Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-130/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinin “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və iddiaçıya ayrılmış “Yaşma bağları” adlandırılan ərazidə yerləşən sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-576/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. “Maarif” Bağçılıq Yoldaşlığının 15 noyabr 1988-ci il tarixli, 01 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı (52 nömrəli bağ sahəsi) cəmiyyətə üzv qəbul edilməsi qərara alınmışdır.
2. 29 oktyabr 1989-cu il tarixli 16 saylı bağçılıq üzvlük kitabçasından görünür ki, İddiaçı “Maarif” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir.
3. Yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, 52 saylı bağ sahəsinə dair tərtib edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(105)-452/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 may 2012-ci il tarixli, 777 nömrəli Sərəncamından görünür ki, 45 saylı "xxxx" adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonun istifadəsində olan torpaqdan qoyunçuluğun inkişafı məqsədilə "xxxx" MMC-yə 311,0,0 ha 15 (on beş) il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.
7. Yerquruluşu planından çıxarışdan görünür ki, 46 saylı "xxxx" adlanan yay otlaq sahəsinə dair tərtib edilmişdir.
8. İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli müayinə aktından görünür ki, texniki inventarlaşdırma işləri aparılmış, boş torpaqdır. Tikinti işləri aparılmamışdır. Yerüstü kommunikasiya xətləri keçmir. Torpaq sahəsinin ünvanı qonşu torpaqların ünvanı ilə uyğundur.
9. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, “Yaşma bağları” adlandırılan ərazidə yerləşən sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 aprel 2023-cü il tarixli 3-21-3- 31/2-M-0028-8/2023 nömrəli məktubla iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin elektron kadastr baza məlumatlarında qeydiyyata alınmasını xahiş etdiyi bağ torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş JN-1370 (Kod ********) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən ona ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə etibarsız sayılması, həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəliş edilərək istifadəsinə ayrılmış “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinin "xxxx" MMC-nin adına tərtib edilmiş JN-1370 (Kod ********) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü"nün koordinatlarından kənara çıxarılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazidə, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və iddiaçıa ayrılmış “Yaşma bağları” adlandırılan ərazidə yerləşən, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən məhkəmənin 22 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi əsl cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-2010-cu illər arasında Sumqayıt şəhər Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Həmin təşkilatın Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərmiş “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən 15 noyabr 1988-ci il tarixdə bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin bağ torpaq sahəsinin iddiaçıya verilməsini “Maarif’ X2 Heyətinin 15 noyabr 1988-ci il tarixli 01 saylı iclas protokolundan Çıxarış, 52 saylı bağ sahəsinin sxematik planından Çıxarış və “Maarif” Bağçılıq Yoldaşlığının adlı siyahısı təsdiq etməkdədir. Ölkəmizdə həyata keçirilmiş torpaq islahatına əsasən sözügedən bağ sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ yarandığından o, bir müddət əvvəl ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və həmin hüquqa dair müvafiq reyestr çıxarışının verilməsini xahiş etmişdir. Lakin müraciətinə qeyd etdiyi idarə tərəfindən verilmiş yazılı cavabda idarənin elektron kadastr baza məlumatlarında qeydiyyata alınmasını xahiş etdiyi bağ torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşdüyü bildirilərək hüququnun qeydiyyatından imtina edilmişdir. Bununla bağlı etdiyi müraciətlər nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının 18 may 2012-ci il tarixli, 777 saylı Sərəncamı ilə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə Abşeron rayonunun "xxxx" adlandırılan yay otlaq sahəsindən, örüş sahəsindən 15 il müddətinə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçıya torpaq sahəsi Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisindən bağ sahəsi kimi, "xxxx" MMC-yə isə torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Abşeron rayonunun "xxxx" adlandırılan yay otlaq sahəsindən, örüş sahəsi kimi ayrılmışdır. Bu da iki torpaq sahəsinin fərqli yerlərdə yerləşdiyini və heç bir halda üst-üst düşə bilmədiyini sübuta yetirir. Görünən odur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə koordinatlar səhv çəkildiyindən iddiaçının torpaq sahəsinə sürüşdürülmüşdür. Bununla bağlı tərəfindən həm AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərək üzərində əvəzsiz mülkiyyət hüququ yaranmış “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə düşdüyü hissədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarına düzəliş edilməsi və elektron baza məlumattarında iddiaçının torpaq sahəsinin "xxxx" MMC-nin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün koordinatlarından kənara çıxarılmasını xahiş etsə də, onun müraciətindən formal əsaslarla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsası kimi göstərdiyi dəlilləri bəhanədən başqa bir şey kimi qəbul etmək olmaz. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə AR Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən həmin torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ birmənalı olaraq yaranmışdır. Bütün bunları nəzərə alaraq pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
15. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, elektron kadastr məlumat bazasına görə iddiaçının istifadəsində olan bağ sahəsinin koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə üst-üstə düşür. Həmin sənədin aid olduğu şəxsin aşkar edilərək faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi mümkün olmadığından istifadədə olan bağ sahəsi ilə üst-üstə düşmə halının aradan qaldırılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
16. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
17. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-576/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən İddiaçı ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin plan və ölçü” sənədinin koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazidə yerləşən, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova).
18. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılan torpaq sahəsi Sumqayıt şəhəri “Yaşma bağları” adlanan massivdə, üçüncü şəxs "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi isə Abşeron rayonu ərazisində yerləşən "xxxx" yay otlaq sahəsində yerləşir. Həmin torpaq sahələrinin üst-üstə düşməsi və MMC-nin iddiaçıya ayrılmış bağ torpaq sahəsinə iddialı olması ağlabatan deyildir. Sadəcə MMC-yə ayrılan torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərkən koordinatların düzgün işlənilməməsi nəticəsində bir hissəsi iddiaçıya ayrılan torpaq sahəsinin üzərinə düşmüşdür. Məhkəmə hesab etmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi inzibati akt qüvvəsinə malik olmasa da “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından həmin sənədin ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmalıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən İddiaçı ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
19. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-yə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 may 2012-ci il tarixli 777 saylı Sərəncamı ilə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə Abşeron rayonunun "xxxx" adlandırılan yay otlaq sahəsindən 311 ha torpaq sahəsi 15 il müddətinə icarəyə ayrılmışdır. Qeyd olunan Sərəncam əsasında Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədi tərtib edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi İddiaçıı iddia tələbini təmin edərkən, iddiaçıya ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə "xxxx" MMC-nin adına verilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi, həmin “Torpaq sahəsinin plan və ölçü” sənədinin koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi barədə qərar qəbul etmişdir. Lakin "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 may 2012-ci il tarixli 777 saylı sərəncamına münasibət bildirməmişdir. Hesab edirlər ki, torpağın ayrılmasına dair sənəd qüvvədə qalmaqla onun əsasında verilmiş texniki sənədin ləğv olunması müvafiq torpaq sahəsi üzərində hüququn tam ləğv olunması demək deyildir. Belə ki, qeyd olunan torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədi müvafiq torpağın ayrılmasına dair Sərəncama əlavə olunmuş həmin torpağın yerqurluşu planına uyğun verilmişdir. Hesab edirlər ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, torpaq sahələri sənəd üzrə üst-üstə düşür. "xxxx" MMC hazırda mövcud olmadığına görə faktiki olaraq hansı torpaq sahəsini istifadə etdiyini bilmirlər, lakin sənəd üzrə üst-üstə düşmə var. "xxxx" MMC-yə verilmiş plan-ölçü sənədi müvafiq Sərəncam əsasında tərtib edilmişdir. Məhkəmə qərarı əsasında plan və ölçü sənədinə dəyişiklik edilməsi qərara alınmışdır, lakin Sərəncam qüvvədə qalmışdır. Belə olan halda plan və ölçü sənədinin verilməsinə hüquqi əsas olan Sərəncama da dəyişiklik edilməlidir. İddiaçı faktiki olaraq göstərdiyi ərazini istifadə edir. Lakin üçüncü şəxs "xxxx" MMC-yə verilmiş plan və ölçü sənədində göstərilən koordinatlar da həmin əraziyə aiddir. İddiaçıya torpaq sahəsi “Maarif” Bağçılıq Yoldaşlığı tərəfindən verlmişdir və arxiv sənədləri vardır. İddiaçının sənədləri qaydasındadır, yeganə problem üst-üstə düşmə halıdır. Sərəncam 2012-ci ildə 15 illik verilmişdir. "xxxx" MMC-yə məxsus sənədləri görmürlər, sistemə yalnız plan və ölçü sənədi işlənmişdir. Bu səbəbdən problemin koordinatların səhv işlənib-işlənməməsi olduğunu bilmirlər. Plan və ölçü sənədini verən, koordinatları işləyən orqan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, qeyd olunmalıdır ki, hazırkı inzibati iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədinin iddiaçıya ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazidə, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi; - “Yaşma bağları” adlandırılan ərazidə yerləşən, sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi.
32. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
33. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçının qeydiyyata alınmasını xahiş etdiyi bağ torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə üstüstə düşdüyü aşkar edilmişdir.
34. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əsasla iddianı təmin etmişdir.
35. Məhkəmə kollegiyası hazırkı inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
36. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi iddiaçıya “Maarif” X2 Heyətinin 01 saylı iclas protokoluna əsasən 15 noyabr 1988-ci il tarixdə ayrılmışdır.
37. Bundan əlavə, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, faktiki olaraq iddiaçının istifadəsindədir.
38. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 may 2012-ci il tarixli, 777 nömrəli Sərəncamına əsasən 45 saylı "xxxx" adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonun istifadəsində olan torpaqdan qoyunçuluğun inkişafı məqsədilə "xxxx" MMC-yə 311,0,0 ha 15 (on beş) il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.
39. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(105)-452/2021 saylı qərarının məzmunundan görünür ki, İddiaçı cavabdeh AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmiş, habelə, sözügedən qərarda iddiaçının "xxxx" MMC-nin qeydə alınmış hüquqlarının onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmək hüququnun istisna edilmədiyi müəyyən edilmişdir.
40. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmə kollegiyasının sorğusuna verilmiş 13 mart 2025-ci il tarixli, 3-21-3-31/2-888/2025 nömrəli cavab məktubunda bildirilir ki, iddiaçıya ayrılmış Sumqayıt şəhəri, “Yaşma bağları” ərazisində yerləşən, sahəsi 0.06 ha olan 52 saylı bağ sahəsi elektron kadastr məlumat bazasına əsasən Sumqayıt şəhər inzibati ərazisində yerləşir. Sözügedən bağ sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli A 537922 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhər inzibati ərazisindən ayrılmışdır.
42. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 13 may 2025 -ci il tarixli 3-21-3-32/2-7654/2025 nömrəli məktubda qeyd edilir ki, sözügedən torpaq sahəsinin “Yaşma bağları” olmaqla, həmin torpaq sahəsinin Sumqayıt şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi bildirilmişdir.
43. Hazırkı halda işin mübahisəli halı "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 may 2012-ci il tarixli, 777 saylı Sərəncamına münasibət bildirilməməsi olmuşdur. Belə ki, cavabdeh orqan hesab edir ki, torpağın ayrılmasına dair sənəd qüvvədə qalmaqla onun əsasında verilmiş texniki sənədin ləğv olunması müvafiq torpaq sahəsi üzərində hüququn tam ləğv olunması demək deyildir.
44. Kollegiya işin mübahisəli halı ilə bağlı qeyd edir ki, iddiaçının adına ayrılmış torpaq sahəsi ilə üçüncü şəxs "xxxx" MMC-nin adına ayrılmış torpaq sahəsi faktiki istifadə vəziyyətində üst-üstə düşməməklə fərqli ərazidə yerləşirlər. Bu hal cavabdehin məhkəmənin sorğularına verdiyi cavab məktubları, o cümlədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlar əsasında öz təsdiqini tapır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında kollegiyanın suallarını cavablandıraraq torpaq sahələrinin sənəd üzrə üst-üstə düşdüyünü bildirmişdir. Göründüyü kimi, indiki halda, tərəflər arasında mübahisənin yaranma səbəbi üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatlarını müəyyən edən texniki sənədin düzgün tərtib edilməməsi olmuşdur.
45. Belə olan halda, iddiaçının hüquqi marağı üçüncü şəxs "xxxx" MMC-yə məxsus hüquqmüəyyənedici sənədin (Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 may 2012-ci il tarixli, 777 nömrəli Sərəncamı) mübahisələndirilməsi olmamış, məhz sənəd üzrə koordinatları müəyyən edən texniki sənədin düzgün tərtib edilib-edilməməsi ilə bağlı olmuşdur. Başqa sözlə desək, texniki sənəd düzgün tərtib edilmədiyindən iddiaçının hüquqi marağı texniki sənədin ona məxsus torpaq sahəsinə münasibətdə ləğv edilməsi olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, texniki sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmamaqla, məhz torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən edən, texniki göstəricilərini əks etdirən sənəd qismində çıxış edir. Texniki sənədin ləğv edilməsi, üçüncü şəxsin mülkiyyət hüququnun xitamı və ya ləğv edilməsi demək deyildir.
47. Kollegiya qeyd edir ki, kağız daşıyıcıda olan sənədlərin məzmununda əks olunmuş məlumatların elektron kadastr uçot informasiya sisteminə düzgün və dəqiq şəkildə işlənilməsi məhz müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuş, bununla bağlı yaranmış uyğunsuzluq iddiaçının təqsiri nəticəsində ortaya çıxmamış, habelə iddiaçının məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır.
48. Belə olan halda, müvafiq inzibati qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra etməməsi nəticəsində iddiaçının mövcud olan hüquqlarının məhdudlaşıdırılması qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə məqsədinə, ən əsası mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur.
49. İndiki halda texniki sənədin düzgün tərtib edilmədiyi müəyyən edildiyindən iddiaçı üçüncü şəxs "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona ayrılmış 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə iddia tələbi irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir.
50. Bundan əlavə kollegiya sözgedən torpaq sahəsi üzərində iddiaçının mülkiyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları yaranmışdır.
51. Belə ki, qeyd edilən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çağrılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır.
52. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir.
53. İndiki halda torpaqayırma sənədləri qüvvədə olduğundan həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə də düzgün hüquqi qiymət verilmişdir.
54. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rəddi üçün əsas ola bilməz.
55. Kollegiya qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-576/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.