Məhkəmə qərarları › İş №2-1(105)-1304/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1304/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1304/2025 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştırakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “2021-ci ilin fevral ayının 25-dən 2024-cü ilə qədər ödənilməmiş olan 33 ayın yemək pulunun hesablanaraq ona ödənilməsi və 2017-ci ilin fevral ayından ödənilməsi dayandırılmış kommunal pulunun ödənişinin bərpa edilməsi, ödənişin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Seriya AA 204641 məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı məcburi köçkün statusuna malik olmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023- cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının surətindən görünür ki, İddiaçı adının məcburi köçkünlərin adlı siyahısına salınması öhdəliyi cavabdeh Qubadlı rayon Icra Hakimiyyətinə həvalə edilmişdir. Qubadlı Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, yemək xərci müavinəti Qubadlı rayon Icra Hakimiyyəti tərəfindən dayandırılmamışdır. Iddiaçının cavabdeh orqana ünvanladığı müvafiq müraciətinə mahiyyəti üzrə cavab verilməmiş, baxılmsaı üçün Qubadlı rayon Icra Hakimiyyətinə ünvanlanmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin fevral ayının 25-dən 2024-cü ilə qədər ödənilməmiş olan 33 ayın yemək pulunun hesablanaraq ona ödənilməsi və 2017-ci ilin fevral ayından ödənilməsi, dayandırılmış kommunal pulunun ödənişinin bərpa edilməsi, ödənişin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür və hazırda Sumqayıt şəhəri, S.Vurğun küç, 7-8-12-ci məh, ev 90, mənzil 13-də ailəsilə birlikdə yaşayır. Məcburi köçkün ailəsi olaraq kommunal xərcləri və çörək pulu dövlət tərəfindən ödənilmişdir. 2017-ci ilin fevral ayından həmin məbləğ azaldılaraq cəmi 98 manat olmaqla ödənilməyə başlanmışdır. Bununla da ona aydın olmuşdur ki, kommunal xərcin ödənişi dayandırılmışdır. Bundan sonra isə 2021-ci ilin fevral ayının 25-də onlara ödənilən yemək pulu dayandırılmışdır. Bu ailənin maddi durumunu çox ağırlaşdırmışdır. Yemək pulunun verilməsindən imtina edilməsinə göstərilən səbəbin əsassız olmasına görə o, məhkəməyə müraciət etməli olmuş və Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiası təmin etmiş, onun adının məcburi köçkünlər siyahısına salınması öhdəliyini Qubadlı rayon Icra Hakimiyyətinə həvalə etmişdir. 2023-cü ilin noyabr ayında ailəsinə yemək pulunun ödənişi bərpa edilmişdir. Lakin 2017-ci ildə dayandırılmış olan kommunal pulu ödənişi indiyə qədər bərpa edilməmişdir. Kommunal ödəniş aylıq olaraq 3 nəfər üçün hər adama 33 manat olmaqla ödənilirdi. Kommunal ödənişin bərpa edilməsi üçün o, dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir. Cavabdeh də müraciətlər etmiş, lakin bu müraciətiərin heç birinə müsbət cavab ala bilməmişdir. Bundan başqa Qubadlı rayon Icra Hakimiyyətinə bu məsələ ilə bağlı yazılı müraciət etmiş və 08.07.24-cü il tarixində ona rəsmi cavab olaraq həmin məsələnin icrası səlahiyyətinin cavabdeh quruma aid olması bildirilmişdir. 2017-ci ildən ödənişi dayandırılmış kommunal pulu heç bir halda bərpa edilməmişdir. Qubadlı rayon Icra Hakimiyyəti kommunal ödənişlərin dayandırılmasına əsas kimi, onun rəsmi nikahda olan yoldaşı rəhmətə gedəndən sonra onun dövlət qulluğunda işləməsi səbəbi ilə aldığı pensiya pulunun o öldükdən sonra ona ödənilməsini göstərmişdir. Halbuki, bu heç bir halda qanunla doğru əsaslandırma hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il yanvar qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nm tələbinə əsasən dövlət qulluğunun yardımçı vəzifəsində işləyən şəxslərin müavinətinin dayandırılması nəzərdə tutulmamışdır. Bu hal onu sübut edir ki, onun ailəyə ödənilməli olan kommunal ödəniş əsassız və qanunsuz olaraq cavabdeh orqan tərəfindən dayandırılmışdır. Qubadlı rayon Icra Hakimiyyətinin başçısının qəbulunda olub ev almaq üçün qeydiyyata düşmüşdür. Bu cür durumda olan ailənin aylıq kommunal ödənişinin bu qədər uzun zaman ərzində ciddi əsas olmadan dayandırılması mövcud şəraitdə yaşamağı üçün problemlər yaratmaqdadır. Həmçinin, 2021-ci ildə ödənilməsi dayandırılmış və yalnız 2023-cü ildə məhkəmə qərarından sonra bərpa edilmiş yemək pulu da 2 il 33 ay müddətində toplanmış olan məbləğləri onlara ödənilməmiş və kompensasiya edilməmişdir. Həmin 2 il 9 ay müddətində ailə çətinliklə kommunal xərcləri ödəməli olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı İddiaçı sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Qubadlı Rayon Icra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir.Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərilən bütün tələblər üzrə səlahiyyətli orqan müvafiq yerli icra hakimiyyəti orqanı olmasına baxmayaraq, iddiaçı tələblərini Komitəyə, yəni əsl olmayan tərəfə qarşı yönəltmişdir.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Cavabdeh, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı 2017-ci ildən ödənilməmiş kommunal xərci pulları və 2021-2024-cü illər arası yemək pulu xərclərinin cavabdehdən alınaraq ona verilməsindən ibarətdir. Işin araşdırılan hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı X1 Sosial Müdafiə Fondunda yardımçı dövlət qulluğu vəzifəsində işləmiş və inzibati orqanların inzibati icraat çərçivəsində apardıqları araşdırma zamanı ailəyə müavinətin verilməsi dayandırılmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023- cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə onun adının məcburi köçkünlərin adlı siyahısına salınması öhdəliyi cavabdeh Qubadlı rayon Icra Hakimiyyətinə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra iddiaçının adı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən icra edilmişdir. Iddiaçının bildirdiyinə görə müvafiq müavinət 2023-cü ilin noyabr ayından verilməyə başlanılmışdır. Göründüyü kimi Qubadlı rayon Icra Hakimiyyətinin qanunsuz hərəktələri məhkəmə tərəfindən dayandırılaraq, iddiaçının pozulmuş hüququ bərpa edilmişdir. Yəni, hal-hazırda cavabdeh Cavabdeh üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Belə ki, iddiaçının adı adlı siyahıya daxil edildiyi vaxtdan müvafiq müavinətlərin verilməsi səlahiyyətinə sahib cavabdeh təşkilat öz üzərinə düşən öhdəlikləri həmin vaxtdan icra etmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi 2021-ci ilin fevral ayının 25-dən 2024-cü ilə qədər ödənilməmiş olan 33 (otuz üç) ayın yemək pulunun hesablanaraq ona ödənilməsi və 2017-ci ilin fevral ayından ödənilməsi dayandırılmış kommunal pulu ödənişinin bərpa edilməsi, ödənişin həmin tarixdən hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X1 qulluğunda çalışdığından inzibati orqan tərəfindən ailənin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial təminat tədbirlərindən yararlanması dayandırılmışdır. Lakin sonradan Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçının adının məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Qubadlı rayon Icra Hakimiyyətinin üzərinə qoyulmuş, bununla da iddiaçının həmin statusdan məhrum edilməsinin əsassız olduğu məhkəmə qaydasında müəyyən edilmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşı yardımçı dövlət qulluğunda işləmiş və vahid aylıq müavinətin ödənilməsi üçün müavinətin şamil edilmədiyi şəxslər arasında yardımçı vəzifə tutan şəxslər istisna təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı ilə şəxsin pozulmuş hüququnun bərpa olunması həmin hüququn yalnız qərarın icra edildiyi tarixdən sonrakı dövr üçün tanınması kimi qiymətləndirilə bilməz. Hüququn bərpası həmin hüququn qanunsuz olaraq məhdudlaşdırıldığı bütün dövr üzrə hüquqi nəticələrin aradan qaldırılmasını nəzərdə tutur. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının adının sonradan adlı siyahıya daxil edilməsi səbəbindən cavabdehin üzərinə əlavə öhdəlik qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə məhkəmə kollegiyası razılaşmır. Çünki iddiaçının məcburi köçkün statusunun bərpa olunması onun əvvəlki dövrlərdə həmin statusdan irəli gələn hüquqlardan əsassız məhrum edildiyini təsdiq edir. Iddiaçının hüquqi marağı 2017-ci ildən ödənilməmiş kommunal xərclərə görə nəzərdə tutulmuş sosial ödənişlərin, habelə 2021-2024-cü illər üzrə yemək xərcləri ilə bağlı ödənilməli vəsaitlərin alınmasından ibarətdir. Cavabdeh tərəfindən həmin ödənişlərin həyata keçirilməməsi iddiaçının qanunla təmin edilmiş sosial təminat hüququnun pozulması ilə nəticələnmişdir. Kollegiya hesab edir ki, cavabdehin yalnız iddiaçının adı yenidən siyahıya daxil edildikdən sonrakı dövr üçün ödənişləri həyata keçirməsi pozulmuş hüququn tam bərpası kimi qiymətləndirilə bilməz. Pozulmuş hüququn real bərpası üçün iddiaçının əsassız olaraq məhrum edildiyi əvvəlki dövrlər üzrə də müvafiq ödənişlərin hesablanaraq ona verilməsi təmin olunmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi işin hallarına və tətbiq edilməli maddi hüquq normalarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəmənin sorğusuna təqdim edilmiş cavab məktubundan görünür ki, iddiaçı 2017-ci il tarixinə məcburi köçkünlərin vahid elektron məlumat bazasında qeydiyyatda olmuş, sonradan ona edilən ödənişlər ##.##.2021-ci il tarixindən Hesablama Palatasının yoxlama aktına əsasən dayandırılmış, daha sonra isə məhkəmə qərarı əsasında həmin ödənişlərin bərpası təmin edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin bu izahatı özü-özlüyündə iddiaçının müvafiq dövrdə məcburi köçkün statusuna malik olduğunu və sosial təminat tədbirlərindən yararlanmaq hüququnun mövcudluğunu təsdiq edir. Ödənişlərin dayandırılması inzibati qərar əsasında baş vermiş, sonradan həmin vəziyyət məhkəmə qaydasında aradan qaldırılmışdır. Bu halda hüququn bərpası yalnız gələcək dövrlər üçün ödənişlərin həyata keçirilməsi ilə məhdudlaşdırıla bilməz. Şəxsin əvvəlki dövrlərdə qanunsuz olaraq məhrum edildiyi sosial təminat hüquqlarının da bərpası hüququn tam və effektiv müdafiəsinin tərkib hissəsidir. Cavabdehin əvvəlki dövrlər üzrə ödənişlərin həyata keçirilməsinin büdcə intizamı qaydalarına uyğun olmaması barədə arqumentinə münasibətdə kollegiya qeyd edir ki, inzibati orqanın daxili maliyyə və ya texniki xarakterli prosedurları şəxsin qanunla və məhkəmə qərarı ilə təsdiq edilmiş hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Büdcə vəsaitlərinin ayrılması mexanizmi dövlət orqanlarının səlahiyyət dairəsinə aid məsələ olmaqla, bu hal iddiaçının pozulmuş hüququnun bərpasına maneə kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçının sonradan ödənişlərin 60 manat məbləğində şəxsi bank hesabına köçürülməsi ilə bağlı müraciət etməsi yalnız ödəniş üsulunun dəyişdirilməsi kimi qiymətləndirilməli, əvvəlki dövrlər üzrə ödənilməmiş vəsaitlərdən imtina kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi üçün əsaslar mövcuddur. Kollegiya qeyd edir ki, iddiaçı kollegiyaya ünvanladığı ərziəsindəyemk xərci müavinətinin 2021-ci ilin feral ayından 2023-cü ilin noyabr ayınadək, kommunal ödənişlər üçün xərcin 2017ci ilin fevral ayından 2024-cü ilin avqust ayınadək ödənilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəul edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı 2021-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək olan dövr üçün ödənilməmiş yemək xərci və 2017-ci ilin fevral ayından 2024-cü ilin avqust ayınadək ödənilməmiş kommunal xərcləri üçün pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar