Məhkəmə qərarları › İş №2-1(105)-1313/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1313/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1313/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin etibarsızlığı” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3742/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Sumqayıt ŞİH Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3 dair X19 ilə bağlanmış kirayə müqaviləsinin etibarsızlığı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2- 1(118)-7569/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2- 1(118)-3742/2025 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Azmənzilsənaye Tikinti Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin H/T və Mənzil Məişət Komissiyasının birgə keçirilmiş xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti Aparatının “Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi Şöbəsi” tərəfindən xx.xx.1998-ci il tarixində 29 nömrəli məktub vasitəsi ilə müəssisəyə 11-ci mikrorayon, ev 1, mənzil 35 ünvanında üç otaqlı mənzil və 11-ci mikrorayon, ev 1, mənzil 33 ünvanında üçotaqlı mənzil ayrılmışdır. Həmin mənzillərin ev növbəsi siyahısında olan X6 və X22 verilməsi ilə bağlı qərar qəbul edilmişdir. X22 təqdim edilmiş 1a saylı binanın 33-cü mənzilinə getdikdə, məlum olmuşdur ki, bu mənzildə 1993-cü ildən Cəbrayıl rayonunun Çullu kəndindən olan məcburi köçkünlər məskunlaşıb. Məlum səbəblərə görə, onlardan mənzili boşaltmağı tələb etməmişlər. Bu gün də onlar həmin mənzildə yaşayırlar. Həyat yoldaşı X7 21 mart 2008-ci il tarixində rəhmətə getmişdir. Ona görə də, onun vərəsəsi kimi iddiaçı çıxış edir. Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyərinə müraciət edərək mənzili özəlləşdirmək üçün tələb olunan sənədlərin verilməsini xahiş etsə də, onlar müxtəlif bəhanələr gətirərək gözləməli olduğunu bildirmişdirlər. İddiaçı 2024-cü ilin oktyabr ayında yenidən Sumqayıt Şəhər İH-nə müraciət etmiş, Sumqayıt ŞİH-dən ünvanlanan 26 noyabr 2024-cü il tarixli, 5-6/1-M-465/3-093/2024 saylı cavab məktubunda qeyd edilir ki, X1 müraciəti nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48.74 kvadratmetr olan 3 otaqlı, Sumqayıt şəhəri 11-ci mikrorayon ev 1a, mənzil 33-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlamağı barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır.”. Ona görə də, iddiaçı ilə kirayə müqaviləsi bağlamaqdan imtina edilmişdir. Sumqayıt ŞİH-dən verilən cavabda belə əsaslandırılır ki, “qeyd edilən mənzil “Azərmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında həyat yoldaşınız X20 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. X33 xx.xx.2008-ci ildə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, 1a binanın 33-cü mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” icarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyul 1998-ci il tarixli 21 saylı protokolu əsasında X14 ayrılmışdır.”. 33 saylı mənzil Sumqayıt ŞİH-nin də qeyd etdiyi kimi iddiaçılara xx.xx.2008-ci ildə, X14 isə xx.xx.2008-ci ildə ayrılmışdır. Həmçinin qeyd edir ki, kirayə müqaviləsi mənzilə ehtiyacı olan və bu mənzildə yaşayan şəxslərlə bağlanılmalıdır. 17 saylı MKS-ın arayışından da görünür ki, hal-hazırda 33 saylı mənzildə Cəbrayıl rayonunun Çullu kəndindən olan 6 nəfər ailə üzvü olan məcburi köçkün ailəsi yaşayır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, yaşayış sahəsi 48,71 kvm olan 3 otaqlı ünvan 3 “Azmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında iddiaçının əri X20 oğlunun 4 nəfərdən (özü, arvadı, qızı və oğlu) ibarət ailə tərkibinə ayrılmışdır. X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli binanın 33 saylı mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X14 ayrılmışdır. ünvan 3-ə dair 2 müxtəlif müəssisə tərəfindən verilmiş hər 2 protokol şöbənin keçmiş rəhbərliyi tərəfindən qəbul edilmiş və məlum hadisələrlə əlaqədar 1A saylı yaşayış binası, eləcə də, 33 nömrəli mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyindən sənədləşmə işləri dayandırılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısınin xx.xx.2023-cü il tarixli 578 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 1A və 2B saylı yaşayış binaları şəhər İcra Hakimiyyətinin balansına daxil edilmişdir. X2 2023-cü ilin sentyabrında ərizə ilə (d.o. Ə-212/2-091/2,xx.xx.2023-cü il) Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ünvan 3-ə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. X1 müraciəti nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, ünvan 3 eyni zamanda digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X14 verildiyindən və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı ilə onun adına rəsmiləşdirildiyindən, İddiaçı həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə xahişinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı ünvan 3-ə dair onunla kirayə müqaviləsinin bağlanması və ya buna alternativ olaraq həmin binanın 2,3,4-cü mərtəbələrində yerləşən hər hansı digər 3 otaqlı mənzillə təmin olunması barədə müraciətinə (d.o.5-6/1-M-465/3-093, xx.xx.2024-cü il) Sumqayıt Şəhər İcra Hakimiyyətində baxılaraq həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə xahişinin təmin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi barədə ona yazılı cavab məktubu verilmişdir. İddiaçı müraciəti ilə əlaqədar Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, qeyd edilənlər onun nəzər diqqətinə çatdırılmış, xahişinin müsbət həllinin Şəhər İcra Hakimiyyətinin imkanları xaricində olduğu ona bildirilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin etibarsızlığı”na dair iş üzrə iddia tələbi Sumqayıt cavabdeh Şəhər İcra Hakimiyyəti tərəfindən etirazla qarşılanır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası İcarə müəssisəsi “Azmənsilsənayetikintitəmir” birliyi Mənzil Təmir-Tikinti idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatı mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1998-ci il tarixli, 29 saylı məktubuna əsaslanaraq 11-ci mikrorayon, 1 №-li binadan 33 nömrəli 3 otaqlı mənzil X22 verilmişdir. AZ-İ 302361 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 844 nömrəli sərəncamından görünür ki, yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə X19 ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Ailə tərkibi 5 nəfərdir: 1. X19- özü, X9arvadı, X17- qızı, X15 - qızı, X29 - oğlu. xx.xx.2023-cü il tarixli,13 nömrəli daşınmaz mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İB və X19 tərəfindən bağlanmışdır. İddiaçılar X8, X10, X4 və X18 cavabdeh Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil Kommunal Sahəsinə qarşı “Sumqayıt şəhəri,11-ci mikrorayon, 1 A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №-li forma) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-491/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-6/2- 889/2025 saylı məktubdan görünür ki, yaşayış sahəsi 48,74 kvm olan 3 otaqlı ünvan 3 Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X11 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Bildirilir ki, X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verilməsi müəyyən edilməmişdir. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, 11-ci mikrorayon, ev 1a, mənzil 33 ünvanında araşdırma aparılmış və məlum olmuşdur ki, bu ünvanda İddiaçı adlı şəxs yaşamır. Hal-hazırda bu ünvanda Cəbrayıl rayon Çullu kənd Məcburi köçkünü X30 ailə üzvləri ilə birgə məskunlaşıb yaşayırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 321-3-31/2-2251/2025 nömrəli məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a ünvanında yerləşən 33 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3742/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3 ünvanına dair X19 ilə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, yaşayış sahəsi 48,74 kvm olan 3 otaqlı ünvan 3 Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında iddiaçının əri X12 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Aparılmış arxiv araşdırması zamanı məlum olmuşdur ki, yaşayış sahəsi 48,71 kvm olan 3 otaqlı ünvan 3 “Azmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında ərizəçinin əri X20 oğlunun 4 nəfərdən (özü, arvadı, qızı və oğlu) ibarət ailə tərkibinə ayrılmışdır. X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verilməsi müəyyən edilməmişdir. Üçüncü şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki,qərarın qanunsuz olması aşağıdakı dəlillərlə təsdiq olunur: İddiaçıya ayrılan 33 saylı mənzil Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1 saylı binadan olmuş. Lakin ona ailə üzvləri ilə yaşamaq üçün verilən mənzil 1a saylı binada yerləşən mənzildir, yəni ünvanların fərqli olmalarına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmiş və belə bir nəticəyə gəlmişdir ki, guya iddiaçıya həmin mənzil ondan bir neçə ay öncə verilmişdir. Halbuki ona ayrılan 33 saylı mənzil 1 a saylı binadandır və sərəcamda bu ünvan qeyd olunmuşdur. Bu mənzilə dair onun adına sənədlərin olmasından və sərəncamın verilməsindən iddiaçı xeyli müddət qabaq məlumatlı olmuş, lakin həmin sərəncamları, mənzilin ayrılması barədə protokolu mübahisələndirməmiş, dəfələrlə cavabdeh orqan iddiaçıya ünvanladığı cavab məktubunda mənzilin sərəncam əsasında ona ayrıldığını iddiaçıya bildirmişdir. Lakin cavabdeh mənzil kirayə müqaviləsinin bağlanmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən və bununla bağlı əqdlərin etibarsızlığına dair iddialar üçün nəzərdə tutulan 1 illik kəsici müddəti ötürməklə hazırki iddianı qaldırmış və məhkəmə də əsassız iddianı təmin etmişdir. İddiaçı qeyd olunan mənzilin ona verildiyini bilmiş, mənzilin ona verilməsinə dair aktları mübahisələndirməmiş, lakin məhkəmə həmin sənədlər əsasında onunla bağlanmış mənzil kirayə müqaviləsini etibarsız hesab etmişdir ki, bu da qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. b) İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər “Azmənzilsənaye tikinti" Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin H/T və Mənzil Məişət Kommissiyaasının birgə keçirilmiş xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti Aparatının “Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi Şöbəsi” tərəfindən xx.xx.1998-ci il tarixində 29-nömrəli məktub vasitəsi ilə müəssisəyə ll M/R ev 1 mənzil 35 ünvanında üç otaqlı mənzil və ll M/R ev 1a, mənzil 33 ünvanında üç otaqlı mənzil ayrılmışdır (mənzil 33 onlara verilmişdir). Həmin mənzillərin ev növbəsi siyahısında olan X6 və X22 verilməsi ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı mərhum həyat yoldaşı X22 təqdim edilmiş 1a saylı binanın 33-cü mənzilinə getdikdə, məlum olmuşdur ki, bu mənzildə 1993-cü ildən Cəbrayıl rayonunun Çullu kəndindən olan məcburi köçkünlər məskunlaşıb. Məlum səbəblərə görə onlardan mənzili boşaltmağı tələb edə bilməzdilər. Bu gün də onlar bu mənzildə yaşayırlar. X7 21 mart 2008-ci il tarixinrə rəhmətə getmişdir. Ona görə də onun vərəsəsi kimi İddiaçı çıxış edir. İddiaçı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyərinə müraciət edərək mənzili özəlləşdirmək üçün tələb olunan sənədlərin onlara verilməsini xahiş etsə də, onlar müxtəlif bəhanələr gətirərək gözləməli olduqlarını bildirmişdirlər. İddiaçı 2024-cü ilin oktyabr ayında yenidən Sumqayıt Şəhər İH-nə müraciət etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, şikayət müddəti buraxılmışdır və kirayə müqaviləsi bağlanan mənzil X22 verilən mənzil deyildir. Ünvanlar fərqlidir. Qeyd edir ki, Sumqayit İnzibati Məhkəməsi tərəfindən hərtərəfli məhkəmə araşdırması zamanı da qeyd edilən mənzillərin fərqli ünvanlarda olması ilə bağlı heç bir fakt müəyyən edilməmişdir. Müddətin keçməsinə gəldikdə isə, iddiaçı Məmmədova Sumqayıt Şəhər İcra hakimiyyətindən 31 oktyabr 2024-cü il tarixli cavab aldığı andan öz hüquqlarını müdafiə etməyə başlamışdır. Belə ki, onlar xx.xx.2024-cü il tarixində Sumqayt İnzibati Məhkəməsinə “X13 Tədbirinin tətbiqinə dair” ərizə ünvanlayaraq məhkəmədən ünvan 5 mənzil üzərinə həbs qoyulmasını xahiş etmişdilər. xx.xx.2024-cü il tarixində isə Sumqayıt İnzibati Məhkəməsinə “Kirayə müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə müraciət etmişdirlər. Əgər kirayə müqaviləsi bağlamaq zərurəti yaranmışdırsa Sumqayıt ŞİH-İ nə üçün onları məlumatlandırmamışdır?! Çünki 33 saylı mənzil Sumqayıt ŞİH-nin də qeyd etdiyi kimi, onlara xx.xx.2008-ci ildə, X16 isə, xx.xx.2008-ci ildə ayrılmışdır (Onlara dörd ay əvvəl verilmişdir) Həmçinin qeyd edir ki, kirayə müqaviləsi mənzilə ehtiyacı olan və bu mənzildə yaşayan şəxslərlə bağlanılmalıdır. 17 saylı MKS-ın arayışından da görünür ki, hal-hazırda 33 saylı mənzildə Cəbrayıl rayonunun Çullu kəndindən olan 6 nəfər ailə üzvü olan məcburi köçkün ailəsi yaşayır. xx.xx.2009-cu ilədək olan (1982-ci il) Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcrayyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər”. xx.xx.2009-cu ilədək olan (1982-ci il) Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə “Dövlət və İctimai Mənzil Fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədara-Mənzil-İstismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır”. xx.xx.2009-cu ilədək olan (1982ci il) Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”. İstər yeni, istərsə də köhnə Mənzil Məcəlləsinə görə Sumqayıt ŞİN Başçısının X21 ilə bağladığı kirayə müqaviləsi etibarsızdır. Çünki kirayə müqavilə bu Mənzil Məcəllələrinin heç bir maddələrinin tələblərinə cavab vermir. Kirayəyə verilmiş 33 saylı mənzildə köçkün ailəsi yaşaya-yaşaya bu mənzili necə kirayəyə vermək olar. Axı kirayəçi kirayəyə götürdüyü mənzildə özü yaşamadığı halda, başqa ailənin yaşadığını bilə-bilə nə üçün hər ay kirayə pulu ödəməyə razılıq verir?! c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; .... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Sumqayıt ŞİH Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3 dair X19 ilə bağlanmış kirayə müqaviləsinin etibarsızlığı barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 11 aprel 2025-ci il tarixli, 5-6/2-889/2025 nömrəli məktubundan görünür ki, yaşayış sahəsi 48,74 kvm olan 3 otaqlı ünvan 3 Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X11 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Bildirilir ki, X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verilməsi müəyyən edilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan 26 noyabr 2024-cü il tarixli, 5-6/1-M-465/3-093/2024 nömrəli məktubdan görünür ki, yaşayış sahəsi 48.71 kvm olan 3 otaqlı ünvan 3 “Azmənzilsənayetikınti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında iddiaçının həyat yoldaşı X20 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli binanın 33 saylı mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X14 ayrılmışdır. ünvan 3-ə dair 2 müxtəlif müəssisə tərəfindən verilmiş hər 2 protokol şöbənin keçmiş rəhbərliyi tərəfindən qəbul edilmiş və məlum hadisələrlə əlaqədar 1A saylı yaşayış binası, eləcədə 33 nömrəli mənzil məcburi köçkün anəsi tərəfindən zəbt edildiyindən sənədləşmə işləri dayandırılmışdır. Azərbaycan Respublikası İcarə müəssisəsi “Azmənsilsənayetikintitəmir” birliyi Mənzil Təmir-Tikinti idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatı mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1998-ci il tarixli, 29 saylı məktubuna əsaslanaraq 11-ci mikrorayon, 1 №-li binadan 33 nömrəli 3 otaqlı mənzil X22 verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2023-cü il tarixli, 844 nömrəli sərəncamından görünür ki, yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 3-ə X19 ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Ailə tərkibi 5 nəfərdir: 1. X19- özü, X9- arvadı, X17- qızı, X15 - qızı, X29 - oğlu. 10 oktyabr 2023-cü il tarixli,13 nömrəli daşınmaz mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İB və X19 tərəfindən bağlanmışdır. Göründüyü kimi eyni mənzilin əvvəlcə iddiaçının mərhum həyat yoldaşına, daha sonra isə üçüncü şəxsə ayrılması iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Sözügedən hallar cavabdeh inzibati orqan tərəfindən ünvanlanan iddia tələbinə dair etirazda da qeyd olunmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş 17 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 27 nömrəli məktubdan görünür ki, 11-ci mikrorayon, ev 1a, mənzil 33 ünvanında araşdırma aparılmış və məlum olmuşdur ki, bu ünvanda İddiaçı adlı şəxs yaşamır. Hal-hazırda bu ünvanda Cəbrayıl rayon Çullu kənd məcburi köçkünü X30 ailə üzvləri ilə birgə məskunlaşıb yaşayırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni mənzil əvvəlcə X7na ayrılmış, daha sonra üçüncü şəxs X14 ayrılmaqla onun müraciəti əsasında hazırda mübahisələndirilən kirayə müqaviləsi bağlanmışdır. Həmçinin hazırda mübahisəli mənzildə faktiki olaraq məcburi köçkün ailəsi yaşayır. Cavabdeh inzibati orqan özü qeyd edir ki, “Aparılmış arxiv araşdırması zamanı məlum olmuşdur ki, yaşayış sahəsi 48,71 kvm olan 3 otaqlı ünvan 3 “Azmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında ərizəçinin əri X20 oğlunun 4 nəfərdən (özü, arvadı, qızı və oğlu) ibarət ailə tərkibinə ayrılmışdır.” Kollegiya qeyd edir ki, mənzil ilkin olaraq iddiaçının mərhum həyat yoldaşına və onun ailə üzvlərinə verildiyindən və faktiki olaraq mənzildə məcburi köçkünlər yaşadığı halda sonradan üçüncü şəxslə kirayə müqaviləsi bağlanması əsaslı olmamışdır. İddiaçının etimad hüququ qorunmalıdır. Bu səbəbdən də iddiaçı tələbində haqlı olmaqla birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Əlavə olaraq apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, mərhum həyat yoldaşına verilmiş 33 saylı mənzili istəyir. Dəfələrlə mərhum Sədaqət xanımın qəbulunda olmuşdur və 24 nömrəli mənzil təklifi ilə razılaşmamışdır. Üçüncü şəxs X19 isə izahatında bildirmişdir ki, 2024-cü ilin mayiyun aylarında onu dəvət edərək iddiaçı Narıngül xanımla bağlı problem yarandığı, 2-ci mərtəbədən 3 otaqlı mənzil təklif edildiyi və Narıngül xanımın etiraz etdiyi bildirilmişdir, o isə sözügedən təkliflə bağlı etirazının olmadığını və razılaşdığını bildirmişdir. Daha sonra Sədaqət xanım vəfat etmişdir və məsələ həllini tapmamışdır. Ona 24 nömrəli mənzil təklif olunmuşdur, 24 nömrəli mənzilin ona verilməsinə, 33 nömrəli mənzilin iddiaçıya verilməsinə etiraz etmədiyini bildirmişdir. Yaranmış zərurətlə əlaqədar yuxarıda qeyd olunanlara münasibət bildirilməsi, eləcə də iddiaçı və üçücü şəxs dəvət olunmaqla mübahisənin məhkəmədənkənar həllinə nail olunması məqsədi ilə müvafiq araşdırma aparmaqla nəticəsi barədə məhkəməyə məlumat verilməsi üçün cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Sumqayıt şəhər İcra hakimiyyətinin 04 fevral 2026-cı il tarixli, 5-6/2-254/2026 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a ünvanında yerləşən mənzil 24-ün X14 ayrılması barədə protokol mövcud olmadığından həmin mənzilin ona verilməsi və adına rəsmiləşdirilməsi mümkün hesab edilmir. Göründüyü kimi mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçıya ayrılan 33 saylı mənzil Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1 saylı binadan olmuşdur. Lakin ona ailə üzvləri ilə yaşamaq üçün verilən mənzil 1a saylı binada yerləşən mənzildir, yəni ünvanların fərqli olmalarına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 27 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, 11-ci mikrorayon ərazisində Sumqayıt 1 №-li Tikinti Tresti tərəfindən 3 yaşayış binasında tikinti işləri başa çatdırıldıqdan sonra binalara şərti olaraq 1 və 2a nömrələri verilmişdir. Sonradan eyni nömrələmə ilə həmin mikrorayon ərazisində yaşayış binalarının mövcud olduğu səbəbindən qeyd edilən 1 və 2A saylı yaşayış binalarının nömrələri dəyişdirilərək 60 mənzildən ibarət yaşayış binası 1a, 20 mənzildən ibarət yaşayış binası isə 2b nömrələri ilə əvəz olunmuşdur (iş materialları, səh. 95). Eləcə də iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra hakimiyyəti Əsaslı İnşaat İdarəsi tərəfindən verilən 22 yanvar 2014-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, sifarişçi təşkilat kimi Əsaslı İnşaat İdarəsi tərəfindən inşa olunmuş və 1993-cü ildə 11-ci mikrorayonda yaşayış binasının tikintisi başa çatmış, 1 saylı yaşayış binası adlandırmışdır. Sonradan məlum olub ki, 1981-ci ildə həmin mikrorayonda eyni adlı yaşayış binası təhvil verilmişdir. Bunu nəzərə alaraq 1993-cü ildə təhvil verilmiş bina 1a saylı yaşayış binası kimi qəbul edilmişdir (iş materialları, səh. 96). Göründüyü kimi üçüncü şəxsin istinad etdiyi hal iş materiallarına əlavə olunmuş məktublarla təkzib edilmiş olur. Beləliklə də, iddiaçının mərhum həyat yoldaşı ilə üçüncü şəxsə ayrılmış mənzilin eyni olması iddiaçı ilə cavabdeh arasında işin mübahisəsiz halını təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, iddiaçının etimad hüququ qorunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3742/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar