Məhkəmə qərarları › İş №2-1(105)-131/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-131/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-131/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab etməklə, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2893/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı ünvanladığı 3-17-1/2-A-33813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, X6" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq юга hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarqn isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasına və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək və xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və qaralamalar olduğundan) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, 01.01,2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciktə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yeridən baxıla bilər. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Ekspress” kooperativinə və “Qarabağ istehsalat” kooperativinə dair məlumat mövcud deyildir. “Ekspress-Servis” kooperativi 24 iyul 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Qarabağ İstehsalat” kooperativinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Ekspress” Kooperativi və “Qarabağ” İstehsalat Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ekspress” və “Qarabağ İstehsalat" kooperativlərinin arxiv sənədləri X9 Filialına təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Ona görə də İddiaçı ğlunun həmin kooperativlərdə olan əmrləri barədə məlumat verilməsi tərəfimizdən mümkün deyildir. Həmçinin “Ekspress” və “Qarabağ İstehsalat" kooperativlərinin nə vaxt yaradılması barədə istiqamətverici məlumat olmadığı üçün kooperativlərin yaranması haqqında olan qərarlardan çıxarış verilməsi tərəfimizdən mümkün deyildir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Qarabağ İstehsalat” Kooperativinin fəaliyyəti ilə bağlı hər hansı məlumatın olması tərəfimizdən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı adına 14 yanvar 1974-cü il tarixli əmək kitabçasının 22-ci səhifəsinin birinci sətirindəki “1990” əlyazısındakı “0” rəqəmində səkkizinci sətirindəki “1991” əlyazıdakı ikinci “1” rəqəmində rəqəm təşkil etməyən cizgilər müəyyən edildi. təqdim edilmiş İddiaçı adına 14 yanvar 1974-cü il tarixli əmək kitabçasının 22-23-cü səhifələrdəki digər əlyazılarla hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardada göstərilər “Əgər düzəliş edilmişdirsə, həmin düzəlişin edilmə vaxtının müəyyən edilməsi mümkündür mü (həmin düzəlişlər qeydlərdə eyni vaxtda icra edilib, yoxsa sonradan düzəliş edilmişdir)? “- Təqdim edilən sənəddə xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Ekspress kooperativində sürücü işləməsinə dair aparılmış qeydlər və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci iİ tarixədək olan “Qarabağ” kooperativində sürücü işləməsinə dair aparılmış qeydlər eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda icra olunmuşdur?” və “-Təqdim edilən sənədin və onun ауrı-ayrı hissələrinin icra olunmasının nisbi və ya mütləq müddətinin müəyyən edilməsi mümkündürmü? Əgər mümkündürsə müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab etməklə, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuşdur. Hazırda 67 yaşı vardır. 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 2006-cı ilin yanvar ayının 1-dək ümumi əmək stajı 25 ildən artıqdır və bu barədə qeydlər əmək kitabçasında da göstərilmişdir. O müvafiq sənədlərini toplamaqla cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda ona əmək pensiyası təyin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X6 Qanunun 7-ci maddəsinə əsasən 2006-cı il yanvar ayının 1-nə kimi əmək stajı 25 il və daha artıq olan şəxslərə əmək pensiyası təyin olunur, guya onun əmək kitabçasında yetərli müddətdə əmək stajı yoxdur və həmin tarixə onun ümumi əmək stajı 23 il 8 ay 4 gündür və bu səbəbdən də ona əmək pensiyası təyin oluna bilməz. Cavabdeh təşkilat onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixə və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi olan dövr üzrə əmək stajını nəzərə almamış və bunu əmək kitabçasının doldurulması qaydasına riayət edilməməsi və həmin tarixlərdə qaralamanın olması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, onun qeyd edilən tarixlərdə müvafiq təşkilatlarda işləmiş və həmin səhifələrdə onun işə qəbulu və işdən çıxarılmağı barədə əmrlərdə tarixlər aydın oxunur və bu da ona dəlalət edir ki, o həmin müəssisələrdə işləmiş, bu illər də onun ümumi əmək stajına daxil edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Cavabdeh inzibati orqan tərəfindən 3-17-1/2-A-33813/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi hərbi biletinə və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 01.11,1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına malik olmadığından, həmçinin xx.xx.2006-сı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilib və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2893/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin (pensiya təyin edilərkən X6 Qanuna 32.1-1 maddəsinə əsasən hesablama aparılmalı, ödənilmiş müavinətlər müvafiq olaraq çıxılmalıdır) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İddiaçının mübahisə olunan dövrləri çıxmaqla 23 il 8 ay 4 gün, əlavə olaraq işlədiyi 4 ay, ümumilikdə 24 il 4 gün iş stajı cavabdeh orqan tərəfindən nəzərə alınır. Nəzərə alınmayan dövrlər iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (6 ay 2 gün) və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il ( 9 ay 23 gün) tarixədək (cəmi 1 il 3 ay 25 gün) olan dövrlərdir. Cavabdeh həmin dövrlərin nəzərə alınmasından imtinaya əsas kimi əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsi və qaralamalar olmasını qeyd edir. İddiaçı tərəfindən əmək kitabçasının əsli məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasından görünür ki, mübahisə olunan dövrlərin qeydiyyatı ardıcıl olaraq aparılmışdır. Qaralamalar olsa da, həmin sətirdə qeydiyyatı aparılan bu tarixlər mübahisəli dövrlərin müvafiq əmrlərin tarixi ilə eynilik təşkil etdiyi aşkar görünür. 1991-ci il tarixdən sonrakı dövrlər isə cavabdeh tərəfindən mübahisələndirilmir. Qeyd edilənlər əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmır. Beləliklə iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sığorta stajı olduğuna görə məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. X6 Qanuna 32.1-1 maddəsinə əsasən “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində 21,06.2023cü il tarixli 3-17-1/2-141509/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3/2-9592/2023 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində “Ekspress” kooperativi və “Qarabağ” istehsalat kooperativi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/2-141511/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-4/2-1383/2023 nömrəli məktubla biİdiriİmişdir ki, “Ekspress” kooperativinin və “Qarabağ” istehsalat kooperativinin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Eskpress” kooperativində, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Qarabağ” istehsalat kooperativində işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və qaralamalar olduğundan) həmin dövrlərin iddiaçının sığorta stajında daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, məhkəmənin mövqeyinə əsasən İddiaçı sığorta stajı mübahisəli olan dövrləri çıxmaqla 23 il 8 ay 4 gün, əlavə olaraq işlədiyi 4 ay, ümumilikdə 24 il 4 gün iş stajı cavabdeh tərəfindən nəzərə alınmış, nəzərə alınmayan dövrlər qismində isə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (6 ay 2 gün) və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il ( 9 ay 23 gün) tarixədək (cəmi 1 il 3 ay 25 gün) olan dövrlər göstərilmişdir. Halbuki İddiaçı barəsində tərəflərindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-63594/2023 nömrəli sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-66779/2023 nömrəli xidməti məktubla (qoşmaya əlavə olunur) bildirilmişdir ki, onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1991ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə mübahisələndirilməyən sığorta stajı 23 il 8 ay 4 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək (6 ay 2 gün) və xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək (9 ay 23 gün) olan dövrlərin (cəmi 1 il 3 ay 25 gün) doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək 23 il 4 ay 7 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 21628,1 manat təşkil edir. Buradan aydın olur ki, İddiaçı əmək fəaliyyəti dövrləri üzrə mübahisələndirilən (cəmi 1 il 3 ay 25 gün) və mübahisələndirilməyən (23 il 8 ay 4 gün) sığorta stajı Qanunla nəzərdə tutulmuş 25 il müddətdən az (24 il 11 ay 29 gün) olmuşdur. Beləliklə iddiaçı pensiya yaşına çatsa da, 25 ildən az sığorta stajına malik olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi maddi hügug normalarının tətbigi baxımından ganunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə goyulması” barədə İddiaçı iddia tələbi təmin olunmamalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X6” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X6” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası iddiaçının qanunla tələb olunan 25 il sosial sığorta stajından az (23 il 8 ay 4 gün) staja malik olması, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X6 qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması zəruridir: 1) qanunla müəyyən edilmiş pensiya yaş həddinə çatmaq 2) azı 25 il sosial sığorta stajına malik olmaq və ya pensiya təminatına imkan verən həcmdə pensiya kapitalının qeydə alınması. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, pensiya yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı dövr, hərbi xidmət müddətini nəzərə almaqla 23 il 8 ay 4 gün sosial sığorta stajına malik olduğunu qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərini nəzərə almamış, əsas kimi isə həmin dövrlərlə bağlı əmək kitabçasında qeydin doldurulma qaydalarına riayət edilməməsi və qaralamalar olması halına istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən işin mübahisəli hallarının araşdırılması məqsədilə iş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı əmək kitabçasında hər hansı düzəliş edilməsi müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan hər hanıs hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ekspress-servis” kooperativi dövlət statistik vahidlərin dövlət reyestrində 1996-cı il tarixdə (reyestrin yaradıldığı vaxt) qeydiyyata alınmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, “Qarabağ” və “Ekspress” kooperativləri tərəfindən sənədlər arxivə təhvil verilməmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında əks olunduğundan, həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən, arxiv sənədlərin olmaması halı isə iddiaçının təqsiri ilə əhatə olunmadığından (onun məsuliyyət daşıdığı hal kimi çıxış etmədiyindən), həmin dövrlə sosial sığorta stajına daxil edilməklə, nəzərə alınmalıdır. İndiki halda iddiaçının təhsil aldığı, hətbi xidmətdə olduğu dövrlər, əmək kitabçasında əks olunmuş əmək fəaliyyət dövrləri nəzərə alındıqda 25 il sosial sığorta stajına malik olması halı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2893/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar