollegiya qeyd edir ki, iddiaçının döyüşlərlə əlaqədar xəsarət alması yuxarıda qeyd olunduğu kimi, hərbi biletdə olan qeydlərə əsasən təsdiqlənir. Hərbi biletdə hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüşlərdə iştirak etməsi, veqetativ damar beyin distansiyası travması alması qeyd olunmuşdur. Qanunun tələbinə görə hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adı verilir.
32. İş materiallarına İddiaçı hərbi hissəyə daxil olması, yeni vəzifəyə təyin olunması və ehtiyata buraxılması barədə nizami hissə üzrə əmrdən çıxarışlar əlavə olunmuşdur. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.NN4-cü il tarixli 04 nömrəli əmrindən çıxarışqa qeyd olunmuşdur ki, “Aşağıda adları çəkilən hərbi qulluqçular N saylı hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli 4 nömrəli sərəncamı ilə xidmətlərini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərildiklərinə görə N9 yanvar NN4-cü il tarixdən Bərdə şəhəri N saylı hərbi bissədən gəlmiş hesab olunsunlar, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və vəzifələrə təyin olunsunlar.
34. kiçik-çavuş İddiaçı, maneə ləğvetmə bölüyünün N-ci maneə ləğvetmə taqımının N-ci maneə ləğvetmə manqasının istehkamçı vəzifəsinə -HUİ- N05496A Əsas: baş leytenant N.A.Savalanovun raportu
33. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN5-ci il tarixli N37 nömrəli əmrindən çıxarışqa qeyd olunmuşdur ki, “MAHHXHQ kiçik-çavuş İddiaçı N-ci ordu korpus komandirinin N8 may NN5-ci il tarixli 0N06 nömrəli əmri ilə maneə ləğvetmə bölüyünün 3cü mühəndis istehkam taqımının 3-cü mühəndis istehkam manqasının manqa komandiri vəzifəsinə təyin edildiyi üçün N may NN5-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsin və vəzifəsinin icrsına başlasın. Vəzifə maaşı N9N manat məbləğində təyin edilsin. Əsas: N-ci ordu korpus komandirinin N8 may NN5-ci il tarixli 0N06 nömrəli əmri.”
34. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN8-ci il tarixli N76 nömrəli əmrindən çıxarışqa qeyd olunmuşdur ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün N-ci mühəndis istehkam taqımının 3-cü mühəndis istehkam manqasının komandiri, “ Hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikası Qanununun 4N.0.N bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.NN8-ci il tarixli 098əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N8 iyun NN8-ci il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından , bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilsin.Çavuş N.Ş. Novruzəliyev NN8-ci il yanvar may aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr NN7-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Çavuş İddiaçı ehtiyata buraxılması ilə əlaqədar yarımaylıq maaş miqdarında pul mükafatı ödənilsin. Əsas: N №-li hərbi hissə komandirinin xx.xx.NN8-ci il tarixli 098əç №-li əmrindən çıxarış (dax.ol. № N54).”
35. Beləliklə hərbi hissənin nizami hissə üzrə əmrləri ilə iddiaçının N nömrəli hissədə hərbi xidmət keçməsi də sübut olunur.
36. N30 nömrəli hərbi hissənin tibb hissəsinin arayışına əsasən iddiaçı xx.xx.NN8xx.xx.NN8-ci il tarixlərdə N30 nömrəli hərbi hissənin nevrologiya bölməsində veqetativ damar distansiyası astenonevrotik təzahürlərlə” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.
37. İddiaçının döyüşlərlə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması halının digər bir sübutu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.NN8-ci il tarixli N4N8 nömrəli qərarıdır.
38. Belə ki, həmin qərarla müəyyən olunur ki, “Azərbaycan Respublikası SHXÇDXnin Quba rayon şöbəsini tərəfindən NN3-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş XN hərbi xidmət keçərkən aldığı və xx.xx.NN8-ci ildən xx.xx.NN8-ci ilə kimi N30 nörməli hərbi hissədə muayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Vegetativ damar distoniyası asteno-nevrotik təzahürlərlə (Azərbaycan Respublikası-SHXÇDX-nin Quba rayon şöbəsinin xx.xx.NN8-ci il tarixli 599 nömrəli göndərişi, xx.xx.NN8-ci il tarixli N033 nömrəli arayışı, N30 nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.NN8-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”.
39. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.NNN-ci il tarixli məktubu ilə müəyyən olunur ki, yaralanmalar və travmalar qeydiyyat kitabı hərbi hissədə məhv edilmişdir.
40. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğular göndərilərək, N saylı hərbi hissəsinin yaralanmalar və travmalar qeydiyyatı kitabının hansı səbəbdən, hansı normativ hüquqi akta (qanun, fərman, əmr və ya təlimat) əsasən və nə vaxt məhv edilməsi barədə məlumat, habelə müvafiq məhv edilmə aktının surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
41. N saylı hərbi hissəsinin xx.xx.NN3-cü il tarixli məktubu ilə müəyyən olunur ki, “vətəndaş İddiaçı hərbi hissədə xitmət etdiyi müddət ərzində xidməti istifadədə olan Yaralanmaların və zədələnmələrin qeydiyyatı kitabı hərbi hissə komandirinin N yanvar NN3-cü il tarixli əmri və hərbi hissə ekspert komissiyasının N0 fevral NN3-cü il tarixli 690 nömrəli aktına əsasən yandırılma üsulu ilə məhv edilmişdir. xx.xx.NN6-cı il tarixdən qeydə alınmış hərbi hissənin yaralanmaların və zədələnmələrin qeydiyyatı kitabının da məktuba əlavə olunmuş siyahıda olduğu müəyyən olunur.
42. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini mübahisələndirməmiş, onun yaralanmadığını da bildirməmiş, yalnız iddiaçı tərəfindən yaralanma ilə bağlı sənədlər təqdim olunmadığına istinad etmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə isə iddiaçının hərbi hissədə xitmət etdiyi müddət ərzində xidməti istifadədə olan yaralanmaların və zədələnmələrin qeydiyyatı kitabının yandırılma üsulu ilə məhv edildiyi müəyyən olunmuşdur.
43. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu göndərilərək, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.NN8-ci il tarixli N4N8 nömrəli qərarının qəbul olunmasına əsas olan sənədlər və hallar barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
44. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.NN4-cü il tarixli məktubu ilə məhkəməyə Azərbaycan Respublikası-SHXÇDX-nin Quba rayon şöbəsinin xx.xx.NN8-ci il tarixli 599 nömrəli göndərişi, xx.xx.NN8-ci il tarixli N033 nömrəli arayışı, N30 nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.NN8-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, təqdim olunmuşdur.
45. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, N nömrəli hərbi hissə komandirinin N aprel NN6-cı il tarixli 06 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda ön xətt mövqelərində aktivləşmiş düşmənin qarşısının alınması, mühəndis mövqelərinin qurulması və digər tədbirlərin görülməsi ilə əlaqədar olaraq döyüşlərdə iştirak edib, veqetativ damar beyin distansiyası travması almış, iddiaçının aldığı travmanın döyüş əməliyyatları ilə səbəbli əlaqəsi olmuş, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə 0N.04-xx.xx-NN6-cı il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.NN8-ci il tarixli N4N8 nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət keçərkən aldığı və xx.xx.NN8-ci ildən xx.xx.NN8-ci ilə kimi N30 nörməli hərbi hissədə muayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Vegetativ damar distoniyası asteno-nevrotik təzahürlərlə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi şəhadətləndirilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədə xitmət etdiyi müddət ərzində xidməti istifadədə olan “Yaralanmaların və zədələnmələrin qeydiyyatı” kitabının yandırılma üsulu ilə məhv edilməsi və bu səbəbdən həmin kitabların təqdim olunmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.
47. Məhkəmə kollegiyasına sorğu əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon şöbəsi tərəfindən təqdim olunmuş iddiaçının şəxsi işində iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması ilə əlaqədar heç bir məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının şəxsi işi tərtib olunduqdan sonra, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.NN8-ci il tarixli N4N8 nömrəli qərarı ilə o şəhadətləndirilmişdir.
48. İşdən o da görünür ki, bütün bunlardan sonra Tibbi-sosial Ekspert Komissiyasının arayışı ilə iddiaçıya xx.xx.NNN-ci il tarixdə ümumi xəstəlik səbəbilə, üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.N06-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.N07-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
50. Hərbi doktrinada və terminologiyada qəbul olunmuş anlayışa görə, döyüş əməliyyatları hərbi əməliyyatların aparılması forması olub, hərbi vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin təşkil olunmuş tətbiqi vasitəsilə müəyyən ərazidə və müəyyən zaman kəsiyində hərbi hissələr, hərbi birləşmələr tərəfindən həyata keçirilən əməliyyatdır.
51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
52. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını sübut etmişdir.
53. Birinci instansiya məhkəməsi isə iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N8 noyabr NNN-ci il tarixli, N-N(NN8)-N8NN/NNN nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı veteran statusu və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N0N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.