Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1302/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3305/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona 28 oktyabr 1994-cü il tarixdən 01 dekabr 2021-ci il tarixədək fasiləsiz olaraq 27 ildən yuxarı ikinci dərəcəli əlillik təyin olunduğunu nəzərə alıb, cavabdehin üzərinə həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdən ikinci qrup əlilliyə görə müddətli əmək pensiyası təyin edilib. Sonradan əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək artırılıb. xx.xx.2021-ci il tarixdən heç bir əsas olmadan pensiya ödənişi dayandırılıb. 2024-cü ildə iddiaçı əlilliyinin təyin edilməsi tələbi ilə cavadbehə müraciət etmişdir. Cavabdeh əlilliyin təyin edilməsindən əsassız olaraq imtina etdi. Əlilliyin təyin edilməsindən imtina barədə elektron çıxarışda imtina səbəbi kimi “Diaqnoz əlillik əlaməti təyin etmir, müalicənin davam etdirilməsi” barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 159 nömrəli Qərar verilmişdir. Həmin qərarda “İİİ-İV dərəcə donvurma nəticəsində hər iki ayaq pəncəsində İ-İİ-İİİ barmağın əsas falangadan ekzartikulvasiyasından sonrakı vəziyyət’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki ayağın İ-İİ-İİİ barmaqlarının dırnaq falanqasından ekzartikulyasiyası qeyd olunmuş, hər iki ayaqarxasında kafi dolqunluqda nəbz müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına (boyuna görə qısa) əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrıdan şikayətlənmişdir. Müayinə zamanı hər iki ayağın İ, İİ, İİİ barmaqlarının dırnaq falanqalarının amputasiyon güdülü izlənilmiş, aşağı ətraflarda ayaqarxası və topuq nahiyələrdə nəbzi dolğun qeydə alınmış, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyası pozulmamışdır. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 98%, nəbzi 90 vurğu, tənəffüs sayı 16 müəyyənləşdirilmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, 1994-cü ildə donvurması olduğunu, bu səbəbdən aşağı ətraf barmaqlarının amputasiya olunduğunu, 2015-ci ildə vərəm xəstəliyi keçirdiyini bildirmişdir. Müayinə zamanı hər iki aşağı ətrafın İ, İİ və lll barmaqlarının uc hissəsinin olmaması izlənilmiş, hər iki topuq və ayaqarxasında nəbz hiss edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, boyu 172 sm, çəkisi 64 kq, BKİ=21.3 kimi müəyyənləşdirilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası Sp02 99%, nəbzi 103 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, instrumental müayinə nəticəsinə əsasən (spirometriya), həmçinin müalicə müddətini nəzərə alaraq müvafiq qərar verilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/11744 nömrəli arayışında diaqnoz “Hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti. İ barmağın proksimal falanqanın orta 1/3-i, İİ, İİİ barmaqların orta falanqanın bası səviyyəsində qüsurlu amputasion güdülləri, İV, V barmaqların medial deformasiyası, bükücü kontrakturası, pəncə əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, axsama, yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Şabran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “Ağciyər vərəmi, bakterioloji və histoloii müayinələrin nəticələri mənfi olmaqla. Qanhayxırma” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 İnstitutunun xx.xx.2024-cü il tarixli 6987 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu qeyd olunur. FVC 42%, FEV1 39%’’ kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 2004 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu qeyd olunur. FVC 69%, FEV1 57%” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7410/2024 nömrəli qərarında qeyd edilmişdir ki, əsasən ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi qərara alınmış, xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2025-ci il tarixli, T 606/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “Akademik M.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzi’'nə göndərilmiş və orada aparılmış müayinələrdən sonra “İ73.1, İ77.1- donvurmadan sonrakı vəziyyət, obliterasiyaedici trombangit, hər iki aşağı ətratda dizaltı arteriyalarının stenozu, baldır arteriyalarının stenooklyuziyası, aşağı ətrafların İİİ-İV dərəcə xroniki işemiyası, hər iki aşağı ətrafda İ, İİ, İİİ barmaqların amputasion güdülü” diaqnozu qoyulmuşdur. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Xaçmaz rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, V001875198BZB Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ73.1-obliterasiya edən trombangit (Byurger xəstəliyi), obliterasiyaedici trombangit, hər iki aşağı ətralın Byurger xəstəliyi. Ağırlaşmalar: İ77.1-arteriyaların daralması, ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki aşağı ətralın dizaltı balda arteriyalarının daralması, aşağı ətrafların İİİ (üçüncü) dərəcə xroniki işemiyası, S98.2-ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki ayağın İ-İİİ barmaqlarının donvurmasına görə əsas falanqadan amputasiyadan sonrakı vəziyyət, Q67.6-çökmüş döş qəfəsi, qıfabənzər döş qəfəsi, T34.9-digər və dəqiqləşdirilməmiş lokalizasiyalı toxumaların nekrozlaşaıı donvurması, hər iki pəncənin donvurmasından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, R26,2- başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerimə funksiyasının pozulması. Yanaşı xəstəliklər: A i6,0-ağciyər vərəmi bakterioloji və histoloji müayinələrin nəticələri məmi olmaqla, ağciyərlərin fibroz-kavernoz vərəmi, TDM(- ), J96.1-xroniki respirator çatmamazlıq TÇ-İ dərəcə diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələri əsasında qoyulmuşdur və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3305/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar” iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə və xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə 14 sentyabr 1994-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı 11 noyabr 2014-cü il tarixində yenidən TSEK-də müayinədən keçmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 30 noyabr 2015-ci il tarixdə əlillik müddəti 1 il, 01 dekabr 2016-cı il tarixində 5 il olmaqda uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, 04 mart 2022-ci il və 16 mart 2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, V00187519BZB nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – İ73.1 “Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafın Byurger xəstəliyi”, ağırlaşmaları: R52.2 “Digər daimi ağrı, daimi ağrı sindromu“, Q67.6 “Çökmüş döş qəfəsi, Qıfabənzər döş qəfəsi”, S98.2 “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki ayağın İ-İİİ barmaqlarının donvurmasına görə əsas falanqadan amputasiyasından s.v.”, İ77.1 “Arteriyaların daralması, Hər iki aşağı ətrafın dizaltı baldır arteriyalarının daralması. Aşağı ətrafların İİİ (üçüncü) dərəcə xroniki işemiyası”, R26.2 “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yeirmə funksiyasının pozulması”, yanaşı xəstəlikləri: A16.0 “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin fibroz kavernoz vərəmi. TDM (- )”, J96.1 “Xroniki respirator çatmamazlıq, TÇ – İ dərəcə”, T34.9 “Digər və dəqiqləşdirilməmiş lokalizasiyalı toxumaların nekrozlaşan donvurması, hər iki pəncənin donvurmasından sonrakı vəziyyət” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və 20 may 2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3305/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş T606/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmətibbi müayinədən keçərkən “Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi’'nə göndərilmiş və orada aparılmış müayinələrdən sonra “İ73.1, İ77.1 - donvurmadan sonrakı vəziyyət, obliterasiyaedici trombangit, hər iki aşağı ətratda dizaltı arteriyalarının stenozu, baldır arteriyalarının stenooklyuziyası, aşağı ətrafların İİİ-İV dərəcə xroniki işemiyası, hər iki aşağı ətrafda İ, İİ, İİİ barmaqların amputasion güdülü” diaqnozu qoyulmuşdur. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Xaçmaz rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, V001875198BZB Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ73.1-obliterasiya edən trombangit (Byurger xəstəliyi), obliterasiyaedici trombangit, hər iki aşağı ətralın Byurger xəstəliyi. Ağırlaşmalar: İ77.1-arteriyaların daralması, ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki aşağı ətralın dizaltı balda arteriyalarının daralması, aşağı ətrafların İİİ (üçüncü) dərəcə xroniki işemiyası, S98.2-ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki ayağın İ-İİİ barmaqlarının donvurmasına görə əsas falanqadan amputasiyadan sonrakı vəziyyət, Q67.6-çökmüş döş qəfəsi, qıfabənzər döş qəfəsi, T34.9-digər və dəqiqləşdirilməmiş lokalizasiyalı toxumaların nekrozlaşan donvurması, hər iki pəncənin donvurmasından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, R26,2- başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerimə funksiyasının pozulması. Yanaşı xəstəliklər: A16.0-ağciyər vərəmi bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin fibroz-kavernoz vərəmi, TDM(- ), J96.1-xroniki respirator çatmamazlıq TÇ-İ dərəcə diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələri əsasında qoyulmuşdur və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli, V00187519BZB nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – İ73.1 “Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafın Byurger xəstəliyi”, ağırlaşmaları: R52.2 “Digər daimi ağrı, daimi ağrı sindromu“, Q67.6 “Çökmüş döş qəfəsi, Qıfabənzər döş qəfəsi”, S98.2 “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki ayağın İ-İİİ barmaqlarının donvurmasına görə əsas falanqadan amputasiyasından s.v.”, İ77.1 “Arteriyaların daralması, Hər iki aşağı ətrafın dizaltı baldır arteriyalarının daralması. Aşağı ətrafların İİİ (üçüncü) dərəcə xroniki işemiyası”, R26.2 “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yeirmə funksiyasının pozulması”, yanaşı xəstəlikləri: A16.0 “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin fibroz kavernoz vərəmi. TDM (-)”, J96.1 “Xroniki respirator çatmamazlıq, TÇ – İ dərəcə”, T34.9 “Digər və dəqiqləşdirilməmiş lokalizasiyalı toxumaların nekrozlaşan donvurması, hər iki pəncənin donvurmasından sonrakı vəziyyət” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş T606/2025 nömrəli, 20 avqust 2025-ci il ekspert rəyinin nəticə hissəsindən görünür ki, əsas diaqnoz: İ73.1-obliterasiya edən trombangit (Byurger xəstəliyi), obliterasiyaedici trombangit, hər iki aşağı ətralın Byurger xəstəliyi. Ağırlaşmalar: İ77.1-arteriyaların daralması, ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki aşağı ətralın dizaltı balda arteriyalarının daralması, aşağı ətrafların İİİ (üçüncü) dərəcə xroniki işemiyası, S98.2ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, hər iki ayağın İ-İİİ barmaqlarının donvurmasına görə əsas falanqadan amputasiyadan sonrakı vəziyyət, Q67.6-çökmüş döş qəfəsi, qıfabənzər döş qəfəsi, T34.9-digər və dəqiqləşdirilməmiş lokalizasiyalı toxumaların nekrozlaşan donvurması, hər iki pəncənin donvurmasından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, R26.2- başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerimə funksiyasının pozulması. Yanaşı xəstəliklər: A16.0-ağciyər vərəmi bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağciyərlərin fibroz-kavernoz vərəmi, TDM(-), J96.1-xroniki respirator çatmamazlıq TÇ-İ dərəcə diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələri əsasında qoyulmuşdur və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş yuxarıda qeyd olunan diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göndərişdə qeyd olunan diaqnoz “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3305/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.