Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-131/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli N-1(118)-NNN4/N0N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.N0N4-cü il tarixli N-1(118)- NNN4/N0N4 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi və həmin adın xx.xx.N0NN-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 0N iyul N0N4-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh orqana müraciət edərək, ona müharibə veteranı adının verilməsini xahiş etmişdir. Lakin cavabdeh ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, onun məktubuna cavab verilməməsi və ya müraciətindən imtina edilməsi qeyri-obyektiv və əsassız yanaşmadır. Hazırda üçünçü qrup əlil olmasına səbəb, onun 31 iyul N0NN-ci il tarixdə ağır avtomobil qəzası keçirməsi olmuşdur. Bu səbəblərə əsasən iddiaçı hesab edir ki, ona müharibə veteranı adı verilməli və müharibə veteranı xx.xx.N0NN-ci il tarixdən hesablanıb, “Zəfər” alt sistemə salınmalıdır. İddia tələbinin dəlilləri kimi aşağıdakılar qeyd olunmuşdur: - xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək N7 sentyabr N0N0-ci il tarixdə işğal altında olan ərazilərinin geri qaytarılması uğrunda başlayan əməliyyatlarda iştirak etmək üçün, Azərbyacan Respublikası SMXCDX-nın Zəngilan rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına göndərilmiş, N saylı hərbi hissədə qumbaratan vəzifəsində Füzuli rayonun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür; - onunla həmin əməliyyatlarda iştirak edən X4 və X1 müharibə veteranı adı verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş hərtərəfli araşdırmamış, prosessual və maddi hüquq normalarının tələblərini pozmuş, iddia tələbini əsassız olaraq rədd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, o, Füzuli-Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əvvəlcə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsindən xx.xx.N0N0-ci ildə çağırılmışdır. N nömrəli hərbi hissəyə getmiş, oradan N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N0N0-ci ildə Füzuli rayonu Qacar kəndinə gətirilmiş, orada yerləşmişlər. Onlara orada silah və hərbi forma təqdim olunmuşdur. Onlara bölük komandirləri Ramin Musayev və Qalib Məmmədxanlı tərəfindən döyüş əməliyyatlarını yerinə yetirmək üçün tapşırıqlar verilmişdir. Yerləşdikləri əraziyə minaatanlardan zərbələr endirilirdi. Hərbi biletinin 7-ci səhifəsində “döyüşlərə cəlb olunmayıb” qeydi aparılsa da, sonradan həmin qeydə düzəliş edilmiş, düzəliş hərbi hissənin möhürü ilə təsdiqlənmiş, N1-ci səhifədə “hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndində aparılan qeydlər əsassız hesab edilsin. 04.11.-xx.xx.N0N0-ci il tarixlərdə N №-li hərbi hissənin tərkibində Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak edib” qeydi aparılmışdır. Müharibə veteranı adı və vəsiqəsi verilən döyüş yoldaşlarında da eyni qeydlər mövcuddur. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsində işə baxılarkən X5 əvəzinə X4 barəsində sorğu ünvanlanmışdır. Ona yalnız qumbaraatan verilmiş, başqa silahı olmamışdır. O, N-ci bölükdə Füzuli rayonu Qacar və Dilağarda kəndləri istiqamətində olmuşdur. Postda xidmət etməmişdir. İlkin olaraq Qacar kəndində olmuş, 1-N gün sonra onları Dilağarda kəndinə aparmışlar. Onun yanında olan şəxslərdən XN və Əliqulu Səmədov yaralanmışlar. Ona təhkim olunmuş qumbaraatan silahından atəş açmamışdır. Döyüş əməliyyatlarında iştirak etmiş və komandirlərin tapşırıqlarını yerinə yetirmişdir. Medalla təltif olunmamış, müharibə zamanı yaralanmamışdır. Hesab edir ki, məhkəmə onun iddiasını əsassız olaraq rədd etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh döyüş əməliyyatlarında iştirak etməməsi əsası ilə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N0N4-cü il tarixli 1377 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı Təvəkkül oğlunun “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciəti araşdırılmışdır. “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 sentyabr N0N0-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı Təvəkül oğlu 08 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon N-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr N0N0-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr N0N0-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr N0N0-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Vətəndaş İddiaçı Təvəkül oğlunun adı N nömrəli hərbi hissə komandirinin N0N0-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxil olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştrakı öz əksini tapmadığı üçün müharibə iştirakçılarına nəzərdə tutulmuş “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi qanunauyğun hesab edilməmişdir. AO seriyalı ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı 04 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, 08 noyabr N0N0-ci il tarixdə çıxarılmışdır, 08 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, 10 dekabr N0N0-ci il tarixdə çıxarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 195 nömrəli məktubundan görünür ki, 17N, N və N nömrəli hərbi hissə komandirlərinin N006 - N0N0-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı barəsində məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N1 fevral N0N4-cü il tarixli, 3-31N/N-30- 411/N4 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi qeydə alınmamışdır. İddiaçının döyüş əməliyyatlarında iştirakı edib-etməməsi barədə məlumat verilməsi üçün məhkəmə kollegiyası bir daha cavabdeh inzibati orqana sorğu verilmişdir. Sorğunun icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə tapşırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məhkəmə kollegiyasının verdiyi sorğu əsasında verdiyi xx.xx.N0N5-ci il tarixli 116 nömrəli cavab məktubundan müəyyən edilir ki, İddiaçı Təvəkkül oğlunun “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciəti araşdırılmışdır. “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 sentyabr N0N0-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı Təvəkül oğlu 08 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon N-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr N0N0-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr N0N0-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr N0N0-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin N1vərəqində olan xx.xx.N0N0 - xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı (işlərin çox olması və səhlənkarlıq nəticəsində) texniki səhvə yol verilməsi səbəbindən elə qeyd edilmişdir. İddiaçı adı N nömrəli hərbi hissənin komandirinin N0N0-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxil olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştirakı öz əksini tapmadığı üçün müharibə iştirakçılarına nəzərdə tutulmuş “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi qanunauyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...” Həmçinin, məhkəmə kollegiyasının iclasında, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirmişdir ki, onunla birgə döyüş əməliyyatlarında iştirak etmiş X6, X4, X3 və X1 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçının həm iddia ərizəsində, həm, məhkəmə iclasında bildirdiyi qeyd olunan halın araşdırılması məqsədilə cavabdehə müvafiq sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N4 avqust N0N4-cü il tarixli 3-N5- 3/N-İ-90xx-xx/N0N4 nömrəli məktubundan görünür ki, X6, X4, X3 və X1 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında müvafiq döyüş tapşırıqları yerinə yetirdiyini iddia etsə də, bu halı təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal və əsassız olmuşdur. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.198Nci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli N-1(118)-NNN4/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-131/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-131/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver