Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1301/2025 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 4203 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayonu 1 nömrəli Dövlət Notariat Kontorunun 7 may 2005-ci il tarixli, 4Ə/-1236 nömrəli alqı-satqı müqaviləsi ilə 0,0409 ha torpaq sahəsi İddiaçı satılmışdır. 27 sentyabr 2022-ci il tarixli, 8İ-11752 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən JN 4203, KOD 30800086 olan 0,0409 ha torpaq sahəsinə elektron baza məlumatlarında mövcud olan koordinatlara əsasən çıxarış və plan-ölçü sənədinin verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 4 saylı Abşeron Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli, **********86 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-4203 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası və yerləşməsi ilə naturada konfiqurasiyası və yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 4 saylı Abşeron Ərazi İdarəsinin 22 avqust 2025-ci il tarixli, 3-21-3-32/2-14044/2025 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 4 saylı Abşeron Ərazi İdarəsinin 15 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır.Faktiki torpaq sahəsi 0.0395 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 9 fevral 2026-cı il tarixli məktubundan görünür ki, mərkəzin arxivində JN-4203 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2026cı il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.1194 ha torpaq sahəsinə dair X5 adına 4 saylı Abşeron ərazi idarəsində məlumat aşkarlanmamışdır. Bildiririk ki, JN-0122 nömrəli dövlət aktının 122 C nömrəli torpaq sahəsi ilə JN-4203 nömrəli dövlət aktında əks olunmuş torpaq sahəsinin sənəd üzrə yeri eynilik təşkil edir. Müraciətlə bağlı bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirilməsi işləri aparılmışdır. Elektron baza məlumatlarına əsasən JN-0122, JN-4203 və 122 C nömrəli planşetində sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0409 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DT və XK tərəfindən verilmiş JN-4203 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0395 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 nömrəli Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, 4Ə/-1236 nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən 0,0409 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini almışdır. Bundan sonra dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0,0409 ha torpaq sahəsi istifadəsində və sahibliyindərir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən JN-4203 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12n 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. 04 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bildiriş məktubunda müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-4203 nömrəli torpağa:1.mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair arxiv əsaslarının aşkarlanmadığı,2.Sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası və yerləşməsi ilə naturada konfiqurasiyası və yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi müəyyən edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Sadalanan sənədlərin olmaması onun nöqsanı deyil, Məmmədli Bələdiyyənin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması onun səhvi olmamaqla mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Torpaq sahəsinin tam dayəri Abşeron rayon 1 nömrəli DNK-nun hesabına tam olaraq ödənilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-4203 nömrəli “Torpaqa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsi barədə arxiv əsaslarının aşkarlanmadığı, şəhadətnamədə İddiaçı Atakisi qızına ayrılmış torpaq sahəsi 0,0409 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0395 ha olduğu; daşınmaz əmlakın sənəd üzrə konfiqurasiyası və yerləşməsi ilə naturada konfiqurasiyası və yerləşməsi arasında fərq mövcud olduğu, yerinin dəyişdirildiyi, iddiaçı tərəfindən İPM-in 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə baqlı 24 noyabr 2022-ci il tarixli son müraciətinə imtina 22 dekabr 2022-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, JN-4203 KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0395 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12n 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu 1 nömrəli Dövlət Notariat Kontorunun 7 may 2005-ci il tarixli, 4Ə/-1236 nömrəli alqı-satqı müqaviləsi ilə 0,0409 ha torpaq sahəsi iddiaçıya satılmış, bu barədə iddiaçının adına JN 4203 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara cavab olarq təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, JN 4203 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında olan Abşeron rayonu 1 nömrəli Dövlət Notariat Kontorunun 7 may 2005-ci il tarixli, 4Ə/-1236 nömrəli alqı-satqı müqaviləsi mövcuddur və Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin sənədlərində öz təsdiqini tapmışdır. Eyni zamanda, torpaq sahəsinin konfiqurasiyasında mövcud uyğunsuzluqlarla bağlı cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumata əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmış, hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Həmin faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yaranmış vəziyyət iddiaçının hüquqların məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Bundan əlavə, cavabdehin torpaq sahəsinin ölçüsü ilə bağlı etiraz dəlili ilə əlaqədar məhkəmə bildirir ki, iddiaçı tərəf məhkəmə icraatı gedişatında iddia tələbini dəqiqləşdirərək, hazırda müvafiq alqı-satqı ilə satılmış 0,0409 ha deyil, 0,0395 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, planı və ölçüsü sənədinin verilməsini iddia edir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri əsassız hesab edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əlavə araşdırma zamanı mübahisə predmeti olan faktiki torpaq sahəsinin sənəd üzrə **********20 reyestr nömrəli çıxarışa əsasən X6 (fin: 2VDFP8J), **********55 reyestr nömrəli çıxarışa əsasən X3 (fin: 3ZT3BKF) və **********97 reyestr nömrəli çıxarışa əsasən X1 (fin: 1GY4FCA) mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu barədə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan zaman məlum olmadığından Sumqayıt İnzibati Məhkəməsinə bu barədə məlumat verilməmişdir. Üst-üstə düşmə halı Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(118)-177/2025 saylı qərarı məlumat üçün 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olduqdan sonra təkrar kameral araşdırma zamanı müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair arxiv əsaslarının aşkar edilməməsi, sənəd üzrə konfiqurasiyası və yerləşməsi il naturada konfiqurasiyası və yerləşməsi arasında fərq olması, yerinin dəyişdirilməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, Abşeron AİK-nin 05 sentyabr 2002-ci il tarixli 43 saylı qərarı ilə iddiaçının adına 0,16 ha torpaq sahəsi ayrılmış, onun əsasında JN-122 nömrəli müvafiq Dövlət Aktı tərtib edilmiş, həmin sənədlərin arxiv nüsxəsi mövcud olmuşdur. Həmçinin, həmin Dövlət Aktında əks olunmuş torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatları iki planşet üzrə qeyd edilmiş, 122 nömrəli planşetdə 0,1194 ha, 122C nömrəli planşetdə 409,73 kv.m. torpaq sahəsi əks olunmuşdur. Daha sonra iddiaçı sözügeədn torpaq sahəsinin 122 nömrəli planşet üzrə yerləşən 0,1194 ha hissəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmış, həmin alqı-satqı müqaviləsi əsasında yerdə qalan 409,73 kv.m. torpaq sahəsinə dair yeni JN- 4203 nömrəli müvafiq Dövlət Aktı tərtib edilmiş, alqı-satqı müqaviləsinə dair notariat işinin materialları mövcud olmuş, habelə həmin sənədlər kadastr məlumatlarında da aşkar edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, həm notariat işinin arxiv materiallarında, həm də kadastr arxiv materiallarında həmin dövrdə səlahiyyətli qurum qismində çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0,16 ha torpaq sahəsinin aqrar islahat zamanı iddiaçıya pay torpağı kimi ayrılmasını özündə əks etdirən xx.xx.2005-ci il tarixli arayışı mövcud olmuş, həmin arayışda 0,16 ha torpaq sahəsinin iddiaçıya pay torpağı kimi verilməsi, onun əsasında JN-122 nömrəli Dövlət Aktının tərtib edilməsi, 838 nömrəli qeydiyyata alınması əks olunmuşdur İndiki halda iddiaçının hüquqi marağı məhz aqrar islahat zamanı onun adına ayrılmış torpaq sahəsinin müəyyən hissəsini satdıqdan sonra yerdə qalan faktiki naturada mövcud olan hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Kollegiya mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əasən istinad edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edildiyindən, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun qeydiyyata alınmasında imtina əsasları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, JN-122 nömrəli Dövlət Aktının 122C nömrəli planşet nömrəsində əks olunmuş sənəd üzrə koordinatlarda yerləşir, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan ilkin olaraq sözügedən torpaq sahəsinin müəyyən hisələrinin başqa şəxslərin adına mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirsə də, bu halın həmin ərazidə məlumatların təhlili və sistemləşdirilməsi, dürüstləşmə işlərinin tamamlanmaması ilə bağlı olduğunu qeyd etmiş, sonuncu məlumatda isə üst-üstə düşmə halının olmadığını bildirmişdir. Belə olan halda kollegiya qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi müəyyən edildiyindən, yerinin dəyişdirilməsi və ya konfiqurasiya fərqinin olması, habelə üst-üstə düşmə halının mövcudluğu müəyyən edilmədiyindən, cavabdehin həmin hissədə arqumentləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, sözügedən torpaq sahəsində dair hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələri mövcud olduğu halda, cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin halları araşdırmaq və həmin sənədləri əldə etmək imkanına malik olduğu halda, bu hissədə formal yanaşma tətbiq edərək, əsassız olaraq arxiv əsasının olmaması halına istinad etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, habelə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında cavabdehin imtina və şikayətinin dəliləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1301/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1301/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver