Məhkəmə qərarları › İş №2-1(105)-1317/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1317/2025

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1317/2025 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1rşı “##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarından görünür ki, “Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1997-ci il tarixli "Amnistiya haqqında” qərarına əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü iidə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi 890 (N) nömrəli hərbi hissədə müayinə və rriüalicə olunduğu yaralanma - diaqnoz: “Sol baldırın yuxarı 1/3- nin yumşaq toxumalarının dəlib keçən qəlpə yarası. Sağ budun orta 1/3-nin kor odlu silahla qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin 27.04.201 ö-cı ii tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəsisisi cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Tibbi-sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, ##.##.2021-ci il, ##.##.2021ci il və ##.##.2021-ci il tarixlərdə aparılmış qiymətləndirmə nəticəsində göndərişin natamam doldurulması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “diaqnoz əlilik əlaməti təyin etmir” səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş məhkəmə-tibb ekpertizasının T***/**** saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspeıt Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Abşeron rayon Mərkəzi Xəstəxanası” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, T********DMD nömrəli Forma 88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: S84-baldır səviyyəsində sinirlərin travması, sol baldır sinirlərinin qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri, Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, diz oynağının açıcı-bükücü kontrakturası, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sol baldır əzələlərinin trofıki üzülməsi, G83.1- aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın süst monoparezi əzələ gücü 3,5 bal, R52- başqa rubrikalarda təsnif olunmayan ağrı, daimi ağrı sindromu, G57- aşağı ətrafların mononevropatiyaları, sol aşağı ətrafın baldır sinirlərinin posttravmatik tipli zədələnməsi, hərəkətsizliklə bağlı osteoporoz, R26hərəkətin və yerişin pozulmaları, dayaq və yeriş pozğunluğu” diaqnoz ona stasionarda müalicədə olarkən anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında təyin edilmişdir. - İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”na müayinəyə göndərilmiş və ona ##.##.2025-ci il tarixdə aparılmış müayinələr (əyani və R-ji müayinələr) əsasında komissiya tərəfindən “Hər iki bud sümüyü başının nekrozu, hər iki bud-çanaq oynağının koksaıtrozu IV (dördüncü) dərəcə, hər iki bud-çanaq oynağının kontrakturası (bükmə-50 dərəcə, uzaqlaşdırma-15 dərəcə, yaxınlaşdırma-10 dərəcə), hər iki diz oynağının üçüncü dərəcə artrozu, hər iki diz oynağının kontrakturası (bükmə-90dərəcə, açma-170 dərəcə), daimi ağrı, yerişin pozulması, odlu silah yaralanmasından sonrakı vəziyyət, baldır və bud nahiyəsində çapıq toxumalar-M87.0, M16, M24.5, M17, R26.8, Y36.4. L91)” diaqnozu qoyulmuşdur. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxxnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü il noyabr ayında hərbi xidmətə çağırılmış, 896 (N) saylı hərbi hissədə xidmət etmişdir. Ağdam rayonu Çəmənli kəndinin mühafizəsi uğrunda gedən döyüşlər zamanı ##.##.1994-cü il tarixində ağır yaralanmış, dəfələrlə müvafiq müalicələr alsa da, aldığı xəsarətlər nəticəsində səhhəti pisləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ######, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndinə əsasən, “Müdafiə nazirliyi mərkəzi hərbi həkim komissiyasının ##.##.2016-cı il tarixli *** saylı qərarına uyğun olaraq, aldığı xəsarətlər diaqnoz: “Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarını dəlib keçən qəlpə yarası, sağ budun orta 1/3-nin kor odlu silahla qəlpə yarası” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon bölməsinin ##.##.2016-cı il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı, N saylı hərbi hissə tərəfindən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, MN MMHK-nın mütəxəssis cərahının rəyi ilə təsdiq edilir. “Hərbi travmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, ##.##.1961- ci il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016- cı il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlibkeçən qəlpə yarası. Sağ budun orta 1/3-nin kor odlu silahla qəlpə yarası.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarından güllə yarası aldığını bildirmiş, hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sağ budun orta 1/3-də kiçik bir çapıq izlənilmiş, hərəkətləri norma daxilində olmuşdur. Nevroloji müayinə zamanı diz və Axil refleksləri və bərabər alınmış, D=S, əzələ gücü və tonusu normal olmuş, sol qolda yüngül hipotrofiya qeyd edilmiş, parez müşahidə edilməmiş, yerişi qoruyucu xarakterli olmuşdur. X7 və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki aşağı ətrafın odlu silah yaralanmasından sonrakı çapıqları, sol qamış sinirinin neyropatiyası, sol diz oynağının III dərəcəli artrozu, tibial interepikondilyon qabarlarda və oturaq kənarlarında osteofitik sivriləşmə, medial kondilusun oynaq səthlərində osteoskleroz, sol diz oynağının açıcı-bükücü (160 dərəcə) kontrakturası, aşağı ətraf əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, axsama yerişin pozulması” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın ##.##.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər: 1. Sol ayaqda Tibial sinirin aksonal degenerasiyalı ifadəli neyropatiyası (Həmçinin sol oturaq sinirin neyropatiyası inkar olunmur) və

2. Aksonal degenerasiyalı sensomotor polineyropatiya lehinə dəyərləndirilir.” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Sumqayıt Hospitalın ##.##.2024-cü il tarixli MRT müayinəsinin nəticəsi “Norma daxili kranial MRT” kimi qeyd edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Aşağı ətraf sinirlərin solda postravmatik tipli əlamətləri (qəlpə yaralanmasından sonra). Sol aşağı ətrafın periferik tipli iflici, əzələ gücü 3 baldır. Sol diz oynağı kontrakturası. Sol baldır əzələlərinin hipotrofiyası” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibb ekspertizası təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – budun başının nekrozu (Peçet xəstəliyi) təzahür edən hərəkət pozuntusu uzunmüddətli ağrı sindromu. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 13-cü bənd - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – 13.2.2.2. budun başının nekrozu (Pecet xəstəliyi) təzahür edən hərəkət pozuntusu uzunmüddətli ağrı sindromu təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla, iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“ Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vəReablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyyasının iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35- 60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını, həkim-mütəxəssislərin fikirlərini dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli qərara əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin ediməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən, Cavabdeh X1in fəaliyyətinə yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Həmin Fərmana əsasən, “xxxx” X1 yaradılmış və əvvəlki X1 bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Cavabdeh X1 hüquqi varisi olan “xxxx” X1 ilə əvəz edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 1994-cü ildə aldığı hərbi travma nəticəsində sağlamlığına ciddi zərər dəymiş, bu hal Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı ilə "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmişdir. Iddiaçının barəsində verilmiş ** nömrəli forma üzrə göndərişdə əsas diaqnoz kimi S84 – baldır səviyəsində sinirlərin travması,sol baldır sinirlərin qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri, ağırlaşmalar kimi – M24.5- oynaqların kontrakturası, diz oynağının açıcı-bükücü kontrakturası, G83.1 – aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın süst monoparezi , əzələ gücü 3.5 bal, R52 – başqa rubrukalarda təsnif olunmayan ağrı, davamlı ağrı sindromu, M62.5 əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol baldır əzələlərin trofik üzülməsi, G57 – aşağı ətrafın mononevropatiyaları, sol aşağı ətrafın baldır sinirlərinin posttravmatik tipli zədələnməsi, R26 – hərəkətin və yerişin pozulmaları, dayaq və yeriş pozğunluğu. Məhkəmə-tibb ekspertizasının rəyi ilə iddiaçıda “Hər iki bud sümüyü başının nekrozu, hər iki bud-çanaq oynağının koksartrozu IV (dördüncü) dərəcə, hər iki bud-çanaq oynağının kontrakturası (bükmə-50 dərəcə, uzaqlaşdırma-15 dərəcə, yaxınlaşdırma-10 dərəcə), hər iki diz oynağının üçüncü dərəcə artrozu, hər iki diz oynağının kontrakturası (bükmə-90dərəcə, açma- 170 dərəcə), daimi ağrı, yerişin pozulması, odlu silah yaralanmasından sonrakı vəziyyət, baldır və bud nahiyəsində çapıq toxumalar-M87.0, M16, M24.5, M17, R26.8, Y36.4. L91)” diaqnozları müəyyən edilmişdir. Həmin kodlar ilə göndərişdə göstərilən kodlar arasında uyğunlaşdırma aparıldıqda yalnız M24.5 və R26 kodları üst-üstə düşmüşdür ki, onlardan da M24.5 kodu altında göstərilən “oynaqların kontrakturası, diz oynağının açıcı-bükücü kontrakturası” diaqnozu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda ümumiyyətlə, nəzərdə tutulmamışdır. R26 kodu altında göstərilən “sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” diaqnozu ilə bağlı məhkəmə kollegiyası tərəfindən tədqiqat aparılmışdır. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada dinlənilən iddiaçının müayiəsini həyata keçirmiş Göyçay rayon Mərkəzi Xəstəxanasında həkim-nevroloq işləyən X6 izah etdi ki, parez kilnik diaqnozdur, müəyyən edilməsi instrumental müayinə üsulları ilə deyil, kliniki nevroloji baxış əsasında aparılır. Elektromioqrafiya müayinəsi ilə parezin birbaşa müəyyən edilməsi mümkün deyildir. Parez vizual müşahidə, xəstənin aktiv hərəkətlərinin qiymətləndirilməsi və əzələ gücününü təyini yolu ilə aşkar olunur. Iddiaçının müayinə etsə də, əzələ gücünü müəyyən etmək mümkün olmamışdır. Belə ki, əzələ gücü nevroloji statusun tərkib hissəsi kimi klinik müayinə zamanı qiymətləndirilir. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada dinlənilən iddiaçının müayiəsini həyata keçirmiş həkim-travmatoloq-ortoped işləyən X6 izah etdi ki, iddiaçıda müşahidə edilən əlamətlər parezə səbəb olmur. Diz oynağında 3-cü dərəcəli artroz əlamətləri müşahidə edilmiş, lakin parez müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçı “Ak.M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası”na həkim-nevropatoloq müayinəsinə göndərilmiş və həkim tərəfidən olaraq yazılı olaraq bildirilmişdir ki, iddiaçıda sol aşağı ətrafda fibial (qamış sinirinin) neyropatiyası, hər iki aşağı ətrafda sensor polineyropatiya, xroniki ağrı sindromu aşkar edilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının barəsində ** nömrəli forma üzrə göndərişdə əsas xəstəliyin ağırlaşması kimi qeyd olunan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən R26 kodu altında göstərilən “sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr” diaqnozunun qiymətlıəndirmə üzrə patofunksional əlamətləri aşağıdakılar kimidir : -başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; -başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; -başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları. Iş üzrə toplanmış tibbi sənədlər və həkimilərin dinlənilməsindən sonra məhkəmə kollegoiyası belə qənaətə gəlir ki, iddiaçıda koordinasiya və tarazlığın mülayim pozuntusu və yürüşün və durmanın pozuntuları kimi əlamətlər mövcuddur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n 6.1.10.1-ci bəndinə əsasən orqanizm funksiyalarının 35-60 % pozulmasına görə 1 il müddətinə əlilliyin məyyən edilməsinə əsas verir. Kollegiya qeyd edir ki, ekspert rəyi səlahiyyətli dövlət ekspertiza müəssisəsi tərəfindən aparılmış müayinələrin nəticələrinə əsaslanmaqla tərtib edilmiş, işdə olan digər tibbi sənədlərlə uzlaşmış və həmin rəyin düzgünlüyünü şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıda mövcud olan xəstəliklər və onların ağırlıq dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq qiymətləndirilməli, həmin meyarlara əsasən orqanizmin funksiyalarının pozulma faizi müəyyən edilməklə əlilliyin təyin olunması məsələsinə baxılmalıdır. Bu baxımdan, cavabdehin yalnız əyani müayinənin nəticələrinə istinad etməklə əlilliyin müəyyən olunmasından imtina etməsi obyektiv hesab edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyi ilə iddiaçıda daha ağır fəsadları olan diaqnozlar da müəyyən edilmişdir, məsələn hər iki bud sümüyü başlarının nekrozu, bud-çanaq və diz oynaqlarının ağır dərəcəli zədələnməsi, kontrakturalar və s., lakin həmin diaqnozlar iddiaçının barəsində tərtib edilmiş forma 88 üzrə göndərişdə göstərilmədiyindən məhəkmə kollegiyası tərəfindən həmin kodlar üzrə araşdırmanın aparılması və əlilliyin qiymətləndirilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, mövcud tibbi sənədlərə lazımi hüquqi qiymət verməmişdir. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün zəruri olan bütün faktiki halları araşdırmalı və zəruri sübutları toplamalı idi. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsində iddiaçı iddia tələbini dəqiqləşdirərək ona ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35- 60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş tələbi iş üzrə müəyyən edilmiş faktiki hallar, məhkəmə-tibbi ekspertizasının rəyi və tətbiq edilməli olan maddi hüquq normaları ilə uzlaşır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin məzmunu hissəsində dəyişdirilməli, iddia isə apellyasiya instansiyasında dəqiqləşdirilmiş şəkildə təmin edilməlidir. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnozun əlillik əlaməti təyin etməməsi” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya baxışı zamanı iddiaçının iddia tələbini dəqiqləşdirməsi nəzərə alınaraq, qərar dəyişdirilməli və cavabdehin üzərinə iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35- 60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35- 60% pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar